Microsoft Word Yeni dissertasiya son vers doc



Yüklə 14,41 Kb.
Pdf görüntüsü
səhifə17/75
tarix07.11.2017
ölçüsü14,41 Kb.
#8710
1   ...   13   14   15   16   17   18   19   20   ...   75

 
51
təminatı problemindən bəhs edərkən isə vurğulanmalıdır ki, 
müstəqil Azərbaycan Respublikası ümumbəşəri dəyərləri 
prioritet qəbul edərək, demokratik, dünyəvi və hüquqi dövlət 
qurmaq yolunu seçmişdir. Həmin yol həm ölkənin dünya 
birliyinə sivil inteqrasiyasının, həm də həyat fəaliyyətinin bütün 
sahələrinin normal işləməsinin başlıca  şərti olan qanunun 
aliliyinin təsdiqi və ona riayət olunması prinsipini nəzərdə tutur. 
Cəmiyyətimiz bütövlükdə mədəni həyatın və ayrı-ayrılıqda onun 
hər bir mərhələsinin – mədəni dəyərlərin yaradılması, qorunub 
saxlanması, yayılması  və  mənimsənilməsi (qəbul edilməsi) 
prosseslərinin tənzimlənməsində komanda – sərəncamçılıq 
metodlarının yolverilməzliyi barədə razılığa nail olmuşdur. O, 
mədəniyyətin müxtəlif növ – maddi, maliyyə, kadr və 
informasiya resurslarından istifadə etməklə  və yalnız diqqətlə 
düşünülmüş, yaxşı hazırlanmış və müasir tələblərə cavab verən 
qanunvericilik vasitəsilə idarə olunmasını  qəbul etmişdir. Bu 
səbəbdən, mədəniyyət siyasətinin həyata keçirilməsinin ən əsas 
vasitələrindən biri olan hüquqi cəhətdən mükəmməl qanunların 
hazırlanması, qəbul edilməsi və  tətbiq olunması müstəsna 
əhəmiyyət kəsb edir. 
Azərbaycan Respublikası Konstitusiyasının “Qanunvericilik 
təşəbbüsü hüququ” haqqında 96-cı maddəsinə, həmçinin 
Azərbaycan Respublikası Milli Məclisinin daxili Nizamna
-
məsinin “Milli Məclisin daimi komissiyalarında qanun və qərar 
layihələrinin hazırlanması  və baxılması Qaydaları”nın 15-ci 
maddəsinə uyğun olaraq, qanun layihələri və digər məsələləri 
Milli Məclisin müzakirəsinə  çıxarmaq hüququ Milli Məclisin 
deputatlarına, ölkə Prezidentinə, Ali Məhkəməyə  və Naxçıvan 
Muxtar Respublikasının Ali Məclisinə məxsusdur. Özü də ölkə 
Prezidentinin, Ali Məhkəmənin və NMR Ali Məclisinin 
qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisin müza
-
kirəsinə  təqdim etdikləri qanun layihələri olduğu kimi 
müzakirəyə  çıxarılır və  səsə qoyulur. Belə qanun layihələrinə 
dəyişikliklər qanunvericilik təşəbbüsü hüququndan istifadə edən 


 
52
orqanın razılığı ilə edilir. Fiziki və hüquqi şəxslərə, o cümlədən 
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə 
gəldikdə isə onların hamısının bu və ya digər qanunun hazırlan-
ması  və  qəbul edilməsinin, yaxud hazırda qüvvədə olan 
qanunlara  əlavələr edilməsinin zəruriliyini  əsaslandırmaq 
məqsədilə Milli Məclisin müvafiq daimi komissiyasına (cəmi 11 
belə komissiya mövcuddur) müraciət etmək hüququ vardır. 
Onlar həmçinin qanun layihəsinin ilkin, qaralama variantını 
təqdim edə bilərlər. Dəlillər inandırıcı olduğu halda müvafiq 
komissiyanın, mədəniyyətlə bağlı isə  mədəniyyət məsələləri 
üzrə daimi komissiyanın üzvü olan deputatlar öz iclaslarında 
konkret qanun layihəsinin hazırlanması barədə  qərar qəbul 
edirlər. Sonra komissiya qanun layihəsi üzərində bilavasitə 
işləmək üçün xüsusi işçi qrupu yaradır və ölkənin həmin sahədə 
ən yaxşı mütəxəssislərini o qrupa dəvət edir. Əgər qanun bir 
neçə daimi komissiya tərəfindən hazırlanırsa, o zaman ümumi 
işçi qrupu da yaradıla bilər. Sonrakı  mərhələ digər ölkələrin 
müvafiq qanunlarını axtarıb tapmaqdan, hazırlanan qanunun 
ölkə daxilində nizamlamalı olduğu sahədə  işlərin vəziyyətini, 
mövcud problemləri və nöqsanları diqqətlə öyrənməkdən 
ibarətdir. Hər bir qanun hazırlanarkən, həmçinin hökmən 
müvafiq beynəlxalq konvensiyalar nəzərə alınır. Nümunə üçün 
deyək ki, təkcə Azərbaycan Respublikasının birinci çağırış 
(1995-2000) Milli Məclisinin mədəniyyət sahəsilə bağlı 
qanunvericilik fəaliyyəti xeyli intensiv olmuşdur. Bu müddət 
ərzində mədəniyyət sahəsində 15 əsas qanun qəbul edilmişdir.  
Müstəqillik elan edildikdən sonra mədəniyyət sahəsində 
bütövlükdə 19 qanun qəbul olunmuşdur: Latın qrafikalı 
Azərbaycan  əlifbasının bərpa edilməsi haqqında (25 dekabr 
1991-ci il); Kütləvi informasiya vasitələri haqqında (21 iyul 
1992-ci il); Azərbaycan Respublikasının Müəlliflik Hüquqları 
Agentliyi haqqında (10 sentyabr 1993-cü il); 
“AZƏRKİNOVİDEO” istehsalat Birliyi haqqında (13 dekabr 
1993-cü il); Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında (5 


 
53
iyun 1996-cı il); Reklam haqqında (3 oktyabr 1997-ci il); 
Mədəniyyət haqqında Qanun (6 fevral 1998-ci il); Tarix və 
mədəniyyət abidələrinin qorunması haqqında (10 aprel 1998-ci 
il); Qrantlar haqqında (17 aprel 1998-ci il); İnformasiya azadlığı 
haqqında (19 iyun 1998-ci il); Kinematoqrafiya haqqında (3 iyul 
1998-ci il); Memarlıq fəaliyyəti haqqında (3 iyul 1998-ci il); 
Kitabxana işi haqqında (20 dekabr 1998-ci il); Turizm haqqında 
(4 iyun 1999-cu il); Şəhərsalmanın  əsasları haqqında (11 iyun 
1999-cu il); Milli Arxiv Fondu haqqında (22 iyun 1999-cu il);  
Kütləvi informasiya vasitələri haqqında (8 fevral 2000-ci il); 
Muzeylər haqqında (24 mart 2000-ci il); Nəşriyyat işi haqqında 
(30 may 2000-ci il). 
“Mədəniyyət haqqında Qanun” kimi bütövlükdə  mədəniyyət 
sahəsini tənzimləyən qanunda, hər  şeydən  əvvəl, dövlət 
siyasətinin prinsipləri, məqsədləri və  vəzifələri ifadə olunmuş
həmin sahədə  mərkəzi (dövlət) və yerli (bələdiyyələr) icra 
hakimiyyəti orqanlarının səlahiyyətləri müəyyən edilmişdir. Bu 
qanunla hər bir şəxsin yaradıcılıq hüquqları  və azadlıqları, 
beynəlxalq  əlaqələrin və  əməkdaşlığın inkişafı, habelə 
mədəniyyət sahəsində dövlətin antiinhisar siyasəti, milli 
özünəməxsusluğun, o cümlədən həm Azərbaycan xalqının, həm 
də tarixən Azərbaycan Respublikasında yaşayan etnik qrupların 
mədəni irsinin qorunub saxlanması  və inkişaf etdirilməsi, 
mədəniyyət fəaliyyətilə  məşğul olan ictimai birliklərin və 
təşkilatların yaradılması imkanları  təmin olunur. Dövlətin bu 
sahəyə müdaxiləsi zorakılığın, irqi, milli və dini dözülməzliyin
pornoqrafiya və narkomaniyanın təbliğinin qadağan edilməsilə 
məhdudlaşır. Bu cür qadağaların real şəkildə  fəaliyyət göstərə 
bilməsi məhkəmə proseduru vasitəsilə təmin edilir. Mədəniyyət 
fəaliyyətinə digər müdaxilə formalarına qanunla icazə verilmir. 
Bir sözlə, mədəniyyət fəaliyyəti və onun inkişafı ilə bağlı bir 
çox məsələlər həmin qanun çərçivəsində ümumi şəkildə  həll 
edilmişdir. 


Yüklə 14,41 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə