Microsoft Word Yeni dissertasiya son vers doc



Yüklə 14,41 Kb.
Pdf görüntüsü
səhifə22/75
tarix07.11.2017
ölçüsü14,41 Kb.
#8710
1   ...   18   19   20   21   22   23   24   25   ...   75

 
66
40-dan çox mədəniyyət  şəbəkəsi və  təşkilatını özündə birləş-
dirən Forum yaradılmışdır. O, müxtəlif mədəniyyətlər arasında 
qarşılıqlı anlaşma körpüləri, dostluq və sülhün qurulmasında, 
dünya ölkələrində demokratik mədəniyyətin inkişaf et-
dirilməsində mühüm rol oynayır. Mədəniyyət siyasəti mədəniy-
yətin inkişafında böyük rol oynayır, çünki mədəniyyət siyasi 
amillərdən, dövlətin mədəni inkişafına təkan verən və ya 
tormozlayan siyasi sistemindən asılıdır (18, s.28-29). 
Mədəniyyət siyasəti xalqın intellektual potensialının, mənəvi 
sağlamlığı  və rifahını yüksəltməyə xidmət edən siyasətdir. O, 
həm də millətin mənəvi, sosial-iqtisadi inkişafının möh-
kəmlənməsini təmin edir. Mədəniyyət siyasətinin vəzifəsi maddi 
və mənəvi sərvətlərin istehsalı, qorunması və inkişaf etdirilməsi, 
eyni zamanda gələcək nəsillərə ötürülməsi üçün şəraitin 
yaradılmasıdır. Cəmiyyətdə insanların qeyri-bərabər mədəni 
inkişafını və mədəni deletantlığı aradan qaldırmaq üçün inkişaf 
etmiş ölkələrdə  mədəniyyət siyasəti koordinasiya və  tən-
zimlənmə yolu ilə elmi surətdə  təşkil edilir və idarəetmə 
əsasında həyata keçirilir. Belə olan halda cəmiyyətin müxtəlif 
sosial qruplarının və xalqın marağını əks etdirən balanslı mədəni 
inkişafa nail olmaq olar. Mədəniyyət siyasəti hüquqi təminata 
arxalanmalı  və hadisələri qabaqlamağı bacarmalıdır.  İnkişaf 
etmiş demokratik ölkələrdə mədəniyyət siyasətinə xalqın sosial 
vəziyyətinin və rifahının yüksəlməsi kimi baxılır. Çünki bu 
siyasətin  əsas məqsədi insan həyatının qorunub saxlanması  və 
yaxşılaşdırılmasına xidmət etməkdir. 
Professor Fuad Məmmədov öz tədqiqatlarında bir-biri ilə sıx 
əlaqədə və qarşılıqlı təsirdə olan ayrı-ayrı sahələrin mədəniyyət 
modelini təklif edir. Buraya təhsil və  tərbiyə, elm və 
texnologiya,  ədəbiyyat və incəsənət, din, etika, informasiya, 
mətbuat və turizm, hüquq, təşkilat və idarəetmə, həyat tərzi, dil 
və  mədəni irs səhiyyə, ekologiya və  həyat fəaliyyətini təmin 
edən digər sistemlər daxildir.  Həm də  mədəniyyətin bütöv 
sistem kimi inkişafının bazis əsası, hərəkətverici qüvvəsi, 


 
67
insanın intellektual fəaliyyəti və humanizm olan “mənəvi 
istehsal”dır (128, s.191-198). 
Müstəqil Azərbaycan Respublikası üçün mədəniyyət siyasəti 
yeni olsa da daha uğurlu aparılmalmaqdadır. Bunun üçün 
müstəqil Azərbaycan Dövlətinin mədəniyyət siyasəti üzrə 
prioritetləri müəyyənləşdirilir və bu sahədə ardıcıl və inadlı 
fəaliyyət proqramı vardır. Hazırki vəziyyətdə  mədəniyyət 
siyasətinin prioritetləri ümumiləşdirilmiş halda aşağıdakı kimi 
müəyyənləşdirilir: Mədəni irsin mühafizəsi və  mənəvi 
dəyərlərin inkişaf etdirilməsi; Yeni Qanunların qəbul edilməsi; 
Beynəlxalq təşkilatlarla  əlaqələrin yaradılması; Bələdiyyələrin 
və Qeyri-Hökumət Təşkilatlarının təşkili və  fəaliyyətlərinin 
genişləndirilməsi; Sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi. 
Heydər  Əliyevin tətbiq etdiyi mədəniyyət siyasəti 
bildirdiyimiz  əsas və prinsiplər baxımından hədəfi göstər-
məkdədir: onun mədəniyyət siyasətinin ana xətti millilikdir. Bu 
siyasət  əsasında mədəniyyətün öz mənliyini, kimliyini qoru-
masına dayanır; ancaq mədəniyyət özü öz varlığı  və inkişafı 
içində  zənginləşməyə, başqa mədəniyyətlərin nailiyyətlərindən 
öz strukturuna uyğun olanları almağa açıq, amma təqlidçilikdən 
uzaqdır. Heydər  Əliyev milli səviyyə  və tariximizlə mütənasib 
bir mədəniyyət siyasəti yürüdürdü. Onun tövsiyələrinə görə 
mədəniyyətün zəmini millətin səciyyəsidir (109, s.21). 
Bu gün ümummilli lider Heydər  Əliyev tərəfindən 
müəyyənləşdirilən mədəniyyət siyasəti Prezident İlham  Əliyev 
tərəfindən uğurla davam etdirilir. Azərbaycanın son illərdəki 
nailiyyətləri içərisində  ən çox izlənilən inkişaf mədəniyyət 
sahəsinə aiddir. Burada da dövlət siyasəti olan üç prinsipə lazımi 
şəkildə riayət olunub. Birincisi, Azərbaycanın tarixən yaranmış 
mədəniyyəti mühafizə olunur. Tarixi abidələrin,  ədəbiyyatın, 
çoxlu sayda muzeylərin bərpası, ölkənin qədim mənəvi 
mədəniyyətinin mühafizə olunması, yəni muğamın, rəssamlığın 
və s. maddi-mənəvi nə  sərvətlərimiz varsa, onların qorunması 
üçün çox böyük işlər görülüb. Eyni zamanda, biz bu 


 
68
mədəniyyətimizi dünyaya çatdırırıq, eləcə  də dünyanın böyük 
mədəniyyətini mənimsəyirik. Yəni vaxtilə yaradılmış  nə varsa, 
bu gün onlar qorunur. Mədəniyyətimizin yaddaşsızlaşma 
problemi yoxdur. İkincisi odur ki, tədricən mədəniyyət və 
incəsənət müasir şəraitə uyğunlaşdırılır. Yəni həm mədəniy-
yətin, incəsənətin yaradılması prosesi, həm də onun istehlakı 
prosesi müasir standartlara uyğunlaşdırılır. Artıq Azərbaycanda 
mədəniyyət siyasətinin normal həyata keçirilməsi üçün 
prodüsser institutu formalaşmaqdadır. Bu mənada, on il əvvəl 
qəbul edilmiş  mədəniyyət haqqında qanunu əsaslı  şəkildə 
müzakirə edirik ki, günün tələblərinə uyğun dəyişdirək. Üçüncü 
prinsip ondan ibarətdir ki, ölkədə  mədəniyyət və incəsənət 
adamına xüsusi qayğı göstərilir. Yəni, mədəniyyəti və incəsənəti 
yaradan ayrı-ayrı böyük istedadlardır və bu istedadlara qayğı 
göstərilməlidir. Bu məqsədlə, böyük sənətkarların yubileyləri 
keçirilir, onlara maddi köməklik göstərilir. Prezident təqaüdü və 
digər dövlət mükafatları təqdim edilir. 1980-ci illərin sonu, 90-cı 
illərin  əvvəllərində böyük sənətkarlarımızı itirirdiksə, onlar 
xaricə  işləməyə gedirdilərsə, artıq belə problem yoxdur. Qeyd 
etdiyim mədəniyyət siyasətinin əsası ümumilli liderimiz Heydər 
Əliyev tərəfindən qoyulub. Bu siyasət Prezident İlham  Əliyev 
tərəfindən uğurla davam etdirilir (139; 161). 
 
1.1.3. Milli mədəniyyətin mahiyyəti və onun mühafizəsinə 
dair dövlət tədbirləri 
 
Bir milləti meydana gətirən ünsürlər içərisində  mədəniyyət 
birliyi və bütünlüyü ən önəmli yer tutur. Bir millətin milli 
mədəniyyəti, onun milli tarixindən qopub gələn bir ata mirası, 
maddi varlığının, inanc və  əxlaq ucalığının, dil və  sənət 
zənginliyinin,  ənənələrinin  əmələ  gətirdiyi ortaq bir dəyərlər 
məcmusudur. Bir millətin var ola bilməsi, dünya millətlərinə 
varlığını qəbul etdirə bilməsi üçün, elm işığı altında mədəniyyət 
dəyərlərini incələməsi,  şüurlu olaraq yaşadıb inkişaf etdirməsi 


Yüklə 14,41 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə