Microsoft Word yetkinlik-yasina-catmayanlarin-baximsizliginin-ve-huquq-pozuntularinin-profilaktikasi-haqqinda



Yüklə 213,19 Kb.
Pdf görüntüsü
səhifə3/7
tarix06.05.2018
ölçüsü213,19 Kb.
#42164
1   2   3   4   5   6   7

9.0.7.  ağır  və  ya  xüsusilə  ağır  cinayət əlamətləri olan  ictimai  təhlükəli  əməl  törətmiş, lakin 

cinayət 


məsuliyyətinə 

cəlb 


olunması 

üçün 


Azərbaycan 

Respublikasının 

cinayət 

qanunvericiliyində  nəzərdə  tutulmuş  yaş  həddinə  çatmamış  yetkinlik  yaşına  çatmayanların 

qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsi barədə məhkəmə qarşısında vəsatət 

qaldırılmasını;

 

9.0.8.  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  nəzərdə  tutulmuş  hallarda  və 



qaydada yetkinlik yaşına çatmayanlar, onların valideynləri və ya digər qanuni nümayəndələri 

barəsində inzibati tənbeh və intizam təsir tədbirlərinin tətbiq edilməsini;

 

9.0.9.  yetkinlik  yaşına  çatmayanların  hüquq  pozuntularının  profilaktikası  və  sosial 



müdafiəsi  sahəsində  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  nəzərdə  tutulmuş  digər 

tədbirlərin həyata keçirilməsini.

 

M a d d ə   1 0  . Əhalinin sosial müdafiəsi orqanları və sosial xidmət müəssisələri



 

10.1. Əhalinin sosial müdafiəsi orqanları öz səlahiyyətləri daxilində:

 

10.1.1.  yetkinlik  yaşına  çatmayanların  baxımsızlığının  profilaktikası  tədbirlərini  həyata 



keçirir,  həmin  şəxslərin  tərbiyəsi,  saxlanılması  üzrə  öz  vəzifələrini  yerinə  yetirməyən,  onların 

davranışına  mənfi  təsir  göstərən,  yaxud  onlarla  qəddar  rəftar  edən  valideynlər  və  ya  digər 

qanuni nümayəndələr barəsində fərdi profilaktik işi təşkil edir;

 

10.1.2.  yetkinlik  yaşına  çatmayanlar  üçün  ixtisaslaşdırılmış  sosial  reabilitasiya 



müəssisələrinin,  habelə  yetkinlik  yaşına  çatmayanlara  və  onların  ailələrinə  sosial  xidmət 

göstərən  digər  müəssisə  və  xidmətlərin  fəaliyyətinə  nəzarət  edir,  eləcə  də  adı  çəkilən 

müəssisələr şəbəkəsinin inkişafı üçün tədbirlər görür;

 

10.1.3.  yetkinlik  yaşına  çatmayanlara  və  onların  ailələrinə  sosial  xidmətlər  göstərən 



müəssisə  və  xidmətlərin  fəaliyyətinə  sosial  reabilitasiyanın  müasir  metodikalarını  və 

texnologiyalarını tətbiq edir.

 

10.2.  Əhalinin  sosial  müdafiəsi  orqanlarının  sosial  xidmət  müəssisələri  öz  səlahiyyətləri 



daxilində:

 

10.2.1.  yetkinlik  yaşına  çatmayanların,  onların  valideynlərinin  və  ya  digər  qanuni 



nümayəndələrinin  xahişi  ilə,  yaxud  yetkinlik  yaşına  çatmayanların  hüquq  pozuntularının 

profilaktikasını  həyata  keçirən  orqan  və  müəssisələrin  vəzifəli  şəxslərinin  təşəbbüsü  ilə  sosial 

təhlükəli  vəziyyətdə  olan  və  ya  digər  çətin  vəziyyətə  düşmüş  yetkinlik  yaşına  çatmayanlara 

ödənişsiz sosial xidmətlər göstərir;

 

10.2.2.  sosial  təhlükəli  vəziyyətdə  olan  yetkinlik  yaşına  çatmayanları,  habelə  sosial 



xidmətlərə ehtiyacı olan yetkinlik yaşına çatmayanların üzvü olduğu ailələri aşkar edir, onların 

sosial  reabilitasiyasını  həyata  keçirir,  fərdi  sosial  reabilitasiya  proqramlarına  uyğun  olaraq 

onlara lazımi yardım göstərir;

 

10.2.3.  yetkinlik  yaşına  çatmayanların  asudə  vaxtının  təşkili,  yaradıcılıq  qabiliyyətlərinin 



inkişaf  etdirilməsi  yolu  ilə  yetkinlik  yaşına  çatmayanlarla  fərdi  profilaktik  işin  aparılmasında 

iştirak edir, dövlət yardımına ehtiyacı olan yetkinlik yaşına çatmayanların sağlamlaşdırılmasına 

və istirahətinin təşkilinə yardım edir.

 

10.3.  Əhalinin  sosial  müdafiəsi  orqanlarının  və  sosial  xidmət  müəssisələrinin  vəzifəli 



şəxsləri aşağıdakı hüquqlara malikdirlər:

 

10.3.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yetkinlik 



yaşına  çatmayanlara  baş  çəkmək,  onlarla,  onların  valideynləri  və  ya  digər  qanuni 

nümayəndələri, o cümlədən digər şəxslərlə söhbətlər aparmaq;

 

10.3.2.  səlahiyyətlərinə  aid  məsələlər  üzrə  dövlət  orqanlarından  və  digər  müəssisələrdən 



məlumatlar almaq.

 



M a d d ə   1 1  .  Yetkinlik  yaşına  çatmayanlar  üçün  ixtisaslaşdırılmış  sosial  reabilitasiya 

müəssisələri

 

11.1.  Əhalinin  sosial  müdafiəsi  orqanlarının  yetkinlik  yaşına  çatmayanlar  üçün 



ixtisaslaşdırılmış sosial reabilitasiya müəssisələrinə aşağıdakılar aiddir:

 

11.1.1.  həyatda  çətin  vəziyyətə  düşmüş  yetkinlik  yaşına  çatmayanların  sosial 



reabilitasiyasını  və  baxımsızlığının  profilaktikasını  həyata  keçirən  sosial  reabilitasiya 

mərkəzləri;

 

11.1.2.  həyatda  çətin  vəziyyətə  düşmüş  və  təcili  dövlət  yardımına  ehtiyacı  olan  yetkinlik 



yaşına  çatmayanların  sosial  reabilitasiyasını  və  müvəqqəti  yaşayışını  təmin  edən  sosial 

sığınacaqlar.

 

11.2. Yetkinlik yaşına çatmayanlar üçün ixtisaslaşdırılmış sosial reabilitasiya müəssisələrinə 



Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  müəyyən  edilmiş  qaydada  aşağıdakılar  qəbul 

olunurlar:

 

11.2.1.  valideynlərinin  və  ya  digər  qanuni  nümayəndələrinin  himayəsindən  məhrum 



olunmuş yetkinlik yaşına çatmayanlar;

 

11.2.2. sosial təhlükəli vəziyyətdə olan ailədə yaşayan yetkinlik yaşına çatmayanlar;



 

11.2.3. itmiş və ya atılmış yetkinlik yaşına çatmayanlar;

 

11.2.4. evlərindən qaçmış, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş 



uşaqlar  üçün  təhsil  müəssisələrini,  digər  uşaq  müəssisələrini  (qapalı  tipli  xüsusi  təlim-tərbiyə 

müəssisələrini icazəsiz tərk edənlərdən başqa) icazəsiz tərk etmiş yetkinlik yaşına çatmayanlar;

 

11.2.5.  yaşayış  yeri,  yaxud  yaşamaq  üçün  maddi  imkanı  olmayan  yetkinlik  yaşına 



çatmayanlar;

 

11.2.6. həyatda digər çətin vəziyyətə düşmüş, sosial yardıma və reabilitasiyaya ehtiyacı olan 



yetkinlik yaşına çatmayanlar.

 

11.3.  Sosial  reabilitasiyaya  ehtiyacı  olan  yetkinlik  yaşına  çatmayanların  ixtisaslaşdırılmış 



müəssisələrə göndərilməsi üçün aşağıdakılar əsas götürülür:

 

11.3.1. yetkinlik yaşına çatmayanın şəxsi müraciəti;



 

11.3.2.  yetkinlik  yaşına  çatmayanın  arzusunun  nəzərə  alınması  onun  mənafeyinə  zidd 

olduğu  hallar  istisna  olmaqla,  on  yaşına  çatmış  yetkinlik  yaşına  çatmayanın  arzusu  nəzərə 

alınmaqla,  yetkinlik  yaşına  çatmayanın  valideynlərinin  və  ya  digər  qanuni  nümayəndələrinin 

müraciətləri;

 

11.3.3.  yetkinlik  yaşına  çatmayanın  valideynlərinin  və  ya  digər  qanuni  nümayəndələrinin 



tutulması, həbs edilməsi və ya məhkum edilməsi haqqında məhkəmənin qərarı;

 

11.3.4.  sosial  reabilitasiyaya  ehtiyacı  olan  yetkinlik  yaşına  çatmayanın  onlar  üçün  nəzərdə 



tutulmuş ixtisaslaşdırılmış sosial reabilitasiya müəssisəsinə yerləşdirilməsi haqqında daxili işlər 

orqanının  qərarı.  Həmin  qərarın  surəti  3  gün  müddətində  əhalinin  sosial  müdafiəsi  orqanına 

göndərilir.

 

11.4. Yetkinlik yaşına çatmayanlar üçün ixtisaslaşdırılmış sosial reabilitasiya müəssisələrinə 



alkoqollu  içkilərin  qəbulu,  narkotik  vasitələrdən  və  ya  psixotrop  maddələrdən  istifadə 

nəticəsində  sərxoş  halda  olan,  yaxud  psixi  xəstə  olan  şəxslərin  yerləşdirilməsinə  yol  verilmir. 

11.5.  Sosial  yardım  göstərilməsi  və  sosial  reabilitasiya  məqsədləri  üçün  bu  Qanunun  11.2-ci 

maddəsində  göstərilən  şəxslərə  yetkinlik  yaşına  çatmayanlar  üçün  ixtisaslaşdırılmış  sosial 

reabilitasiya müəssisələrində xidmət Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən 

edilmiş qaydada və lazım olan müddət ərzində göstərilir.

 

11.6. Yetkinlik yaşına çatmayanlar üçün ixtisaslaşdırılmış sosial reabilitasiya müəssisələrinə 



könüllü olaraq müraciət etmiş şəxs öz ərizəsi əsasında həmin müəssisəni tərk edə bilər.

 

11.7. Yetkinlik yaşına çatmayanlar üçün ixtisaslaşdırılmış sosial reabilitasiya müəssisələri öz 



səlahiyyətləri daxilində:

 



Yüklə 213,19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə