Microsoft Word Yeni dissertasiya son vers doc



Yüklə 14,41 Kb.
Pdf görüntüsü
səhifə73/75
tarix07.11.2017
ölçüsü14,41 Kb.
#8710
1   ...   67   68   69   70   71   72   73   74   75

 
221
5.  Əmanət aldığımız  ən zəngin miras olan milli 
mədəniyyətimizi gələcək nəsillərə daha da zənginləşdirilmiş 
şəkildə ötürmək zərurəti, inkişaf fəaliyyətlərinə  də diqqət 
yetirilməsini zəruri etməkdədir. Bu məqsədlə yaradıcı, qurucu 
mahiyyətdəki ictimai və  fərdi səylər təşviq edilməli, yeni 
əsərlər ortaya qoyacaq qabiliyyətlərin kəşf edilməsi, 
yönəldilməsi, dəyərləndirilməsi üçün lazımi bütün tədbirlər 
görülməlidir. 
6. Mədəni xidmətlərin təşkilatçılıq mövzusu prioritet 
vəzifələrdəndir. Müəssisələrdə təşkilati işlərə önəm verilməli, 
mədəni xidmət göstərəcək təşkilatlar arasında  əməkdaşlığın 
yaradılmasına diqqət yetirilməlidir. 
7. Mədəni xidmətlərlə yanaşı, mədəni fəaliyyətləri də 
ləyaqətlə  həyata keçirə biləcək insan potensialı özünü hiss 
etdirən  ən böyük ehtiyac olaraq görünməkdədir. Strateji 
məqsədlər daşıyan bu məsələ, Mədəniyyət və Turizm nazirliyi 
ilə ali təhsil müəssisələri tərəfindən ilk növbədə araşdırılacaq 
şəkildə planlaşdırılmalıdır. 
8. İctimai həyatda hüququn aliliyi prinsipini mənimsədəcək 
fəaliyyətlərdə olmaq mədəni yüksəlişin təməl 
prinsiplərindəndir. Bu təməl hüquq və  mədəniyyət  əlaqəsini 
təmin edəcək formada inkişaf etdirmək üçün lazımi səylər 
göstərilməlidir. 
Mövzunun araşdırılması belə  qənaətə  gəlməyə  əsas verir 
ki, Azərbaycan cəmiyyəti iqtisadi dəyişikliklərin doğurduğu 
misli görünməmiş mutasiyalara sürətli keçidlə üzləşməli və 
ona uyğunlaşmalıdır. Mədəniyyət, cəmiyyətin bu iri struktur 
dəyişikliklərinə daha yaxşı uyğunlaşa bilməsi üçün (siyasi, 
iqtisadi və sosial xarakterli intensiv çağırışlar mühitində) ona 
dəstək verən bəlkə də ən başlıca vasitə ola bilər. Mədəniyyət 
siyasəti (çevik və istifadəçiyə yönəlik olduğu halda) 
cəmiyyətdə sabit həmrəyliyin yaradılması  və qorunub 
saxlanılması üçün ciddi alət rolunu oynaya bilər. Mədəniyyət 
həyat keyfiyyətinə, icmaların təşəkkül tapmasına, vətəndaş 


 
222
cəmiyyətinin inkişafına xidmət etməklə yanaşı, tədricən 
bəşəriyyətin müsbət artım mənbəyinə çevrilir. Son 
onilliklərdə hökumətlər üçün, qanunvericilikləri mədəni 
mühitin və irsin qorunması relsinə  çıxarmaq, maliyyə 
institutları və yaxud infrastrukturları təsis etmək tendensiyası 
xarakterik olmuşdur. İşgüzar adamlar tərəfindən mədəniyyətə 
iqtisadi təsir göstərilməsinə  və incəsənətə sponsorluq 
edilməsinə, dövlət maliyyələşdirməsinin kifayət qədər 
olmamasına əsaslanan vacib bir aspektdə baxılmalıdır. 
Son illərdə bu problemlərə çox sayda tədqiqatlar həsr 
olunmuş və mədəniyyət siyasəti, həmçinin siyasət formasının 
müəyyənləşdirilməsinə dair beynəlxalq konfransların 
mövzusuna çevrilmişdir. Nəticələrdən biri kimi, mədəniyyət 
və incəsənətin bugünkü biznesə aid olmasının səbəblərini 
təsvir edən bir “matrisa” tipi işlənib hazırlanmışdır. Bu 
mənada aşağıdakı arqumentlərdən danışmaq olar: inkişaf 
arqumenti, möhkəm birliyə malik cəmiyyət arqumenti, 
marketinq arqumenti, iqtisadiyyatı bilmə arqumenti. Burada 
milli-mədəni irs və mənəvi dəyərlər həmişə prioritet sahədir. 
 
 


 
223
İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT 
 
Azərbaycan dilində 
 
1.
 
Abbasov A. Atatürkün maarif, mədəniyyət və 
incəsənətə dair fikirləri. // Bilgi dərgisi, təhsil, mədəniyyət, 
incəsənət seriyası, 2000, № 2, s.6-10. 
2.
 
Abbasov N. Mədəniyyət siyasəti və mənəvi dəyərlərin 
kulturoloji mahiyyəti. “Mədəniyyət dünyası”, XIII buraxılış, 
Bakı: 2006, s.97-104. 
3.
 
Abbasov N. Mədəniyyətlərarası kommunikasiyalar və 
mədəni ünsiyyət. “Mədəniyyət dünyası”, XIV buraxılış, Bakı: 
2006, s.137-143. 
4.
 
Abbasov N. Türk dünyasının mədəni inteqrasiyası 
məsələləri haqqında. “Mədəniyyət dünyası”, IV buraxılış, 
Bakı: 2002, s.146-148. 
5.
 
Abbasov N. Estetik mədəniyyət cəmiyyətin ümumi 
mədəniyyətinin bir hissəsi kimi. “Mədəniyyət dünyası” VIII 
buraxılış, Bakı: 2004, s.107-109. 
6.
 
Ağayev R., Abbasov N. Azərbaycan Türkiyə  əlaqələri. 
Mədəni-maarif jurnalı 2001-ci il № 3/4, s.54. 
7.
 
Axundova N. Azərbaycanda mədəniyyət siyasəti. 
Reallıqlar və perspektivlər. “Azərbaycanda yeni mədəniyyət 
siyasətinin formalaşdırılmasına yardım” layihəsi üzrə açıq 
cəmiyyət  İnstitutut-Budapeşt Soros Fondunun himayəsi ilə 
keçirilmiş Beynəlxalq konfransın və sosioloji tədqiqatın sənəd 
və materiallarının məcmuəsi. Bakı: 27-29 iyun, 2001-ci il. 
s.59. 
8.
 
Aslanova R. Qloballaşma və  mədəni müxtəliflik. Bakı: 
Elm, 2004, 264 s. 
9.
 
Azərbaycan Respublikasının Konstitusiyası. Bakı: 
2003, 48 s. 


 
224
10.
 
Azərbaycanda “2006-2016-cı illər üçün mədəniyyət 
sahəsində Dövlət  İnkişaf Konsepsiyası”. “Mədəni-maarif”, 
2006, № 11, s.5-6. 
11.
 
Azərbaycan Respublikası (1991-2001). Bakı: Yeni 
nəşrlər evi, 2001, 360 s. 
12.
 
Azərbaycanda Atatürk Mərkəzinin yaradılması 
haqqında Azərbaycan Respublikasının Prezidenti Heydər 
Əliyevin sərəncamı. “Azərbaycan” qəzeti, 10 mart 2001-ci il.  
13.
 
Azərbaycanda Atatürk Mərkəzinin rəsmi açılış 
mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham 
Əliyevin nitqi. Bülleten (Azərbaycanda Atatürk Mərkəzinin 
rüblük nəşri), AzAtaM, Bakı, 2004, № 2 (10), s. 6-8. 
14.
 
Azərbaycan XXI əsrin və üçüncü minilliyin ayrıcında. 
Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin yeni əsr 
və üçüncü minillik münasibətilə Azərbaycan xalqına 
müraciəti. Bakı, İqtisad Universiteti nəşriyyatı, 2001, 90 s. 
15.
 
Azərbaycan Prezidenti Heydər  Əliyevin bəyanatı. 
“Ədəbiyyat qəzeti”, 13 avqust 2001-ci il. 
16.
 
Azərbaycan Milli Elmlər Akademiyası Folklor 
İnstitutu “Ortaq türk keçmişindən ortaq türk gələcəyinə” II 
Uluslararası Folklor Konfransının materialları. Bakı, “Səda”, 
17-21 mart 2004-cü il, 416 s. 
17.
 
Azərbaycan Milli Elmlər Akademiyası Folklor 
İnstitutu “Ortaq türk keçmişindən ortaq türk gələcəyinə” III 
Uluslararası Folklor Konfransının materialları. Bakı, “Səda”, 
13-16 noyabr 2005-ci il, 584 s. 
18.
 
Azərbaycanda yeni mədəniyyət siyasətinin formalaş-
dırılmasına yardım. “Simurq” Azərbaycan mədəniyyət 
Assosiasiyası. Bakı, Sabah, 2001, 194 s.  
19.
 
Beynəlxalq mədəni  əlaqələr (Dərslik, M.S.Manafova 
və N.T.Əfəndiyevanın redaktəsilə). Bakı: ADMİU-nun 
“Mədəniyyətşünaslıq” kafedrası, 2008, 660 s.  


Yüklə 14,41 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə