Microsoft Word yetkinlik-yasina-catmayanlarin-baximsizliginin-ve-huquq-pozuntularinin-profilaktikasi-haqqinda



Yüklə 213,19 Kb.
Pdf görüntüsü
səhifə7/7
tarix06.05.2018
ölçüsü213,19 Kb.
#42164
1   2   3   4   5   6   7

17.2.5.  müvafiq  dövlət  orqanlarına,  idarə,  təşkilat  və  müəssisələrə  yetkinlik  yaşına 

çatmayanlar tərəfindən hüquq pozuntusu törədilməsinə şərait yaradan səbəb və halların aradan 

qaldırılması barədə təkliflər verirlər;

 

17.2.6.  hüquq  pozuntusu  törətmiş  yetkinlik  yaşına  çatmayanlar  barəsində,  habelə  onların 



tərbiyəsi, təhsili və saxlanılması üzrə öz vəzifələrini yerinə yetirməyən və ya lazımınca yerinə 

yetirməyən  və  ya  onların  tərbiyəsinə  mənfi  təsir  göstərən,  yaxud  onlarla  qəddar  rəftar  edən 

valideynlər  və  ya  digər  qanuni  nümayəndələr,  yaxud  vəzifəli  şəxsləri  barəsində  Azərbaycan 

Respublikasının  qanunvericiliyi  ilə  nəzərdə  tutulmuş  təsir  tədbirlərinin  tətbiq  edilməsi 

haqqında müvafiq dövlət orqanlarına təkliflər verirlər.

 

M a d d ə   1 8  . Daxili  işlər  orqanlarının  yetkinlik  yaşına  çatmayanlar  üçün  müvəqqəti 



təcridetmə mərkəzləri

 

18.1.  Daxili  işlər  orqanlarının  yetkinlik  yaşına  çatmayanlar  üçün  müvəqqəti  təcridetmə 



mərkəzləri:

 

18.1.1. yetkinlik yaşına çatmayanların həyatının, sağlamlığının qorunması və təkrar hüquq 



pozuntusu  törətməməsi  üçün  yetkinlik  yaşına  çatmayanların  sutka  ərzində  qəbulunu  və 

müvəqqəti saxlanılmasını təmin edir;

 

18.1.2.  müvəqqəti  təcridetmə  mərkəzinə  gətirilmiş  yetkinlik  yaşına  çatmayanlarla  fərdi 



profilaktik iş aparır, habelə qanunazidd əməllərin törədilməsinə imkan yaradan səbəb və halları 

müəyyən edir və bu barədə müvafiq dövlət orqanlarına məlumat verir;

 

18.1.3. yetkinlik yaşına çatmayanları qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrinə çatdırır 



və  həmin  müəssisələrdə  saxlanan  yetkinlik  yaşına  çatmayanların  yerləşdirilməsi  üzrə  öz 

səlahiyyətləri daxilində digər tədbirləri görür.

 

18.2.  Daxili  işlər  orqanlarının  yetkinlik  yaşına  çatmayanlar  üçün  müvəqqəti  təcridetmə 



mərkəzlərinə aşağıdakı yetkinlik yaşına çatmayanlar yerləşdirilir:

 

18.2.1. məhkəmənin qərarı ilə qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrinə göndərilənlər;



 

18.2.2.  qapalı  tipli  xüsusi  təlim-tərbiyə  müəssisələrinə  yerləşdirilməsi  haqqında  məsələyə 

məhkəmə tərəfindən baxılmasını gözləyənlər;

 

18.2.3. qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrini icazəsiz tərk edənlər;



 

18.2.4. həyatının, sağlamlığının qorunması və təkrar ictimai təhlükəli əməlin törədilməsinin 

qarşısının  alınması,  o  cümlədən  yaşayış  yerinin,  yaxud  şəxsiyyətinin  müəyyən  edilməsi 

zərurətinin  olduğu  hallarda  cinayət  törətmiş  və  cinayət  məsuliyyətinə  cəlb  olunması  üçün 

Azərbaycan  Respublikasının  cinayət  qanunvericiliyi  ilə  müəyyən  edilmiş  yaş  həddinə  çatmış 

yetkinlik yaşına çatmayanlar;

 

18.2.5.  şəxsiyyətini  və  ya  yaşayış  yerini  müəyyən  etmək  mümkün  olmadıqda,  inzibati 



tənbeh tədbirlərinin tətbiqinə səbəb olmuş hüquq pozuntuları törətmiş və inzibati məsuliyyətə 

cəlb  olunması  üçün  Azərbaycan  Respublikasının  inzibati  xətalar  qanunvericiliyi  ilə  müəyyən 

edilmiş yaş həddinə çatmış yetkinlik yaşına çatmayanlar.

 

18.3.  Bu  Qanunun  18.2-ci  maddəsində  göstərilən  hallarda  yetkinlik  yaşına  çatmayanlar 



müvəqqəti təcridetmə mərkəzlərinə məhkəmənin qərarına əsasən yerləşdirilirlər.

 

M a d d ə   1 9  . Yetkinlik  yaşına  çatmayanların  baxımsızlığının  və  hüquq  pozuntularının 



profilaktikasının maliyyə təminatı

 

Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası üzrə 



tədbirlər Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir.

 

 



 

I I I   f ə si l

 



YETKİNLİK YAŞINA ÇATMAYANLARIN QAPALI TİPLİ XÜSUSİ TƏLİM-TƏRBİYƏ 

MÜƏSSİSƏSİNƏ GÖNDƏRİLMƏSİ İLƏ BAĞLI MATERİALLAR ÜZRƏ İCRAAT

 

M a d d ə   2 0  . Yetkinlik  yaşına  çatmayanların  qapalı  tipli  xüsusi  təlim-tərbiyə 



müəssisəsinə göndərilməsi barədə materialların hazırlanması qaydası

 

20.1. Ağır və ya xüsusilə ağır cinayət əlamətləri olan ictimai təhlükəli əməl törətmiş, lakin 



cinayət 

məsuliyyətinə 

cəlb 

olunması 



üçün 

Azərbaycan 

Respublikasının 

cinayət  qanunvericiliyində  nəzərdə  tutulmuş  yaş  həddinə  çatmamış  yetkinlik  yaşına 

çatmayanlar  barəsində  cinayət  işinə  xitam  verildikdə,  yaxud  cinayət  işinin  başlanması  rədd 

edildikdə,  yetkinlik  yaşına  çatmayanlar  barəsində  intizam  təsir  tədbirlərinin  tətbiq  edilməsi 

məsələsinə  baxılması  və  onların  qapalı  tipli  xüsusi  təlim-tərbiyə  müəssisələrinə  göndərilməsi 

məqsədilə  materiallar  cinayət  prosesini  həyata  keçirən  orqan  tərəfindən  yetkinlik  yaşına 

çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya göndərilir.

 

20.2.  Yetkinlik  yaşına  çatmayanların  qapalı  tipli  xüsusi  təlim-tərbiyə  müəssisələrinə 



göndərilməsi  barədə  materiallar  üzrə  icraat  zamanı  yetkinlik  yaşına  çatmayanların  işləri  və 

hüquqlarının  müdafiəsi  üzrə  komissiya  müvafiq  dövlət  orqanlarına,  idarə,  təşkilat  və 

müəssisələrə  lazımi  sənədlərin  təqdim  edilməsi  üçün  sorğular  göndərir.  Bu  sorğular  10  gün 

ərzində icra edilməlidir.

 

20.3.  Yetkinlik  yaşına  çatmayanların  qapalı  tipli  xüsusi  təlim-tərbiyə  müəssisələrinə 



göndərilməsi  imkanının  müəyyən  edilməsi  üçün  onların  tibbi,  o  cümlədən  psixi  müayinəsi 

keçirilir.

 

20.4.  Yetkinlik  yaşına  çatmayanların  tibbi  müayinəsi  zamanı  onların  qapalı  tipli  xüsusi 



təlim-tərbiyə  müəssisələrinə  göndərilməsinə  yol  verməyən  xəstəliklər  aşkar  edildikdə,  onlar 

tibbi-tərbiyə müəssisələrində yerləşdirilir.

 

20.5.  Barəsində  qapalı  tipli  xüsusi  təlim-tərbiyə  müəssisəsinə  göndərmə  haqqında  icraat 



başlanan yetkinlik yaşına çatmayanlar - valideynlərinin və ya digər qanuni nümayəndələrinin 

nəzarəti  altına,  uşaq  evlərində,  internat  məktəblərində  və  ya  digər  uşaq  müəssisələrində 

saxlanan yetkinlik yaşına çatmayanlar isə həmin uşaq müəssisələrinin müdiriyyətinin nəzarəti 

altına verilirlər.

 

Məhkəməyə  gəlməkdən  yayınan 14  yaşına  çatmış yetkinlik  yaşına  çatmayanlar,  onların 



valideynləri  və  ya  digər  qanuni  nümayəndələri  hakimin  qərarına  əsasən  daxili  işlər  orqanları 

tərəfindən məcburi gətirilə bilərlər. 



[6]

 

20.6.  Qapalı  tipli  xüsusi  təlim-tərbiyə  müəssisəsinə  göndərilməsi  haqqında  vəsatətə 



məhkəmə  tərəfindən  baxılanadək  yetkinlik  yaşına  çatmayan  aşağıdakı  hallarda  məhkəmənin 

qərarı əsasında 30 günədək daxili işlər orqanının yetkinlik yaşına çatmayanlar üçün müvəqqəti 

təcridetmə mərkəzlərinə göndərilə bilərlər:

 

20.6.1. yetkinlik yaşına çatmayanın həyat və sağlamlığına təhlükə olduqda;



 

20.6.2. ictimai təhlükəli əməlin təkrar törədilməsinin qarşısını almaq üçün;

 

20.6.3. yetkinlik yaşına çatmayanın yaşayış yeri və ya qaldığı yer olmadıqda;



 

20.6.4. yetkinlik yaşına çatmayan məhkəməyə gəlməkdən və ya tibbi müayinədən dəfələrlə 

yayındıqda.  Yetkinlik  yaşına  çatmayanın  məhkəməyə  gəlməkdən  və  tibbi  müayinədən 

yayınması  dedikdə,  onun  üzrlü  səbəblər  olmadan  təkrarən  məhkəməyə  və  ya  tibbi  müayinə 

aparan səhiyyə müəssisəsinə gəlməməsi, yaxud yaşayış yerindən qaçması başa düşülür.

 

M a d d ə   2 1  . Yetkinlik  yaşına  çatmayanların  qapalı  tipli  xüsusi  təlim-tərbiyə 



müəssisələrinə göndərilməsi barədə materiallar

 

21.0.  Yetkinlik  yaşına  çatmayanların  qapalı  tipli  xüsusi  təlim-tərbiyə  müəssisələrinə 



göndərilməsinin  mümkünlüyü  haqqında  məsələlərə  baxılması  üçün  yetkinlik  yaşına 

çatmayanların  işləri  və  hüquqlarının  müdafiəsi  üzrə  komissiya 20.1-ci  maddədə  nəzərdə 




tutulmuş  materiallar  daxil  olduğu  gündən  1  ay  müddətində  yetkinlik  yaşına  çatmayanın 

yaşayış  yeri  və  ya  olduğu  yer  üzrə  birinci  instansiya  məhkəməsi qarşısında  vəsatət  qaldırır. 

Vəsatətə aşağıdakı sənədlər əlavə edilir: 

[7]

 

21.0.1.  yetkinlik  yaşına  çatmayanlar  barəsində  cinayət  işinə  xitam  verilməsi  və  ya  cinayət 



işinin başlanmasının rədd edilməsi haqqında materiallar;

 

21.0.2. yetkinlik yaşına çatmayanın təhsil (iş) yerindən xasiyyətnamə;



 

21.0.3. yetkinlik yaşına çatmayanın ailə-məişət şəraiti haqqında arayış;

 

21.0.4.  yetkinlik  yaşına  çatmayan  tərəfindən  əvvəllər  törədilmiş  hüquq  pozuntuları  və 



bununla əlaqədar görülmüş tədbirlər haqqında arayış;

 

21.0.5.  yetkinlik  yaşına  çatmayanın  sağlamlığının  vəziyyəti  və  onun  qapalı  tipli  xüsusi 



təlim-tərbiyə müəssisəsinə göndərilməsinin mümkünlüyü barədə səhiyyə müəssisəsinin rəyi.

 

M a d d ə   2 2 . Yetkinlik  yaşına  çatmayanların  qapalı  tipli  xüsusi  təlim-tərbiyə 



müəssisəsinə göndərilməsi barədə materiallara baxılması

 

22.1.  Yetkinlik  yaşına  çatmayanların  qapalı  tipli  xüsusi  təlim-tərbiyə  müəssisəsinə 



göndərilməsi  barədə  materiallara  məhkəməyə  daxil  olandan  sonra  10  gündən  gec  olmayaraq 

baxılır.


 

22.2.  Məhkəməyə  yetkinlik  yaşına  çatmayan,  onun  valideynləri  və  ya  digər  qanuni 

nümayəndələri, habelə hakimin mülahizəsinə əsasən digər şəxslər çağırılırlar.

 

M a d d ə   2 3  . Məhkəmənin qərarının məzmunu



 

23.1. Qərarda onun çıxarılma vaxtı və yeri, qərarı çıxaran məhkəmənin adı, hakim, yetkinlik 

yaşına çatmayan və materialların baxılmasında iştirak etmiş digər şəxslər haqqında məlumatlar, 

materiallara baxılması zamanı müəyyən edilmiş hallar göstərilir.

 

23.2. Qərarda aşağıdakı nəticələrdən biri öz əksini tapmalıdır:



 

23.2.1.  intizam  təsir  tədbirinin  tətbiq  edilmə  müddəti  göstərilməklə,  yetkinlik  yaşına 

çatmayanın qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsi haqqında;

 

23.2.2.  məhkəmə  tərəfindən  yetkinlik  yaşına  çatmayanın  qapalı  tipli  xüsusi  təlim-tərbiyə 



müəssisəsinə  göndərilməsinə  yol  verməyən  səbəblər  aşkar  edildiyi  və  ya  onu  göstərilən 

müəssisəyə  göndərmədən  tərbiyə  etmək  imkanı  olduğunu  sübut  edən  dəlillər  aşkar  edildiyi 

hallarda,  göstərilən  yetkinlik  yaşına  çatmayana  qarşı  digər  intizam  təsir  tədbirlərinin  tətbiqi 

üçün  materialların  yetkinlik  yaşına  çatmayanların  işləri  və  hüquqlarının  müdafiəsi  üzrə 

komissiyaya göndərilməsi haqqında;

 

23.2.3. materiallar üzrə icraata xitam verilməsi barədə.



 

23.3.  Qapalı  tipli  xüsusi  təlim-tərbiyə  müəssisəsində  saxlanma  müddətinə  yetkinlik  yaşına 

çatmayanın  daxili  işlər  orqanının  yetkinlik  yaşına  çatmayanlar  üçün  müvəqqəti  təcridetmə 

mərkəzində saxlandığı müddət daxil edilir.

 

M a d d ə   2 4  . Məhkəmənin qərarını icra edən orqan və müəssisələr



 

24.0. Məhkəmənin qərarının icrasını:

 

24.0.1.  yetkinlik  yaşına  çatmayanların  qapalı  tipli  xüsusi  təlim-tərbiyə  müəssisələrinə 



çatdırılması hissəsini - daxili işlər orqanları;

 

24.0.2.  bu  Qanunun  23.2.2-ci  maddəsində  nəzərdə  tutulmuş  hallarda  yetkinlik  yaşına 



çatmayanlar  barəsində  intizam  təsir  tədbirlərinin  tətbiqi  hissəsini  -  yetkinlik  yaşına 

çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar;

 

24.0.3.  yetkinlik  yaşına  çatmayanın  qapalı  tipli  xüsusi  təlim-tərbiyə  müəssisəsində 



saxlandığı  müddət  ərzində  onun  islahının  təmin  edilməsi  hissəsini  -  həmin  müəssisənin 

müdiriyyəti təmin edirlər.

 

M a d d ə   2 5  . Qanunun pozulmasına görə məsuliyyət



 


Bu  Qanunun  pozulmasında  təqsirli  olan  şəxslər  Azərbaycan  Respublikasının 

qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

 

M a d d ə   2 6  . Qanunun qüvvəyə minməsi



 

Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

 

 

İlham ƏLİYEV,

 

Azərbaycan Respublikasının Prezidenti

 

 



 

Bakı şəhəri, 24 may 2005-ci il

 

№ 919-IIQ



 

 

 



 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

 

 

1. 



30 dekabr 2005-ci il tarixli 50-IIIQD  nömrəli Azərbaycan  Respublikasının Qanunu (Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 2, maddə 75)

 

2. 



29  dekabr  2006-cı  il  tarixli 221-IIIQD nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 1, maddə 5)

 

 



 

 

 



 

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

  

 



 

 

[1]



 

30  dekabr  2005-ci  il  tarixli  50-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının  Qanunvericilik  Toplusu,  2006-cı  il,  №  2,  maddə  75)  ilə  13.7.1-ci  maddədə 

"göndərişlərinin"  sözündən  sonra  "(yetkinlik  yaşına  çatmayanın  müdafiəçisi  və  ya  qanuni  əsaslarla 



ona hüquqi yardım göstərən digər şəxslər ilə yazışmaları istisna olmaqla)" sözləri əlavə edilmişdir.

 

 

 

[2]

 

30  dekabr  2005-ci  il  tarixli  50-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (“Azərbaycan” 



qəzeti,  17  fevral  2006-cı  il)  ilə  13.9.1-ci  maddədə  "göndərişlərini"  sözündən  sonra  "(yetkinlik  yaşına 

çatmayanın  müdafiəçisi  və  ya  qanuni  əsaslarla  ona  hüquqi  yardım  göstərən  digər  şəxslər  ilə 

yazışmaları istisna olmaqla)" sözləri əlavə edilmişdir.

 

 

 

[3]

 29  dekabr  2006-cı  il  tarixli 221-IIIQD nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının  Qanunvericilik  Toplusu,  2007-ci  il,  №  1,  maddə  5)  ilə 13.9.2-ci  maddədən 

"Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada" sözləri çıxarılmışdır, "güc 

və xüsusi vasitələr" sözləri qüvvə" sözü  ilə əvəz edilmişdir.

 

  



[4]

 29  dekabr  2006-cı  il  tarixli 221-IIIQD nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 1, maddə 5) ilə 13.10-cu maddə 13.11-ci maddə, 

13.11-ci  maddə  13.10-cu  maddə  hesab  edilmişdir, 13.11-ci  maddədə  "gücün  və  xüsusi  vasitələrin" 

sözləri "qüvvənin" sözü  ilə  əvəz  edilmişdir, 13.12-ci  maddə  13.16-cı  maddə  hesab  edilmişdir  və  yeni 

məzmunda 13.12-13.15-ci  maddələr  əlavə  edilmişdir, 13.16-cı  maddə  yeni  redaksiyada  verilmişdir, 

yeni məzmunda 13.17-ci maddə əlavə olunmuşdur.

 

 



 

  

[5]



     

30 dekabr 2005-ci il tarixli 50-IIIQD  nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan 



Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 2, maddə 75)  ilə 16.1.2-ci maddədən "yetkinlik 

yaşına çatmayanlara psixiatriya yardımı göstərən" sözləri çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi: 


16.1.2.  yetkinlik  yaşına  çatmayanlara  psixiatriya  yardımı  göstərən  tibbi-tərbiyə  müəssisələri 

şəbəkələrinin inkişafını təmin edirlər; 



[6]

 

29  dekabr  2006-cı  il  tarixli 221-IIIQD nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının  Qanunvericilik  Toplusu,  2007-ci  il,  №  1,  maddə  5)  ilə 20.5-ci  maddənin  ikinci 

cümləsində "gəlməkdən yayınan" sözlərindən sonra "14 yaşına çatmış" sözləri əlavə edilmişdir.

 

 

 



  

[7]

 29  dekabr  2006-cı  il  tarixli 221-IIIQD nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının  Qanunvericilik  Toplusu,  2007-ci  il,  №  1,  maddə  5)  ilə 21.0-cı  maddənin  birinci 

cümləsində  "məhkəmə"  sözü  "20.1-ci  maddədə  nəzərdə  tutulmuş  materiallar  daxil  olduğu  gündən  1 

ay  müddətində  yetkinlik  yaşına  çatmayanın  yaşayış  yeri  və  ya  olduğu  yer  üzrə  birinci  instansiya 

məhkəməsi" sözləri ilə əvəz edilmişdir.



 

 

 



  

 

Yüklə 213,19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə