Microsoft Word Yeni dissertasiya son vers doc



Yüklə 14,41 Kb.
Pdf görüntüsü
səhifə16/75
tarix07.11.2017
ölçüsü14,41 Kb.
#8710
1   ...   12   13   14   15   16   17   18   19   ...   75

 
48
özəlləşdirilməsinə xeyli yer ayrılır. Mədəniyyət müəssisələri və 
təsisatları üçün güzəştli tariflər müəyyən etmək vasitəsi ilə 
mədəniyyət sahəsinin inkişafını stimullaşdıran, habelə bu 
sektora kənardan  əlavə  vəsait ayrılmaları  cəlb edən vergi 
siyasətinin işlənib hazırlanması da xüsusi əhəmiyyət kəsb edirdi 
(139). 
“2006 – 2016-cı illər üçün mədəniyyət sahəsində dövlət 
inkişaf konsepsiyası”nın ümumi məqsəd və vəzifələri mədəniy-
yət siyasətinin təminat mexanizmləri kimi çıxış edən və 
mədəniyyətin bütün sahələrini  əhatə edən mədəniyyətin idarə-
olunma, hüquqi, maliyyə, elmi-informasiya təminatı, insan res-
urslarını inkişafı, maddi-texniki ifrastrukturun müasirləşdiril-
məsi və beynəlxalq  əməkdaşlığın möhkəmləndirilməsi kimi 
ümumi məsələlərin inkişaf etdirilməsindən, o cümlədən daxili 
və xarici dövlət mədəniyyət siyasətinin göstərilən sahələrinin 
dünya standartları  səviyyəsinə çatdırılması üçün tələb olunan 
islahatların həyata keçirilməsinin təmin edilməsindən ibarətdir 
(10, s.6). 
Yuxarıda deyilənlərə yekun vuraraq, belə bir faktı  təsdiq 
etmək olar ki, Azərbaycan Respublikasının mədəniyyət 
siyasətinin müasir məqsədləri keçmişi qoruyub saxlamaq, indini 
dəstəkləmək və inkişaf etdirmək, gələcəyə inamla baxmaqdır. 
Cəmiyyətin ardıcıl surətdə demokratikləşməsi, ölkənin dünya 
birliyinə inteqrasiyası, mədəniyyətin bəşər inkişafının ayrılmaz 
faktoru kimi dərk olunması  və  qəbul edilməsinin getdikcə 
güclənməsi nikbin proqnozlar üçün əsas verir. 
 
1.1.1. Mədəniyyət siyasətinin planlaşdırılması və mədəniy-
yətin qanunvericilik təminatı 
 
Dünya təcrübəsində dövlətin mədəniyyət siyasəti və onun 
planlaşdırılmasındakı  vəzifələrindən danışarkən ilk növbədə 
qeyd edilməlidir ki, bir ölkədə sosial dəyişikliklər kütləvi 
hadisəyə çevrildiri zaman zəruri olan tədbir və  təşkilatlanmanı 


 
49
dövlət təmin etməlidir. Bu gün yaşanmaqda olan sürətli 
dəyişikliklər prosesi dövlətə yeni bir məsuliyyət yükləməkdədir. 
Dövlət, içində  mədəni-mənəvi dəyərlərin yer alığı bir 
mədəniyyətin optimal ehtiyaclarını  təmin etmək üçün bir 
mədəniyyət çərçivəsi təsbit etmək məcburiyyətindədir. Ancaq 
planlaşdırma doğrudan-doğruya mədəniyyətlə deyil, 
mədəniyyətin yayılması  və paylaşılmasını  təmin edən vasitələr 
ilə bağlıdır. Dövlət iqtisadi və sosial inkişafın kəmiyyəti ilə 
olduğu qədər keyfiyyəti ilə 
də maraqlanmaq 
məcburiyyətindədir. Bu halda problem, dövlətin mədəniyyət 
sahəsindəki məsuliyyətini təsbit etmək və bu sahədə görüləcək 
fəaliyyətləri iqtisadi və sosial planlaşdırma fəaliyyətləri ilə 
uyğunlaşdırmalıdır (109, s.6-7). 
Planlaşdırmanın mədəniyyət sahəsinə daxil olması, bir 
cəmiyyətdəki kollektiv dəyərlərin dövlət tərəfindən təyin 
edilməsi və planlanlaşdırılmış bir mədəniyyətin yaradılması 
demək deyildir. Planlı  mədəniyyətdən məqsəd, rəsmi bir 
mədəniyyət, hakim bir ideologiya də deyildir. Belə ki, bu 
mənada dövlətin vəzifəsi daha dar, daha müəyyən bir sahəyə 
inhisar edərək mədəniyyətin bütünü deyil, mədəni fəaliyyət ola-
raq yerinə yetiriləcəkdir. YUNESKO mədəniyyət siyasətini, bir 
cəmiyyətdə müəyyən bir zamanda mövcud olan fiziki və bəşəri 
qaynaqlardan optimal ölçüdə faydalanaraq bəzi mədəni 
ehtiyaclarını  təmin etmək üzrə görülən  şüurlu və  məqsədli 
işlərin bütünü olaraq tərif etməkdədir. Siyasət prosesi şüurlu, 
metodlu və məqsədli olub, məqsədlərin müəyyənləşdirilməsi və 
ehtiyacların təyin edilməsini zəruri edir (109, s.7). 
Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik  ənənələrini 
davam etdirərək “Azərbaycan Respublikasının Dövlət 
müstəqilliyi haqqında” Konstitusiya aktında  əks olunan 
prinsipləri  əsas götürərək, indiki və  gələcək nəsillər qarşısında 
öz məsuliyyətini anlayaraq, suveren hüquqdan istifadə edərək 
aşağıdakı niyyətlərini bəyan edir: “Ümumbəşəri dəyərlərə sadiq 
olaraq bütün dünya xalqları ilə dostluq, sülh və  əmin-amanlıq 


 
50
şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı  fəaliyyət 
göstərmək əsas prinsipə çevrilməkdədir” (9, s. 3). Müasir dövrdə 
yüksək milli mədəniyyət yalnız öz xalqına xidmət etməklə 
yekunlaşmır və  həm də  bəşəri xarakter daşıyır. Qarşılıqlı 
ünsiyyətdə  həm özü zənginləşir, həm də başqa millətlərin 
mədəniyyətlərinin mənəvi dəyərlərinin zənginləşməsinə  rəvac 
verir. Yaşadığımız müasir dövr mədəniyyətlərin eyniləş-
dirilməsinə, milli köklər və qaynaqlarından ayrılmasına qarşı 
çıxaraq onun gələcəyini, mədəniyyətlərin  əməkdaşlığında, 
ünsiyyətində, bədii yaradıcılıq  əlaqələrinin möhkəmlənməsində 
və qarşılıqlı  fəaliyyətinin mütərəqqi prosesində görür. Bu gün 
Azərbaycan Respublikası dünyanın bir sıra ölkələri ilə  mədəni 
əlaqə saxlayır. Bu mədəni  əlaqələr millətlərarası ünsiyyət 
mədəniyyətinə, xalqların bir-birinə yaxınlaşmasına, onların 
arasında inam və etimadın möhkəmlənməsinə kömək edir (6, 
s.54). 
Azərbaycanda müstəqil cəmiyyətin qurulması siyasi, sosial-
iqtisadi, təhsil, hüquq və s. bu kimi sahələrdə çoxlu sayda 
islahatlarla müşayiət olunmuşdur.  İslahatların elan olunması 
maksimum  əlverişli  şərait rejimini, dövlət büdcəsindən  əlavə 
maliyyələşdirməni, böyük beynəlxalq təşkilatlar tərəfindən 
əhəmiyyətli kömək göstərilməsini nəzərdə tuturdu. Mədəniyyət 
rəsmi surətdə islahat sahəsi elan edilmədiyinə görə, nəticədə hər 
hansı bir imtiyazdan məhrum olmuşdur. Lakin deklarasiyalar 
olmadan da burada həm yuxarıdan və  həm də  aşağıdan 
dəyişikliklər baş vermişdir. 
Hər bir milli respublikanın suverenliyi və tam müstəqilliyi 
iqtisadi-sosial sahələrlə yanaşı, onun milli mədəniyyətinin də 
hər vasitə ilə inkişaf etdirilməsini, bu mədəniyyətin 
özünəməxsusluğunun qorunub saxlanmasını, xalq ənənələrinin, 
mərasim və adətlərinin, mənəvi dəyərlərinin dirçəldilməsini və 
eyni zamanda xarici ölkələrlə  mədəni  əməkdaşlığı genişlən-
dirməklə  bədii və qarşılıqlı yaradıcılıq  əlaqələrinin bir daha 
möhkəmləndirilməsini tələb edir.Mədəniyyətin qanunvericilik 


Yüklə 14,41 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə