Microsoft Word Yeni dissertasiya son vers doc



Yüklə 14,41 Kb.
Pdf görüntüsü
səhifə5/75
tarix07.11.2017
ölçüsü14,41 Kb.
#8710
1   2   3   4   5   6   7   8   9   ...   75

 
14
Tədqiqatın məqsəd və  vəzifələri. Tədqiqatın  əsas məqsədi 
mədəniyyət siyasətinin elmi, müqayisəli və  tənqidi təhlilini 
verməkdən, bu siyasətin milli-mənəvi dəyərlərimizin inkişafin-
dakı rolunu araşdırmaqdan və  şərh etməkdən ibarətdir. 
Araşdırmada yeni mədəniyyət siyasətinin milli-mənəvi dəyər-
lərimizin inkişafındakı rolu və yerinin müəyyənləşdirilməsi, 
mədəniyyətdə qloballaşma prosesinin neqativ təzahürləri ilə 
təmasda aşınmadan qorunması istiqamətində qarşıya qoyulmuş 
məqsəd və vəzifələr başlıca yer tutur.  
Bu məqsədlə  tədqiqat işində  aşağıdakı  vəzifələr qarşıya 
qoyulmuşdur: Mədəniyyət siyasəti anlayışını  təhlil etmək və 
Azərbaycanda mədəniyyət siyasətinin istiqamətlərini öyrənmək
Azərbaycan müstəqillik qazandıqdan sonra mədəniyyətimizdə 
baş verən hadisələri,  əldə olan müvəffəqiyyətləri, mövcud olan 
problemləri və onları necə aradan qaldırmağı öyrənmək; Hər bir 
milli mədəniyyətin inkişafı üçün vacib olan mədəni 
əməkdaşlığın və onun Azərbaycanda, müasir dövrdə  nə 
dərəcədə inkişaf etdiyini öyrənmək; Milli dəyərlərimizin 
Azərbaycan kulturoloji düşüncəsindəki spesifik xüsusiyyətlərini 
tarixi inkişaf fonunda izləmək və  dəyərləndirmək; Qabaqcıl 
dünya ölkələrinin mədəniyyət siyasətini təhlil etmək və onların 
müsbət cəhətlərini milli mədəniyyətimizi qoruyub saxlamaq 
şərtilə Azərbaycanın mədəniyyət siyasətinə tətbiq etmək; Dövlət 
siyasətində mədəni və mənəvi irsin qorunması vəzifəsinin metod 
və üsullarının təhlil etmək; Azərbaycan mədəniyyətinin 
gələcəkdə daha da yüksək səviyyədə inkişaf etməsi üçün 
mədəniyyət siyasətinə dair təklif və tövsiyyələr vermək. 
Mədəniyyət konsepsiyasını ancaq mənəvi mədəniyyətin 
öyrənilməsi çərçivəsinə salmaq, maddi mədəniyyətin 
mövcudluğunu inkar etmək, onun digər fəaliyyət sahələri və 
ictimai fəaliyyət növləri ilə bağlı elementlərini təhlildən kənarda 
qoymaq olmaz. Monaqrafiyada mədəniyyət konsepsiyasının, 
insan fəaliyyətinin bütün növlərini və üsullarını, həmin 
fəaliyyətin subyekt kimi inkişafı, təkmilləşməsi baxımından 


 
15
təhlil etməyə qadir olduğu haqqında müddəanın hərtərəfli 
əsaslandırılmasına cəhd edilmişdir. Ona görə  də  mədəniyyətin 
perdmeti cəmiyyətin hər hansı bir ayrıca “sahəsi” deyil, 
bütövlükdə bütün cəmiyyətdir; insanın özünü ictimai varlıq kimi 
hazırlayan, tam insan şəxsiyyətini formalaşdıran cəmiyyətdir, 
xalqdır. Sosial həyatda ictimai fəaliyyətin bu və ya digər 
sahəsinin insanın özünə təsir göstərən, onu formalaşdıran, fərdi 
inkişaf xarakterini müəyyənləşdirən amilə çevrilməsi 
dərəcəsindən asılı olaraq mədəniyyət konsepsiyası  tədqiqatlar 
predmetinə aiddir. İnsanın öz ictimai və istehsal fəaliyyətində 
necə formalaşması haqqında məsələ  mədəniyyət konsepsiyanın 
mərkəzi məsələsi kimi özünü göstərir. Deməli, mədəniyyət 
konsepsiyası  cəmiyyətdə  fərdi və  bəşəri aspekti ayırır və onu, 
özünün xüsusi təhlili mövzusuna çevirir. 
Müasir kulturoloji konsepsiya, insanın fəaliyyət prosesində 
ictimai istehsal və  təkrar istehsal nəzəriyyəsi kimi 
müəyyənləşdirilməklə, çağdaş sosial-tarixi nəzəriyyənin mühüm 
tərkib hissəsi olaraq nəzərdən keçirilir. İctimai hadisə olan 
mədəniyyət tarixi ancaq sosial həyatın bütün cəhətlərinin 
(iqtisadi, sosial, siyasi, mənəvi) kontekstində  dərk edilə bilər, 
onların hər birini özlərinə xas bəşəri məzmun baxımından 
səciyyələndirmək mümkün olur. Məhz mədəniyyət nəzəriyyəsi 
ictimai sistemin humanistlik “ölçüsünü”, onun insanların 
mənafeyinə, məqsədinə, tələbatına uyğunluğunu müəyyən 
etməyə imkan verir. 
Mədəniyyətin mütərəqqi nəzəriyyəsi, sosial və tarixi 
məzmundan məhrum olan mücərrəd düşüncəli insanın 
tələblərinə cavab vermir. İstənilən sosial sahənin mədəni 
mənasını  aşkara çıxarmağa cəhd göstərən bu konsepsiyanın 
təhlilində  ən  əvvəl, öz əməyi ilə  cəmiyyətin maddi və  mənəvi 
sərvətini yaradan insanların mənafelərini nəzərə alır. Həmin 
konsepsiya üçün cəmiyyətin mədəni hazırlığının zəruri 
göstəricisi, insanların ictimai istehsal sistemində real mövqeyi, 


 
16
onların ictimai-siyasi və  mənəvi həyatda iştirak səviyyəsi, 
şüurluluq və sosial fəallıq dərəcəsidir.   
Mövcud cəmiyyətin maddi həyatının təkrar istehsal 
prosesinin  əsas elementlərinin (istehsal, mübadilə, bölgü, 
istehlak) birliyi haqqında bir sıra tədqiqatçıların müddəası geniş, 
ümumsosioloji mənaya malikdir və habelə  mənəvi istehsal 
sahəsinə  də aiddir. Həmin müddəa mədəniyyətin tədqiqi, onun 
cəmiyyətdə  fəaliyyət göstərməsi üçün mühüm metodoloji 
əhəmiyyətə malikdir. Ümumilikdə götürdükdə, istər 
mədəniyyətin tarixi və  nəzəriyyəsi problemlərinin öyrənilməsi 
və əldə olunan təcrübənin bəşəriyyətin tərəqqisi naminə istifadə 
olunması baxımından, istrsə  də dünya dövlətlərinin bu yöndə 
həyata keçirdikləri mədəniyyət siyasətlərində  uğurlu nəticələrə 
nail olunması, habelə ictimai-siyasi və sosial-mədəni proseslər 
kontekstində  mənəvi dəyərlərin mühafizəsi və  təbliği 
baxımından dünya, o cümlədən Azərbaycan kulturoloji fikrində 
çoxsaylı  tədqiqatlar aparılmışdır. Bununla belə indiyədək 
Azərbaycanda dövlət mədəniyyət siyasətinin tarixilik və 
perspektivlər baxımından sistemli şəkildə elmi-tənqidi təhlilini 
verən və bu siyasətdə mənəvi dəyərlərin çəkisini dəyərləndirən 
monoqrafik tədqiqat əsərləri çox azdır.  
Məhz bu mənada monaqrafiya Azərbaycanın mədəniyyət 
siyasətinin mənəvi dəyərlərimizin inkişafındakı  fəaliyyətini  əks 
etdirən ilk tədqiqat  əsəridir. Tədqiqat işinin elmi yeniliyi də 
məhz problemin özünün qoyuluşu ilə müəyyən olunur və əsasən 
aşağıdakı müddəalarda öz əksini tapır: 
– Azərbaycan dövlətinin mədəniyyət siyasətinin problemlər 
kontekstində müstəqiilik dövrünün prioritetləri, sosial məqsədlər 
və  mənəvi dəyərlər baxımından kulturoloji mahiyyəti ilk dəfə 
olaraq tədqiqata cəlb edilmiş, mədəniyyət sahəsində 
planlaşdırma, qanunvericilik təminatı məsələləri şərh edilmişdir; 
–  Müasir dövrdə dövlət mədəniyyət siyasətinin qarşılaşdığı 
çətinliklər, siyasi və iqtisadi sistem dəyişikliklərinin mədəniyyət 
sahəsindəki təzahürləri, mədəniyyət müəssisələrinin fəaliyyəti, 


Yüklə 14,41 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə