Microsoft Word Yeni dissertasiya son vers doc



Yüklə 14,41 Kb.
Pdf görüntüsü
səhifə14/75
tarix07.11.2017
ölçüsü14,41 Kb.
#8710
1   ...   10   11   12   13   14   15   16   17   ...   75

 
42
qanunlarının, onun müəyyən konkret-tarixi situasiyada təsir 
mexanizminin idrakına  əsaslanır. Bu prinsiplər mədəniyyətin 
ictimai həytanın müxtəlif sahələri ilə  əlaqələrinin bütün 
məcmuyuna, tarixi sahələri ilə  əlaqələrinin bütün məcmuyuna, 
tarixi münasibətlə  və onu nəzərə almaqla xarakterizə edilir. 
Dövlət mədəniyyət sisteminin başlıca vəzifəsi milli mədəniyyət 
sərvətlərinin, dünya mədəniyyəti nümunələrinin etibarlı  şəkildə 
toplanıb qorunaraq gələcək nəsillərə çatdırılmasından, onların 
əhali arasında geniş  təbliğindən, Azərbaycan xalqının adət və 
ənənələrinə bağlı, milli, mənəvi və  mədəni, bəşəri dəyərlərə 
yiyələnən, müstəqil və yaradıcı düşünən vətəndaşlar 
yetişdirilməsinə  fəal yardım etməkdən ibarətdir (77, 18 aprel 
1998-ci il, № 86 ). 
Azərbaycanda Mədəniyyət siyasətinin təminatı  aşağıdakı 
istiqamətlərdə  həyata keçirilir: Qanunvericilik təminatı; 
Müəlliflik hüququ; Mədəniyyətin maliyyələşməsi; Mədəniyyət 
sahəsində  təhsil, treninqlər və  tədqiqatlar; Beynəlxalq 
münasibətlər; Əhalinin mədəni həyatda iştirakı; Mədəni və təbii 
irs; Muzeylər; Kitabxanalar; Ənənəvi incəsənət; İfaçılıq sənəti – 
yaradıcılığın dəstəklənməsi; Mədəniyyət industriyaları; Avropa 
ekspertlərindən ibarət müstəqil qrupun məruzəsi (Mədəniyyət və 
sabit inkişaf; Azərbaycanda mədəniyyət strategiyalarının 
inkişafı; Nəticə  və beynəlxalq  əməkdaşlıq məsələləri; 
Mədəniyyət və özünəməxsusluq: milli, regional və azlıqlar 
səviyyəsində perspektivlər və cari vəziyyət); Mədəniyyət Sahə-
sində Qanunvericilik və Mədəniyyət Siyasətinin İnkişafi (139). 
Tarixi kontekstdən baxıldıqda məlum olur ki, dövlətin 
mədəniyyət siyasəti, müəyyən obyektiv amillərin mövcudluğu 
halında təşəkkül tapır; bu amillər bilavasitə ona təsir 
göstərməklə qalmayıb, həm də bir növü onun təcəssümünün 
zaman-məkan kontinuumunu təşkil edir. Buna görə də hər hansı 
bir konkret ölkənin mədəniyyət siyasəti haqda təsəvvür  əldə 
etmək üçün ilk növbədə onun tarixi, təbii-coğrafi  şəraiti ilə, 
eləcə də həmin ölkədə ictimai və fərdi həyat sahələrində ümumi 


 
43
vəziyyətlə tanış olmaq lazımdır. Bu səbəbdən də hər bir ölkənin 
(təbii ehtiyatlardan tutmuş sosial və beynəlxalq 
xarakteristikalara qədər), onun mədəniyyət siyasətinin obyektiv 
şərtlərinin məcmusunu təşkil edən cəhətlərin öyrənilməsinə 
zərurət vardır.  
Azərbaycan Respublikası 30-dan artıq beynəlxalq və regional 
təşkilatın üzvüdür: ATƏT (yanvar, 1992), BMT (mart, 1992), 
YUNESKO (iyun, 1992), İƏT (İqtisadi  Əməkdaşlıq Təşkilatı, 
1992), Avropa Bərpa və  İnkişaf Bankı (1992), Dünya Bankı 
(1992),  İslam Konfransı  Təşkilatı (1992), Qara Dəniz  İqtisadi 
Əməkdaşlıq Təşkilatı (1992), TÜRKSOY (iyul, 1993), MDB 
(sentyabr, 1993), YUNİSEF (1993), Ümumdünya Səhiyyə 
Təşkilatı (oktyabr, 1992), İNTERPOL (1993), Beynəlxalq 
Olimpiya Komitəsi (1993), Beynəlxalq Qırmızı Xaç və Qırmızı 
Aypara Federasiyası (1993), GÖUAM (1997), Avropa Şurası 
(yanvar, 2001) və s. Bundan əlavə, Azərbaycan Respublikası 
1996-ci ildə Avropa Birliyi ilə  tərəfdaşlıq və  əməkdaşlıq 
sahəsində müqavilə imzalamışdır və 1994-cü ildən etibarən 
NATO-nun “sülh naminə tərəfdaşlıq” proqramında iştirak edir. 
Azərbaycanın xarici siyasəti milli dövlət müstəqilliyinin və 
onun  ərazi bütövlüyünün qorunmasına və gücləndirilməsinə, 
bərabərhüquqlu və qarşılıqlı faydalı münasibətlərin inkişafına, 
dünyanın bütün ölkələri ilə dostluq əlaqələrinin qurulmasına 
yönəldilmişdir. Azərbaycanın coğrafi vəziyyəti, sosial-siyasi 
səyləri, tarixi-mədəni  ənənələrindən doğan transregional 
xüsusiyyətləri müstəqil Azərbaycan Respublikasının gələcəkdə 
daha da inkişaf edəcəyinə  və möhkəmlənəcəyinə  hər cür əsas 
verir. Bu da, heç şübhəsiz, onun daxili və xarici mədəniyyət 
siyasətinin inkişafına böyük təkan verəcəkdir (139). 
Müasir Azərbaycanın mədəniyyət siyasəti, hər şeydən əvvəl, 
öz tarixinin son on yeddi ilini müstəqillik bayrağı altında 
yaşayan bir ölkənin siyasətidir. Siyasi rejimin dövlət 
quruculuğu, iqtisadiyyat və sosial sahələrdə köklü dəyişikliklərə 
səbəb olan transformasiyası  mədəni prossesin məzmununa və 


 
44
dinamikasına bilavasitə təsir göstərmişdir. Eyni zamanda, həyat 
gerçəkliyinin spesifik inikas forması olan və düşüncənin
psixologiyanın, sosial şüurun dərin qatlarına nüfuz edən 
mədəniyyətdə baş verən dəyişikliklər digər sahələrdəki kimi heç 
də sürətli və  aşkar  şəkildə olmamışdır. Son illərdə ölkənin 
mədəni həyatında baş verən prosseslər üçün “sovet” 
keçmişindən “postsovet” indisinə nisbətən hamar keçid 
xarakterikdir. Şərti olaraq bu prossesi mədəniyyətdə “məxməri” 
inqilab adlandırmaq olar, çünki baş verənlərin tempi, metodları 
və xarakteri “dəyişiklik naminə dəyişikliyə” deyil, yeni reallığın 
tədricən mənimsənilməsinə yönəlmişdir. Qeyd etmək lazımdır 
ki, siyasi, iqtisadi, hüquq-mühafizə və təhsil sahələrindən fərqli 
olaraq mədəniyyət rəsmən islahatlar sahəsi elan edilməmişdi və 
bunun da nəticəsi olaraq dövlət tərəfindən verilən  əlavə 
güzəştlərdən və beynəlxalq təşkilatların maliyyə yardımından 
məhrum qalmışdı. Ancaq burada həm aşağı, həm də yuxarı 
səviyyədə  dəyişiklər 
 deklarativ bəyanatlar olmadan baş 
vermişdir (139). 
Bəs bu dəyişiklərin məğzi nədən ibarətdir? Onların həyata 
keçirilməsi mexanizmləri hansılardır? Bu dəyişikliklərin 
gerçəkləşməsinə  cəmiyyətin hansı  təbəqələri cəlb olunmuşdur? 
Azərbaycanın müasir mərhələdə  mədəniyyət siyasətini 
araşdırmaq istəyən hər kəs istər-istəməz bütün bu, eləcə də digər 
suallara cavab tapmaq məcburiyyətindədir. Çox güman ki, 
əvvəlki illərin süst düşüncəsindən tədricən azad olan cəmiyyətin 
öz  şüurunda baş verən dəyişiklikləri son on ilin ən başlıca 
nailiyyəti adlandırmaq olar. Azərbaycanda yeni mədəniyyət 
siyasəti yuxarıların təşəbbüsü ilə deyil, real həyatda baş verən 
prosseslərin inikası kimi formalaşmışdır. Müasir dövrün çox 
sürətlə  dəyişən sosial mədəni konteksti, qloballaşma 
prosseslərinin güclənməsi, mədəniyyət sahəsində prioritetlərin 
yenidən bölüşdürülməsi, kütləvi mədəniyyətin və  mədəniyyət 
industriyasının ümumi mədəni həyat panoramına müdaxiləsi, 
bədii irsin qorunub saxlanması  və yeni nəsillərə ötürülməsi 


Yüklə 14,41 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə