17.2.5. müvafiq dövlət orqanlarına, idarə, təşkilat və müəssisələrə yetkinlik yaşına
çatmayanlar tərəfindən hüquq pozuntusu törədilməsinə şərait yaradan səbəb və halların aradan
qaldırılması barədə təkliflər verirlər;
17.2.6. hüquq pozuntusu törətmiş yetkinlik yaşına çatmayanlar barəsində, habelə onların
tərbiyəsi, təhsili və saxlanılması üzrə öz vəzifələrini yerinə yetirməyən və ya lazımınca yerinə
yetirməyən və ya onların tərbiyəsinə mənfi təsir göstərən, yaxud onlarla qəddar rəftar edən
valideynlər və ya digər qanuni nümayəndələr, yaxud vəzifəli şəxsləri barəsində Azərbaycan
Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş təsir tədbirlərinin tətbiq edilməsi
haqqında müvafiq dövlət orqanlarına təkliflər verirlər.
M a d d ə 1 8 . Daxili işlər orqanlarının yetkinlik yaşına çatmayanlar üçün müvəqqəti
təcridetmə mərkəzləri
18.1. Daxili işlər orqanlarının yetkinlik yaşına çatmayanlar üçün müvəqqəti təcridetmə
mərkəzləri:
18.1.1. yetkinlik yaşına çatmayanların həyatının, sağlamlığının qorunması və təkrar hüquq
pozuntusu törətməməsi üçün yetkinlik yaşına çatmayanların sutka ərzində qəbulunu və
müvəqqəti saxlanılmasını təmin edir;
18.1.2. müvəqqəti təcridetmə mərkəzinə gətirilmiş yetkinlik yaşına çatmayanlarla fərdi
profilaktik iş aparır, habelə qanunazidd əməllərin törədilməsinə imkan yaradan səbəb və halları
müəyyən edir və bu barədə müvafiq dövlət orqanlarına məlumat verir;
18.1.3. yetkinlik yaşına çatmayanları qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrinə çatdırır
və həmin müəssisələrdə saxlanan yetkinlik yaşına çatmayanların yerləşdirilməsi üzrə öz
səlahiyyətləri daxilində digər tədbirləri görür.
18.2. Daxili işlər orqanlarının yetkinlik yaşına çatmayanlar üçün müvəqqəti təcridetmə
mərkəzlərinə aşağıdakı yetkinlik yaşına çatmayanlar yerləşdirilir:
18.2.1. məhkəmənin qərarı ilə qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrinə göndərilənlər;
18.2.2. qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrinə yerləşdirilməsi haqqında məsələyə
məhkəmə tərəfindən baxılmasını gözləyənlər;
18.2.3. qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrini icazəsiz tərk edənlər;
18.2.4. həyatının, sağlamlığının qorunması və təkrar ictimai təhlükəli əməlin törədilməsinin
qarşısının alınması, o cümlədən yaşayış yerinin, yaxud şəxsiyyətinin müəyyən edilməsi
zərurətinin olduğu hallarda cinayət törətmiş və cinayət məsuliyyətinə cəlb olunması üçün
Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə müəyyən edilmiş yaş həddinə çatmış
yetkinlik yaşına çatmayanlar;
18.2.5. şəxsiyyətini və ya yaşayış yerini müəyyən etmək mümkün olmadıqda, inzibati
tənbeh tədbirlərinin tətbiqinə səbəb olmuş hüquq pozuntuları törətmiş və inzibati məsuliyyətə
cəlb olunması üçün Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi ilə müəyyən
edilmiş yaş həddinə çatmış yetkinlik yaşına çatmayanlar.
18.3. Bu Qanunun 18.2-ci maddəsində göstərilən hallarda yetkinlik yaşına çatmayanlar
müvəqqəti təcridetmə mərkəzlərinə məhkəmənin qərarına əsasən yerləşdirilirlər.
M a d d ə 1 9 . Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının
profilaktikasının maliyyə təminatı
Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası üzrə
tədbirlər Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir.
I I I f ə si l
YETKİNLİK YAŞINA ÇATMAYANLARIN QAPALI TİPLİ XÜSUSİ TƏLİM-TƏRBİYƏ
MÜƏSSİSƏSİNƏ GÖNDƏRİLMƏSİ İLƏ BAĞLI MATERİALLAR ÜZRƏ İCRAAT
M a d d ə 2 0 . Yetkinlik yaşına çatmayanların qapalı tipli xüsusi təlim-tərbiyə
müəssisəsinə göndərilməsi barədə materialların hazırlanması qaydası
20.1. Ağır və ya xüsusilə ağır cinayət əlamətləri olan ictimai təhlükəli əməl törətmiş, lakin
cinayət
məsuliyyətinə
cəlb
olunması
üçün
Azərbaycan
Respublikasının
cinayət qanunvericiliyində nəzərdə tutulmuş yaş həddinə çatmamış yetkinlik yaşına
çatmayanlar barəsində cinayət işinə xitam verildikdə, yaxud cinayət işinin başlanması rədd
edildikdə, yetkinlik yaşına çatmayanlar barəsində intizam təsir tədbirlərinin tətbiq edilməsi
məsələsinə baxılması və onların qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrinə göndərilməsi
məqsədilə materiallar cinayət prosesini həyata keçirən orqan tərəfindən yetkinlik yaşına
çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya göndərilir.
20.2. Yetkinlik yaşına çatmayanların qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrinə
göndərilməsi barədə materiallar üzrə icraat zamanı yetkinlik yaşına çatmayanların işləri və
hüquqlarının müdafiəsi üzrə komissiya müvafiq dövlət orqanlarına, idarə, təşkilat və
müəssisələrə lazımi sənədlərin təqdim edilməsi üçün sorğular göndərir. Bu sorğular 10 gün
ərzində icra edilməlidir.
20.3. Yetkinlik yaşına çatmayanların qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrinə
göndərilməsi imkanının müəyyən edilməsi üçün onların tibbi, o cümlədən psixi müayinəsi
keçirilir.
20.4. Yetkinlik yaşına çatmayanların tibbi müayinəsi zamanı onların qapalı tipli xüsusi
təlim-tərbiyə müəssisələrinə göndərilməsinə yol verməyən xəstəliklər aşkar edildikdə, onlar
tibbi-tərbiyə müəssisələrində yerləşdirilir.
20.5. Barəsində qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərmə haqqında icraat
başlanan yetkinlik yaşına çatmayanlar - valideynlərinin və ya digər qanuni nümayəndələrinin
nəzarəti altına, uşaq evlərində, internat məktəblərində və ya digər uşaq müəssisələrində
saxlanan yetkinlik yaşına çatmayanlar isə həmin uşaq müəssisələrinin müdiriyyətinin nəzarəti
altına verilirlər.
Məhkəməyə gəlməkdən yayınan 14 yaşına çatmış yetkinlik yaşına çatmayanlar, onların
valideynləri və ya digər qanuni nümayəndələri hakimin qərarına əsasən daxili işlər orqanları
tərəfindən məcburi gətirilə bilərlər.
[6]
20.6. Qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsi haqqında vəsatətə
məhkəmə tərəfindən baxılanadək yetkinlik yaşına çatmayan aşağıdakı hallarda məhkəmənin
qərarı əsasında 30 günədək daxili işlər orqanının yetkinlik yaşına çatmayanlar üçün müvəqqəti
təcridetmə mərkəzlərinə göndərilə bilərlər:
20.6.1. yetkinlik yaşına çatmayanın həyat və sağlamlığına təhlükə olduqda;
20.6.2. ictimai təhlükəli əməlin təkrar törədilməsinin qarşısını almaq üçün;
20.6.3. yetkinlik yaşına çatmayanın yaşayış yeri və ya qaldığı yer olmadıqda;
20.6.4. yetkinlik yaşına çatmayan məhkəməyə gəlməkdən və ya tibbi müayinədən dəfələrlə
yayındıqda. Yetkinlik yaşına çatmayanın məhkəməyə gəlməkdən və tibbi müayinədən
yayınması dedikdə, onun üzrlü səbəblər olmadan təkrarən məhkəməyə və ya tibbi müayinə
aparan səhiyyə müəssisəsinə gəlməməsi, yaxud yaşayış yerindən qaçması başa düşülür.
M a d d ə 2 1 . Yetkinlik yaşına çatmayanların qapalı tipli xüsusi təlim-tərbiyə
müəssisələrinə göndərilməsi barədə materiallar
21.0. Yetkinlik yaşına çatmayanların qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrinə
göndərilməsinin mümkünlüyü haqqında məsələlərə baxılması üçün yetkinlik yaşına
çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya 20.1-ci maddədə nəzərdə
tutulmuş materiallar daxil olduğu gündən 1 ay müddətində yetkinlik yaşına çatmayanın
yaşayış yeri və ya olduğu yer üzrə birinci instansiya məhkəməsi qarşısında vəsatət qaldırır.
Vəsatətə aşağıdakı sənədlər əlavə edilir:
[7]
21.0.1. yetkinlik yaşına çatmayanlar barəsində cinayət işinə xitam verilməsi və ya cinayət
işinin başlanmasının rədd edilməsi haqqında materiallar;
21.0.2. yetkinlik yaşına çatmayanın təhsil (iş) yerindən xasiyyətnamə;
21.0.3. yetkinlik yaşına çatmayanın ailə-məişət şəraiti haqqında arayış;
21.0.4. yetkinlik yaşına çatmayan tərəfindən əvvəllər törədilmiş hüquq pozuntuları və
bununla əlaqədar görülmüş tədbirlər haqqında arayış;
21.0.5. yetkinlik yaşına çatmayanın sağlamlığının vəziyyəti və onun qapalı tipli xüsusi
təlim-tərbiyə müəssisəsinə göndərilməsinin mümkünlüyü barədə səhiyyə müəssisəsinin rəyi.
M a d d ə 2 2 . Yetkinlik yaşına çatmayanların qapalı tipli xüsusi təlim-tərbiyə
müəssisəsinə göndərilməsi barədə materiallara baxılması
22.1. Yetkinlik yaşına çatmayanların qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə
göndərilməsi barədə materiallara məhkəməyə daxil olandan sonra 10 gündən gec olmayaraq
baxılır.
22.2. Məhkəməyə yetkinlik yaşına çatmayan, onun valideynləri və ya digər qanuni
nümayəndələri, habelə hakimin mülahizəsinə əsasən digər şəxslər çağırılırlar.
M a d d ə 2 3 . Məhkəmənin qərarının məzmunu
23.1. Qərarda onun çıxarılma vaxtı və yeri, qərarı çıxaran məhkəmənin adı, hakim, yetkinlik
yaşına çatmayan və materialların baxılmasında iştirak etmiş digər şəxslər haqqında məlumatlar,
materiallara baxılması zamanı müəyyən edilmiş hallar göstərilir.
23.2. Qərarda aşağıdakı nəticələrdən biri öz əksini tapmalıdır:
23.2.1. intizam təsir tədbirinin tətbiq edilmə müddəti göstərilməklə, yetkinlik yaşına
çatmayanın qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsi haqqında;
23.2.2. məhkəmə tərəfindən yetkinlik yaşına çatmayanın qapalı tipli xüsusi təlim-tərbiyə
müəssisəsinə göndərilməsinə yol verməyən səbəblər aşkar edildiyi və ya onu göstərilən
müəssisəyə göndərmədən tərbiyə etmək imkanı olduğunu sübut edən dəlillər aşkar edildiyi
hallarda, göstərilən yetkinlik yaşına çatmayana qarşı digər intizam təsir tədbirlərinin tətbiqi
üçün materialların yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə
komissiyaya göndərilməsi haqqında;
23.2.3. materiallar üzrə icraata xitam verilməsi barədə.
23.3. Qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsində saxlanma müddətinə yetkinlik yaşına
çatmayanın daxili işlər orqanının yetkinlik yaşına çatmayanlar üçün müvəqqəti təcridetmə
mərkəzində saxlandığı müddət daxil edilir.
M a d d ə 2 4 . Məhkəmənin qərarını icra edən orqan və müəssisələr
24.0. Məhkəmənin qərarının icrasını:
24.0.1. yetkinlik yaşına çatmayanların qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrinə
çatdırılması hissəsini - daxili işlər orqanları;
24.0.2. bu Qanunun 23.2.2-ci maddəsində nəzərdə tutulmuş hallarda yetkinlik yaşına
çatmayanlar barəsində intizam təsir tədbirlərinin tətbiqi hissəsini - yetkinlik yaşına
çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar;
24.0.3. yetkinlik yaşına çatmayanın qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsində
saxlandığı müddət ərzində onun islahının təmin edilməsi hissəsini - həmin müəssisənin
müdiriyyəti təmin edirlər.
M a d d ə 2 5 . Qanunun pozulmasına görə məsuliyyət
Bu Qanunun pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının
qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
M a d d ə 2 6 . Qanunun qüvvəyə minməsi
Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 may 2005-ci il
№ 919-IIQ
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
30 dekabr 2005-ci il tarixli 50-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 2, maddə 75)
2.
29 dekabr 2006-cı il tarixli 221-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 1, maddə 5)
QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
30 dekabr 2005-ci il tarixli 50-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 2, maddə 75) ilə 13.7.1-ci maddədə
"göndərişlərinin" sözündən sonra "(yetkinlik yaşına çatmayanın müdafiəçisi və ya qanuni əsaslarla
ona hüquqi yardım göstərən digər şəxslər ilə yazışmaları istisna olmaqla)" sözləri əlavə edilmişdir.
[2]
30 dekabr 2005-ci il tarixli 50-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 17 fevral 2006-cı il) ilə 13.9.1-ci maddədə " göndərişlərini" sözündən sonra " (yetkinlik yaşına
çatmayanın müdafiəçisi və ya qanuni əsaslarla ona hüquqi yardım göstərən digər şəxslər ilə
yazışmaları istisna olmaqla)" sözləri əlavə edilmişdir.
[3]
29 dekabr 2006-cı il tarixli 221-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 1, maddə 5) ilə 13.9.2-ci maddədən
"Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada" sözləri çıxarılmışdır, "güc
və xüsusi vasitələr" sözləri qüvvə" sözü ilə əvəz edilmişdir.
[4]
29 dekabr 2006-cı il tarixli 221-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 1, maddə 5) ilə 13.10-cu maddə 13.11-ci maddə,
13.11-ci maddə 13.10-cu maddə hesab edilmişdir, 13.11-ci maddədə "gücün və xüsusi vasitələrin"
sözləri "qüvvənin" sözü ilə əvəz edilmişdir, 13.12-ci maddə 13.16-cı maddə hesab edilmişdir və yeni
məzmunda 13.12-13.15-ci maddələr əlavə edilmişdir, 13.16-cı maddə yeni redaksiyada verilmişdir,
yeni məzmunda 13.17-ci maddə əlavə olunmuşdur.
[5]
30 dekabr 2005-ci il tarixli 50-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 2, maddə 75) ilə 16.1.2-ci maddədən " yetkinlik
yaşına çatmayanlara psixiatriya yardımı göstərən" sözləri çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:
16.1.2. yetkinlik yaşına çatmayanlara psixiatriya yardımı göstərən tibbi-tərbiyə müəssisələri
şəbəkələrinin inkişafını təmin edirlər;
[6]
29 dekabr 2006-cı il tarixli 221-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 1, maddə 5) ilə 20.5-ci maddənin ikinci
cümləsində "gəlməkdən yayınan" sözlərindən sonra "14 yaşına çatmış" sözləri əlavə edilmişdir.
[7]
29 dekabr 2006-cı il tarixli 221-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 1, maddə 5) ilə 21.0-cı maddənin birinci
cümləsində "məhkəmə" sözü "20.1-ci maddədə nəzərdə tutulmuş materiallar daxil olduğu gündən 1
ay müddətində yetkinlik yaşına çatmayanın yaşayış yeri və ya olduğu yer üzrə birinci instansiya
məhkəməsi" sözləri ilə əvəz edilmişdir.
Dostları ilə paylaş: |