Microsoft Word Yeni dissertasiya son vers doc



Yüklə 14,41 Kb.
Pdf görüntüsü
səhifə6/75
tarix07.11.2017
ölçüsü14,41 Kb.
#8710
1   2   3   4   5   6   7   8   9   ...   75

 
17
əhalinin mədəni həyatda iştirakı, yaradıcılığın dəstəklənməsi
mədəniyyətin maliyyələşməsi və milli-mənəvi dəyərlərin 
mühafizəsi problemləri elmi meyarlar çərçivəsində  tədqiq 
edilmişdir; 
– Azərbaycanda mədəniyyət siyasətinin effektivləşmə  və 
səmərəliləşmə perspektivlərinə diqqət yetirilmiş, dünya 
dövlətlərilə müqayisəli təhlillər aparılmış, bu siyasətin 
tənzimlənməsində yerli və beynəlxalq təşkilatların rulu 
göstərilmişdir. YUNESKO və Avropa Şurası  qərarlarının 
ümumi çərçivəsində elm və  təhsil sahəsində Azərbaycanın 
mədəniyyət siyasətinin məqsədlərinə, ali təhsilli kadr hazırlığı 
problemlərinə və qeyri-hökumət təşkilatlarının yeni mədəniyyət 
siyasətinin formalaşdırılmasına yardımlarına aydınlıq 
gətirilmişdir. 
– Azərbaycan dövlətinin mədəniyyət siyasəti sahəsindəki 
nailiyyətləri və  uğura doğru perspektivlərinə elmi-tənqidi 
qiymət verilmiş, mədəniyyət industriyaları və milli-mənəvi irsin 
qorunması ilə bağlı  fəaliyyətlər nəzərdən keçirilmiş, gənclər 
siyasətinin mədəni və  mənəvi aspektlərinə baxılmış, turizmin 
inkişaf perspektivləri və  mədəni-asudə vaxt problemləri elmi 
cəhətdən dəyərləndirilmişdir. 
Aparılmış araşdırmalar keçid dövründə müstəqil Azərbaycan 
Respublikasının mədəniyyətində baş verən proseslər haqqında 
ümumi anlayış formalaşdırmağa imkan yaradır. Bütün bunlar 
mədəniyyətimizin nailiyyətlərini obyektiv qiymətləndirməyə və 
gələcək üçün onun inkişaf yollarını proqnozladırmağa kömək 
edəcəkdir.  
Tədqiqat işinin obyektini Azərbaycan mədəniyyətinin tarixi-
kulturoloji problemləri kontekstində dövlətimizin mədəniyyət 
siyasətinin nəzəri və  əməli məsələləri təşkil edir. Dünya və 
Azərbaycan kulturoloqlarının mədəniyyət siyasəti ilə bağlı 
monoqrafik araşdırmaları, monaqrafiyalar və problematik 
məqalələr tədqiqata cəlb edilmişdir. Bu məqsədlə azərbaycanlı 
araşdırıcılarla yanaşı, Rusiya və Türkiyə alimlərinin mövzu ilə 


 
18
bağlı  tədqiqatlarından geniş istifadə edilmiş, mədəniyyət 
siyasətinə dair qəbul edilmiş proqramlardan, rəsmi statistik 
məlumatlardan, Mədəniyyət və Turizm Nazirliyinin “Milli 
Məruzə”sindən, habelə YUNESKO-nun tövsiyələrindən və 
Avropa  Şurası ekspertlərinin hesabatlarından tədqiqat obyekti 
kimi faydalanılmışdır. 
Monaqrafiya işinin nəzəri və metodoloji əsasını tarixilik, 
varislik, məntiqilik və sistemlilik prinspləri təşkil edir.  Müəllif 
müasir mədəniyyətimizdə baş verən hadisələrin  şərhi ilə 
proseslərə obyektiv qiymət verməyə çalışmış, keyfiyyət, 
kəmiyyət, struktur təhlilin, o cümlədən, müqayisəli və konkret-
təhlilin metodlarından istifadə etmişdir. Müəllif tədqiqatda 
konkret tarixi fakt və  təhlillərə  əsaslanmışdır. Tarixi hadisə  və 
proseslərin işıqlandırilmasında xronoloji ardıcıllığın 
saxlanılmasına xüsusi diqqət yetirilmiş, bütün mənbələrə tənqidi 
yanaşma metodundan istifadə edilmişdir. Hadisə  və proseslərin 
təhlili ilə yanaşı  səbəb-nəticə  əlaqələri də  nəzərdən 
qaçırılmamışdır. 
Tədqiqat işi çoxsaylı  və çoxşaxəli qaynaqlar əsasında 
yazılmışdır. Tədqiqatda mədəniyyətə dair qanunlardan və 
qanunvericilik aktlarından, proqram, çıxış  və hesabatlardan, 
dövri mətbuatdan, monaqrafiyalardan, dərs vəsaitlərindən, elmi 
məqalələrdən, elmi konfrans materiallarından, kulturoloji fikrin 
elmi-nəzəri qənaətləri və təcrübəsindən faydalanılmış, mövzu ilə 
bağlı  tədqiqat müəlliflərinin fikir və mülahizələrindən, analoji 
araşdırmaların təcrübə və nəticələrindən istifadə edilmişdir. 
Araşdırma zamanı  əldə olunan başlıca elmi qənaət və 
nəticələr müasir dövrdə Azərbaycanda mədəniyyət siyasətinin 
təməl prinsiplərinin açıqlanması  və  uğurla həyata keçirilməsi, 
habelə bu məqsədlə  mənəvi dəyərlərin inkişaf amillərinin 
müəyyənləşdirilməsi baxımından elmi-nəzəri əhəmiyyət daşıyır. 
Monaqrafiya işi təhlil istiqamətləri, nəzəri yanaşma və 
araşdırma üsulları baхımından sonrakı dövrün tədqiqatları üçün 
elmi-nəzəri və praktik əhəmiyyət daşıyır. Qeyd etmək lazımdır 


 
19
ki, monaqrafiya işi təkcə kulturoloqlar üçün deyil, həmçinin 
mədəniyyətin müхtəlif problemlərini araşdıran tədqiqatçılar 
üçün də  əhəmiyyət daşımaqdadır. Tədqiqat işində  əldə edilən 
elmi nəticələr “Kulturologiya”, “Mədəniyyət tarixi və 
nəzəriyyəsi”, “Tətbiqi kulturologiya” və s. fənnlərin, habelə 
mədəniyyətlə bağlı kursların tədrisində, humanitar profilli ali və 
orta ixtisas məktəblərinin müvafiq dərs proqramlarında, 
qloballaşma şəraitində milli-mədəni özünüdərkin təbliği ilə bağlı 
layihələrdə tətbiq edilə bilər. 
Monaqrafiya işi AMEA-nın Memarlıq və  İncəsənət 
İnstitutunun nəzdində 
fəaliyyət göstərən koordinasiya 
mərkəzində qeydiyyatdan keçmiş, Azərbaycan Dövlət 
Mədəniyyət və İncəsənət Universitetinin “Tətbiqi kulturologiya” 
kafedrasında hazırlanaraq yerinə yetirilmişdir. Tədqiqatın 
nəticələri respublikada nəşr edilən müxtəlif məcmuə, toplu və 
jurnallarda (“Mədəniyyət dünyası”, “Mədəni-maarif”, “Musiqi 
dünyası” və s.) dərc olunmuş  məqalələrdə, habelə elmi 
konfranslarda oxunmuş  məruzə  və  çıxışlarda öz əksini 
tapmışdır. 
Monaqrafiya işi giriş, iki fəsil, dörd yarımfəsil, nəticə  və 
istifadə edilmiş ədəbiyyat siyahısından ibarətdir. 


 
20
I FƏSİL.  
 
AZƏRBAYCAN DÖVLƏTİNİN MƏDƏNİYYƏT 
SİYASƏTİNİN PROBLEMLƏR KONTEKSTİ 
 
XXI əsrə sürətli inkişaf yolunda olan müstəqil bir dövlət kimi 
qədəm qoymuş Azərbaycan Respublikası qazandığı istiqlalı 
qoruyub saxlamaq, demokratik dövlət qurmaq, fikir plüralizmi 
və azad bazar iqtisadiyyatına malik olan vətəndaş  cəmiyyəti 
yaratmaq uğrunda inamla mübarizə aparmaqdadır. Müasir 
şəraitdə Azərbaycan dövlətinin mədəniyyət siyasətinin təməl 
prinsiplərinin, bu siyasətin tarixi, ictimai-siyasi, sosial-mədəni, 
elmi və kulturoloji əsaslarının araşdırılmasına keçməzdən əvvəl, 
təbii ki, həm mədəniyyət siyasəti, həm də, ümumiyyətlə, 
mədəniyyət anlayışının mahiyyətinə açıqlıq gətirilməsinə  və 
mədəniyyət siyasətinin həyata keçirilməsi prosesində  mənəvi 
dəyərlərin çəkisinin müəyyənləşdirilməsinə ehtiyac duyulur. 
Çünki XXI əsr bütün dünya dövlətləri və millətləri arasında 
iqtisadi, siyasi, mədəni  əlaqələrin artması, son nəticədə 
qloballaşma ilə xarakterizə olunmaqla yanaşı, eyni zamanda 
ayrı-ayrı xalqların etnik-mənəvi köklərinə yenidən dönüşü ilə də 
xarakterikdir. İndi Planetin bütün irili-xırdalı dövlət və millətləri 
könüllü və ya könülsüz, ixtiyari və ya qeyri-ixtiyari son nəticədə 
böyük qloballaşmaya aparıb çıxaran nəhəng inteqrasiya 
magistralına qoşulmaqdadır. Qloballaşma kontekstində etnik-
milli mövcudluğun siyasi, iqtisadi, kulturəl, mənəvi suverenliyi 
ilə bağlı milli konsepsiya və konseptual ideyalar yekcins deyil. 
Bu prosesi sosial-siyasi, mədəni-mənəvi, iqtisadi-güzəran, elmi-
intellektual müstəvilərdə vahid qlobal harmoniya hesab edənlər 
də var, kainatın daha çox vahid bir mərkəzdən idarə olunan 
bürokratik-texnoloji  ərazi vahidinə çevrilmə prosesi olduğunu 
iddia edənlər də.  Ən müxtəlif mövqe və münasibətlər 
xarakterindən asılı olmayaraq qloballaşmaya aparan nəhəng 
inteqrasiya magistralı bütün planeti sorub aparmaqdadır. 


Yüklə 14,41 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə