Microsoft Word yetkinlik-yasina-catmayanlarin-baximsizliginin-ve-huquq-pozuntularinin-profilaktikasi-haqqinda



Yüklə 213,19 Kb.
Pdf görüntüsü
səhifə5/7
tarix06.05.2018
ölçüsü213,19 Kb.
#42164
1   2   3   4   5   6   7

 13.4.  Yetkinlik  yaşına  çatmayanların  qapalı  tipli  xüsusi  təlim-tərbiyə  müəssisələrinə 

göndərilməsi məhkəmənin qərarına əsasən həyata keçirilir.

 

13.5. Yetkinlik yaşına çatmayanlar qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrinə on səkkiz 



yaşına çatana qədər, lakin 3 ildən artıq olmamaq şərtilə göndərilirlər.

 

13.6. Qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrində saxlanılmasına və təhsilinə mane olan 



xəstəliyə tutulmuş yetkinlik yaşına çatmayanlar belə müəssisələrə göndərilə bilməzlər. Həmin 

şəxslər  tibbi-tərbiyə  müəssisələrinə  göndərilir.  Yetkinlik  yaşına  çatmayanların  qapalı  tipli 

xüsusi  təlim-tərbiyə  müəssisələrində  saxlanılmasına  yol  verməyən  xəstəliklərin  siyahısı 

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

13.7. Qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinin müdiriyyəti öz səlahiyyətləri daxilində:



 

13.7.1. qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinin ərazisinin qorunması da daxil olmaqla, 

yetkinlik yaşına çatmayanların saxlanılmasının xüsusi şəraitini, yetkinlik yaşına çatmayanların 

şəxsi  təhlükəsizliyini  və  onların  mənfi  təsirlərdən  maksimum  qorunmasını,  kənar  şəxslərin 

göstərilən  müəssisənin  ərazisinə  sərbəst  daxil  olmalarının  məhdudlaşdırılmasını,  yetkinlik 

yaşına  çatmayanların  göstərilən  müəssisənin  ərazisini  icazəsiz  tərk  etməsini  istisna  edən 

təcridini,  yuxu  üçün  ayrılmış  vaxt  da  daxil  olmaqla,  yetkinlik  yaşına  çatmayanlara  daimi 

nəzarəti, həmin şəxslərin şəxsi müayinəsini, onların əşyalarının, məktublarının, bağlamalarının 

və  ya  digər  poçt  göndərişlərinin  (yetkinlik  yaşına  çatmayanın  müdafiəçisi  və  ya  qanuni 

əsaslarla ona hüquqi yardım göstərən digər şəxslər ilə yazışmaları istisna olmaqla) Azərbaycan 

Respublikasının  qanunvericiliyi  ilə  müəyyən  edilmiş  qaydada  nəzərdən  keçirilməsini  təmin 

edir; 


[1]

 

13.7.2.  müəssisəni  icazəsiz  tərketmə  halları  barədə  müəssisənin  yerləşdiyi  ərazinin  və 



yetkinlik  yaşına  çatmayanın  yaşayış  yeri  üzrə  daxili  işlər  orqanlarını  xəbərdar  edir  və  onlarla 

birlikdə  yetkinlik  yaşına  çatmayanların  aşkar  edilib  müəssisəyə  qaytarılması  üçün  tədbirlər 

görür;

 

13.7.3.  qapalı  tipli  xüsusi  təlim-tərbiyə  müəssisəsindən  buraxılmasına  2  ay  qalmış  bu 



müəssisədən  buraxılması  haqqında  bildirişi,  yetkinlik  yaşına  çatmayan  barəsində 

xasiyyətnaməni,  habelə gələcəkdə  onunla fərdi profilaktik işin  aparılması  barədə  tövsiyələrini 

yetkinlik  yaşına  çatmayanın  yaşayış  yeri  üzrə  yetkinlik  yaşına  çatmayanların  işləri  və 

hüquqlarının müdafiəsi üzrə komissiyaya göndərir;

 

13.7.4.  bu  Qanunun  12.2.1-ci,  12.2.4-cü,  12.2.5-ci,  13.2.1-ci  və  13.2.2-ci  maddələrində 



göstərilən funksiyaları həyata keçirir.

 

13.8.  Qapalı  tipli  xüsusi  təlim-tərbiyə  müəssisələrinin  müdiriyyəti  yetkinlik  yaşına 



çatmayanların  işləri  və  hüquqlarının  müdafiəsi  üzrə  komissiya  ilə  birlikdə  göstərilən 

müəssisənin yerləşdiyi yerin məhkəməsinə aşağıdakı məsələlər üzrə təqdimatlar verir:

 

13.8.1. yaşının çatması və ya səhhəti ilə əlaqədar, habelə onların islah olunması üçün daha 



əlverişli  şəraitin  yaradılması  məqsədilə  yetkinlik  yaşına  çatmayanların  digər  xüsusi  təlim-

tərbiyə müəssisələrinə göndərilməsi haqqında;

 

13.8.2.  yetkinlik  yaşına  çatmayanların  islah  olmaları  ilə  əlaqədar  intizam  təsir  tədbirinin 



tətbiqinə daha ehtiyac olmazsa, onların vaxtından əvvəl müəssisədən azad edilməsi haqqında;

 

13.8.3.  yetkinlik  yaşına  çatmayanların  təhsil  pillələrindən birinin  başa  çatdırılması  zərurəti 



yaranarsa, onların arzusu ilə göstərilən müəssisədə qalması vaxtının uzadılması haqqında.

 

13.9. Qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrinin vəzifəli şəxsləri bu Qanunun 10.3-cü 



maddəsində nəzərdə tutulmuş hüquqlarla bərabər aşağıdakı hüquqlara da malikdirlər:

 

13.9.1. göstərilən müəssisələrdə saxlanılması qadağan edilən əşyaları aşkar etmək məqsədilə 



yetkinlik  yaşına  çatmayanları,  onlara  məxsus  əşyaları,  məktubları,  bağlamaları  və  digər  poçt 

göndərişlərini  (yetkinlik  yaşına  çatmayanın  müdafiəçisi  və  ya  qanuni  əsaslarla  ona  hüquqi 

yardım  göstərən  digər  şəxslər  ilə  yazışmaları  istisna  olmaqla),  müəssisənin  ərazisini,  yataq, 



məişət  və  digər  otaqları  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  müəyyən  edilmiş 

qaydada müayinə etmək və bununla bağlı müvafiq akt tərtib etmək; 

[2]

 

13.9.2.  yetkinlik  yaşına  çatmayan  tərəfindən  ictimai  təhlükəli  əməllərin  törədilməsinin, 



yaxud  öz  sağlamlığına  zərər  vurması,  yaxud  digər  şəxslərin qanunla  qorunan  maraqlarına  və 

ya  dövlətin  mənafeyinə  yaranan  təhlükənin  qarşısının  alınması  məqsədilə  müstəsna  hallarda, 

zəruri  olan  qısa  müddət  ərzində  insan  ləyaqətinin  alçaldılmaması  şərtilə  fiziki qüvvə tətbiq 

etmək.


[3]

 

13.10.  Qapalı  tipli  xüsusi  təlim-tərbiyə  müəssisələrinin  işçiləri  fiziki  gücün  və  xüsusi 



vasitələrin  tətbiq  ediləcəyi  barədə  yetkinlik  yaşına  çatmayanı  əvvəlcədən  xəbərdar  etməli, 

qanunazidd əməllərin törədilməsini dayandırmaq üçün ona möhlət verməlidirlər.

 

Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  müəyyən  edilmiş  qaydada  aparılan 



müayinə  zamanı  qapalı  tipli  xüsusi  təlim-tərbiyə  müəssisələrində  saxlanılmasına  icazə 

verilməyən əşyalar götürülür.

 

13.11.  Yetkinlik  yaşına  çatmayanlar  barəsində  fiziki qüvvənin tətbiq  edilərsə,  bu  barədə 



qapalı  tipli  xüsusi  təlim-tərbiyə  müəssisəsinin  müdiriyyəti  həmin  müəssisənin  yerləşdiyi  yer 

üzrə prokurora 24 saat müddətində məlumat verir.

 

13.12.  Yetkinlik  yaşına  çatmayanlara  qarşı  fiziki  qüvvə  yalnız  digər  vasitələr  nəticə 



vermədikdə  müstəsna  hallarda  tətbiq  edilə  bilər.  Fiziki  və  ya  psixi  qüsurları  olan  yetkinlik 

yaşına  çatmayanlara  qarşı  (onlar  tərəfindən  silahlı müqavimət  göstərilməsi,  insanların  həyat 

və sağlamlığına təhlükə yaradan qrup şəklində və ya hər hansı digər hücum istisna olmaqla) 

fiziki qüvvənin tətbiq edilməsi qadağandır.

 

13.13.


   

Fiziki  qüvvənin  müstəsna  hallarda  bu  Qanunun  tələblərinə  uyğun olaraq  tətbiqi 

yaranmış  təhlükəyə  mütənasib  olmalı,  hüquqpozmanın  ağırlıq  dərəcəsindən  və  ya  onu 

törədənin şəxsiyyətindən asılı olaraq tətbiq edilməlidir.

 

13.14.


   

Fiziki  qüvvənin  cəza,  fiziki  və  ya  psixoloji  iztirab  verilməsi  məqsədilə  tətbiq 

edilməsi qadağandır.

 

13.15.  Fiziki  qüvvə  tətbiq  edilmiş  yetkinlik  yaşına  çatmayan  tibbi  baxışdan  keçirilir  və 



sağlamlığına  zərər  vurulduğu  halda  tibbi  yardımla  təmin  edilir.  Tibbi  yardıma  ehtiyac 

olmadıqda  yetkinlik  yaşına  çatmayan  24  saatadək müddətə  xüsusi  bərpa  otağında 

yerləşdirilir.  Burada  onun  psixoloji  bərpası üçün  psixoterapevt  və  psixoloq-pedaqoq 

tərəfindən  müvafiq  tədbirlər  görülür.Yetkinlik  yaşına  çatmayanın  bərpa  otağında 

yerləşdirilməsi  ilə  bağlı  bütün tədbirlər  sənədləşdirilir  və  müvafiq  qaydada  qeydiyyatdan 

keçirilir.

 

13.16. Yetkinlik yaşına çatmayana fiziki qüvvənin tətbiq edildiyi hər bir hal barədə qapalı 



tipli  xüsusi  təlim-tərbiyə  müəssisəsinin  müdiriyyəti  həmin müəssisənin  yerləşdiyi  yer  üzrə 

prokurora  24  saat  müddətində  məlumat  verməli  və  fiziki  qüvvənin  tətbiqinin  qanunauyğun 

olub-olmaması  barədə  xidməti  yoxlama  apararaq  müvafiq  rəy  hazırlamalıdır.  Fiziki  qüvvə 

tətbiqinin qanunauyğun olub-olmaması barədə müvafiq rəy 3 gün müddətində prokurorluq 

orqanlarına təqdim olunur.

 

13.17. Qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrinin vəzifəli şəxsləri tərəfindən yetkinlik 



yaşına  çatmayana  fiziki  qüvvənin  tətbiqi  ilə  əlaqədar  qanunvericiliyin  tələblərinə  riayət 

olunmaması , habelə fiziki qüvvənin tətbiq edildiyi hər hansı bir halın gizlədilməsi və ya belə 

hal barədə qəsdən yanlış məlumat verilməsi, yaxud  xidməti yoxlama  aparılması qaydalarının 

pozulması qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.



 [4]

 

M a d d ə   1 4  . Qəyyumluq və himayə orqanları



 

14.0. Qəyyumluq və himayə orqanları:

 

14.0.1. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların bir təhsil 



müəssisəsindən  digərinə  keçirilməsinə,  yaxud  ümumi  əsas  təhsil  alana  qədər  təhsilin 


Yüklə 213,19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə