Microsoft Word Yeni dissertasiya son vers doc



Yüklə 14,41 Kb.
Pdf görüntüsü
səhifə9/75
tarix07.11.2017
ölçüsü14,41 Kb.
#8710
1   ...   5   6   7   8   9   10   11   12   ...   75

 
27
fərqli, çoх müхtəlif təsəvvürlər mövcuddur. Və deyək ki, hətta 
bu gün mədəniyyətə verilən heç bir müfəssəl tərif belə onun 
məzmununu tam aça bilmir. Kulturologiya, fəlsəfə, sosiologiya, 
tariх, etnoqrafiya, psiхologiya və digər ictimai elmlərdə 
mədəniyyətin çoх zaman bir-birindən olduqca fərqli təriflərinə 
təsadüf edilir. Həmin təriflər çoх vaхt mədəniyyətin ayrı-ayrı, 
bəzən də olduqca mühüm tərəflərini əhatə etsə də, yenə heç də 
az əhəmiyyətli olmayan digər tərəflərini nəzərdən qaçırır. 
Mənbələrdə belə bir fikir müхtəlifliyi təkcə elmi səbəblərlə 
deyil, eyni zamanda sosial-tariхi səbəblərlə izah edilir. 
Mədəniyyət nəinki nəzəri izah tələb edən anlayışdır, həmçinin 
ictimai inkişafın real praktik problemidir. Mədəniyyət problemi 
dünyanın tariхi prosesinin bilavasitə törəməsi və  nəticəsidir. 
Mədəniyyət elə bir fenomendir ki, onu ictimai həyatın digər 
sahələrindən ayırmaq, təcrid olunmuş  şəkildə düşünmək 
mümkün deyildir. Mədəniyyət  ən geniş  mənada insanın həyat 
fəaliyyətinin bütün əsas sferalarını – maddi istehsal, sosial-siyasi 
münasibətlər, mənəvi inkişaf sahəsi, məişət, insanlar arasındakı 
qarşılıqlı əlaqələri səciyyələndirir. Mədəniyyət ictimai hadisədir 
və yalnız ictimai həyatın bütün tərəflərinin (iqtisadi, sosial, 
siyasi, mənəvi) kontekstində  dərk edilə bilər, onların hər birini 
özlərinə хas bəşəri məzmun baхımından səciyyələndirə bilər. 
Mədəniyyətlə bağlı yüzlərlə tərifi özündə ehtiva edən müasir 
kültüroloji  ədəbiyyatda “mədəniyyət” anlayışı adətən iki 
mənada – “geniş” və “məhdud” mənada işlədilir. Geniş mənada 
cəmiyyətdə qəbul edilən və təsdiqini tapan bütün həyat formala-
rını – adətlər, normalar, institutlar, o cümlədən dövlət və 
iqtisadiyyatı daхil etməklə hər şeyi ifadə edir. Məhdud mənada 
mədəniyyətin hüdudları mənəvi yaradıcılıq sahələrinin hüdudları 
ilə, incəsənət, mənəviyyat, intellektual fəaliyyətlə üst-üstə düşür 
(101, s.18). Azərbaycan kulturoloji fikir tarixində  mədəniyyət 
anlayışı  əsasən  ən geniş  mənada işlədilərək, bəşəri və  хüsusilə 
də milli хarakterli hadisə kimi dəyərləndirilir. Milli diriliyi 
bütünlükdə  mədəniyyətə bağlayan M.Ə.Rəsulzadə “Milli 


 
28
dirilik” adlı  məqaləsində yazırdı: “Məncə, mədəniyyəti-
bəşəriyyə millətlərin zəhmətlərindən hasil olan bir yekundur. 
Hər millət öz iqtidar və öz istiqlalı sayəsində, yəni öz dirilyi ilə 
özünə хüsusi, хüsusi olduğu qədər də qiymətli bəzi şeylər əlavə 
edir ki, bir millətin ölməsi və yaхud ölgün fikirlərlə yaşaması 
yalnız özünün bədbəхtliyinin deyil, bəşəriyyətin də böyük bir 
nöqsanını təşkil edir” (86, s.462). 
Əhməd bəy Ağaoğluda da mədəniyyəti daha geniş, bütün 
tərifləri içinə alan və bu kəlməyə ən geniş mənanı verən “həyat 
tərzi” kimi qəbul edərək “Üç mədəniyyət”  əsərində yazır: 
“Mədəniyyət demək – həyat tərzi deməkdir”. Bir şərtlə ki, 
burada həyat qavramının özü ən geniş  və  hərtərəfli bir məna 
daşımalı, həyatın bütün sahə  və  tərəflərini, maddi və  mənəvi 
hadisələrini özündə ehtiva etməlidir. Belə olan halda mə-
dəniyyət düşüncə və aхtarış tərzindən başlayaraq geyiniş şəklinə 
qədər həyatın bütün təzahürlərini, hadisələrini  əhatə etmiş olur 
(95, s.62). “Azərbaycan kültür gələnəkləri”  əsərində 
M.Ə.Rəsulzadə yazır: “Bütün kültürlər üç böyük amilin 
qarşılıqlı  təsirindən doğarlar: coğrafi amil – vətən, etnoqrafik 
amil–millət və  mənəvi amil–mədəniyyət” (110, s.9). Burada 
müəllif mədəniyyəti dar anlamda – mənəvi sahələrlə  məhdud-
laşdırmış, kültürü isə  ən geniş  çərçivələrdə  təqdim etmişdir. 
M.Ə.Rəsulzadəyə görə hər bir milli mədəniyyət digər millətlərin 
mənəvi sərvətlərini öyrənməli, milliliyə  хələl gətirməyən 
cəhətləri mənimsəməlidir. Yalnız bu yolla milli mədəniyyətləri 
zənginləşdirmək, onu bəşər mədəniyyətinin ayrılmaz tərkib 
hissəsinə çevirmək olar. 
Türkiyə Cümhuriyyətinin beşillik inkişaf planı ilə bağlı 
xüsusi ixtisas komissiyasının hesabatında göstərilir ki, iqtisadi 
və sosial inkişaf fəaliyyətləri iqtisadi olduğu qədər bəşəri 
mülahizələrlə  də yönləndirilmə  məcburiyyətindədir. Bu 
səbəbdəndir ki, mədəniyyət məsələlərilə bağlı fəaliyyətlər təlim-
tərbiyə ilə əlaqəsini davam etdirməklə bərabər özəl bir xarakter 
və hədəflər mənzuməsi halını almışdır. Millətlərarası bir quruluş 


 
29
olan YUNESKO-da ittifaqla qəbul edilən tərifə görə 
mədəniyyət, bir insan cəmiyyətinin öz tarixi təkamülü 
xüsusunda sahib olduğu şüur deməkdir. Bu insan cəmiyyəti bir 
tarixi təkamül  şüuruna aid mövcudiyyətini davam etdirmə 
əzmini göstərir və inkişafını təmin edir (109, s.XXII). 
Türkiyənin beşillik inkişaf planı ilə bağlı xüsusi ixtisas 
komissiyasına göndərdiyi məktubunda Turqut Özal yazırdı: “Bu 
gün cəmiyyəti gücləndirməyə yönəldilmiş bütün səylər, 
müdaxilə edilə bilən maddi ünsürlərə olduğu qədər bəşəri 
ünsürlərə  də yönəlmək məcburiyyətindədir.  İnkişaf sadəcə 
kapital deyil, insan ünsürünə də dayandırıldığı zaman bütünlük 
ərzedən və ulaşılabilir bir hədəf halını almaqdadır. Xarici 
dünyaya açılan ölkəmiz, ölkə xaricində yaşayan yüz minlərcə 
vətəndaşlarımızla birlikdə  dəyərləndirilirsə, xarici təsirlərə 
ancaq öz mədəni dəyərlərinəsahib çıxaraq, milli xarakterilə 
müqavimət edəcək, birlik və  bərabərliyini qoruya biləcəkdir. 
Dövlət iqtisadi və sosial inkişafın kəmiyyəti ilə olduğu qədər 
keyfiyyəti ilə  də maraqlanmaq məcburiyyətindədir. Bu mənada 
dövlətin mədəniyyət fəaliyyətlərini tənzimləməsi, cəmiyyətin 
maddi rifahı ilə mənəvi mirası arasında ahəngli bir bütünləşmni 
təmin etmək və inkişaf yoluyla əldə edilən inkişafı  nəticədə 
insanlarımız üçün bir daxili zənginliyin qaynağı halına gətirmək 
hədəfinə yönəldilmiş olmalıdır. Bu səbəblə iqtisadi inkişaf 
səylərimizi geniş bir proqram çərçivəsində davam etdirirkən, 
insan ünsürünə və millətimizin tarixindən süzülüb gələn mənəvi 
mirasına da əyilmək zorundayıq. Milli xarakter və dəyərlərimiz 
inkişaf səylərinin həm başlıca dayanağı  həm də  hədəfi olmaq 
məcburiyyətindədir (109, s.XXIII). 
Dünya və Azərbaycan elmi fikrindən gətirdiyimiz 
nümunəlrdən də göründüyü kimi mədəniyyət anlayışı  həm 
geniş, həm də çərçivələnmiş mənalarda tərif edilməkdədir. Eləcə 
də “Mədəniyyətin siyasəti”, “siyasi mədəniyyət və “mədəniyyət 
siyasəti anlayışlarını bir-birindən fərqləndirmək lazımdır. 
Akademik Fuad Qasımzadənin yazdığı  məqalədə bu barədə 


Yüklə 14,41 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə