Microsoft Word Yeni dissertasiya son vers doc



Yüklə 14,41 Kb.
Pdf görüntüsü
səhifə4/75
tarix07.11.2017
ölçüsü14,41 Kb.
#8710
1   2   3   4   5   6   7   8   9   ...   75

 
11
shəsində inkişafın təmin edilməsinə dair problemlər bir çox 
kulturoloqların, tarixçilərin, filosofların, filoloqların, sənətşünas-
ların, psixoloqların, sosioloqların, politoloqların, pedaqoji sahə 
mütəxəssislərinin diqqətini cəlb etmişdir. Mədəniyyət sahəsində 
siyasətin uğurla həyata keçirilməsinə dair araşdırmalarda bir sıra 
suallara cavab axtarılmış, dünya kulturoloji fikrində müəyyən 
elmi qənaətlər  əldə edilmişdir. Eləcə  də son dövrlərdə 
azərbaycanlı alimlərin araşdırmaları içərisində  mədəniyyət 
siyasətinə 
və milli-mənəvi dəyərlərimizin mühafizəsi 
probleminə həsr olunmuş (və ya bu mövzuya toxunulan) bir çox 
elmi tədqiqatlar aparılmış, elmi-nəzəri əsərlər yazılmışdır. 
“Müasir  şəraitdə Azərbaycan dövlətinin mədəniyyət siyasəti 
və mənəvi dəyərlərin inkişaf amilləri” mövzusunda aparılmış bu 
araşdırmada həmin  əsərlərə istinad edilmişdir ki, onların 
müəllifləri içərisində F.Qasımzadə (61; 62), B.Qurbanov (66; 
67; 68; 106; 107), F.Məmmədov (81; 128; 129; 130; 131; 132; 
133), A.Şükürov (99; 100; 101), Ə.Tağıyev (30; 102), 
N.Cəfərov (20; 21), N.Mehdi (59; 71; 72; 73; 76), R.Bədəlov 
(139; 161), S.Məmmədəliyeva (139), S.Dadaşova (23), 
R.Aslanova (8), M.Süleymanlı (92; 93; 94; 95; 96; 97; 114; 
115), İ.Hüseynov (51; 52; 53; 54; 55; 56), M.Manafova (19; 59; 
70; 76; ), N.Axundova (7), N.Əfəndiyeva (28; 29; 56; 76), 
M.Əsədli (19; 37; 38; 76) S.Əliyeva (19; 59; 76), O.Sultanov 
(23), A.Əlizadə (34; 35), İ.Əliyeva (32), A.Haqverdiyev (42), 
Y.Əliyeva (33) kimi azərbaycanlı kulturoloqların tədqiqatları 
xüsusilə qeyd edilməlidir. 
Monaqrafiyada yeri gəldikcə Avropa (121; 136; 138; 158; 
160), Rusiya (120; 122; 123; 125; 127; 137; 159) və Türkiyə 
(104; 105; 109; 116; 117; 118; 119; 141; 142; 143; 144) 
alimlərinin 
əsərlərindən faydalanılmış, Azərbaycan 
Respublikasının və Türkiyə Cümhuriyyətinin mədəniyyət 
siyasətinə dair qəbul etdiyi proqramlardan (109; 117; 118; 139;), 
rəsmi statistik məlumatlardan, mədəniyyətin inkişafına 
istiqamətlənmiş  tədbirlər planından, Mədəniyyət və Turizm 


 
12
Nazirliyinin beynəlxalq təşkilatlar üçün hazırladığı hesabat 
xarakterli “Milli Məruzə”dən, habelə YUNESKO-nun 
tövsiyələrindən və Avropa Şurası ekspertlərinin hesabatlarından 
(139; 157; 161) istifadə edilmişdir. 
Azərbaycan dövlətinin mədəniyyət sahəsində siyasətini 
tədqiq edən alimlər içərisində tarix elmləri doktoru, professor 
F.Məmmədovun və onun rəhbərlik etdiyi mədəniyyət 
assosiasiyasının fəaliyyəti xüsusilə qeyd edilməlidir. Onun 
“Kulturologiya”ya dair dərslik və elmi monoqrafiyalarında (81; 
128; 129; 130; 131; 132; 133) dövlətin mədəniyyət siyasəti 
hərtərəfli nəzərdən keçirilmişdir. Bundan əlavə “Azərbaycan və 
müasir dünya” məcmuəsində “Azərbaycanda yeni mədəniyyət 
siyasətinin vəzifələri haqqında” məqaləsi nəşr edilmişdir. Eyni 
zamanda 2001-ci ilin 27-29 iyununda “Azərbaycanda yeni 
mədəniyyət siyasətinin formalaşdırılmasına yardım” layihəsi 
üzrə Açıq Cəmiyyət  İnstitutu-Budapeşt SOROS Fondunun 
himayəsi ilə keçirilmiş Beynəlxalq konfransın və sosioloji 
tədqiqatın sənəd və materialları  məcmuəsində (81) Fuad 
Məmmədovun, N.Axundovanın, F.Qasımzadənin, Solmina 
Dadaşovanın, Oqtay Sultanovun, Əli Abasovun, Cəmilə 
Səttarovanın, Rəhman Bədəlovun və xarici ölkə alimlərinin 
mədəniyyət siyasəti haqqında məqalələri çap olunmuşdur. 
Həmin məcmuədə layihənin mahiyyəti anketlərin nəticələri və s. 
materiallarda öz əksini tapmışdır. Artıq  ilk sayı işıq üzü görmüş 
“Simurq” jurnalında (Baş redaktor: F.Məmmədov) da mövzuyla 
əlaqəli elmi yazılar dərc edilmişdir. 
Mədəniyyət və Turizm Nazirliyinin “Mədəniyyət siyasəti” 
şöbəsinin hesabat və nəşrlərində, habelə nazir müavini professor 
S.Məmmədəliyevanın “Azərbaycanda mədəniyyət siyasəti” 
(elmi icmal, 2002), “Azərbaycanın mədəniyyət siyasəti” 
(Avropa  Şurasının “Stage” layihəsi  əsasında, 2003), 
“Qloballaşma dövründə mədəniyyət” (2004) və “Mədəniyyət və 
insan” (2005) monoqrafiyalarında (139) mövzuya dair çox 
dəyərli elmi təhlillər yer almaqdadır. 


 
13
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 
elmi nəşri kimi və bu vaxta qədər AAK-ın elmi nəşrlərinin 
qeydiyyatında olan kulturologiyaya dair yeganə  məcmuə olan 
“Mədəniyyət dünyası”nın (Baş redaktoru: M.Süleymanlı) bütün 
buraxılışlarında (2001–2008-ci illər  ərzində  cəmi on dörd sayı 
nəşr edilmişdir) mədəniyyətin  ən müxtəlif problemlərinə  həsr 
edilmiş elmi yazılar çap edilmişdir.   
Azərbaycan mədəniyyətinin bəzi problemlərini işıqlandıran 
namizədlik və doktorluq disertasiyalarının yazılması da 
mövzuya olan ciddi elmi-tənqidi münasibəti  əks etdirməkdədir 
ki, müəllif yeri gəldikcə bu tədqiqat  əsərlərindən də 
yararlanmışdır. Belə ki, son vaxtlar mövzuyla bağlı  İlhamə 
Əliyevanın “Azərbaycan bayramları  və milli mənəvi 
dəyərlərimiz” (32), Anar Haqverdiyevin “Müstəqil Azərbaycan 
Respublikasının mədəniyyətinin aktual problemləri” (42), 
Yeganə  Əliyevanın “Azərbaycanda kulturoloji fikrin tarixi 
inkişaf mərhələləri” (33), Fatimat Məmmədovanın “Azərbaycan 
mühacirətinin elmi-nəzəri tədqiqatlarında dil kulturoloji baxışlar 
kontekstində” (82), Zaur Cəfərzadənin “Şərq mədəniyyətlərinin 
tarixi tipologiyasının metodoloji problemləri” (22), Fərqanə 
Hüseynovanın “Müstəqillik dövründə Azərbaycan – Türkiyə 
əlaqələrinin kulturoloji aspektləri (elm, təhsil, mədəniyyət)” (57) 
adlı namizədlik monaqrafiyaları  və Nigar Əfəndiyevanın 
«Azərbaycanlı 
юzünüdərki və 
юzünüidentifikasiyanın 
kulturоlоji–fəlsəfi prоblemləri qlоballaşma kоntekstində»  (29) 
mövzusunda doktorluq işi diqqəti cəlb edir. Həmin 
monaqrafiyaların mövzusu bilavasitə Azərbaycan dövlətinin 
mədəniyyət siyasətinə və mənəvi dəyərləərimizə həsr olunmasa 
da, bu və ya digər paraqraflarda həmin problemlərə 
toxunulmuşdur. 
Lakin müasir şəraitdə Azərbaycan dövlətinin mədəniyyət 
siyasəti və mənəvi dəyərlərin inkişaf amilləri mövzusu məhz bu 
namizədlik monaqrafiyasında ilk dəfə sistemli şəkildə 
araşdırılmışdır. 


Yüklə 14,41 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə