Microsoft Word Yeni dissertasiya son vers doc



Yüklə 14,41 Kb.
Pdf görüntüsü
səhifə13/75
tarix07.11.2017
ölçüsü14,41 Kb.
#8710
1   ...   9   10   11   12   13   14   15   16   ...   75

 
39
bədiilik xasdır: o təkcə ideyaları və dünyagörüşünü, habelə milli 
psixologiyanı yox, tarixi, fəlsəfi, dini əxlaqi baxışları özünədə 
birləşdirir. Bütün bunlarsız isə milli siyasəti təşkil etmək, onu 
hərəkətə gətirmək qeyri-mümkündür.  
Mədəniyyətdə başlıca yeri insan tutur, o əslində insanın 
özünə yaratdığı  bədii abidədir. Milli siyasət də ilk növbədə 
insana, onun tarixdəki rolu və dünyəvi  əlaqələrinin, həmçinin 
müxtəlif millətlərdən olan insanlar arasında real münasibətlərin 
tənzimlənməsinə xidmət edir. Milli siyasət insanları ictimai 
qanunlar, milli mədəniyyət isə gözəllik qanunları ilə idarə edir. 
İctimai qanunlar tarixən keçici, gözəllik qanunları isə  əbədidir. 
Milli siyasət cəmiyyətin ictimai birliyini, milli mədəniyyət isə 
əxlaqi bütövlüyünü qorumağa xidmət etməlidir. Azərbaycan 
mədəniyyəti respublikanın bütün xalqları  və etnik qruplarının 
bədii sərvətidir. Ona görə də Azərbaycan milli siyasəti və milli 
mədəniyyətinin bir nömrəli problemi azərbaycançılıqdır. Bu 
həm də milli siyasət və  mədəniyyətin ortaq məxrəci, birləşmə 
nöqtəsidir. Azərbaycançılıq həm milli siyasətin, həm də milli 
mədəniyyətin demokratizmini təmin edir. “Bir milli 
mədəniyyətdə iki mədəniyyət”  şüarı  mədəniyyətdə millətlərin 
yox, sinfilərin mənafeyini ifadə etdiyinə görə, milli 
mədəniyyətlərin inkişafını ləngitdi, onu beynəlmiləl mədəniyyət 
haqqında saxta ehkamının məngənəsində saxladı. Son 70 ildə 
Azərbaycanda başqa mənada iki mədəniyyət mövcud olub: 
kommunist ideologiyasına xidmət edən sovet mədəniyyəti və 
xəlqi və milli idealları ifadə edən sovet dövrü mədəniyyəti (98, 
s.77-78). 
Mədəniyyətin demokratikləşdirilməsi – şəxsiyyətin özünü 
realizə etməsi, mədəniyyət nemətlərindən azad istifadə etməsi
imkanlarının genişləndirilməsini, habelə mədəniyyətin vətəndaş 
cəmiyyəti və hüquqi dövlətin siyasi dəyərlərinə cavab verən 
yeni dialektik diferensiasiya və inteqrasiya proseslərinin tənzim 
edilməsini tələb edir. Müstəqil ölkənin demokratik 
mədəniyyətini liberalizm dəyərləri ilə, Azərbaycan xalqının 


 
40
milli dəyərlərinin sintezi yolu ilə yaratmaq zəruridir. Həmin 
prosesdə mühüm yeri yeni ümumsosial mədəni dəyərlər və 
normaların, demokratik mədəniyyətin  əsasını  təşkil edən 
ideallar, etika, təhsil sistemi, istehsalat, ekoloji, hüquqi və 
məişət normativlərinin, incəsənət və maddi təcəssümlərin 
formalaşdırılması vacibdir. Ənənəvi milli və yenilikçi dünya 
mədəniyyətlərinin fəal qarşılıqlı təsiri Azərbaycan cəmiyyətinin 
mütərəqqi inkişafına hərtərəfli yardımçı olacaqdır. 
Müasir Azərbaycanın mədəniyyət siyasəti mədəniyyətin 
təşkili və idarə edilməsində  dərin struktur islahatları, ölkənin 
milli-mədəniyyət quruculuğunda sosial- mədəni inkişafın dünya 
təcrübəsinin məhsuldar istifadə edilməsini təmin etməlidir. 
Ölkənin mədəniyyət siyasətinin əsas vəzifəsi perpektivliliyi elmi 
cəhətdən əsaslandırılmış proqramlar əsasında “mənəvi istehsal” 
sahəsinin idarə edilməsinin səmərəliliyini artırmaqdır. Bu zaman 
nəzərə almaq lazımdır ki, vətəndaş  cəmiyyətində  təkcə dövlət 
deyil, habelə beynəlxalq normalara müvafiq olaraq cəmiyyətin 
təşkil və idarə edilməsi məsələlərində milli hökümətlərlə 
əməkdaş kimi çıxış edən qeyri-hökümət təşkilatları ilə  təmsil 
olunan cəmiyyətlər də  mədəniyyət siyasətinin subyektidir (18, 
s.23-24). 
Azərbaycanda mədəniyyət siyasətinin formalaşması üçün 
qiymətli mənbə BMT, YUNESKO, Avropa Şurası  və digər 
beynəlxalq təşkilatların fəaliyyət təcrübələri, habelə Yaponiya, 
ABŞ, Rusiya və digər dünya ölkələrinin sosial-mədəni inkişaf 
təcrübələridir. Bu ölukələrdə təhsilə, elm və incəsənətə “mənəvi 
istehsalın”  əsas komponentləri kimi, şəxsiyyət və  cəmiyyətin 
həyat təhlükəsizliyinin, onun keyfiyyətinin artılırmasının, 
dövlətin mənəvi və maddi rifahının yüksəlməsinin təmin 
edilməsinə xidmət edən vasitə kimi baxılır. 
Mədəniyyətə  mənəvi, maddi, intellktual və hissi elementlər 
kompleksi kimi, yeninin yaranması  və köhnənin dəyişməsinin 
fasiləsiz prosesi kimi geniş baxış, demək olar ki, birinci dəfə 
mədəniyyət sahəsində siyasət üzrə ümumdünya konfransında 


 
41
(Mondiakult, Mexiko-Siti, 1982) qəbul edilmiş tərifdə öz əksini 
tapmışdır. Konfrans, mədəniyyət və  bəşəri dəyərlərə inkişafın 
əsas amilləri kimi baxılmasının getdikcə daha çox dərk 
edilməsini qeyd etmişdir. Bu konfransın qərarlarına əssalanaraq 
1986-cı ildə BMT Baş Assambleyası 1988 – 1997-ci illərdə 
BMT və YUNESKO-nun himayəsi altında mədəniyyətin 
ümumdünya inkişaf onililyinin keçiriləcəyini elan etdi. 
Mədəniyyəti daha geniş inkişaf strategiyalarına, habelə səmərəli 
praktiki fəailiyyət proqramlarına daxil etmək üçün mədəniyyətin 
inkişaf onilliyi ilə yanaşı, yaxın keçmişdə BMT və YUNESKO-
da mədəniyyət və inkişaf üzrə ümumdünya komissiyası 
yaradılmış, sivilizasiyaların sülh və dialoq mədəniyyəti onilliyi 
elan edilmişdi (18, s.27). Mədəniyyətə belə münasibət sübut edir 
ki, dövlətin mədəniyyət siyasətinin inkişaf etdirilməsi mühüm 
yer tutur. Çünki, cəmiyyət özünü mədəniyyətdə ifadə  və  dərk 
edir. Siyasi mədəniyyət siyasi proses subyektlərini bilavasitə öz 
fəaliyyətində göstərən, varislik əsasında cəmiyyətin siyasi 
həyatının təzələnməsini təmin edən, tarixən təşəkkül tapmış 
dayanıqlı  sərvətlərin, istiqamətlərin davranış modelləri sistemi-
dir. Siyasi mədəniyyət vətəndaşların və hakimiyyətin qarşılıqlı 
münasibətələrini tənzimləyən, mənəvi-siyasi dəyərlərin davranış 
qaydalarını, adət və  ənənələrin məcmusunu ifadə edir. Siyasi 
mədəniyyət sahəsi siyasi həyatdır, hakimiyyət və idarəetmə 
problemlərinə, insanların siyasətdə  iştirakına, həmçinin siyasət 
və hüquq, siyasət və iqtisadiyyat, siyasət və  mənəviyyatın 
qarşılıqlı təsiri məsələlərinə toxunur.  
Dövlət mədəniyyətə  və incəsənətə, xalqın adından və onun 
mənafeyindən çıxış edərək rəhbərlik edir. Müstəqil dövlətin 
elmi və bədii yaradıcılıq inkişafının düzgün istiqamətləndirlməsi 
barədə, onun yeni cəmiyyəti quran xalqın həyatı ilə  əlaqəsinin 
möhkəmləndirilməsi barədə göstərdiyi qayğıda həmin sahəyə 
dövlət rəhbərliyinin yüksək, humanist mahiyyəti öz ifadəsini 
tapır. Mədəniyyət sahəsində  rəhbərliyin dövlət prinsipləri, elmi 
və bədii yaradıcılığın təbiətinin, mədəniyyətin obyektiv fəaliyyət 


Yüklə 14,41 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə