formasının dəyişdirilməsinə, habelə belə şəxslərin istənilən təhsil müəssisəsindən kənar
edilməsinə razılıq verir;
14.0.2. valideynlərini itirmiş, valideyn, yaxud digər qanuni nümayəndələrinin
himayəsindən məhrum olmuş yetkinlik yaşına çatmayanlarla öz səlahiyyətləri daxilində fərdi
profilaktik işin aparılmasında iştirak edir, habelə dövlət yardımına ehtiyacı olan yetkinlik
yaşına çatmayanların şəxsi və əmlak hüquqlarının qorunması üzrə qanunvericilikdə nəzərdə
tutulmuş tədbirləri həyata keçirirlər.
M a d d ə 1 5 . Gənclərin işləri üzrə orqanlar və gənclərin işləri üzrə orqanların
müəssisələri
15.1. Gənclərin işləri üzrə orqanlar öz səlahiyyətləri daxilində:
15.1.1. yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının
profilaktikası üzrə məqsədli proqramların işlənib hazırlanmasında və həyata keçirilməsində
iştirak edirlər;
15.1.2. tabeliklərində olan sosial müəssisələrin, klubların və digər müəssisələrin təşkilati-
metodik təminatını və yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının
profilaktikası üzrə fəaliyyətinin əlaqələndirilməsini həyata keçirirlər;
15.1.3. fəaliyyəti yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının
profilaktikası tədbirlərinin həyata keçirilməsi ilə bağlı olan qeyri-hökumət təşkilatları ilə birgə
sosial müəssisələrə, fondlara, digər müəssisə və təşkilatlara yardım edirlər;
15.1.4. yetkinlik yaşına çatmayanların istirahətinin, asudə vaxtının və məşğulluğunun
təşkilində iştirak edirlər.
15.2. Gənclərə sosial-psixoloji yardım mərkəzləri, gənclərin peşə yönümü və işədüzəltmə
mərkəzləri, gənclərin işləri üzrə orqanların klubları və digər müəssisələri öz səlahiyyətləri
daxilində:
15.2.1. yetkinlik yaşına çatmayanlara ödənişsiz sosial, hüquqi və digər xidmətlər göstərirlər;
15.2.2. sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlarla fərdi profilaktik işin
aparılmasında, o cümlədən onların asudə vaxtının və məşğulluğunun təşkilində, mədəni-
maarif və digər tədbirlərin həyata keçirilməsində iştirak edirlər;
15.2.3. sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların sosial reabilitasiyası,
onların sosial-hüquqi mənafelərinin müdafiəsi proqramlarını işləyib hazırlayır və həyata
keçirirlər.
15.3. Gənclərin işləri üzrə orqanların müəssisələrinin vəzifəli şəxsləri bu Qanunun 10.3-cü
maddəsində nəzərdə tutulmuş hüquqlardan istifadə edirlər.
M a d d ə 1 6 . Səhiyyə orqanları və səhiyyə müəssisələri
16.1. Səhiyyə orqanları öz səlahiyyətləri daxilində:
16.1.1. yetkinlik yaşına çatmayanlar, onların valideynləri və ya digər qanuni nümayəndələri
arasında sanitar-gigiyenik biliklərin yayılmasını, habelə sağlam həyat tərzinin təbliğini təşkil
edirlər;
16.1.2. tibbi-tərbiyə müəssisələri şəbəkələrinin inkişafını təmin edirlər;
[5]
16.1.3. dörd yaşınadək itmiş, atılmış, valideynlərini itirmiş, valideynlərinin və ya digər
qanuni nümayəndələrinin himayəsindən kənarda qalmış uşaqların sutka ərzində qəbulunu və
saxlanılmasını həyata keçirirlər;
16.1.4. valideynlərini itirmiş, valideynlərinin və ya digər qanuni nümayəndələrinin
himayəsindən kənarda qalmış yetkinlik yaşına çatmayanların tibbi müayinəsini təmin edirlər,
sağlamlıq vəziyyəti nəzərə alınmaqla onların yerləşdirilməsi üzrə tövsiyələrini hazırlayırlar;
16.1.5. valideynlərini itirmiş, valideynlərinin və ya digər qanuni nümayəndələrinin
himayəsindən kənarda qalmış, yaxud valideynləri çətin həyat vəziyyətində olan dörd
yaşınadək uşaqların saxlanılmasını və onların tərbiyəsini həyata keçirirlər, habelə həmin
uşaqların yerləşdirilməsində qəyyumluq və himayə orqanlarına kömək göstərirlər;
16.1.6. qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrinə göndərmək üçün yetkinlik yaşına
çatmayanlarda tibbi əks göstəricilərin olub-olmaması barədə arayış verirlər;
16.1.7. alkoqollu içkilər, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən
edilmiş qaydaları pozmaqla tibbi göstəriş və ya həkimin təyinatı olmadan narkotik vasitələr və
psixotrop maddələr qəbul edən yetkinlik yaşına çatmayanları aşkar edirlər, onların uçotunu,
müayinəsini, baxımsız və sosial təhlükəli vəziyyətdə olan uşaqların müalicəsini aparırlar,
yetkinlik yaşına çatmayanlar arasında alkoqolizmin, narkomanlığın, toksikomanlığın və
bununla bağlı onların davranışında yaranan pozuntuların profilaktikası üzrə öz səlahiyyətləri
daxilində digər tədbirlər həyata keçirirlər;
16.1.8. cinsi yolla yayılan xəstəliklərin mənbəyinin aşkar edilməsini, bu xəstəliklərə düçar
olmuş, habelə əxlaqsızlıqla məşğul olan yetkinlik yaşına çatmayanların müayinəsini və
müalicəsini həmin şəxslər haqqında daxili işlər orqanlarına məlumat verməklə həyata keçirirlər.
16.2. Səhiyyə orqanları yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə
komissiyaya bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş funksiyaları həyata keçirən
səhiyyə müəssisələri barədə məlumat verirlər.
16.3. Bu Qanunun 16.1-ci maddəsində göstərilən funksiyaları həyata keçirən səhiyyə
orqanlarının və səhiyyə müəssisələrinin vəzifəli şəxsləri bu Qanunun 10.3-cü maddəsində
nəzərdə tutulmuş hüquqlardan istifadə edirlər.
M a d d ə 1 7 . Daxili işlər orqanları
17.1. Yetkinlik yaşına çatmayanların hüquq pozuntularının qarşısının alınması sahəsində
fəaliyyətini daxili işlər orqanları Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq
öz səlahiyyətləri daxilində həyata keçirirlər.
Bu məqsədlə daxili işlər orqanlarında yetkinlik yaşına çatmayanların baxımsızlığının və
hüquq pozuntularının profilaktikası üzrə xüsusi polis qurumu yaradılır.
17.2. Daxili işlər orqanları:
17.2.1. bu Qanunun 5.1-ci maddəsində göstərilmiş yetkinlik yaşına çatmayanlar, habelə
onların tərbiyəsi, təhsili və saxlanılması üzrə öz vəzifələrini yerinə yetirməyən və ya onların
davranışına mənfi təsir göstərən, yaxud onlarla qəddar rəftar edən valideynlər və ya digər
qanuni nümayəndələr barəsində profilaktik iş aparırlar;
17.2.2. yetkinlik yaşına çatmayanları cinayət əməllərinə və ya fahişəliyə və ya digər əxlaqsız
əməllərə cəlb etmiş, yaxud yetkinlik yaşına çatmayanlar barəsində digər qanunazidd əməllər
törətmiş şəxsləri, habelə yetkinlik yaşına çatmayanların tərbiyəsi, təhsili və saxlanılması üzrə öz
vəzifələrini yerinə yetirməyən və ya lazımınca yerinə yetirməyən valideynləri və ya digər
qanuni nümayəndələri, vəzifəli şəxsləri aşkar edir, onlar barəsində Azərbaycan Respublikasının
qanunvericiliyi ilə nəzərdə tutulmuş tədbirlər görürlər;
17.2.3. inzibati məsuliyyətə və ya cinayət məsuliyyətinə cəlb olunması üçün Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş yaş həddinə çatmamış yetkinlik yaşına
çatmayanlar tərəfindən ictimai təhlükəli əməllərin törədilməsi, habelə yetkinlik yaşına
çatmayanların tərbiyəsi, təhsili və saxlanılması üzrə öz vəzifələrini yerinə yetirməyən və ya
lazımınca yerinə yetirməyən valideynlər və ya digər qanuni nümayəndələr, yaxud vəzifəli
şəxslər barəsində müraciətlərə baxırlar;
17.2.4. müvafiq dövlət orqanlarına və müəssisələrə yetkinlik yaşına çatmayanların
baxımsızlığına, qanunazidd əməllər törətməsinə imkan yaradan səbəb və hallar barədə
məlumat verirlər;