Microsoft Word Yeni dissertasiya son vers doc



Yüklə 14,41 Kb.
Pdf görüntüsü
səhifə3/75
tarix07.11.2017
ölçüsü14,41 Kb.
#8710
1   2   3   4   5   6   7   8   9   ...   75

 
8
predmeti deyildir. Kulturologiyanı elmi tədqiqatın xüsusi 
predmeti kimi ayırdıqda müəyyən konseptual və metodoloji 
zəminə  əsaslandırmaq zəruridir. Problemin həllinin çətinliyi 
mədəniyyətin elə bir fenomen olmasındadır ki, onu sırf zahiri və 
empirik surətdə ictimai həyatın digər sahələrindən ayırmaq 
mümkün deyildir. Mədəniyyət  ən geniş  mənada insanın həyat 
fəaliyyətinin bütün əsas sahələrini – maddi istehsal, sosial-siyasi 
münasibətlər, mənəvi inkişaf, məişət, insanlar arasında qarşılıqlı 
əlaqə sahələrini səciyyələndirir. Müasir sosial həyatın istənilən 
sahəsi bu fenomenin mədəni əhəmiyyəti və qiyməti baxımından 
səciyyələndirilmək imkanına malikdir. Deməli, mədəniyyət 
konsepsiyasının tədqiqi ilə digər ictimai elmlər predmetinin 
tədqiqini bir-birindən ayıran sərhəddin haradan keçməsi 
məsələsi mədəniyyətin müasir tədqiqatçıları qarşısında çox 
kəskin şəkildə qoyulur. 
Müasir cəmiyyətin bütün mədəni fəaliyyətinin başlıca 
məzmununu və əsas məqsədini təşkil edən “insan şəxsiyyətinin 
formalaşdırılması prosesi”nin mürəkkəb strukturu, eyni 
zamanda mədəniyyət konsepsiyasının olduqca mürəkkəb 
strukturunu aydınlaşdırır. Bu mənada kulturologiya, hər şeydən 
əvvəl, insanın müəyyən cəhətlərinə görə  mədəniyyət tərkibinə 
daxil olan fəaliyyət növlərinin müxtəlifliyini (maddi əməyi, 
ünsiyyəti, siyasi və ictimai fəaliyyəti, məişəti, asudə vaxtı, elmi, 
incəsənəti, təhsili və i.a.) diqqətdə saxlamalıdır.  İkincisi, o, 
mədəni nemətləri və  sərvətləri yaradan, qoruyan, irs qoyan, 
mübadilə  və istifadə edən mədəni fəaliyyətin özünün müxtəlif 
sahələrini birləşdirməlidir. Üçüncüsü, mədəniyyət haqqında elm, 
mədəniyyətin  əsas elementlərinin – sərvətlərin, davranış 
normalarının, nümunələrinin, dünyagörüşü prinsipləri və 
ideyalarının, mənəvi və estetik ideallarının təhlinini verməlidir. 
Deməli, cəmiyyətin və ayrılıqda götürülmüş  fərdin bütün 
mədəniyyət binası bu elementlərdən yaranır. Ona görə  də 
kulturoloji tədqiqatlarda məhz belə bir kompleks xarakterli 
səciyyəvi xüsusiyyətlərə ciddi diqqət yetirilməlidir. 


 
9
Bu sevindirici bir haldır ki, Azərbaycan Respublikasının 
müasir dövrdə yürütdüyü mədəniyyət siyasətindən yaranan 
imkanlar və milli mənəvi dəyərlərimizin mühafizəsinə göstərilən 
qayğı, gənc alimlərin və tədqiqatçıların bu sahədəki araşdırma-
larına da stimul verməkdədir. Mədəniyyət siyasəti sahəsindəki 
fəaliyyətlərə elmi dəstək vermək məqsədindən irəli gələn 
“Müasir şəraitdə Azərbaycan dövlətinin mədəniyyət siyasəti və 
mənəvi dəyərlərin inkişaf amilləri” mövzusundakı  tədqiqatın 
aparılması prosesində, təbii ki, mədəniyyət fenomeni ilə bağlı 
yuxarıda qeyd olunan səciyyəvi xüsusiyyətlərin və bu sahədə 
əldə edilmiş elmi qənaətlərin nəzərə alınması  zəruridir. Elə 
məhz bu baxımdan da, milli-mənəvi dəyərlərin inkişafına 
yönəldilmiş yeni mədəniyyət siyasətinin tədqiqini nəzərdə tutan 
monaqrafiya mövzusu aktuallıq kəsb etməkdədir.  
Mədəni dünyaya sürətlə inteqrasiya etməkdə olan 
Azərbaycan Respublikasının demokratik inkişafı üçün zəruri 
olan təsisatlar və hüquqi baza artıq formalaşmışdır. Dövlət 
quruculuğu sahəsində aparılan islahatlar mədəniyyət siyasətinin 
səlahiyyətlərin bölünməsi prinsipi əsasında gerçəkləşməsini 
təmin etməkdədir. Respublikada müxtəlif yönlü siyasi 
partiyaların, ictimai təşkilatların azad fəaliyyət göstərməsi
çoxsaylı mətbuat orqanlarının sərbəst çıxması, özəl televiziya və 
radio kanallarının öz verilişlərini efirə  çıxarması  və sairə kimi 
hallar Azərbaycanda siyasi plüralizm, fikir azadlığı, 
demokratiya ab-havasının hökm sürməsinin konkret əyani 
nəticələridir. Vicdan və söz azadlıqları,  şəxsiyyətin 
toxunulmazlığı, əsas insani və vətəndaş hüquq və azadlıqlarının 
təmin edilməsi, tolerantlıq mühitinin bərqərar olması  əsl 
vətəndaş  cəmiyyəti formalaşdırmaq üçün atılmış  zəruri 
addımlardandır. 
Digər sahələrlə yanaşı  mədəniyyət siyasətində  əldə edilmiş 
mühüm nailiyyətlər ölkəmizin müstəqilliyinin möhkəm-
ləndirilməsinə  şərait yaradır. Müstəqil respublikamızın nüfuzlu 
beynəlxalq təşkilatlara, o cümlədən Avropa Şurasına tam-


 
10
hüquqlu üzv qəbul edilməsi onun beynəlxalq mövqeyinin 
möhkəmləndirilməsinə, dünya ölkələri içərisində öz layiqli 
yerini tuta bilməsinə  əlverişli imkan vermişdir. Azərbaycanın 
dövlət müsqətilliyinin möhkəmləndirilməsinə xidmət edən 
mədəniyyət siyasəti dünyanın bütün dövlətləri ilə 
bərəbərhüqüqlu  əsaslar üzərində faydalı  əlaqələrin inkişaf 
etdirilməsinə də şərait yaradır. 
Mədəniyyətin tərəqqisi haqqında fikir müxtəlifliyi və 
uyğunsuzluqları isə yalnız elmi səbəblərlə deyil, eləcə  də daha 
dərin sosial-tarixi səbəblərlə  şərhini tapır. Mədəniyyət nəinki 
nəzəri izah tələb edən anlayışdır, həmçinin ictimai inkişafın real 
praktik və vacib məsələsidir. Mədəniyyət sahəsində siyasət 
müstəqillik dövründə  təkcə bizim deyil, həm də digər dünya 
dövlətlərinin siyasətinin tərkib hissəsinə çevrilmişdir. Mədəni 
inkişaf məsələləri müxtəlif partiyaların, beynəlxalq siyasi 
sənədlərin, proqramların mühüm tərkib hissəsi olmuşdur.  
Beləliklə, “mədəniyyət” anlayışının fundamental nəzəri 
əhəmiyyəti və mürəkkəbliyi müasir tarixi situasiyada 
mədəniyyət problemlərinin qloballığı  və çoxcəhətliyi ilə 
şərtlənir. Bəşər tarixində yeni epoxanın – insan həyatının bütün 
sahələrində köklü dəyişikliklər epoxasının xarakterini dərk 
etmədən geniş mənada mədəniyyətin məzmununu başa düşmək 
mümkün deyil. Azərbaycanda yeni cəmiyyətin qurulması ilə 
şərtlənən dəyişikliklərin mühüm amili, ümumiyyətlə yeni 
dövrdə geniş miqyas almış elmi-texniki tərəqqidir. Təbii ki, 
cəmiyyətdə baş verən genişmiqyaslı  dəyişikliklər mədəniyyətin 
inkişafına da təsirsiz qalmamışdır. Bəşər mədəniyyətinin 
perspektivləri ilk növbədə, dünyanın mövcud dilemmanı necə 
həll edəcəyindən asılıdır ki, bu baxımdan dövlətlərin 
mədəniyyət siyasətləri və xalqların mənəvi dəyərlərinin 
mühafizəsi problemlərilə bağlı  tədqiqatların  əhəmiyyəti 
danılmazdır.  
Bu vaxta qədər bütün dünyada, o cümlədən Azərbaycan 
Respublikasında mədəni quruculuq məsələləri, mədəniyyət 


Yüklə 14,41 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə