9.0.7. ağır və ya xüsusilə ağır cinayət əlamətləri olan ictimai təhlükəli əməl törətmiş, lakin
cinayət
məsuliyyətinə
cəlb
olunması
üçün
Azərbaycan
Respublikasının
cinayət
qanunvericiliyində nəzərdə tutulmuş yaş həddinə çatmamış yetkinlik yaşına çatmayanların
qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsi barədə məhkəmə qarşısında vəsatət
qaldırılmasını;
9.0.8. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda və
qaydada yetkinlik yaşına çatmayanlar, onların valideynləri və ya digər qanuni nümayəndələri
barəsində inzibati tənbeh və intizam təsir tədbirlərinin tətbiq edilməsini;
9.0.9. yetkinlik yaşına çatmayanların hüquq pozuntularının profilaktikası və sosial
müdafiəsi sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər
tədbirlərin həyata keçirilməsini.
M a d d ə 1 0 . Əhalinin sosial müdafiəsi orqanları və sosial xidmət müəssisələri
10.1. Əhalinin sosial müdafiəsi orqanları öz səlahiyyətləri daxilində:
10.1.1. yetkinlik yaşına çatmayanların baxımsızlığının profilaktikası tədbirlərini həyata
keçirir, həmin şəxslərin tərbiyəsi, saxlanılması üzrə öz vəzifələrini yerinə yetirməyən, onların
davranışına mənfi təsir göstərən, yaxud onlarla qəddar rəftar edən valideynlər və ya digər
qanuni nümayəndələr barəsində fərdi profilaktik işi təşkil edir;
10.1.2. yetkinlik yaşına çatmayanlar üçün ixtisaslaşdırılmış sosial reabilitasiya
müəssisələrinin, habelə yetkinlik yaşına çatmayanlara və onların ailələrinə sosial xidmət
göstərən digər müəssisə və xidmətlərin fəaliyyətinə nəzarət edir, eləcə də adı çəkilən
müəssisələr şəbəkəsinin inkişafı üçün tədbirlər görür;
10.1.3. yetkinlik yaşına çatmayanlara və onların ailələrinə sosial xidmətlər göstərən
müəssisə və xidmətlərin fəaliyyətinə sosial reabilitasiyanın müasir metodikalarını və
texnologiyalarını tətbiq edir.
10.2. Əhalinin sosial müdafiəsi orqanlarının sosial xidmət müəssisələri öz səlahiyyətləri
daxilində:
10.2.1. yetkinlik yaşına çatmayanların, onların valideynlərinin və ya digər qanuni
nümayəndələrinin xahişi ilə, yaxud yetkinlik yaşına çatmayanların hüquq pozuntularının
profilaktikasını həyata keçirən orqan və müəssisələrin vəzifəli şəxslərinin təşəbbüsü ilə sosial
təhlükəli vəziyyətdə olan və ya digər çətin vəziyyətə düşmüş yetkinlik yaşına çatmayanlara
ödənişsiz sosial xidmətlər göstərir;
10.2.2. sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanları, habelə sosial
xidmətlərə ehtiyacı olan yetkinlik yaşına çatmayanların üzvü olduğu ailələri aşkar edir, onların
sosial reabilitasiyasını həyata keçirir, fərdi sosial reabilitasiya proqramlarına uyğun olaraq
onlara lazımi yardım göstərir;
10.2.3. yetkinlik yaşına çatmayanların asudə vaxtının təşkili, yaradıcılıq qabiliyyətlərinin
inkişaf etdirilməsi yolu ilə yetkinlik yaşına çatmayanlarla fərdi profilaktik işin aparılmasında
iştirak edir, dövlət yardımına ehtiyacı olan yetkinlik yaşına çatmayanların sağlamlaşdırılmasına
və istirahətinin təşkilinə yardım edir.
10.3. Əhalinin sosial müdafiəsi orqanlarının və sosial xidmət müəssisələrinin vəzifəli
şəxsləri aşağıdakı hüquqlara malikdirlər:
10.3.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yetkinlik
yaşına çatmayanlara baş çəkmək, onlarla, onların valideynləri və ya digər qanuni
nümayəndələri, o cümlədən digər şəxslərlə söhbətlər aparmaq;
10.3.2. səlahiyyətlərinə aid məsələlər üzrə dövlət orqanlarından və digər müəssisələrdən
məlumatlar almaq.
M a d d ə 1 1
. Yetkinlik yaşına çatmayanlar üçün ixtisaslaşdırılmış sosial reabilitasiya
müəssisələri
11.1. Əhalinin sosial müdafiəsi orqanlarının yetkinlik yaşına çatmayanlar üçün
ixtisaslaşdırılmış sosial reabilitasiya müəssisələrinə aşağıdakılar aiddir:
11.1.1. həyatda çətin vəziyyətə düşmüş yetkinlik yaşına çatmayanların sosial
reabilitasiyasını və baxımsızlığının profilaktikasını həyata keçirən sosial reabilitasiya
mərkəzləri;
11.1.2. həyatda çətin vəziyyətə düşmüş və təcili dövlət yardımına ehtiyacı olan yetkinlik
yaşına çatmayanların sosial reabilitasiyasını və müvəqqəti yaşayışını təmin edən sosial
sığınacaqlar.
11.2. Yetkinlik yaşına çatmayanlar üçün ixtisaslaşdırılmış sosial reabilitasiya müəssisələrinə
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada aşağıdakılar qəbul
olunurlar:
11.2.1. valideynlərinin və ya digər qanuni nümayəndələrinin himayəsindən məhrum
olunmuş yetkinlik yaşına çatmayanlar;
11.2.2. sosial təhlükəli vəziyyətdə olan ailədə yaşayan yetkinlik yaşına çatmayanlar;
11.2.3. itmiş və ya atılmış yetkinlik yaşına çatmayanlar;
11.2.4. evlərindən qaçmış, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş
uşaqlar üçün təhsil müəssisələrini, digər uşaq müəssisələrini (qapalı tipli xüsusi təlim-tərbiyə
müəssisələrini icazəsiz tərk edənlərdən başqa) icazəsiz tərk etmiş yetkinlik yaşına çatmayanlar;
11.2.5. yaşayış yeri, yaxud yaşamaq üçün maddi imkanı olmayan yetkinlik yaşına
çatmayanlar;
11.2.6. həyatda digər çətin vəziyyətə düşmüş, sosial yardıma və reabilitasiyaya ehtiyacı olan
yetkinlik yaşına çatmayanlar.
11.3. Sosial reabilitasiyaya ehtiyacı olan yetkinlik yaşına çatmayanların ixtisaslaşdırılmış
müəssisələrə göndərilməsi üçün aşağıdakılar əsas götürülür:
11.3.1. yetkinlik yaşına çatmayanın şəxsi müraciəti;
11.3.2. yetkinlik yaşına çatmayanın arzusunun nəzərə alınması onun mənafeyinə zidd
olduğu hallar istisna olmaqla, on yaşına çatmış yetkinlik yaşına çatmayanın arzusu nəzərə
alınmaqla, yetkinlik yaşına çatmayanın valideynlərinin və ya digər qanuni nümayəndələrinin
müraciətləri;
11.3.3. yetkinlik yaşına çatmayanın valideynlərinin və ya digər qanuni nümayəndələrinin
tutulması, həbs edilməsi və ya məhkum edilməsi haqqında məhkəmənin qərarı;
11.3.4. sosial reabilitasiyaya ehtiyacı olan yetkinlik yaşına çatmayanın onlar üçün nəzərdə
tutulmuş ixtisaslaşdırılmış sosial reabilitasiya müəssisəsinə yerləşdirilməsi haqqında daxili işlər
orqanının qərarı. Həmin qərarın surəti 3 gün müddətində əhalinin sosial müdafiəsi orqanına
göndərilir.
11.4. Yetkinlik yaşına çatmayanlar üçün ixtisaslaşdırılmış sosial reabilitasiya müəssisələrinə
alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən və ya psixotrop maddələrdən istifadə
nəticəsində sərxoş halda olan, yaxud psixi xəstə olan şəxslərin yerləşdirilməsinə yol verilmir.
11.5. Sosial yardım göstərilməsi və sosial reabilitasiya məqsədləri üçün bu Qanunun 11.2-ci
maddəsində göstərilən şəxslərə yetkinlik yaşına çatmayanlar üçün ixtisaslaşdırılmış sosial
reabilitasiya müəssisələrində xidmət Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən
edilmiş qaydada və lazım olan müddət ərzində göstərilir.
11.6. Yetkinlik yaşına çatmayanlar üçün ixtisaslaşdırılmış sosial reabilitasiya müəssisələrinə
könüllü olaraq müraciət etmiş şəxs öz ərizəsi əsasında həmin müəssisəni tərk edə bilər.
11.7. Yetkinlik yaşına çatmayanlar üçün ixtisaslaşdırılmış sosial reabilitasiya müəssisələri öz
səlahiyyətləri daxilində: