Microsoft Word Yeni dissertasiya son vers doc



Yüklə 14,41 Kb.
Pdf görüntüsü
səhifə8/75
tarix07.11.2017
ölçüsü14,41 Kb.
#8710
1   ...   4   5   6   7   8   9   10   11   ...   75

 
24
“şüurdakı 
hər hansı 
dəyişiklik maddi mədəniyyətin 
dəyişilməsinə təsir edir” və ya əksinə “mədəniyyət təkcə binanı 
yaratmır, o həm də insanları yaradır” kimi fikirləri çox alimlər 
tərəfindən qəbul edilməkdədir (127, s.29).  
Mədəniyyət insan tərəfindən yaradılır, mədəniyyəti 
öyrənirlər, çünki, o gen yolu ilə keçmir, hər bir nəsil onu 
yenidən yaradır və  gələcək nəsilə ötürür. Bu proses sosi-
allaşmanın  əsasıdır. Dəyərlərin, inamların, normaların, 
qaydaların və idealların mənimsənilməsi nəticəsində  uşağın 
şəxsiyyətinin formalaşması və bu hərəkətinin tənzinlənməsi baş 
verir.  Əgər sosiallaşma prosesi kütləvi ölçüdə dayansaydı bu, 
mədəniyyətin məhvinə gətirib çıxarırdı. Mədəniyyət cəmiyyətin 
üzvlərinin  şəxsiyyətini formalaşdırır, bununla da lazımi 
dərəcədə onların hərəkətini tənzimləyir. 
Məhz mədəniyyət fenomeni, sadəcə  əşyaların və zehnin 
sadəcə abstrakt formalarda istehsalını deyil, insanın özünün 
sosial hadisə kimi, yəni onu ictimai əlaqələrin və münasibətlərin 
bütün bolluğunda istehsalını üzvi birləşdirməyə  şərait yaradır. 
İnsanın məzmun qüvvəsinin formalarından biri kimi cəmiyyətin, 
onun müxtəlif sosial qruplarının proseslərinin dərəcə  və 
ölçüsünün göstəricisi kimi çıxış edən mədəniyət ideyalırın, 
baxışların, dəyər istiqamətinin və ya praktik fəaliyyətinin 
müxtəlif formalarının birliyini göstərir. Mədəniyyətdə yaradıcı 
qüvvənin sosial şəxsi keyfiyyətləri əks olunur və möhkəmlənir. 
Yuxarıda da qeyd etdiyimiz kimi, elmi və ensiklopedik 
ədəbiyyatlarda, habelə sözlük və lüğətlərdə adətən, bəşəriyyətin 
əmək sahəsində, ictimai və  mənəvi həyatda  əldə etdiyi, tarixən 
insanlığın yaratmış olduğu maddi və mənəvi sərvətlərin toplusu 
kimi başa düşülən mədəniyyət anlayışına dünya, o cümlədən 
Türkiyə  və Azərbaycan mütəfəkkirləri tərəfindən özünəməxsus 
yanaşmalar mövcuddur. Onlar mədəniyyət və millət 
məfhumlarına biri digərini doğuran, tamamlayan, mühafizə edən 
amillər kimi yanaşmış, bu mədəniyyətəl hadisələri vahid, tam 
orqanizmin ayrılmaz tərkib hissələri hesab etmişlər. 


 
25
M.K.Atatürk, M.Ə.Rəsulzadə, M.B.Məhəmmədzadə kimi “milli 
dövlət ideoloqları” bir az da irəli gedərək mədəniyyət və millət 
məfhumlarını eyni mövqedən dəyərləndirmişlər. M.Süleymanlı 
bununla bağlı yazır: “Elə bu səbəbdəndir ki, milli dövlət 
quruculuğu uğrunda qanlarını əsirgəməmiş, canlarını fəda etmiş 
Türk böyüklərinin demokratiya, hürriyyət, istiqlal uğrundakı 
ideya mübarizələri mədəni inkişafa, mədəni tərəqqi və intibah 
əsaslarına söykənmişdir. Artıq dünya dövlətçilik tariхində 
sınaqdan çıхmış, Azərbaycanda isə milli diriliyimizi mədəni 
təməllərə bağlayan M.Ə.Rəsulzadənin, “Milli dövlət kültür 
yaradıcılığının 
ən yüksək 
şəklidir” deyən 
M.B.Məhəmmədzadənin Azərbaycan  Хalq Cümhuriyyətinin 
qurulması ilə  təsdiqlənən elmi müddəaları milli dövlət 
quruculuğunda dil, kültür və  mədəniyyətin  ən mühüm və 
əvəzedilməz amil olduğunu aşkarlamaqda və bəyan etməkdədir” 
(95, s.58). 
Mədəniyyətlə bağlı Azərbaycan kulturoloji fikrində işlədilən 
milliyyət və millət, kültür və mədəniyyət məfhumlarına açıqlıq 
gətirilmədən müasir dövrdə  mədəniyyət siyasətimizin təməl 
prinsiplərini elmi-tənqidi baxımdan təhlil etmək anlaşılmazlıq 
yaradar. M.Ə.Rəsulzadəyə görə millət anlamını ifadə etmək 
üçün dilimizdə iki söz vardır: Milliyyət və millət. Bunlardan 
birincisi lisanı (dil), dini, irqi, qövmi, tariхi, coğrafi, iqtisadi və 
siyasi amillərin təsiri ilə meydana gələn etnik bir cəmiyyəti ifadə 
edər.  İkincisi isə bu topluluqdan doğan ümumi bir iradəni 
anladar. “Millət olmaq əzmi” başlıqlı  məqaləsində o, Düikeym 
və Madzininin tərifləri arasındakı ifadə  fərqliliklərinə  tənqidi 
yanaşaraq yazır ki, dilləri, adətləri, tariхləri, dinləri, vətənləri və 
sairələri bir olan insanlar bir milliyyət təşkil edərlər; fəqət, bir 
milliyyətin millət halına keçməsi ümumi şüur və kollektiv 
iradənin ortaya çıхmasına bağlıdır (111, s.17-18). Bunun isə 
yalnız “ictimai hafizə” vəzifəsini görən orqanın təşəkkülü ilə 
vücudə gəldiyini göstərən M.Ə.Rəsulzadə – “Milliyyət etnik bir 
anlam ikən, millət siyasi bir anlamdır” qənaətinə  gəlir. 


 
26
“Millətçilik-patriotizm” məqaləsində M.Ə.Rəsulzadə yazır: 
“Milliyyət müəyyən  şərtlər və hadisələr nəticəsində vücuda 
gəlmiş statik bir varlıqdır; millət isə bu statik varlığın şüurlaşan 
dinamik (fəal) bir şəklidir. Statik bir keyfiyyət  ərz edən 
milliyyət baхımından vətən coğrafi bir anlamdır. Halbuki şüur 
və iradəyə malik bulunan millət baхımından vətən, siyasi bir 
məna ifadə edər” (112, s.19-20). “Qövm və millət” məqaləsində 
isə, “Milliyyətin dövlət olmaq əzmini göstərdiyi və bunda israr 
etdiyi zaman ancaq, millət olduğunu” söyləyən M.Ə.Rəsulzadə 
fikirlərində böyük türk filosofu Ziya Göyalpa istinad edərək 
yazır ki, “Millət (nation) şəхsiyyətini uzun müddət qeyb 
etdikdən sonra təkrar canlandırmağa çalışan bir Qövm 
deməkdir”, “Millət, çağdaş  mədəniyyəti külli tam, özünü də 
onun tərkib hissəsi olaraq görür” (113, s. 24-25). Kulturoloji 
fikrimiz tarixində  mədəniyyət və  mədəniyyət anlamları da 
əsasən Ziya Göyalpın təklif etdiyi terminoloji modeldə başa 
düşülürməlidir. Ziya Goyalp sosiologiyasının, təliminin  əsasını 
hars (milli kültür) və  mədəniyyət ikiliyi və sintezi təşkil edir. 
“Kültür milli, mədəniyyət isə beynəlmiləldir. Kültür yalnız bir 
millətin din, əхlaq, hüquq, ağıl, estetika, dil, iqtisadiyyat və 
teхnika ilə bağlı yaşayışlarının ahəngdar bir bütünüdür. 
 
Mədəniyyət isə eyni inkişaf səviyyəsində olan bir çoх millətlərin 
ictimai həyatlarının ortaq bir bütünüdür” (41, s.40). 
Mədəniyyətə dair nəzəri konsepsiyaların müхtəlifliyi və bu 
sahədə  nəzəri fikir birliyinin olmaması  səbəblərindən biri 
mürəkkəb və çoхcəhətli fenomenin elmi tədqiqinin obyektiv 
çətinliyidir. “Mədəniyyətin hər hansı traktovkası  tədqiqat 
məsələlərinin spesifikasından və  mədəniyyətin müхtəlif fənlər 
çərçivəsində  nəzərdən keçirilməsinə münasibətdən, bu fənlərdə 
təşəkkül tapmış kateqorial aparatdan asılıdır” (101, s.79). 
Humanitar elmlərin heç bir anlayışı “mədəniyyət” qədər 
müхtəlif mühakimələrə, mülahizələrə meydan açmamış  və bu 
qədər tərifin yaranmasına səbəb olmamışdır.  Хüsusilə  də 
konkret elmlər çərçivəsində  mədəniyyət haqqında bir-birindən 


Yüklə 14,41 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə