Microsoft Word yetkinlik-yasina-catmayanlarin-baximsizliginin-ve-huquq-pozuntularinin-profilaktikasi-haqqinda



Yüklə 213,19 Kb.
Pdf görüntüsü
səhifə1/7
tarix06.05.2018
ölçüsü213,19 Kb.
#42164
  1   2   3   4   5   6   7


Yetkinlik yaşına çatmayanların baxımsızlığının 

və hüquq pozuntularının profilaktikası haqqında 

 

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU 

  

Bu  Qanun  yetkinlik  yaşına  çatmayanların  baxımsızlığının  və  hüquq  pozuntularının 



profilaktikası  ilə  əlaqədar  yaranan  ictimai  münasibətləri  tənzimləyir,  bu  sahədə  dövlət 

orqanlarının, müəssisələrin və təşkilatların hüquq və vəzifələrini müəyyən edir.

 

 

 



I f ə s i l

 

ÜMUMİ MÜDDƏALAR

 

M a d d ə   1  . Əsas anlayışlar



 

1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

 

1.0.1. yetkinlik yaşına çatmayanlar - on səkkiz yaşınadək olan şəxslər;



 

1.0.2. baxımsız - təlim-tərbiyə vermək, yaxud saxlamaq vəzifəsinin valideynləri və ya digər 

qanuni  nümayəndələri  tərəfindən  yerinə  yetirilməməsi  və  ya  lazımınca  yerinə  yetirilməməsi 

nəticəsində davranışına nəzarət olunmayan yetkinlik yaşına çatmayan;

 

1.0.3. kimsəsiz - müəyyən yaşayış və ya qalmağa yeri olmayan yetkinlik yaşına çatmayan;



 

1.0.4.  sosial  təhlükəli  vəziyyətdə  olan  yetkinlik  yaşına  çatmayan  –  baxımsızlıq  və  ya 

kimsəsizlik nəticəsində həyatına və ya sağlamlığına təhlükə yaranan, yaxud tərbiyə edilməsi və 

ya saxlanması üçün tələblərə cavab verməyən şəraitdə olan, yaxud hüquq pozuntuları törədən 

yetkinlik yaşına çatmayan;

 

1.0.5.  sosial  təhlükəli  vəziyyətdə  olan  ailə  -  uşaqları  sosial  təhlükəli  vəziyyətdə  olan  ailə. 



Valideynləri və ya digər qanuni nümayəndələri yetkinlik yaşına çatmayanların tərbiyəsi, təhsili 

və  (və  ya)  saxlanılması  üzrə  öz  vəzifələrini  yerinə  yetirməyən  və  (və  ya)  onların  davranışına 

mənfi təsir göstərən və ya onlarla qəddar rəftar edən ailə;

 

1.0.6.  fərdi  profilaktik  iş  -  sosial  təhlükəli  vəziyyətdə  olan  ailələrin  və  yetkinlik  yaşına 



çatmayanların vaxtında aşkar edilməsi, habelə onların sosial-pedaqoji reabilitasiyası və (və ya) 

yetkinlik  yaşına  çatmayanlar  tərəfindən  hüquq  pozuntularının  törədilməsinin  qarşısının 

alınması üzrə fəaliyyət;

 

1.0.7. yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası 



- sosial təhlükəli vəziyyətdə olan ailələrlə və yetkinlik yaşına çatmayanlarla fərdi profilaktik işlə 

birgə  həyata  keçirilən,  yetkinlik  yaşına  çatmayanların  baxımsızlığına,  kimsəsizliyinə,  habelə 

onlar  tərəfindən  hüquq  pozuntularının  törədilməsinə  imkan  yaradan  səbəb  və  halların  aşkar 

edilməsinə  və  aradan  qaldırılmasına  yönəldilmiş  sosial,  hüquqi,  pedaqoji  və  digər  tədbirlər 

sistemidir.

 

M a d d ə   2  . Yetkinlik  yaşına  çatmayanların  baxımsızlığının  və  hüquq  pozuntularının 



profilaktikası sahəsində qanunvericilik

 

Yetkinlik  yaşına  çatmayanların  baxımsızlığının  və  hüquq  pozuntularının  profilaktikası 



sahəsində qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, digər 

normativ  hüquqi  aktlardan  və  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq 

müqavilələrdən ibarətdir.

 



M a d d ə   3  . Yetkinlik  yaşına  çatmayanların  baxımsızlığının  və  hüquq  pozuntularının 

profilaktikasının əsas vəzifələri

 

3.0.  Yetkinlik  yaşına  çatmayanların  baxımsızlığının  və  hüquq  pozuntularının 



profilaktikasının əsas vəzifələri aşağıdakılardan ibarətdir:

 

3.0.1.  yetkinlik  yaşına  çatmayanların  baxımsızlığının,  kimsəsizliyinin  və  hüquq 



pozuntularının  qarşısını  almaq.  Bunların  yaranmasına  imkan  verən  səbəb  və  halları  aradan 

qaldırmaq;

 

3.0.2. yetkinlik yaşına çatmayanların hüquqlarını və qanuni mənafelərini qorumaq;



 

3.0.3.  sosial  təhlükəli  vəziyyətdə  olan  yetkinlik  yaşına  çatmayanların  sosial-pedaqoji 

reabilitasiyasını təmin etmək;

 

3.0.4.  yetkinlik  yaşına  çatmayanların  cinayətkar  fəaliyyətə  cəlb  edilməsi  hallarını  aşkar 



etmək və aradan qaldırmaq;

 

3.0.5.  yetkinlik  yaşına  çatmayanlar  tərəfindən  alkoqollu  içkilərin,  yaxud  Azərbaycan 



Respublikasının  qanunvericiliyi  ilə  müəyyən  edilmiş  qaydaları  pozmaqla  tibbi  göstəriş  və  ya 

həkimin təyinatı olmadan narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsi hallarını 

aşkar etmək və aradan qaldırmaq.

 

M a d d ə   4  . Yetkinlik  yaşına  çatmayanların  baxımsızlığının  və  hüquq  pozuntularının 



profilaktikası sisteminə daxil olan orqan və müəssisələr

 

4.1.  Yetkinlik  yaşına  çatmayanların  baxımsızlığının  və  hüquq  pozuntularının 



profilaktikasını  həyata  keçirən  orqan  və  müəssisələr  sisteminə  yetkinlik  yaşına  çatmayanların 

işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar, əhalinin sosial müdafiəsi, təhsil, qəyyumluq 

və himayə, səhiyyə, daxili işlər orqanları, habelə gənclərin işləri üzrə orqanlar daxildir.

 

4.2. Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası 



üzrə fəaliyyətdə digər orqan, müəssisə və təşkilatların, cümlədən qeyri-hökumət təşkilatlarının 

iştirakı  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  müəyyən  edilmiş  qaydada  həmin 

orqanların səlahiyyətləri çərçivəsində həyata keçirilir.

 

M a d d ə   5  . Barəsində fərdi profilaktik iş aparılan şəxslər



 

5.1. Aşağıdakı yetkinlik yaşına çatmayanlar barəsində fərdi profilaktik iş aparılır:

 

5.1.1. baxımsızlar və kimsəsizlər;



 

5.1.2.  çətin  tərbiyə  olunanlar,  avaralıqla,  dilənçiliklə  məşğul  olanlar,  əxlaqsız  həyat  tərzi 

sürənlər,  müxtəlif  hüquqpozmalara  görə  daxili  işlər  orqanları  tərəfindən  qeydiyyata  alınmış, 

lakin islah olunması mümkün olmayanlar və ümumi orta təhsildən qərəzli şəkildə yayınanlar;

 

5.1.3.  alkoqollu  içkilər,  yaxud  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  müəyyən 



edilmiş qaydaları pozmaqla tibbi göstəriş və ya həkimin təyinatı olmadan narkotik vasitələr və 

psixotrop maddələr qəbul edənlər;

 

5.1.4. inzibati tənbeh tədbirlərinin tətbiqinə səbəb olmuş hüquq pozuntuları törətmiş on altı 



yaşı tamam olanlar;

 

5.1.5. inzibati tənbeh tədbirlərinin tətbiqinə səbəb olmuş hüquq pozuntuları törətmiş, lakin 



inzibati  məsuliyyətə  cəlb  olunması  üçün  Azərbaycan  Respublikasının  inzibati  xətalar 

qanunvericiliyi ilə müəyyən edilmiş yaş həddinə çatmayanlar;

 

5.1.6.  tərbiyəvi  xarakterli  məcburi  tədbirlər  tətbiq  edilərək  islah  olunması  mümkün  hesab 



olunmaqla cinayət məsuliyyətindən və ya cəzadan azad edilənlər;

 

5.1.7.  cinayət  əlamətləri  olan  ictimai  təhlükəli  əməl  törətmiş,  lakin  cinayət  məsuliyyətinə 



cəlb  olunması  üçün  Azərbaycan  Respublikasının  cinayət  qanunvericiliyi  ilə  müəyyən  edilmiş 

yaş həddinə çatmayanlar;

 

5.1.8. haqqında həbs istisna olmaqla, qətimkan tədbiri seçilmiş şübhəli və ya təqsirləndirilən 



şəxslər;

 



Yüklə 213,19 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə