Microsoft Word Yeni dissertasiya son vers doc



Yüklə 14,41 Kb.
Pdf görüntüsü
səhifə10/75
tarix07.11.2017
ölçüsü14,41 Kb.
#8710
1   ...   6   7   8   9   10   11   12   13   ...   75

 
30
deyilir: “XX əsrin italyan filosofu Norbert Babbionun (1909-cu 
ildə anadan olmuş, əsərləri əsasən əsrin ortalarında Turində nəşr 
olunmuşdur) yaradıcılığı baxımından bu vacibdir. Liberalizm 
tərəfdarı olan Babbio siyasi mübarizəni gücləndirməyi, 
kəskinləşdirməyi ziyalıların vəzifəsi sayırdı. Ziyalıların siyasi 
fəaliyyətini o, “mədəniyyətin siyasəti hesab edirdi və onu 
mədəni siyasətə qarşı qoyurdu. Bu partiyaların mənafeyinə 
uyğun gəlir (61, s.74). 
Digər tədqiqatlarda isə “siyasi mədəniyyət” anlayışının elmə 
ilk dəfə Q.Almond və S.Veberin gətirdikləri qeyd edilir. Hər iki 
alimin apardıqları araşdırmaların məqsədi fərdin və  cəmiyyətin 
siyasi sistemi daxilində oynadığı rolun, eləcə  də  Qərb siyasi 
həyat tərzinin mahiyyətini təşkil edən demokratiyanın mədəni 
özüllərini müəyyənləşdirmək olub. S.Veberin sosioloji 
görüşlərinə  əsaslanan Q.Almond belə hesab edirdi ki, siyasi 
mədəniyyətin xarakteri siyasi quruluşla müəyyən olunur və onun 
strukturu sistemdə fərdin siyasi fəaliyyət formaları, davranışları 
və inamlarından ibarətdir. Q.Almondun həmkarı S.Veberin irəli 
sürdüyü tezisə  əsasən siyasi mədəniyyət fərdin siyasi sistemi 
bütövlükdə psixoloji planda dərk etməsidir (136, s.85). 
Mədəniyyət siyasəti xalqın intellektual potensialının, mənəvi 
sağlamlığı  və rifahını yüksəltməyə xidmət edən siyasətdir. O, 
həm də millətin mənəvi, sosial-iqtisadi inkişafının 
möhkəmlənməsini təmin edir. Mədəniyyət siyasətinin vəzifəsi 
maddi və  mənəvi sərvətlərin istehsalı, qorunması  və inkişaf 
etdirilməsi, eyni zamanda gələcək nəsillərə ötürülməsi üçün 
şəraitin yaradılmasıdır. Cəmiyyətdə insanların qeyri-bərabər 
mədəni inkişafını və mədəni deletantlığı aradan qaldırmaq üçün 
inkişaf etmiş ölkələrdə  mədəniyyət siyasəti koordinasiya və 
tənzimlənmə yolu ilə elmi surətdə  təşkil edilir və idarəetmə 
əsasında həyata keçirilir. Belə halda cəmiyyətin müxtəlif sosial 
qruplarının və xalqın marağını  əks etdirən balanslı  mədəni 
inkişafa nail olmaq olar.  


 
31
Mədəniyyət siyasəti hüquqi təminata arxalanmalı  və 
hadisələri qabaqlamağı bacarmalıdır.  İnkişaf etmiş demokratik 
ölkələrdə  mədəniyyət siyasətinə xalqın sosial vəziyyətinin və 
rifahının yüksəlməsi kimi baxılır. Çünki bu siyasətin  əsas 
məqsədi insan həyatının qorunub saxlanması 
və 
yaxşılaşdırılmasına xidmət etməkdir. 
Professor Fuad Məmmədov öz tədqiqatlarında bir-biri ilə sıx 
əlaqədə olub qarşılıqlı  təsirdə olan ayrı-ayrı sahələrin 
mədəniyyət modelini təklif edir. Buraya təhsil və tərbiyə, elm və 
texnologiya,  ədəbiyyat və incəsənət, din, etika, informasiya, 
mətbuat və turizm, hüquq, təşkilat və idarəetmə, həyat tərzi, dil 
və  mədəni irs səhiyyə, ekologiya və  həyat fəaliyyətini təmin 
edən digər sistemlər daxildir. Həm də  mədəniyyətin bütöv 
sistem kimi inkişafının bazis əsası hərəkətverici qüvvəsi, insanın 
intellektual fəaliyyəti və humanizm olan “mənəvi istehsal” (128, 
s.191-198).  
Mədəniyyət siyasəti mədəniyyətin bəşəriyyətin 
inkişafındakı rolunu şərh edən və bu istiqamətdə ardıcıl, 
sistemli fəaliyyət göstərən bir sahədir. Məhz buna görə  də 
inkişaf etmiş demokratik ölkələrdə mədəniyyət siyasəti keçən 
əsrin ortalarından diqqət mərkəzindədir. Mədəniyyət 
siyasətinin inkişafı dünyada sülhün, firan həyat tərzinin və 
rifahın rəmzi kimi dərk olunmaqdadır. Mədəniyyət tarixinin 
araşdırılması  təsdiq edir ki, mədəniyyətlə siyasətin  əlaqəsi 
tarixən möhkəm olmuşdur. Bununla bağlı çoxsaylı istinadlar 
vermək mümkündür. Məsələn, rus tarixçisi V.O.Klyuçevski 
yazırdı ki, siyasi terminlər öz tarixinə malikdir. Həqiqətən də 
hələ  qədim Yunanıstanda “siyasət” anlayışı altında dövlət 
fəaliyyətinə aid olan bütün nə varsa daxil edilirdi. V.İ.Dal 
siyasət dedikdə dövlət idarəçiliyinə aid olan elmi başa 
düşürdü. Bura hökmdarın  əhval-ruhiyyəsi, məqsədi, 
əməllərinin tərzi, çox vaxt həqiqi niyyətlərin gizlədilməsi 
daxildir. Fransız ensiklopediya lüğətində “siyasət sənəti” 
ifadəsi işlədilir (134, s.212). M.Ə.Rəsulzadə isə deyirdi ki: 


 
32
“Mədəniyyətin qayəsi siyasəti elmə tabe etdirməkdir” (113, 
s.84). 
Mədəniyyət sahəsindəki siyasət dövlət tərəfindən əhəmiyyətli 
dərəcədə ciddi həyata keçirilən, maliyyələşdirilən, nizamlanan 
praktiki tədbirlər sistemidir. Bu siyasət millətin mədəni və 
mənəvi irsinin toplanması, inkişafı  və saxlanılmasına 
yönəlmişdir. Mədəniyyət siyasəti sayəsində, hər  şeydən  əvvəl, 
aşağıdakı suallar meydana gəlir. Millətin mədəni irsi necə 
qorunur? Bu tədbir bütün etnik və sosial qruplara necə aid 
edilir? Bütün istifadə edilən dillər bərabər statusa malikdirmi və 
ya ayrıca götürülmüş ölkədə  mədəni və dil diskrinimasiyası 
mümkündürmü? Rəsmi dövlət dili əcdadların dili hesab olunur, 
yoxsa ki, müstəmləkəçi ağalığından qalan irsdir? Qeyri əsas 
dillər dövlət tərəfindən hansı  səviyyədə müdafiə olunur və 
yaxud bu, yalnız icmanın qayğısı  əhatəisndədir? Həmin dillər 
cəmiyyətdə  mədəni və sosial fərqlərin qorunub saxlanılması 
üçün nə dərəcədə istifadə olunur və yaxud dil qrupları arasında 
antoqonizmin aradan qaldırılmasına və inkişafına  şərait 
yaradırmı? Bu gün bir çox ölkələrdə  mədəniyyət sahəsindəki 
siyasət assimlyasiya modelindən başqa sahələrə orientasiya 
götürür, nəticədə azlıqda olanlar özlərinin bəzi mədəni 
ənənələrindən və  dəyərlərindən imtina edir, onu əksəriyyətin 
müdafiə etdiyi ənənələrlə əvəz edir. Nəticədə əksəriyyətin multi 
mədəni modeli müdafiə edilir. Burada fərd sosiallaşır və etnik 
mədəniyyətdə dominantlıq rolu ifa edir. Məsələn, ABŞ-da 
milyonlarla insan ingilis dilində və həmdə özünün etnik dilində 
danışır. Onlar ümummilli və etnik bayramları qeyd edirlər. 
Onlar öz ölkəsinin tarixini və millətinin tarixini öyrənir. Qlobal 
beynəlxalq miqrasiya, zəif inkişaf etmiş ölkələrin təsərrüfatının 
struktur yenidən qurulmasına stimul verir. Mexanikiləşmə  və 
sənayeləşmə bura inkişaf etmiş ölkələrdən daxil olur, aqrar 
sektor ixtisara düşür və milyonlarla kənd  əhalisi iş axtarmaq 
məqsədilə  şəhərlərə köçməli olur. Onları  şəhər həyat tərzi cəlb 
edir. Eyni zamanda şəhərlərin orta sinfi adətən qərb həyat 


Yüklə 14,41 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə