11.7.1. yetkinlik yaşına çatmayanların baxımsızlığına və kimsəsizliyinə imkan yaradan
səbəb və halların aşkar edilməsində və aradan qaldırılmasında iştirak edir;
11.7.2. yetkinlik yaşına çatmayanların çətin həyat şəraitinin aradan qaldırılmasında, onların
yaşayış yerində, təhsil müəssisələrində, iş yerlərində sosial statusunun bərpa edilməsində
yetkinlik yaşına çatmayanlara, onların valideynlərinə və ya digər qanuni nümayəndələrinə
sosial, psixoloji və digər kömək göstərir, yetkinlik yaşına çatmayanların ailələrinə qayıtması
üçün tədbirlər görür;
11.7.3. bu Qanunun 11.2-ci maddəsində göstərilmiş yetkinlik yaşına çatmayanları
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada tam dövlət
təminatında saxlayır, onların sosial reabilitasiyasını həyata keçirir, hüquqlarını və qanuni
mənafelərini müdafiə edir, tibbi xidmətlə təmin edir, müvafiq tədris proqramları üzrə yetkinlik
yaşına çatmayanların təhsilini təşkil edir, onların peşə yönümünə və ixtisasa yiyələnməsinə
şərait yaradır;
11.7.4. yetkinlik yaşına çatmayanlar üçün ixtisaslaşdırılmış sosial reabilitasiya
müəssisələrində yetkinlik yaşına çatmayanların yerləşdirilməsi barədə onların valideynlərini və
ya digər qanuni nümayəndələrini xəbərdar edir.
11.8. Yetkinlik yaşına çatmayanlar üçün ixtisaslaşdırılmış sosial reabilitasiya müəssisələrinin
vəzifəli şəxsləri bu Qanunun 10.3-cü maddəsində nəzərdə tutulmuş hüquqlarla bərabər
aşağıdakı hüquqlara da malikdirlər:
11.8.1. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün tədris
müəssisələrinin və ya digər uşaq müəssisələrinin nümayəndələrini çağırıb həmin müəssisələri
icazəsiz tərk etmiş uşaqları onlara qaytarmaq;
11.8.2. yetkinlik yaşına çatmayanların valideynlərini və ya digər qanuni nümayəndələrini
çağırıb evdən qaçmış uşaqları onlara qaytarmaq;
11.8.3. yetkinlik yaşına çatmayanlar üçün ixtisaslaşdırılmış sosial reabilitasiya
müəssisələrində saxlanması qadağan olunan predmetləri yetkinlik yaşına çatmayanlardan
Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada götürmək.
11.9. Yetkinlik yaşına çatmayanlar üçün ixtisaslaşdırılmış sosial reabilitasiya müəssisələrinin
fəaliyyət qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
M a d d ə 1 2 . Təhsil orqanları və təhsil müəssisələri
12.1. Təhsil orqanları öz səlahiyyətləri daxilində:
12.1.1. yetkinlik yaşına çatmayanların təhsili sahəsində Azərbaycan Respublikası
qanunvericiliyinə əməl olunmasına nəzarət edir;
12.1.2. açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələri, təhsil müəssisələri, uşaq evləri
və internat məktəbləri şəbəkəsinin yaradılması, habelə inkişafında və ya davranışında qüsur
olan yetkinlik yaşına çatmayanlara pedaqoji və digər yardım göstərən müəssisələrin inkişafı
üçün tədbirlər görür;
12.1.3. yetkinlik yaşına çatmayanların yay istirahətinin, asudə vaxtının və məşğulluğunun
təşkilində iştirak edir;
12.1.4. heç bir üzrlü səbəb olmadan dərslərdə iştirak etməyən və ya mütəmadi olaraq
təhsildən yayınan yetkinlik yaşına çatmayanların təhsil müəssisələrində uçotunu aparır;
12.1.5. yetkinlik yaşına çatmayanlarda cəmiyyətə və qanunlara hörmət ruhunda davranışın
formalaşdırılmasına yönəldilmiş proqram və metodikaları işləyib hazırlayır və onları təhsil
müəssisələrinin işində tətbiq edir;
12.1.6. inkişafında qüsurlar olan yetkinlik yaşına çatmayanları aşkar edən psixoloji-tibbi-
pedaqoji komissiyalar yaradır, belə uşaqların kompleks müayinəsini aparır və onlara psixoloji-
tibbi-pedaqoji yardımın göstərilməsi və yetkinlik yaşına çatmayanların sonrakı təhsilinin və
tərbiyəsinin formalarının müəyyən edilməsi üçün tövsiyələr hazırlayır.
12.2. Tədris prosesini həyata keçirən təhsil müəssisələri öz səlahiyyətləri daxilində:
12.2.1. inkişafında qüsurlar olan və ya təhsildə çətinlik çəkən yetkinlik yaşına çatmayanlara
sosial-psixoloji və pedaqoji yardım göstərir;
12.2.2. sosial təhlükəli vəziyyətdə olan, heç bir üzrlü səbəb olmadan daima dərslərdə iştirak
etməyən, habelə təhsildən yayınan yetkinlik yaşına çatmayanları aşkar edir, onların tərbiyəsi və
ümumi əsas təhsil almaları üçün tədbirlər görür;
12.2.3. sosial təhlükəli vəziyyətdə olan ailələri aşkar edir və onlara uşaqlarının təhsil və
tərbiyəsində kömək edir;
12.2.4. təhsil müəssisələrində idman seksiyaları, texniki və digər dərnəklər, klublar yaradır
və oraya yetkinlik yaşına çatmayanların cəlb edilməsini təşkil edir;
12.2.5. yetkinlik yaşına çatmayanlarda cəmiyyətə və qanunlara hörmət ruhunda davranışın
formalaşdırılmasına yönəldilmiş proqram və metodikaların həyata keçirilməsi üzrə tədbirlər
görür.
M a d d ə 1 3 . Açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələri
13.1. Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın
qərarı ilə açıq tipli xüsusi təlim-tərbiyə müəssisələrinə aşağıdakı şəxslər qəbul edilir:
13.1.1. on dörd yaşına çatmış yetkinlik yaşına çatmayanların, onların valideynlərinin və ya
digər qanuni nümayəndələrinin razılığı ilə xüsusi pedaqoji yanaşma tələb olunan səkkiz
yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanlar;
13.1.2. böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət əlamətləri olan ictimai
təhlükəli əməl törətmiş, lakin cinayət məsuliyyətinə cəlb olunması üçün Azərbaycan
Respublikasının cinayət qanunvericiliyində nəzərdə tutulmuş yaş həddinə çatmamış yetkinlik
yaşına çatmayanlar;
13.1.3. valideynlərinin və ya digər qanuni nümayəndələrinin razılığı ilə çətin tərbiyə olunan
hesab edilmiş yetkinlik yaşına çatmayanlar;
13.1.4. müxtəlif hüquqpozmalara görə daxili işlər orqanları tərəfindən qeydiyyata alınmış,
lakin islah olunması mümkün olmayan şəxslər.
13.2. Açıq tipli xüsusi təlim-tərbiyə müəssisələri həmçinin:
13.2.1. yetkinlik yaşına çatmayanların psixoloji-tibbi-pedaqoji reabilitasiyasını təşkil edir və
öz səlahiyyətləri daxilində onlarla fərdi profilaktik işin aparılmasında iştirak edir;
13.2.2. yetkinlik yaşına çatmayanların hüquqlarının və qanuni mənafelərinin qorunmasını
təşkil edir, dövlət təhsil standartlarına cavab verən təhsil almalarını, onlara tibbi xidmətin
göstərilməsini təmin edir;
13.2.3. bu Qanunun 12.2.1-ci, 12.2.4-cü və 12.2.5-ci maddələri ilə nəzərdə tutulmuş
funksiyaları həyata keçirir.
13.3. Qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrinə on bir yaşından böyük olan aşağıdakı
yetkinlik yaşına çatmayanlar göndərilirlər:
13.3.1. ağır və ya xüsusilə ağır cinayət əlamətləri olan ictimai təhlükəli əməl törətmiş, lakin
cinayət
məsuliyyətinə
cəlb
olunması
üçün
Azərbaycan
Respublikasının
cinayət
qanunvericiliyində nəzərdə tutulmuş yaş həddinə çatmamış yetkinlik yaşına çatmayanlar bu
Qanunun III fəslində nəzərdə tutulmuş qaydada;
13.3.2. cinayət məsuliyyətinə cəlb olunması üçün Azərbaycan Respublikasının cinayət
qanunvericiliyində nəzərdə tutulmuş yaş həddinə çatmış az ağır cinayət törədən Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 89.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən
cəzadan azad edilən yetkinlik yaşına çatmayanlar Azərbaycan Respublikasının cinayət-
prosessual qanunvericiliyində nəzərdə tutulmuş qaydada.