Microsoft Word Yeni dissertasiya son vers doc



Yüklə 14,41 Kb.
Pdf görüntüsü
səhifə19/75
tarix07.11.2017
ölçüsü14,41 Kb.
#8710
1   ...   15   16   17   18   19   20   21   22   ...   75

 
57
siyasətinin  əsas prinsipləri və  nəşriyyat işi sahəsində dövlətin 
vəzifələri ifadə olunmuş, nəşriyyat-poliqrafiya fəaliyyətinin 
təşkil olunması  və  həyata keçirilməsinin optimal üsulları 
müəyyən edilmiş, həmin sahədə subyektlər arasındakı 
münasibətləri tənzimləyən prinsiplər dəqiqləşdirilmişdir.  
“Kinematoqrafiya haqqında” qanunda bu sahəyə dövlət 
himayəsinin  əsas formaları açıqlanır. Qanunda milli film və 
kinoepopeyaların ilkin materiallarının qorunması kimi 
problemlər öz həllini tapır, milli filmlərin istehsalı, yayımı  və 
beynəlxalq festivallarda iştirakının dövlət tərəfindən 
maliyyələşdirilməsinin qayda və şərtləri müəyyən edilir. Hüquqi 
planda kino yaradıcılığı  fəaliyyətini və kinematoqrafiya 
təşkilatlarının işini tənzimləyən məsələlər həll edilir. 
“Azərbaycan dilindən istifadə və onun qorunması haqqında” 
son dərəcə vacib olan qanunu, xüsusilə qeyd etmək lazımdır. 
Həmin qanunun aktuallığı bununla bağlıdır ki, Azərbaycan 
Dövlət Respublikasının Konstitusiyasında (1995) Azərbaycan 
dilinin dövlət dili elan edilməsinə  və buna müvafiq olaraq, 
həyatımızın bütün sferalarında ondan geniş istifadə olunması 
üçün hər cür şərait yaradılmasına baxmayaraq, bu sahədə xüsusi 
qanun qəbul olunmasını  zəruri edən bir çox mühüm səbəblər 
mövcuddur. Xüsusilə  də, dünyanın inteqrasiya olunduğu, 
qloballaşma prosseslərinə məruz qaldığı bir dövrdə Azərbaycan 
dili digər dillərin dağıdıcı  təzyiqi ilə üzləşir. “Müasirləşdirmə” 
adıyla Azərbaycan dilini süni şəkildə yad dillərlə qarışdırma 
onun zibillənməsinə, ona xas normaların dəyişməsinə, sintaksis 
və intonasiyanın təhrifinə  gətirib çıxarır. Bu cür “inkişaf yolu” 
Azərbaycan dilinin əsrlər boyu təşəkkül tapmış tipologiyasının, 
onun qrammatik qurluşunun pozulmasına, habelə fonetik 
normaların xeyli dəyişməsinə, lüğət tərkibinin itkisinə  səbəb 
olur. Bundan əlavə, latın qrafikalı Azərbaycan əlifbasına keçidlə 
bağlı da xeyli çətinliklər mövcuddur. Bu və bir çox digər 
qüsurların qarşısını almaq məqsədilə Azərbaycan Respub-
likasının Prezidenti Heydər  Əliyevin “Dövlət dilinin tətbiqinin 


 
58
təkmilləşdirilməsi haqqında” 21 iyun 2001-ci il tarixli fərmanı 
dərc olunmuş, onun 4 iyul 2001-ci il tarixli digər bir fərmanı ilə 
dil üzrə dövlət komissiyası yaradılmışdır; bu komissiyanın 
funksiyasına bundan əvvəl dərc olunmuş  fərmanın həyata 
keçirilməsinə nəzarət ermək daxildir.  
“KİV haqqında” qanunun 2000-ci ildə  qəbul edilməsinə 
baxmayaraq, KİV fəaliyyətinin qanunvericilik bazasının 
durmadan yaxşılaşdırılmasına və ümumavropa məkanına 
inteqrasiya olunmağa səy göstərilməsi bu qanuna yenidən 
baxılmasının başlıca səbəblərindəndir. 2001-ci ilin dekabrında 
Azərbaycan Respublikasının Prezidenti “KİV-ə dövlət qayğısı 
sahəsində əlavə tədbirlər haqqında” fərman imzaladı. Fərmanda 
qəzet kağızının ixracına qoyulan rüsumların ləğv edilməsi, KİV-
nin inkişafı üçün uzunmuddətli və güzəştli kreditlər ayrılması 
məsələlərilə bağlı imkanların yaxşılaşdırılması, müstəqil 
televiziya və radio şirkətlərinin veriliş  əhatəsinin geniş-
ləndirilməsilə bağlı tədbirlər görülməsi, xarici televiziya şirkət-
lərinin Azərbaycan  ərazisində verilişlərinin qanunvericiliyə 
uyğun olaraq tənzimlənməsi, qəzet yayımına və özəl televiziya 
və radio şirkətlərinin verilişlərinə qoyulan vergi hədlərinin 
yenidən nəzərdən keçirilməsi, özəl qəzetlərin dövlət nəşriy-
yatlarında maneəsiz çap olunmasının təmin edilməsi kimi 
tədbirlər nəzərdə tutulur. Eləcə  də “Teatr və teatr fəaliyyəti 
haqqında”, “Yaradıcılıq birlikləri və yaradıcı  işçilər haqqında”, 
“Milli qoruqlar və milli parklar haqqında”, “Folklor ifadələrinin 
qeyri-qanuni istifadədən və onların qorunub saxlanmasına ziyan 
vuran digər fəaliyyətlərdən qorunması haqqında” qanunlar qəbul 
edilmişdir (75). 
Müəlliflik hüququ qanunvericiliyinə 
gəldikdə isə, 
Azərbaycan Respublikasının sivilizasiyalı  cəmiyyətlərin  ən 
yüksək ölçülərinə cavab verən “Müəlliflik hüququ və  əlaqəli 
hüquqlar” haqqında yeni qanunu 1996-cı il oktyabrın 8-də 
qüvvəyə minmiş  və Azərbaycan tarixində müəlliflik hüququ 
sahəsində ilk qanun kimi, respublika rəhbərliyi tərəfindən elan 


 
59
edilən hüququ dövlət quruculuğu prinsiplərini təsdiq etmişdir. 
Bu qanunun ən diqqətəlayiq cəhəti ondadır ki, o, əsər 
yaradıcıları ilə onun istifadəçiləri arasında qeyri-bərabər 
münasibətlər prinsipi əsasında yaradılan və daha haqlı olaraq 
“əsərlərdən istifadə hüququ” adlandırıla biləcək “Sovet 
müəlliflik hüququ”nun postulatlarını tamamilə ləğv etmişdir. 
Azərbaycanda dövlət və müəlliflik hüququ sistemi dünya 
standartları  səviyyəsində qurulmuşdur. Bu da bir sıra 
zərurətlərdən irəli gəlmişdir. Belə ki, Azərbaycan qədim və 
zəngin mədəniyyət ölkəsidir, görkəmli alimləri, yazıçıları  və 
bəstəkarları ilə bütün dünyada məşhurdur. Mənəvi mədəniyyət 
ənənələri, yaradıcılıq nailiyyətlərinin himayə olunması  və 
stimullaşdırılması müasir Azərbaycanda qayğı ilə qorunub 
saxlanmaqda və çoxaldılmaqdadır. Məhz bu səbəbdən gənc 
Azərbaycan dövləti respublika rəhbərliyinin düşünülmüş  və 
uzaqgörən siyasəti sayəsində intellektual mülkiyyətə böyük 
diqqət yetirir. Azərbaycan Respublikasının yeni Konstitusiya-
sının bu hüquqların  əhəmiyyətini qeyd edən 30-cu maddəsində 
deyilir ki, “Hər kəsin intellektual mülkiyyət hüququ vardır. 
Müəlliflik hüququ qanunla qorunur” (9, s. 18). 
“Müəlliflik hüququ və  əlaqəli hüquqlar haqqında” qanun 
mədəniyyət sahəsində dövlət siyasətinin istiqamətlərini 
möhkəmləndirir və özündə bunları ehtiva edir: elm, ədəbiyyat və 
incəsənət  əsərlərinin yaradılması ilə bağlı yaradıcılıq fəaliy-
yətinin təşviq edilməsi və stimullaşdırılması və millətin mənəvi 
dəyərlərinin çoxaldılması; qabaqcıl beynəlxalq təcrübə əsasında 
müəllif hüquqlarının müəyyən edilməsi və qorunmasını  təmin 
edən qanunvericilik bazasının yaradılması; müəlliflik hüquqları 
və  əlaqəli hüquqlar sahəsində dövlət idarəsinin təşkili; 
beynəlxalq  əlaqələri inkişaf etdirməklə, digər ölkələrin 
ərazisində milli hüquq sahiblərinin müəlliflik hüquqlarının 
qorunması. 
 


Yüklə 14,41 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə