Microsoft Word Yeni dissertasiya son vers doc



Yüklə 14,41 Kb.
Pdf görüntüsü
səhifə12/75
tarix07.11.2017
ölçüsü14,41 Kb.
#8710
1   ...   8   9   10   11   12   13   14   15   ...   75

 
36
siyasi amillərin mahiyyətinə  və  təsiretmə gücünə diqqət 
yetirmək lazımdır. 
 
1.1. Müstəqillik illərində dövlətin mədəniyyət siyasətinin 
prioritetləri, sosial məqsədlər və  mənəvi dəyərlər baxımın-
dan  kulturoloji mahiyyəti 
 
Qeyd etmək lazımdır ki, mədəniyyət siyasəti anlayıvşı  həm 
Azərbaycanda, həm də, ümumiyyətlə bütün dünyada nisbətən 
yeni anlayışdır. Mədəniyyət siyasətinin bir elm kimi əsasını 
qoyanlardan biri Fransanın əfsanəvi mədəniyyət naziri, istedadlı 
fransız yazıçısı Andre Malro olmuşdur. XX əsrin 60-cı illərinin 
fransız cəmiyyətində mədəniyyət haqqında yeni anlayışın, onun 
inkişafının strategiyasının, cəmiyyətdə yeni rolunun 
formalaşdırılması ona nəsib olmuşdur. Şübhəsiz ki, bu ideyalar 
cəmiyyətin özünün belə  dəyişikliklərə  həvəsini, hazırlığını  və 
istəyini əks etdirirdi (7, s.59).  
İnsan inkişafının və dövlət quruculuğunun potensial 
imkanlarının həyata keçirilməsi, təşkilati, maliyyə  və 
dünyagörüşü xarakterli obyektiv və subyektiv çətinliklərlə 
bağlıdır. Postsovet məkanının digər ölkələri kimi Azərbaycan 
Respublikasının da qarşısında ideoloji yenidənqurma və mədəni 
yeniliklər, təhsil, elm, səhiyyə  şəbəkələrinin, ekoloji strukturun 
optimallaşdırılması, dövlətin texnoloji rəqabətə davamlılığının 
təminatı  və  əhalinin həyat təsnifatı sistemlərinin effektivliyinin 
artırılması ilə əlaqədar bir sıra mürəkkəb məsələlərin həlli durur. 
Ancaq bu gün tək təbii-milli irsiyyət, qan və gen yaddaşı da 
kifayət etmir (60, s.84-85). Çünki Struktur sosial, regional və 
fərdi ölçüləri də, mədəni inkişafın qeyri-müntəzəmliyini də 
çətinilklərə aid etmək olar. Bu özünü həm də tam bir sistem 
kimi baxılan mədəniyyətin ayrı-ayrı sahələrinin 
bərabərsizliyində,  əhalinin elitar və kütləvi mədəniyyətinin 
inkişafındakı ciddi daxili dispropasiyalarda, inkişaf mədəniyyəti 
kimi mədəniyyət nailiyyətlərindən istifadədə, gender 


 
37
bərabərhüquqluğunun olmamasında, ölkənin müxtəlif 
regionlarının qeyri-bərabər mədəni inkişafında da özünü 
göstərir. Bu isə, mədəniyyətin sosial institutlarının inkişafı 
prioritetlərinin seçimi məsələsini günün vacib problemləri 
sırasına çıxarır. Sadalanan məsələlərin müvəffəqiyyətli həlli, 
mədəniyyət və  mədəniyyət siyasəti sahəsində zamanın 
tələblərinə cavab verən yenilikçi islahatların keçirilməsinə 
yardımçı olan model və proqramların tərtibini və  həyata 
keçirilməsini təkidlə  tələb edir. Belə proqramların yaradılması 
üçün ruhi mədəniyyətin yüksək missiyasının yeni görünüşü və 
onun insanın, sosial sahənin və dövlətin inkişafında yenilikçi 
dəyişdirici rolunun imkanlarını açan problemlərin kulturoloji 
təhlili lazımdır. 
Milli mədəniyyət milli siyasətin  əsaslandığı, istinad etdiyi 
başlıca istiqamətlərdən biridir. Çünki o, digər sahələrə nisbətən 
milli psixologiyanı daha dolğun, dürüst və obyektiv əks etdirir. 
Postsovet cəmiyyətlərinin xüsusiyyəti ondan ibarətdir ki, onların 
mədəniyyəti özündə müxtəlif mədəniyyətlərin çoxlu tipini 
cəmləşdirən çoxkomponentli sistemdir. Bunlara totalitar sovet, 
avtoritar-feodal, sosialist, demokratik, oliqarxik, monarxik, 
elita-aristokrativ, adi-kütləvi,  ənənəvi xalq və etnik tipləri aid 
etmək olar. Bununla yanaşı  hər bir müasir cəmiyyətdə  vəhşilik 
və barbarlıq dövrü mədəniyyətlərinin fəsadlarına rast gəlinir. Bu 
şəraitdə dövlətin mədəniyyət siyasətinin çox da asan olmayan 
vəzifələri bu mədəniyyətlərin vahid milli mdəniyyət çərçi-
vəsində  tənzim edilməsi və harmonikləşdirilməsi, cəmiyyətdə 
demokratik mədəniyyət dəyərlərinin tədricən bərqərar olmasına 
yönəldilməsidir. Əsas məsələlərdən biri “yüksək” mədəniyyətə – 
elmi biliklərə, peşə bacarıqlarına, mütəşəkkilliyə  və  mənə-
viyyata malik sosial-aktiv insan şəxsiyyətinin formalaşdırılması 
üçün zəruri şəraitin yaradılmasıdır. 
Keçid dövrü Azərbaycanda yeni mədəniyyət siyasətinin 
həyata keçirilməsini tələb edirdi ki, bu da sovet tipli avtoritar 
mədəniyyətdən demokratiyanın siyasi sistem kimi təşəkkül 


 
38
tapması üçün etik-normativ əsas olan demokratik mədəniyyətə 
keçidi təmin edirdi. Mədəniyyətin demokratiya prinsip və 
dəyərlərinə  əsaslanan yeni sosial tipini formalaşdıraraq bu cür 
siyasət insanın daxilən dəyişilməsi, sosial inkişaf, dövlət 
quruculuğu və beynəlxalq münasibətəlrin mühüm 
problemlərinin həllini təmin edəcəkdi.  İntellektual inkişaf, 
azadlıq və etik tərbiyə prioritetlərinə yönəldilmiş demokratik 
mədəniyyət siyasəti Azərbaycan mədəniyyətinin sosial 
dinamikasında köklü dəyişikliklərə kömək etməyə, Azərbaycan 
xalqının yaradıcı potensialını  və onun insan, cəmiyyət və 
dövlətin inkişafı baxımından istifadə edilməsi imkanlarını 
ölçülməz dərəcədə yüksəltməyə xidmət etməlidir (18, s.22-23). 
Milli psixologiya milli siyasətin həm obyekti, həm də 
subyektidir. Milli siyasət: milli psixologiyada formalaşır və milli 
psixologiya vasitəsilə idarəedici qüvvəyə çevrilir. Bunun üçün 
milli siyasət ilk növbədə  hər bir tarixi dövrdə, yaxud konkret 
mərhələdə milli psixologiyanı nəzərə almağa məcburdur. Hər bir 
millətin psixologiyası isə ilk növbədə onun tarixi düşüncə 
tərzini, adət-ənənələrini, bədii təfəkkürü, etik və estetik 
baxışlarını, dünyaduyumunu yüksək bədii formalarda, kompleks 
şəkildə özündə əks etdirən milli mədəniyyətdə özünü göstərir. 
Milli siyasətin milli mədəniyyətlə  əsas təmas nöqtəsi 
tarixilikdir. Milli mədəniyyət istənilən tarixi dövrü, onun fakt və 
proseslərini, tarixi şəxsiyyətləri, təfəkkür tərzini, etik və 
etnoqrafik  əlamətlərini, zövqünü bədii forma imkanları ilə 
müasirlik müstəvisində  təqdim edə, bununla da milli siyasət 
üçün arsenala çevrilə bilər.  
Mədəniyyətdə milliilik və  bəşəriliyin dialektikası ifadə 
olunur. Ən qiymətli milli sərvət olan istedadla yaradılmış sənət 
əsəri yalnız bir millətə yox, bütün millətlərə məxsusdur. Homer, 
Firdovsi, Nizami, Şekspir, Bethoven, Bax, Ü.Hacıbəyov, 
Mikelancelo kimi şəxsiyyətləri hər biri öz millətinin və bütün 
bəşəriyyətindir. Milli siyasət milli mədəniyyət vasitəsilə dünya 
siyasətinə birləşə bilər. Bu o deməkdir ki, milli mədəniyyətə 


Yüklə 14,41 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə