Microsoft Word Yeni dissertasiya son vers doc



Yüklə 14,41 Kb.
Pdf görüntüsü
səhifə15/75
tarix07.11.2017
ölçüsü14,41 Kb.
#8710
1   ...   11   12   13   14   15   16   17   18   ...   75

 
45
sahəsində kommunikativ partlayış  və  nəhayət mədəniyyətin 
labüd inkişaf amili olduğunun aydın dərk edilməsi, 
mədəniyyətin, eləcə də mədəniyyət siyasətinin prinsipal şəkildə 
yeni dərki üçün zəmin yaratdı. Bununla yanaşı, nəzərə almaq 
lazımdır ki, real mədəniyyət siyasəti özünə  ağ kağız üzərində 
hansısa ideal bir layihə yarada bilməz. Bu layihədə keçid 
dövrünün bütün çətinlikləri və ziddiyyətləri,  əvvəlki və indiki 
zamanın bütün reallıqları nəzərə alınmalıdır (139). 
Mədəniyyəti idarə etmək mümkündürmü? Mədəniyyətlə 
dövlətin birgə mövcud olduğu uzun əsrlər boyu bu sual nəinki 
öz aktuallığını itirməmiş, inkişaf etməkdə olan vətəndaş 
cəmiyyəti  şəraitində  həm də yeni məna kəsb etmişdir. Bu gün 
mədəniyyətin komanda-inzibatçılıq metodundan imtina 
edilməklə idarə olunması, bu sahənin hüquqi və maliyyə 
təminatının həyata keçirilməsi, onun strateji inkişaf xəttinin 
işlənib hazırlanması ilə bağlıdır. Azərbaycanda bu funksiyalar 
çox səviyyəli sistem vasitəsilə  həyata keçirilir. Həmin sistemə 
aşağıdakılar daxildir: Milli Məclisin – Azərbaycan 
parlamentinin mədəniyyət məsələləri üzrə daimi komissiyası və 
sosial qanunvericilik şöbəsi – mədəniyyətin qanunvericilik 
əsaslarını  təmin edir; Prezident Aparatının humanitar siyasət 
şöbəsi – mədəni quruculuğun strategiya və taktikasını  işləyib 
hazırlayır; Nazirlər Kabinetinin elm, mədəniyyət, xalq təhsili və 
sosial problemlər şöbəsi – dövlətin sosial proqramlarının həyata 
keçirilməsini əlaqələndirir və təmin edir; Mədəniyyət və Turizm 
Nazirliyi – mədəniyyət sahəsi üçün dövlət büdcəsini tərtib edir, 
yuxarıda sadalanan bütün funksiyaları özündə  cəmləşdirən 
birləşdirici mərkəz rolunu oynayır, dövlətin mədəniyyət 
siyasətinə bilavasitə  rəhbərlik edir və bu siyasətin konkret 
realizasiyasını və əlaqələndirilməsini həyata keçirir. 
Respublikanın 7 şəhərində  və 61 rayonunda mədəniyyət və 
turizm şöbəsi vardır. Bütün parametrlərinə görə belə bir struktur 
mədəniyyət siyasətinin daha çox dördüncü modelinə (Fransada 
və keçmiş Sovet İttifaqında yayılmışdır) yaxındır. O, güclü 


 
46
adminstrasiya, dövlət tərəfindən güclü maliyyələşmə, mədəni 
həyat üzrə bütün tərəfdaşların, xüsusilə  də regional və yerli 
cəmiyyətlərin müxtəlif peşə  təşkilatlarının fəaliyyətinin 
stimullaşdırılması  və  əlaqələndirilməsini tələb edir. Heç 
şübhəsiz ki, bu model bir çox cəhətdən sovet keçmişindən miras 
qalmışdır. Bu da qanunauyğun haldır, çünki mədəniyyət 
siyasətini yaradan insanlar bir çox cəhətdən öz ölkələrinin tarixi 
ənənələrinin, onun dövlət qurluşunun, cari siyasi və iqtisadi 
situasiyaların, milli mentalitetin, mədəniyyət və incəsənət 
elitasının öz daxilindəki qüvvələr nisbətinin “əsiridirlər”. Eyni 
zamanda mədəniyyət siyasəti yeni elmdir. O sürətlə güc top-
layır, getdikcə daha çox dövləti öz aktiv fəaliyyət dairəsinə cəlb 
edir, həmin dövlətlər arasında informasiya və intellektual 
mübadiləni stimullaşdırır. Nəticədə, bütün bunlar müxtəlif 
ölkələri mövqe yaxınlaşmasına sövq edir və onların müsbət 
təcrübələrinin dünya arenasına yayılmasına rəvac verir. Bu 
prossesin aktivləşməsində YUNESKO, son illər isə Avropa 
Şurası kimi beynəlxalq təşkilatlar əhəmiyyətli rol oynayır (139). 
Azərbaycanda mədəniyyət məsələləri bilavasitə  aşağıdakı 
orqanların ixtiyarındadır: Mədəniyyət və Turizm Nazirliyi, 
İdman, Gənclər və  İdman Nazirliyi, Dövlət Teleradio Şirkəti, 
Dövlət Arxivi. Bu cür müxtəlif idarələrə bölünmə, yaxşı inkişaf 
etmiş üfüqi əlaqələr sisteminə malik, uzlaşdırılmış  mədəniyyət 
siyasətinin işlənib hazırlanmasının zəruriliyi kimi köklü bir 
problem doğurur. Son illərin  əlamətdar tendensiyalarından biri 
əvvəllər müstəqil fəaliyyət göstərən Abidələrin Mühafizəsi, 
Bərpası 
və 
İstifadəsi üzrə dövlət Komitəsinin və 
“Azərkinovideo” istehsalat birliyinin Mədəniyyət və Turizm 
Nazirliyi strukturuna daxil edilməsi olmuşdur. Mətbuat və 
İnformasıya Nazirliyinin yenidən strukturlaşması  nəticəsində, 
onun funksiyalarının bir qismi Mədəniyyət və Turizm 
Nazirliyinə keçmişdir. Heç şübhəsiz ki, həmin addımlar müsbət 
qiymətləndirilməlidir, çünki onlar dövlətin vahid mədəniyyət 


 
47
siyasətinin planlaşdırılması və realizasiyasını asanlaşdırır, onun 
üçün ümumi fəaliyyət sahəsi yaradır. 
Beləliklə, bu gün mədəniyyət siyasətinin inkişafını iki əsas 
tendensiya – mərkəzəqaçma və mərkəzdənqaçma tendensiyaları 
müəyyən edir. Bir tərəfdən, mədəniyyət müəssisələrinin idarə 
olunması funksiyaları  tədricən  şəhər, kənd səviyyəsində yerli 
icra orqanlarına verilir, digər tərəfdən isə abidələrin mühafizəsi, 
kitab nəşri, kinematoqrafiya kimi mühüm istiqamətlər bir 
idarənin – Mədəniyyət və Turizm Nazirliyinin çətiri altında 
birləşdirilir. 
Mədəniyyət siyasətinin dövlət prioritetlərinə gəldikdə isə, ilk 
növbədə deyilməlidir ki, 1997–2001-ci illərdə Azərbaycan 
xalqının mədəni və təbii irsinin mühafizəsi, qorunub saxlanması, 
bu irs əşyalarının oğurlanması  və qaçaqmalçılıq yolu ilə 
daşınmasına qarşı mübarizənin gücləndirilməsi sahəsində geniş 
Proqram qəbul edilmiş və “2006–2016-cı illər üçün mədəniyyət 
sahəsində Dövlət  İnkişaf Konsepsiyası” işlənib hazırlanmışdır 
(10, s.5-6). Bu sənədlər çərçivəsində respublikada əsas beynəl-
xalq Konvensiyalar radifikasiya edilmiş, bir sıra qanunlar qəbul 
olunmuş (75, s.5), dövlət mədəniyyət siyasətinin strateji 
məqsədlərinə nail olunmasına yönəldilmiş əsas prioritetlər kimi 
aşağıdakılar irəli sürülmüşdür: mədəni və tarixi irsin mühafizəsi; 
yaradıcılığın dəstəklənməsi; mədəni sahənin hüquqi, elmi, 
informativ inkişafı; kadr hazırlığı  və  gənc istedadların 
dəstəklənməsi; milli kinematoqrafiyanın dirçəlişi və inkişafı; 
mədəniyyət turizmi infrastrukturunun yaradılması  və inkişafı; 
kitab nəşrinin inkişafı. 
Eyni zamanda, cəmiyyətin məlumatlandırılmasına yönəldilən 
və bununla da onun həm daha da demokratikləşməsinə, həm də 
dünya birliyinə inteqrasiya edilməsinə rəvac verən kitabxana və 
muzey sistemlərinin köklü şəkildə modernləşdirilməsi və 
yenidən qurulması  nəzərdə tutulur. Burada mədəniyyətin idarə 
olunmasının yeni demokratik formalarının yaradılmasına, 
dövlətsizləşdirməyə  və  bəzi mədəniyyət obyektlərinin tədricən 


Yüklə 14,41 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə