Microsoft Word Yeni dissertasiya son vers doc



Yüklə 14,41 Kb.
Pdf görüntüsü
səhifə72/75
tarix07.11.2017
ölçüsü14,41 Kb.
#8710
1   ...   67   68   69   70   71   72   73   74   75

 
218
mövcud mütəxəssislərin və onların fəaliyyətinin nəticələrinin 
effektivli istifadə olunması. 
Demokratik ölkələrdə olduğu kimi, Azərbaycanda da 
mütərəqqi sosial-mədəni siyasətin başlica prioritetləri – 
qanunun aliliyi  və  təkmilləşdirilməsi, vətəndaşların hüquqi 
savadı, qanunların icra mədəniyyətini təmin edən hüquqi 
mədəniyyət, peşəkarlıq və idarəetmə etikasını özündə 
birləşdirən idarəetmə  mədəniyyəti, milli-mədəni və  bəşəri 
dəyərləri  əhatə edən etik mədəniyyət, elm və yüksək 
texnologiyalar, təhsil, maarif və informasiyanin inkişafına 
yönəlmiş intellektual mədəniyyətlə bağlıdır. Lakin əksər 
səviyyələrdə  mədəniyyətə müsbət münasibət bəslənildiyini 
sübut edən faktlarla yanaşı, onu da qeyd edək ki, mədəniyyət 
rəsmi olaraq islahatlar siyahısına daxil edilməmişdir; bu da o 
deməkdir ki, mədəniyyət sferasının dövlət səviyyəsində əlavə 
vəsaitlərə  və beynəlxalq təşkilatların fondlarına yol tapmaq 
imkanı yoxdur. 
Azərbaycan Respublikasının mədəniyyət strategiyası 
müxtəlif səviyyələrdə  işlənib hazırlanır və  həll edilir: 
Azərbaycan parlamentinin Mədəniyyət məsələləri üzrə daimi 
parlament komissiyası  və Sosial qanunvericilik şöbəsi 
(qanunvericilik planında); Prezident Aparatının Humanitar 
siyasət  şöbəsi; Nazirlər Kabinetinin Elm, mədəniyyət, milli 
təhsil və sosial məsələlər şöbəsi (burada büdcə planlaşdırılır); 
Mədəniyyət və Turizm Nazirliyi mədəni həyatın bütün 
sektorlarında islahatların işlənib hazırlanması  və  həyata 
keçirilməsinə məsuliyyət daşıyır. 
Mədəniyyət və Turizm Nazirliyi səviyyəsində ikitərəfli 
proses gedir; bir tərəfdən bu, islahatların işlənib hazırlanması, 
desentralizasiya və dekonsentrasiya sahəsində müəyyən ilkin 
addımların atılması, digər tərəfdən isə  əvvəllər müxtəlif 
idarələrin nəzdində müstəqil təşkilat kimi mövcud olan 
təsisatların bu yaxınlarda yenidən onun tabeçiliyinə 
verilməsilə bağlıdır. Tarixi abidələr, kinematoqrafiya və 


 
219
nəşriyyat komitələrinin ləğvi zamanı bu cür olmuşdur. Bu cür 
qərarlar, həmin sahələrin hamısında islahatların, son dərəcə 
kiçicik bir fərqlə, eyni zamanda həyata keçirilməsi 
zərurətindən doğmuşdur. Avropa Şurası ekspertlərinin 
hesabatlarında da vurğulandığı kimi, bütövlükdə, mədəniyyət 
konsepsiyası çarpaz sfera kimi, hələlik Azərbaycanda 
müvafiq  əhəmiyyət qazanmamışdır ki, bu da mədəniyyət və 
incəsənətin cəmiyyətdə  və iqtisadiyyatda daha tam rol 
oynamaq imkanlarını  məhdudlaşır. Ekspertlərin gəldiyi 
qənaətlər belədir: mədəniyyətin özünün və sabit inkişafda, 
müsbət humanitar artımda, habelə incəsənətlə biznes arasında 
tərəfdaşlığın yaradılmasında onun rolunun ən yaxşı müdafiəsi 
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən digər hökumət 
strukturları ilə münasibətlərdə  təməl strategiya kimi inkişaf 
etdirilməlidir. Bu, aşağıdakı nəticələrə gətirib çıxarmalıdır: 
– Mədəniyyətin islahatlar sektoru kimi qəbul edilməsi; 
– Mədəniyyətə  əsaslanan sabit inkişaf layihələrinin 
qarşılıqlı faydalı situasiya kimi qəbul edilməsi; 
– Mədəniyyətin alternativ maliyyə mənbələri üçün əlverişli 
şəraitin yaradılması; 
– Mədəniyyətin dinamik obrazının yaradılması. 
Mədəniyyət tarixi və  nəzəriyyəsi qədim zamanlardan 
bugünədək bəşəriyyətin sosial-mədəni inkişafının  əsas 
mərhələləri və qanunauyğunluqlarının öyrənilməsinə imkan 
verir ki, bu mənada kulturologiya elmi müxtəlif irq, xalq, 
etnos və millətlərin inkişaf etdiyi təbii coğrafi, bioloji, sosial 
və tarixi şəraitlərin dərk edilməsi və başa duşulməsi üçün 
vasitədir. Kulturologiya müxtəlif xalqların həyat tərzi, 
ənənələri, dinləri, psixologiyası, sosial təcrübəsi və 
xüsusiyyətlərini meydana çıxarır, müxtəlif ictimai-siyasi 
sistemlərin üstünlüyünü və çatışmazlığını, cəmiyyətin və 
dövlətin inkişafının təşkili və idarəedilməsi üsullarını 
göstərir. Bu imkanlar hesabına kulturologiya indi dövlət 
mədəniyyət siyasətinin vacib metodoloji əsası olaraq qalır. 


 
220
Kulturoloji biliklər olmadan, kulturoloji tədqiqatlarsız, 
Azərbaycanın üçüncü minililkdə milli-mədəni inkişaf 
proqramı  və layihələri işlənmədən bütün səviyyələrdə dövlət 
idarəetmə sistemi effektiv ola bilməz. Təbii ki, burada milli 
mədəniyyətimizin mühafizəsi, tədqiqi və  təbliği məsələlərinə 
xüsusi önəm verilməlidir ki, bu istiqamətdə görüləcək işlərdə 
aşağıdakılara diqqət yetirilməsi zəruridir: 
1.  Əvəzsiz və  zəngin tariximizin bizə  bəxş etdiyi ən 
qiymətli miras – milli mədəniyyətimiz milli varflığımızın 
təməli kimi dəyərləndirilməlidir. Mədəni fəaliyyət 
sahələrindəki hər bir ixtisasda aparılan araşdırmalar ilk 
növbədə dağınıq, sahibsiz və yox olma təhlükəsində olan 
bütün mədəniyyət ünsürlərinin sistemli bir formada 
toplanmasını təmin etməlidir. 
2. Milli mədəniyyətimizin mühafizəsi – zəruri ikinci 
prinsipdir. Bir yandan milli mədəniyyət ünsürləri və fəaliyyət 
sahələrinin dəqiq və etibarlı  səviyyədə qorunmasına diqqət 
edilirkən, digər yandan yabançı  mədəniyyətlərin milli 
mədəniyyətimizə  mənfi təsirinin qarşısının alınması üçün 
tədbirlər görülməlidir. 
3. Milli mədəniyyətimizin yayılması üçün görüləcək işlər 
və  tədbirlər böyük bir önəm daşınaqdadır.  İnformasiya və 
mətbuat vasitələri, bütün radio və telekommunikasiya 
vasitələri bu məqsədlə  səfərbər edilməli, milli varlığımızın 
təməli olan milli mədəniyyətimiz ölkə daxilində bütün 
vətəndaşlarımıza mənimsədilməlidir. 
4. Dünya millətləri arasında müstəsna bir dəyəri olan milli 
mədəniyyətimizin ölkə daxilində  və xaricdə tanıdılmasına 
əhəmiyyət verilməsi zəruri olan bir xüsusdur. Təbliğat 
fəaliyyətləri ilə  məşğul olan təşkilatların zəruri modern 
vasitələrə  və kamil insan potensialına sahib olması  təmin 
edilməli, ölkə daxilində  və xaricdə  təbliğati fəaliyyətlər 
konfranslarla, konqreslərlə, simpoziumlarla və s. həyata 
keçirilməlidir.  


Yüklə 14,41 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə