Microsoft Word Yeyil-n-bitkil-rin-m-alic-vi-xass-l-ri doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə5/116
tarix26.03.2018
ölçüsü4,51 Kb.
#34566
1   2   3   4   5   6   7   8   9   ...   116

 
17
lulun  yarısı  buxarlanana  kimi  qaynadıb,  süzüb  gündə  2  dəfə 
yarım stəkan içilir. 
Selen  (Se)  C  və  E  vitaminləri  ilə  sıxı  əlaqədardır.  E 
vitamini kimi Selen də antioksidləşdiricidir. Selen nuklein tur-
ş
ularının qoruyucusudur. Selen insan orqanizmini xarici mühi-
tin  əlverişsiz  şəraitinə  müqavimətini  artırır,  orqanizmi  virus-
lardan, onların törətdiyi xəstəliklərdən qoruyur. Selen ürək əzə-
ləsinin  və  qan  damarlarının  işi  üçün  vacibdir.  Meksika  və 
Filippin həkimləri selendən müalicəvi məqsədlə istifadə edirlər. 
Lakin selenin artıq miqdarı orqanizm üçün zərərlidir. Qarğıdalı, 
pivə,  çörək  mayaları,  sarımsaq  selenlə  zəngindir.  1970-ci  ildə 
bioloq Eldon P. Rivers müəyyən etmişdir ki, sarımsaq xərçəng 
toxumalarının  əmələ  gəlməsini  dayandırır.  Bu  isə  sarımsaqda 
olan  fitonsid  xassəli  maddələrin  və  selenin  olması  ilə  izah 
edilir. 
Sink (Zn). Bildiyimiz kimi insan orqanizmi P, Ca, Mg və 
vitamin  D  olmadan  yaşaya  bilməz.  Lakin  sümüklərin  inkişafı 
üçün sink də lazımdır. Ca, P, Mg, F, silisium və sink sümüklə-
rin formalaşması üçün vacibdir. Sink çatışmadıqda orqanizmdə 
epilepsiya əmələ gəlir. Qaraciyərdə toplanan A vitamini sinksiz 
təsir edə bilməz. Əgər orqanizmdə sink çatışmırsa, nə qədər A 
vitamini  ilə  zəngin  olan  qida  qəbul  etsən  belə  əhəmiyyəti 
olmaz.  Uşaqlarda  sinkin  çatışmazlığı  iştahanın  pis  olması,  bo-
yun  inkişafdan  qalması,  tükün  zəif  çıxması,  metal  əşyaları 
yalamaq istəyi meydana çıxarır. 
Sink  və  spirtli  içkilərin  qəbulu  problemi  müasir  dövrdə 
ə
sas  tədqiqat  obyektidir.  Çünki  spirtli  içkiyə  qurşananların  or-
qanizmində sink azalır. Sink yaraların sağalmasına kömək edir. 
Lakin  bu  zaman  tərkibində  sink  olan  məlhəmlərdən  deyil, 
qidadan istifadə etmək lazımdır. Sinkin orqanizmdə çatışmazlı-
ğ
ı soyuqdəymə, revmatizm, artrit, tükün tökülməsi, dərinin qa-
ş
ınması, ekzema, qanazlığı və s. xəstəliklərin baş verməsinə və 
onların müalicəsinin gecikməsinə səbəb olur. 
 
18
Qidada sinkin normal olması insanın biliyinə (informasi-
yanı  tez  qavramasına),  gözəlliyinə,  dərinin  normal  vəziyyətinə 
müsbət  təsir  göstərir.  Uşaqların  böyüməsi  sinklə  sıx  əlaqədar-
dır.  Oğlanların  sinkə  tələbatı  qızlardan  çoxdur.  Xüsusən  cinsi 
yetişkənlik dövründə sinkə tələbat artır. Kişilərin prostatit vəzi-
lərinin xəstəliyi sinkin çatışmazlığı ilə əlaqədardır. Qadınlar ha-
miləliyə qarşı həblər qəbul etdikdə orqanizmdə sinkin azalma-
sına səbəb olur. Sinkin çatışmazlığı insanın qocalmasına bilava-
sitə təsir edir.  nsan qocalır, yaşayır, lakin heç nə başa düşmür. 
Göründüyü  kimi,  sinkin  orqanizm  üçün  böyük  fizioloji  əhə-
miyyəti vardır. 
Orqanizmin sinkə olan tələbatı nə qədərdir? 1963-cü ildə 
ilk dəfə qeyd olunub ki, orta  yaşlı insan  gündə  10-15 mq sink 
qəbul etməlidir. Lakin müasir dövrdə qeyd edilir ki, orqanizmə 
bu  miqdardan  2-3  dəfə  çox  sink  lazımdır,  20  ildən,  50  ildən 
sonra nə deyiləcək? Hələlik məlum deyil. 
Sinkin miqdarı qida məhsullarında çox az olduğu üçün 1 
kq-da  mq-la  müəyyən  edilir.  Sinkin  miqdarına  görə  ərzaq 
məhsullarını aşağıdakı kimi qruplaşdırmaq olar: 
1.
 Sink ən çox (130-202 mq/kq) buğda kəpəyində, cücər-
miş buğdada, günəbaxan və qabaq (boranı) toxumlarında var. 
2.
 30-85 mq/kq malın qaraciyərində və balıq ətində var. 
3.
 20-50  mq/kq  vələmir  və  arpa  ununda,  yumurta  sarı-
sında, kakaoda, qoz və fındıqda, noxudda, lobya və mərcimək-
də, quru mayada var. 
4.
 8-20 mq/kq taxıl bitkilərində, mayada, soğan və sarım-
saqda, təmizlənməmiş düyüdə, yumurtada var. 
5.
 2-8 mq/kq moruq, qara qarağat, xurma, bütün tərəvəz-
lərdə,  süddə,  çuğundur,  pomidor,  kartof,  ağ  kök,  təmizlənmiş 
düyü və digər məhsullarda var. 
6.
 0,25-0,31  mq/kq  alma,  limon,  portağal,  əncir,  qreyp-
frut, göyərti tərəvəzlərdə, bal və digər məhsullarda var. 
Cücərmiş  buğdada  sink,  vitamin  E  və  B  qrupu  vitamin-
ləri  daha  çoxdur.  Həmçinin,  cücərmiş  buğdada  dəmir,  P,  Mg, 


 
19
selen, Ca və digər makro- və mikroelementlər vardır. Insan or-
qanizmində həmişə sinklə mis arasında rəqabət gedir. Ona görə 
də  sink  çox  qəbul  etdikdə  çalışmaq  lazımdır  ki,  tərkibində 
dəmir və mis olan təzə meyvə-tərəvəzlər də yeyilsin. 
Mikroelementlərin  miqdarca  çoxluğu  orqanizmə  zəhərli 
təsir  göstərir.  Bəzi  yeyinti  məhsullarının  (konserv,  qənnadı 
məmulatı, sirkə və s.) keyfiyyəti  yoxlandıqda, onlarda  Zn, As, 
Hg,  Pb,  Cu  və  Sn  olub-olmaması  müəyyənləşdirilir.  Çünki  bu 
elementlər zəhərlidir. Məhsulun 1 kq-da 0,03 q mis, 0,4 q sink, 
0,3 q qurğuşun və 0,01 q arsen olduqda o zərərli hesab edilir. 
Standartlarda  1  kq  məhsulda  5-10  mq-a  qədər  mis,  50 
mq-a qədər sink və 200 mq qalay olmasına icazə verilir. Qurğu-
ş
un, civə və arsen duzlarının olmasına qəti yol verilmir. 
Yeyinti  məhsullarında  mineral  maddələrin  olması  ilə 
yanaşı onların nisbəti də düzgün olmalıdır. Belə ki, kalsium və 
fosforun  nisbəti  1:1,5  nisbəti  kimi  olmalıdır.  Fosforun  artıq 
miqdarı  kalsium  mənimsənilməsinə  maneçilik  edir.  Minerallı 
maddələrin  yaxşı  mənimsənilməsinə  vitaminlər  təsir  edir.  Mə-
sələn, kalsium yalnız D vitamininin iştirakı ilə yaxşı mənimsə-
nilir.  Qida  müxtəlif  olduqda,  orqanizm  müxtəlif  mineral  mad-
dələrlə lazımi qədər təmin olunur. 
Son  illərin  tədqiqatları  göstərmişdir  ki,  bitki  mənşəli 
məhsullarda  bir  sıra  radioaktiv  və  nadir  torpaq  elementləri 
vardır. Bunlara ultramikroelementlər adı verilmişdir. Bu qrupa 
Ra, U, Th, La, Ce, Sm, Ti və başqaları aiddir. Üzüm toxumla-
rının  külündə  28x10
-4
%  miqdarında  uran  vardır.  Araxis  ləpə-
sində 30-80 mq% titan, 10-50 mq% vannadium və 0,8-5,0 mq% 
stronsium vardır. Zəfəranın külündə 1,7 mq% titan, 0,29 mq% 
stronsium, Th və U isə izi tapılmışdır. 
ri  şəhərlərin  artması,  sənaye  istehsalının  və  nəqliyyatın 
sürətli  inkişafı  ətraf  mühitin  müxtəlif  maddələrlə,  o  cümlədən 
ağır metallarla, radioaktiv maddələrlə çirklənməsinə səbəb olur. 
Biosferanın  məişət  və  nəqliyyat  tullantıları  ilə  çirklənməsi  in-
san  orqanizmi  üçün  zərərli  maddələrin  qida  məhsullarının 
 
20
tərkibində  artmasına  imkan  yaradır.  Bəzi  elementlərin  (ftor, 
qurğuşun,  qalay,  mis,  sink,  arsen,  civə,  kadmium  və  s.)  artıq 
miqdarının orqanizm üçün zərərli olması artıq elmi ictimaiyyət-
lə yanaşı əhaliyə də vaxtaşırı dövri mətbuatda izah edilir. Lakin 
bu  elementlərin  cüzi  miqdarı  insanın  normal  həyat  fəaliyyəti 
üçün  vacibdir.  Ona  görə  də  ağır  metalların  ərzaq  məhsulların-
dakı normadan artıq miqdarı zərərli hesab edilir. 
Arsen elementi təmiz halda və  yüksək qatılıqda zəhərli-
dir.  Lakin  arsen  birləşmələri  (arsen  anhidridi,  arsenitlər,  arse-
natlar)  güclü  toksiki  maddələr  hesab  edilir.  Mis  emal  edən 
zavodlar, boz daş kömür istifadə edən elektrik stansiyaları ətraf 
mühiti arsenlə çirkləndirir. Nəticədə içməli suda, torpaqda, bit-
kilərdə arsenin miqdarı artır. Bu isə, öz növbəsində südün, ətin 
və  meyvə-tərəvəzin  arsenlə  çirklənməsinə  səbəb  olur.  Ümum-
dünya səhiyyə təşkilatında müəyyən edilmişdir ki, gündə orqa-
nizmə  qida  məhsulları  və  digər  mənbələrdən  düşən  arsenin 
miqdarı  insan  bədəninin  hər  kq-na  0,05  mq-dan  çox  olmama-
lıdır. 
Kadmium  və  onun  duzları  insan  orqanizminə  kəskin 
toksiki təsir göstərir. 1 kq məhsulda 15 mq kadmium olduqda o, 
toksiki  məhsul  hesab  edilir.  Bu  elementin  əsas  mənbəyi  turş 
mühitdə kadmiumlu armaturun qida məhsulları ilə təmasda ol-
ması, fosforlu mineral gübrələri, kadmium ilə rənglənmiş plast-
mas qablar ola bilər. Bütün bunlar həm təzə və həm də konserv-
ləşdirilmiş  ərzaq  məhsullarında  kadmiumun  miqdarının  art-
masına səbəb olur. 
Civə  asanlıqla,  əsasən  zəhərli  olan  üzvi  və  qeyri-üzvi 
birləşmələr  əmələ  gətirir.  Sərbəst  civə  və  onun  qeyri-üzvi  bir-
ləşmələri  qaraciyərə,  böyrəyə  və  bağırsaq  sisteminə  təsir  gös-
tərir. Metilcivə və digər alkil birləşmələr çox qorxuludur, orqa-
nizmdən uzun müddətə xaric olunur və mərkəzi əsəb sisteminə 
təsir edir. Civə insan orqanizmində toplana bilir. Kənd təsərrü-
fatı  məhsullarının  civə  ilə  çirklənməsinə  tərkibində  civə  olan 
pestisidlər, dəniz məhsullarının çirklənməsinə isə sellüloz-kağız 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə