13.4. Yetkinlik yaşına çatmayanların qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrinə
göndərilməsi məhkəmənin qərarına əsasən həyata keçirilir.
13.5. Yetkinlik yaşına çatmayanlar qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrinə on səkkiz
yaşına çatana qədər, lakin 3 ildən artıq olmamaq şərtilə göndərilirlər.
13.6. Qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrində saxlanılmasına və təhsilinə mane olan
xəstəliyə tutulmuş yetkinlik yaşına çatmayanlar belə müəssisələrə göndərilə bilməzlər. Həmin
şəxslər tibbi-tərbiyə müəssisələrinə göndərilir. Yetkinlik yaşına çatmayanların qapalı tipli
xüsusi təlim-tərbiyə müəssisələrində saxlanılmasına yol verməyən xəstəliklərin siyahısı
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
13.7. Qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinin müdiriyyəti öz səlahiyyətləri daxilində:
13.7.1. qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinin ərazisinin qorunması da daxil olmaqla,
yetkinlik yaşına çatmayanların saxlanılmasının xüsusi şəraitini, yetkinlik yaşına çatmayanların
şəxsi təhlükəsizliyini və onların mənfi təsirlərdən maksimum qorunmasını, kənar şəxslərin
göstərilən müəssisənin ərazisinə sərbəst daxil olmalarının məhdudlaşdırılmasını, yetkinlik
yaşına çatmayanların göstərilən müəssisənin ərazisini icazəsiz tərk etməsini istisna edən
təcridini, yuxu üçün ayrılmış vaxt da daxil olmaqla, yetkinlik yaşına çatmayanlara daimi
nəzarəti, həmin şəxslərin şəxsi müayinəsini, onların əşyalarının, məktublarının, bağlamalarının
və ya digər poçt göndərişlərinin (yetkinlik yaşına çatmayanın müdafiəçisi və ya qanuni
əsaslarla ona hüquqi yardım göstərən digər şəxslər ilə yazışmaları istisna olmaqla) Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada nəzərdən keçirilməsini təmin
edir;
[1]
13.7.2. müəssisəni icazəsiz tərketmə halları barədə müəssisənin yerləşdiyi ərazinin və
yetkinlik yaşına çatmayanın yaşayış yeri üzrə daxili işlər orqanlarını xəbərdar edir və onlarla
birlikdə yetkinlik yaşına çatmayanların aşkar edilib müəssisəyə qaytarılması üçün tədbirlər
görür;
13.7.3. qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsindən buraxılmasına 2 ay qalmış bu
müəssisədən buraxılması haqqında bildirişi, yetkinlik yaşına çatmayan barəsində
xasiyyətnaməni, habelə gələcəkdə onunla fərdi profilaktik işin aparılması barədə tövsiyələrini
yetkinlik yaşına çatmayanın yaşayış yeri üzrə yetkinlik yaşına çatmayanların işləri və
hüquqlarının müdafiəsi üzrə komissiyaya göndərir;
13.7.4. bu Qanunun 12.2.1-ci, 12.2.4-cü, 12.2.5-ci, 13.2.1-ci və 13.2.2-ci maddələrində
göstərilən funksiyaları həyata keçirir.
13.8. Qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrinin müdiriyyəti yetkinlik yaşına
çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya ilə birlikdə göstərilən
müəssisənin yerləşdiyi yerin məhkəməsinə aşağıdakı məsələlər üzrə təqdimatlar verir:
13.8.1. yaşının çatması və ya səhhəti ilə əlaqədar, habelə onların islah olunması üçün daha
əlverişli şəraitin yaradılması məqsədilə yetkinlik yaşına çatmayanların digər xüsusi təlim-
tərbiyə müəssisələrinə göndərilməsi haqqında;
13.8.2. yetkinlik yaşına çatmayanların islah olmaları ilə əlaqədar intizam təsir tədbirinin
tətbiqinə daha ehtiyac olmazsa, onların vaxtından əvvəl müəssisədən azad edilməsi haqqında;
13.8.3. yetkinlik yaşına çatmayanların təhsil pillələrindən birinin başa çatdırılması zərurəti
yaranarsa, onların arzusu ilə göstərilən müəssisədə qalması vaxtının uzadılması haqqında.
13.9. Qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrinin vəzifəli şəxsləri bu Qanunun 10.3-cü
maddəsində nəzərdə tutulmuş hüquqlarla bərabər aşağıdakı hüquqlara da malikdirlər:
13.9.1. göstərilən müəssisələrdə saxlanılması qadağan edilən əşyaları aşkar etmək məqsədilə
yetkinlik yaşına çatmayanları, onlara məxsus əşyaları, məktubları, bağlamaları və digər poçt
göndərişlərini (yetkinlik yaşına çatmayanın müdafiəçisi və ya qanuni əsaslarla ona hüquqi
yardım göstərən digər şəxslər ilə yazışmaları istisna olmaqla), müəssisənin ərazisini, yataq,
məişət və digər otaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş
qaydada müayinə etmək və bununla bağlı müvafiq akt tərtib etmək;
[2]
13.9.2. yetkinlik yaşına çatmayan tərəfindən ictimai təhlükəli əməllərin törədilməsinin,
yaxud öz sağlamlığına zərər vurması, yaxud digər şəxslərin qanunla qorunan maraqlarına və
ya dövlətin mənafeyinə yaranan təhlükənin qarşısının alınması məqsədilə müstəsna hallarda,
zəruri olan qısa müddət ərzində insan ləyaqətinin alçaldılmaması şərtilə fiziki qüvvə tətbiq
etmək.
[3]
13.10. Qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrinin işçiləri fiziki gücün və xüsusi
vasitələrin tətbiq ediləcəyi barədə yetkinlik yaşına çatmayanı əvvəlcədən xəbərdar etməli,
qanunazidd əməllərin törədilməsini dayandırmaq üçün ona möhlət verməlidirlər.
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada aparılan
müayinə zamanı qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrində saxlanılmasına icazə
verilməyən əşyalar götürülür.
13.11. Yetkinlik yaşına çatmayanlar barəsində fiziki qüvvənin tətbiq edilərsə, bu barədə
qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinin müdiriyyəti həmin müəssisənin yerləşdiyi yer
üzrə prokurora 24 saat müddətində məlumat verir.
13.12. Yetkinlik yaşına çatmayanlara qarşı fiziki qüvvə yalnız digər vasitələr nəticə
vermədikdə müstəsna hallarda tətbiq edilə bilər. Fiziki və ya psixi qüsurları olan yetkinlik
yaşına çatmayanlara qarşı (onlar tərəfindən silahlı müqavimət göstərilməsi, insanların həyat
və sağlamlığına təhlükə yaradan qrup şəklində və ya hər hansı digər hücum istisna olmaqla)
fiziki qüvvənin tətbiq edilməsi qadağandır.
13.13.
Fiziki qüvvənin müstəsna hallarda bu Qanunun tələblərinə uyğun olaraq tətbiqi
yaranmış təhlükəyə mütənasib olmalı, hüquqpozmanın ağırlıq dərəcəsindən və ya onu
törədənin şəxsiyyətindən asılı olaraq tətbiq edilməlidir.
13.14.
Fiziki qüvvənin cəza, fiziki və ya psixoloji iztirab verilməsi məqsədilə tətbiq
edilməsi qadağandır.
13.15. Fiziki qüvvə tətbiq edilmiş yetkinlik yaşına çatmayan tibbi baxışdan keçirilir və
sağlamlığına zərər vurulduğu halda tibbi yardımla təmin edilir. Tibbi yardıma ehtiyac
olmadıqda yetkinlik yaşına çatmayan 24 saatadək müddətə xüsusi bərpa otağında
yerləşdirilir. Burada onun psixoloji bərpası üçün psixoterapevt və psixoloq-pedaqoq
tərəfindən müvafiq tədbirlər görülür.Yetkinlik yaşına çatmayanın bərpa otağında
yerləşdirilməsi ilə bağlı bütün tədbirlər sənədləşdirilir və müvafiq qaydada qeydiyyatdan
keçirilir.
13.16. Yetkinlik yaşına çatmayana fiziki qüvvənin tətbiq edildiyi hər bir hal barədə qapalı
tipli xüsusi təlim-tərbiyə müəssisəsinin müdiriyyəti həmin müəssisənin yerləşdiyi yer üzrə
prokurora 24 saat müddətində məlumat verməli və fiziki qüvvənin tətbiqinin qanunauyğun
olub-olmaması barədə xidməti yoxlama apararaq müvafiq rəy hazırlamalıdır. Fiziki qüvvə
tətbiqinin qanunauyğun olub-olmaması barədə müvafiq rəy 3 gün müddətində prokurorluq
orqanlarına təqdim olunur.
13.17. Qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrinin vəzifəli şəxsləri tərəfindən yetkinlik
yaşına çatmayana fiziki qüvvənin tətbiqi ilə əlaqədar qanunvericiliyin tələblərinə riayət
olunmaması , habelə fiziki qüvvənin tətbiq edildiyi hər hansı bir halın gizlədilməsi və ya belə
hal barədə qəsdən yanlış məlumat verilməsi, yaxud xidməti yoxlama aparılması qaydalarının
pozulması qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.
[4]
M a d d ə 1 4 . Qəyyumluq və himayə orqanları
14.0. Qəyyumluq və himayə orqanları:
14.0.1. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların bir təhsil
müəssisəsindən digərinə keçirilməsinə, yaxud ümumi əsas təhsil alana qədər təhsilin