Microsoft Word Yeni dissertasiya son vers doc



Yüklə 14,41 Kb.
Pdf görüntüsü
səhifə7/75
tarix07.11.2017
ölçüsü14,41 Kb.
#8710
1   2   3   4   5   6   7   8   9   10   ...   75

 
21
Mümkün olan ən optimal variant bu prosesə  hər bir etnosun 
milli-mənəvi “Mən”ini dərk edərək qoşulmasıdır. Bəlkə  də, bu 
zərurətin dərkindən doğan həqiqətin nəticəsidir ki, indi 
qloballaşma ayrı-ayrı xalqların etnik-mənəvi köklərinə yenidən 
dönüşü ilə  də xarakterizə olunur. Bu da cəmiyyət tarixinin 
inkişaf qanunauyğunluğunun özünüqoruma instinktindən doğur 
(17, s.8-9). 
Dünya xalqlarının hər birində kökünə, soyuna, ilkin maddi-
mənəvi dəyərlərinə qayıdış meyli son zamanlar bir qədər də 
güclənməkdədir. Xalq ruhunun, milli mənəviyyatın bütün ifadə 
çalarlarını və özəlliklərini qoruyub saxlayan milli-mənəvi dəyər-
lər bu qayıdışa rəvac verən sönməz idrak, solmaz təfəkkür, 
orijinal dünyaduyumudur. Məhz bu səbəblərdən də  mənəvi 
dəyərləri də özündə ehtiva edən mədəniyyət məfhumu ilə bağlı 
tədqiqatlar və müzakirələr bu gün də səngimək bilmir, yəqin ki
hələ neçə-neçə onilliklər də bitib-tükənməyəcəkdir. BMT-nin 
təhsil, elm və  mədəniyyət məsələləri üzrə niazmnaməsində 
deyilir: “İnsan ləyaqətini qorumaq üçün mədəniyyət və  təhsil 
ədalət, azadlıq və sülh əsasında bütün insanlar arasında geniş 
yayılmalıdır; ona görə də, bu baxımdan bütün xalqların üzərinə 
qarşılıqlı əməkdaşlıq ruhunda yerinə yetirilməli olan müqəddəs 
vəzifələr qoyulur. Buna görə  də onlar dünyanın bütün 
xalqlarının təhsil, elm və  mədəniyyət sahəsində  əməkdaşlığı 
yolu ilə  tədricən beynəlxalq sülhə  və  bəşəriyyətin rifahına nail 
olmaq məqsədi” (75, s.9) güdür. 
XX  əsrin ikinci yarısından başlayaraq mədəniyyət siyasəti 
Qərb ölkələrinin fəaliyyətində  tədricən mühüm yer tutmağa 
başlayır. Sonralar isə Avropa Şurası  mədəniyyət siyasətinə 
demokratik inkişaf siyasəti kimi ciddi diqqət yetirir. 1986-cı ildə 
Avropa  Şurası Avropa ölkələrində geniş yayılmış “Mədəniyyət 
siyasətinin qısa proqramı”na başlanğıc verdi. Bu proqran 
Mədəniyyət Nazirlikləri tərəfindən milli hesabatların 
hazırlanmasını  nəzərdə tutur. Sonra bu hesabatlar Avropa 
Şurasının ekspertləri tərəfindən qiymətləndirilərək müvafiq 


 
22
tövsiyyələr hazırlanır. Bu tövsiyyələr məhsuldar fəaliyyət 
proqramının işlənməsi məqsədi ilə Strasburqda və ayrı-ayrı 
ölkələrdə müzakirə edilir. 1997-ci ildə Avropa Şurasının 
mədəniyyət siyasəti  şöbəsinin fəaliyyətini yaxşılaşdırmağa 
xidmət edən “Mədəniyyət siyasətinin sistemləşdirilməsi və 
istehsalı ittifaqı” yarandı.  İttifaq mədəniyyət siyasəti üzrə 
materialların yığılması, sistemləşdirilməsi və istehsalı, onların 
çoxaldılaraq müxtəlif ölkələrin dövlət və qeyri-hökumət 
strukturları arasında yayılması ilə  məşğul olur. O, müxtəlif 
ölkələrdə  mədəniyyət siyasəti sahəsində  işləyənlər üçün təmas 
şəbəkəsi müəyyənləşdirir. Avropada mədəniyyətin inkişafı  və 
mədəniyyət siyasəti üzrə diskusiyaların keçirilməsi və 
informasiya mübadiləsi məqsədi ilə 1998-ci ildə 40-dan çox 
mədəniyyət  şəbəkəsi və  təşkilatını özündə birləşdirən Forum 
yaradılmışdır. O, müxtəlif mədəniyyətlər arasında qarşılıqlı 
anlaşma körpüləri, dostluq və sülhün qurulmasında, dünya 
ölkələrində demokratik mədəniyyətin inkişaf etdirilməsində 
mühüm rol oynayır. 
Mədəniyyət siyasəti mədəniyyətin inkişafında böyük rol 
oynayır, çünki mədəniyyət siyasi amillərdən, dövlətin mədəni 
inkişafına təkan verən və ya tormozlayan siyasi sistemindən 
asılıdır (18, s.28-29). Ona görə  də  mədəniyyət siyasətinin 
mahiyyətini açmaq üçün ilk növbədə kulturoloji fikirdə 
“mədəniyyət” məfhumuna olan münasibətə aydınlıq gətirmək 
lazımdır.  
Dünya elmi fikrində mövcud olan bəzi təriflərdə 
“mədəniyyət” məfhumu  əsasən belə izah edilir ki, bu fenomen 
varlığın və 
şüurun bütün sahələrində 
bəşəriyyətin 
predmetləşdirmə (sərvətlər, normalar, işarə sistemləri 
yaradılması  və s.) və predmetsizləşdirmə (mədəni irsin 
mənimsənilməsi) proseslərinin dialektik vəhdətindən ibarət, 
gerçəkliyin yenidən dəyişdirilməsinə, bəşər tarixi zənginliyinin 
şəxsiyyətin daxili zənginliyinə çevriləmsinə, insanın mahiyyət 
qüvvələrinin hər vasitə ilə  aşkara çıxarılmasına və inkişaf 


 
23
etdirilməsinə yönəldilmiş sosial-mütərəqqi yaradıcı fəaliyyətidir. 
Məhdud mənada  əsasən maddi mədəniyyət (texnika istehsal 
təcrübəsi, maddi sərvətlər), mənəvi mədəniyyət (elm, incəsənət 
və  ədəbiyyat, fəlsəfə,  əxlaq, maarif və s.), həmçinin siyasi 
mədəniyyət (cəmiyyətin, sinfin, qrupun, fərdin fəaliyyətinin 
ictimai münasibətlərin dəyişdirilməsinin subyekti kimi 
şəxsiyyətin sosial inkişafının meyarını  səciyyələndirən 
məqsədləri, nəticələri) haqqında danışmaq qəbul olunmuşdur 
(39, s.276) Uzun illərdir ki, təriflərin bəzilərində qeyd olunur ki, 
mədəniyyət – ictimai-iqtisadi formasiyaların bir-birini əvəz 
eməsindən asılı olaraq inkişaf edən tarixi hadisədir. Mənəvi 
mədəniyyəti maddi əsasdan ayıran və onu “elita”nın (fr. elite – 
ən yaxşı, seçilmiş) mənəvi məhsulu kimi izah edən idealist 
mədəniyyət nəzəriyyələrinin  əksinə materializm maddi 
nemətlərin istehsalı prosesini mənəvi mədəniyyətin inkişafının 
əsası  və  mənbəyi kimi nəzərdən keçirir; belə  çıxır ki, 
mədəniyyət bilavasitə bütün xalqların fəaliyyətilə yaradılır. 
Qeyd etmək lazımdır ki, maddi şəraitdən asılı olan mənəvi 
mədəniyyət maddi əsas arxasınca avtomatik dəyişmir,  əksinə 
nisbi müstəqilliyi ilə (inkişafda varislik, müxtəlif xalqların 
mədəniyyətlərinin bir-birinə təsiri və s.) səciyyələnir (39, s.24). 
Ümumiyyətlə, mədəniyyətin mahiyyətinə müxtəlif 
mövqelərdən yanaşan çoxsaylı  təriflər mövcuddur. Bu 
terminoloji problemlər içərisində maraqlı olan anlayışlar kifayət 
qədərdir. Adətən, mədəniyyət dedikdə ictimai qrup, fərdi varlıq 
və  şüurun vəziyyəti, həmçinin həmin vəziyyətin dəyişilməsi 
sahəsində  fəaliyyət başa düşülür. Varlığın vəziyyəti, onun 
dəyişilməsindəki fəaliyyət adətən maddi vəziyyət adlanır. Varlıq 
haqqında təsəvvürlərin dəyişilməsinə aid fəaliyyəti və  həmin 
fəaliyyətin nəticələri çox vaxt mənəvi mədəniyyət adlanır. 
Maddi və mənəvi mədəniyyət bir-birilə sıx surətdə əlaqədardır. 
“Varlıq şüuru müəyyən edir” fikri qədər, “şüur varlığı müəyyən 
edir” fikri də  fəlsəfi və kulturoloji diskussiyaların müzakirə 
obyektidir (138, s.151). Tanınmış  tədqiqatçı Y.M.Lotmanın: 


Yüklə 14,41 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə