Microsoft Word Yeni dissertasiya son vers doc



Yüklə 14,41 Kb.
Pdf görüntüsü
səhifə11/75
tarix07.11.2017
ölçüsü14,41 Kb.
#8710
1   ...   7   8   9   10   11   12   13   14   ...   75

 
33
tərzinə yönəmlidir, buna görə də o öz ölkəsində rahat ixtisaslı iş 
tapa bilməyənlər, bu işi ABŞ da və yaxud Qərbi Avropada tapa 
bilir. 
Azərbaycanın zəngin milli mədəniyyətinin qorunub 
saxlanılması dövlətimizin  ən mühüm vəzifələrindən biridir. 
Mədəni sərvətin qorunub saxlanılması  və istifadəsi problemləri 
ölkənin  Əsas Qanununda – Azərbaycan Respublikasının 
Konstitusiyasında öz əksini tapmışdır. “Hər kəs tarixi, mədəni 
və  mənəvi irsə hörmətlə yanaşmalı ona qayğı göstərməli, tarix 
və mədəniyyət abidələrini qorumalıdır” (9, s.22). 
Müstəqillik yenidən bərpa olunduqdan sonra Azərbaycanda 
hüquqi-vətəndaş  cəmiyyəti yaranmasının bünövrəsini təmin 
mədəni quruculiq işləri geniş vüsət almağa başladı. Və ötən bu 
illər  ərzində  mədəni inkişafın hüquqi tənzimlənməsinə dair 
qanunvericilik bazasının yaradılması ilə bağlı xeyli işlər 
görülmüşdür. İlk növbədə onu qeyd edək ki, 1995-ci ilin noyabr 
ayının 12-də ümumxalq referendumu ilə qəbul edilmiş müstəqil 
Azərbaycan Respublikasının Konstitusiyasının “Mədəniyyət 
hüququ” adlanan 40-cı maddəsi mədəniyyət hüququnun 
müdafiəsinə həsr edilmişdir: 
“I. Hər kəsin mədəni həyatda iştirak etmək, mədəniyyət 
təsisatlarından və  mədəni sərvətlərdən istifadə etmək hüququ 
vardır. 
II. Hər kəs tarixi, mədəni və mənəvi irsə hörmətlə yanaşmalı, 
ona qayğı göstərməli, tarix və  mədəniyyət abidələrini 
qorumalıdır” (9, s.22). 
“Mədəniyyət haqqında Azərbaycan Respublikasının 
Qanununda isə “Mədəniyyət sərvətləri” haqqında deyilir: 
“Mənəvi və estetik ideallar, normalar və davranış qaydaları, 
dillər, dialektlər, ləhcələr, milli və etnik ənənələr və adətlər, 
tarixi toponimlər, folklor, tətbiqi xalq sənətləri, mədəniyyət və 
incəsənət  əsərləri, mədəniyyət fəaliyyətinin elmi tədqiqatının 
nəticələri və metodları, tarixi və mədəni əhəmiyyəti olan binalar
tikililər, əşyalar, tarix və mədəniyyət baxımından unikal ərazilər 


 
34
və obyektlər mədəniyyət sərvətləridir” (77, 18 aprel 1998-ci il, 
№ 86). Mədəniyyət haqqında Qanun özündə Avropa Şurasının 
humanist prinsiplərini də  əks etdirir (barada Avropa 
konvensiyasının əsas müddəaları nəzərə alınıb). Qanun dövlətin 
və bütövlükdə  cəmiyyətin maraqlarının müdafiə edilməsi 
baxımından mədəniyyət sahəsində konkret hüquqi münasibətlər 
qrupunu tənzimləyən normaları  əks etdirir. Qanunda vətəndaş 
cəmiyyətinin tələblərinə cavab verən müddəaların nəzərdə 
tutulması müsbət əhəmiyyətə malikdir. Bunlara mədəniyyətlə və 
yaradıcılıq fəaliyyəti ilə  məşğul olan subyektlərin hüquqları  və 
azadlığının müdafiəsi, mədəniyyət təşkilatlarının yaradılması və 
onların inkişafına kömək, mədəni fəaliyyətə dövlətin 
müdaxiləsinin məhdudlaşdırılması, mədəniyyət sahəsində 
inhisarçılığın qadağan edilməsi aiddir. 9 fəsil, 51 maddədən 
ibarət olan Qanunda ölkənin sosial-mədəni inkişafı üçün yaxşı 
əsaslar qoyulmuşdur. 
Azərbaycanda mədəniyyət strategiyalarının inkişafına dair 
hesabat və məruzələrdən öyrənirik ki, Azərbaycanda mədəniyyət 
siyasətinin ümumi strateji məqsədləri çox yığcam  şəkildə ifadə 
olunmuşdur: keçmişin mühafizə edilməsi, indinin dəstəklənməsi 
və inkişaf etdirilməsi; gələcəyin təmin edilməsi. Bu məqsədlərin 
həyata keçirilməsi üçün Azərbaycan Respublikası  Mədəniyyət 
və Turizm Nazirliyi çox vacib bir işə – ölkədə  mədəniyyət 
siyasətinin ümumi mənzərəsini cızmağa cəhd göstərmişdir. Bu, 
mədəniyyət sahəsində islahatların dərk olunması  və  həyata 
keçirilməsi yolunda ilk mühüm addımdır (139).  
Beynəlxalq ekspertlərin fikrincə isə, bütövlükdə  mədəniyyət 
sektoru ilə bağlı hökumətin üzərində düşünməli olduğu bir sıra 
məsələlər mövcuddur və  Mədəniyyət və Turizm Nazirliyi 
onların həllində strateji lider rolunu oynamalıdır: islahatlar və 
mədəniyyət sahəsində qanunvericiliyin həyata keçirilməsi
informasiyalar, treninqlər və misallar vasitəsilə köhnə 
münasibətlərin dəyişdirilməsi; müxtəlif sektorların və 
xadimlərin niyyət və arzularına diqqətlə yanaşılması; milli 


 
35
əhəmiyyətə malik layihə  və müəssisələrin zəruri dərəcədə 
maliyyələşdirilməsi və  dəstəklənməsi; yaradıcılığın və  iştirakın 
təşkil edilməsi; gənclər üçün siyasətin təmin edilməsi; mədəni 
çoxçeşidliliyin təşviq olunması. “Bütün bu vəzifələr 2001-ci ilin 
sonlarında işlənib hazırlanan 5 illik strateji planda – 
“Azərbaycan mədəniyyətinin inkişafına dair dövlət proqra-
mında” da nəzərdə tutulmuşdur və bu proqram nazirliyinin, 
əslində Milli Məruzəyə islahatlar prosesinin birinci mərhələsi 
kimi baxdığını bir daha nümayiş etdirir. Digər Avropa 
ölkələrində  uğurla sınaqdan çıxan və nisbətən yaxın dövrlərin 
məhsulu olan mədəniyyəti müdafiə  təşəbbüsü inkişafın digər 
sahələri üçün mədəniyyət və incəsənətin ehtiyac və 
üstünlüklərinə diqqətin artırılmasını  və  mədəniyyətin inkişafı 
naminə, onun digər planlara daxil edilməsi yolu ilə müxtəlif 
hökumət orqanları arasında, habelə  işgüzar dairələrlə  sıx 
əməkdaşlıq yaradılmasını  nəzərdə tutur. Bu, dövlət siyasətinin 
hər bir aspektini yaxşılaşdıran, eyni zamanda digər maraqlı 
amillərə  dəstək gətirən  ən yaxşı inteqrasiya fəaliyyəti 
strategiyalarına aparıb çıxarır. Artıq Azərbaycanda inteqrə 
edilmiş layihələrə aid bir neçə bu cür uğurlu təcrübə nümunəsi 
vardır, lakin onlar hələ strategiya olmaqdan çox uzaqdır. 
Mədəniyyət sahəsində treninq təlimçiləri üçün strategiya da qısa 
və orta müddətli inkişafın  əsas məsələlərindən biridir. 
Nazirlikdə, yerli hakimiyyət orqanlarında və  mədəniyyət 
müəssisələri səviyyəsində lazımi sayda mədəniyyət meneceri və 
inzibatçısı olmadan heç bir islahat həyata keçirilə bilməz. Bunun 
ardınca isə sektoral islahat proqramları, məsələn, muzeylər, 
kitabxanalar, teatrlar üçün proqramlar həyata keçirilməlidir” 
(139). 
Belə  qənaətdəyik ki, müasir dövrdə Azərbaycan dövlətinin 
mədəniyyət siyasətini, getdikcə daha cox qloballaşan və həm də 
siyasiləşən dünyanın siyasi hadisələrindən təcrid edilmiş şəkildə 
təhlil və  şərh etmək doğru olmaz. Və bu məsələdə hökmən 


Yüklə 14,41 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə