Microsoft Word yetkinlik-yasina-catmayanlarin-baximsizliginin-ve-huquq-pozuntularinin-profilaktikasi-haqqinda



Yüklə 213,19 Kb.
Pdf görüntüsü
səhifə6/7
tarix06.05.2018
ölçüsü213,19 Kb.
#42164
1   2   3   4   5   6   7

formasının  dəyişdirilməsinə,  habelə  belə  şəxslərin  istənilən  təhsil  müəssisəsindən  kənar 

edilməsinə razılıq verir;

 

14.0.2.  valideynlərini  itirmiş,  valideyn,  yaxud  digər  qanuni  nümayəndələrinin 



himayəsindən  məhrum  olmuş  yetkinlik  yaşına  çatmayanlarla  öz  səlahiyyətləri  daxilində  fərdi 

profilaktik  işin  aparılmasında  iştirak  edir,  habelə  dövlət  yardımına  ehtiyacı  olan  yetkinlik 

yaşına  çatmayanların  şəxsi  və  əmlak  hüquqlarının  qorunması  üzrə  qanunvericilikdə  nəzərdə 

tutulmuş tədbirləri həyata keçirirlər.

 

M a d d ə   1 5  . Gənclərin  işləri  üzrə  orqanlar  və  gənclərin  işləri  üzrə  orqanların 



müəssisələri

 

15.1. Gənclərin işləri üzrə orqanlar öz səlahiyyətləri daxilində:



 

15.1.1.  yetkinlik  yaşına  çatmayanların  baxımsızlığının  və  hüquq  pozuntularının 

profilaktikası  üzrə  məqsədli  proqramların  işlənib  hazırlanmasında  və  həyata  keçirilməsində 

iştirak edirlər;

 

15.1.2.  tabeliklərində  olan  sosial  müəssisələrin,  klubların  və  digər  müəssisələrin  təşkilati-



metodik təminatını və yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının 

profilaktikası üzrə fəaliyyətinin əlaqələndirilməsini həyata keçirirlər;

 

15.1.3.  fəaliyyəti  yetkinlik  yaşına  çatmayanların  baxımsızlığının  və  hüquq  pozuntularının 



profilaktikası tədbirlərinin həyata keçirilməsi ilə bağlı olan qeyri-hökumət təşkilatları ilə birgə 

sosial müəssisələrə, fondlara, digər müəssisə və təşkilatlara yardım edirlər;

 

15.1.4.  yetkinlik  yaşına  çatmayanların  istirahətinin,  asudə  vaxtının  və  məşğulluğunun 



təşkilində iştirak edirlər.

 

15.2.  Gənclərə  sosial-psixoloji  yardım  mərkəzləri,  gənclərin  peşə  yönümü  və  işədüzəltmə 



mərkəzləri,  gənclərin  işləri  üzrə  orqanların  klubları  və  digər  müəssisələri  öz  səlahiyyətləri 

daxilində:

 

15.2.1. yetkinlik yaşına çatmayanlara ödənişsiz sosial, hüquqi və digər xidmətlər göstərirlər;



 

15.2.2. sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlarla fərdi profilaktik işin 

aparılmasında,  o  cümlədən  onların  asudə  vaxtının  və  məşğulluğunun  təşkilində,  mədəni-

maarif və digər tədbirlərin həyata keçirilməsində iştirak edirlər;

 

15.2.3. sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların sosial reabilitasiyası, 



onların  sosial-hüquqi  mənafelərinin  müdafiəsi  proqramlarını  işləyib  hazırlayır  və  həyata 

keçirirlər.

 

15.3.  Gənclərin  işləri  üzrə  orqanların  müəssisələrinin  vəzifəli  şəxsləri  bu  Qanunun  10.3-cü 



maddəsində nəzərdə tutulmuş hüquqlardan istifadə edirlər.

 

M a d d ə   1 6  . Səhiyyə orqanları və səhiyyə müəssisələri



 

16.1. Səhiyyə orqanları öz səlahiyyətləri daxilində:

 

16.1.1. yetkinlik yaşına çatmayanlar, onların valideynləri və ya digər qanuni nümayəndələri 



arasında  sanitar-gigiyenik  biliklərin  yayılmasını,  habelə  sağlam  həyat  tərzinin  təbliğini  təşkil 

edirlər;


 

16.1.2. tibbi-tərbiyə müəssisələri şəbəkələrinin inkişafını təmin edirlər; 

[5]

 

16.1.3.  dörd  yaşınadək  itmiş,  atılmış,  valideynlərini  itirmiş,  valideynlərinin  və  ya  digər 



qanuni nümayəndələrinin himayəsindən kənarda qalmış uşaqların sutka ərzində qəbulunu və 

saxlanılmasını həyata keçirirlər;

 

16.1.4.  valideynlərini  itirmiş,  valideynlərinin  və  ya  digər  qanuni  nümayəndələrinin 



himayəsindən  kənarda qalmış  yetkinlik  yaşına  çatmayanların  tibbi  müayinəsini  təmin edirlər, 

sağlamlıq vəziyyəti nəzərə alınmaqla onların yerləşdirilməsi üzrə tövsiyələrini hazırlayırlar;

 

16.1.5.  valideynlərini  itirmiş,  valideynlərinin  və  ya  digər  qanuni  nümayəndələrinin 



himayəsindən  kənarda  qalmış,  yaxud  valideynləri  çətin  həyat  vəziyyətində  olan  dörd 


yaşınadək  uşaqların  saxlanılmasını  və  onların  tərbiyəsini  həyata  keçirirlər,  habelə  həmin 

uşaqların yerləşdirilməsində qəyyumluq və himayə orqanlarına kömək göstərirlər;

 

16.1.6.  qapalı  tipli  xüsusi  təlim-tərbiyə  müəssisələrinə  göndərmək  üçün  yetkinlik  yaşına 



çatmayanlarda tibbi əks göstəricilərin olub-olmaması barədə arayış verirlər;

 

16.1.7.  alkoqollu  içkilər,  yaxud  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  müəyyən 



edilmiş qaydaları pozmaqla tibbi göstəriş və ya həkimin təyinatı olmadan narkotik vasitələr və 

psixotrop  maddələr  qəbul  edən  yetkinlik  yaşına  çatmayanları  aşkar  edirlər,  onların  uçotunu, 

müayinəsini,  baxımsız  və  sosial  təhlükəli  vəziyyətdə  olan  uşaqların  müalicəsini  aparırlar, 

yetkinlik  yaşına  çatmayanlar  arasında  alkoqolizmin,  narkomanlığın,  toksikomanlığın  və 

bununla bağlı  onların  davranışında  yaranan  pozuntuların  profilaktikası  üzrə  öz  səlahiyyətləri 

daxilində digər tədbirlər həyata keçirirlər;

 

16.1.8.  cinsi  yolla  yayılan  xəstəliklərin  mənbəyinin  aşkar  edilməsini,  bu  xəstəliklərə  düçar 



olmuş,  habelə  əxlaqsızlıqla  məşğul  olan  yetkinlik  yaşına  çatmayanların  müayinəsini  və 

müalicəsini həmin şəxslər haqqında daxili işlər orqanlarına məlumat verməklə həyata keçirirlər.

 

16.2. Səhiyyə orqanları yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə 



komissiyaya  bu  Qanunun  16.1-ci  maddəsində  nəzərdə  tutulmuş  funksiyaları  həyata  keçirən 

səhiyyə müəssisələri barədə məlumat verirlər.

 

16.3.  Bu  Qanunun  16.1-ci  maddəsində  göstərilən  funksiyaları  həyata  keçirən  səhiyyə 



orqanlarının  və  səhiyyə  müəssisələrinin  vəzifəli  şəxsləri  bu  Qanunun  10.3-cü  maddəsində 

nəzərdə tutulmuş hüquqlardan istifadə edirlər.

 

M a d d ə   1 7  . Daxili işlər orqanları



 

17.1.  Yetkinlik  yaşına  çatmayanların  hüquq  pozuntularının  qarşısının  alınması  sahəsində 

fəaliyyətini  daxili  işlər  orqanları  Azərbaycan  Respublikasının  qanunvericiliyinə  uyğun  olaraq 

öz səlahiyyətləri daxilində həyata keçirirlər.

 

Bu  məqsədlə  daxili  işlər  orqanlarında  yetkinlik  yaşına  çatmayanların  baxımsızlığının  və 



hüquq pozuntularının profilaktikası üzrə xüsusi polis qurumu yaradılır.

 

17.2. Daxili işlər orqanları:



 

17.2.1.  bu  Qanunun  5.1-ci  maddəsində  göstərilmiş  yetkinlik  yaşına  çatmayanlar,  habelə 

onların  tərbiyəsi,  təhsili  və  saxlanılması  üzrə  öz  vəzifələrini  yerinə  yetirməyən  və  ya  onların 

davranışına  mənfi  təsir  göstərən,  yaxud  onlarla  qəddar  rəftar  edən  valideynlər  və  ya  digər 

qanuni nümayəndələr barəsində profilaktik iş aparırlar;

 

17.2.2. yetkinlik yaşına çatmayanları cinayət əməllərinə və ya fahişəliyə və ya digər əxlaqsız 



əməllərə  cəlb  etmiş,  yaxud  yetkinlik  yaşına  çatmayanlar  barəsində  digər  qanunazidd  əməllər 

törətmiş şəxsləri, habelə yetkinlik yaşına çatmayanların tərbiyəsi, təhsili və saxlanılması üzrə öz 

vəzifələrini  yerinə  yetirməyən  və  ya  lazımınca  yerinə  yetirməyən  valideynləri  və  ya  digər 

qanuni nümayəndələri, vəzifəli şəxsləri aşkar edir, onlar barəsində Azərbaycan Respublikasının 

qanunvericiliyi ilə nəzərdə tutulmuş tədbirlər görürlər;

 

17.2.3.  inzibati  məsuliyyətə  və  ya  cinayət  məsuliyyətinə  cəlb  olunması  üçün  Azərbaycan 



Respublikasının  qanunvericiliyi  ilə  müəyyən  edilmiş  yaş  həddinə  çatmamış  yetkinlik  yaşına 

çatmayanlar  tərəfindən  ictimai  təhlükəli  əməllərin  törədilməsi,  habelə  yetkinlik  yaşına 

çatmayanların  tərbiyəsi,  təhsili  və  saxlanılması  üzrə  öz  vəzifələrini  yerinə  yetirməyən  və  ya 

lazımınca  yerinə  yetirməyən  valideynlər  və  ya  digər  qanuni  nümayəndələr,  yaxud  vəzifəli 

şəxslər barəsində müraciətlərə baxırlar;

 

17.2.4.  müvafiq  dövlət  orqanlarına  və  müəssisələrə  yetkinlik  yaşına  çatmayanların 



baxımsızlığına,  qanunazidd  əməllər  törətməsinə  imkan  yaradan  səbəb  və  hallar  barədə 

məlumat verirlər;

 



Yüklə 213,19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə