Microsoft Word Yeyil-n-bitkil-rin-m-alic-vi-xass-l-ri doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə14/116
tarix26.03.2018
ölçüsü4,51 Kb.
#34566
1   ...   10   11   12   13   14   15   16   17   ...   116

 
53
sintez  olunur.  Orta  yaşlıların  bu  vitaminə  təxmini  tələbatı 
gündə 0,2-0,3 mq-dır. 
 
V TAM NƏBƏNZƏR  MADDƏLƏ
 
B
15
  vitamini  –  panqam  turşusu  –  C
10
H
19
O
8
N.  1950-ci 
ildə Tomiyama öküzün qaraciyər ekstraktında B
12
 vitaminindən 
fərqli  naməlum  bir  maddə  aşkar  edərək,  onu  B
15
  vitamini  ad-
landırdı.  1951-ci  ildə  Krebs  ərik  toxumu  ekstraktından  bioloji 
fəal maddə alaraq, ona panqam turşusu adı verdi. Sonralar düyü 
kəpəyinin,  pivə  mayasının,  at  qaraciyərinin  tərkibindən  də 
panqam  turşusu  alındı  və  B
15
  vitamini  ilə  panqam  turşusunun 
eyni  maddə  olduğu  sübut  edildi.  Panqam  turşusu  ürək-damar 
sisteminin  fəaliyyətinə,  lipid  mübadiləsinə,  hipoviz  və  böy-
rəküstü  vəzilərin  funksiyasına  müsbət  təsir  göstərir.  Oksigen 
mübadiləsini artırır, xolin və metionin biosintezinin normal get-
məsinə şərait yaradır. Panqam turşusunun kalium duzu preparat 
şə
klində  təbabətdə  geniş  tətbiq  olunur.  Ağ  kristallik  maddə 
olub suda yaxşı həll olur. B
15
 vitaminin gündəlik norması 2 mq-
a  qədərdir.  Adından  məlum  olduğu  kimi,  (pan  –  hər  yerdə, 
qami
  -  ailə)  təbiətdə  və  yeyinti  məhsullarında  geniş  yayılmış 
maddədir.  Bəzi  mənbələrdə  B
15
  suda  həll  olan  vitamin  kimi 
səciyyələndirilir. 
Paraaminobenzoy  turşusu  –  (PAB)  C
7
H
7
O
2
N  (piq-
mentasiya amili). Bəzi bakteriyalar üçün böyümə amili adlanır. 
Heyvan  və  bitkinin  toxuma  və  hüceyrələrinin  tərkib  hissəsinə 
daxildir.  Heyvanların  qidasında  çatışmadıqda  tüklərin  ağarma-
sına səbəb olur.  nsan orqanizmi üçün paraaminobenzoy turşu-
sunun  əhəmiyyəti  tam  müəyyən  edilməmişdir.  Fol  turşusunun 
tərkibinə  bir  komponent  kimi  daxildir.  Təbiətdə  paraamino-
benzoy  turşusu  sərbəst,  asetilləşmiş  formada  və  ya  peptid 
birləşmələri  şəklində  rast  gəlinir.  Ərzaq  məhsullarının  100  q-
nın tərkibində mkq-la aşağıdakı kimidir: mal əti – 65; donuz əti 
– 80; malın qaraciyəri – 250; toyuq yumurtası – 40; inək südü – 
 
54
10; ispanaq – 60; kartof – 36; yerkökü – 22. Insanın paraamin-
benzoy turşusuna tələbi hələlik müəyyən edilməmişdir. 
nozit – C
6
H
12
O
6
 (mezoinozit, mioinozit) – 1848-ci ildə 
Libix  tərəfindən  ət  suyundan  alınmışdır.  1850-ci  ildə  Şerer  bu 
maddəni  kristallik  şəkildə  əldə  etmiş  və  şirin  olduğunu  nəzərə 
alaraq, ona ət şəkəri və ya inozit adı vermişdir. Altıatomlu tsik-
lik spirtdir. 
Qida  vasitəsilə  inozitin  orqanizmə  daxil  edilməsinin  zə-
ruriliyi  yalnız siçan və siçovullar üzərində aparılan təcrübələrə 
ə
sasən  müəyyən  edilmişdir.  Tərkibi  məlum  olan  bütün  vita-
minlər  qatılmış  sintetik  qidalarla  yemlənən  siçanların  tükləri 
tökülür və inkişafdan qalır. Lakin qaraciyər ekstraktı heyvanları 
sağaldır. Təcrübələr vasitəsilə müəyyən edilmişdir ki, qaraciyər 
ekstraktında  belə  heyvanlara  müalicəvi  təsir  göstərən  maddə 
inozitdir. Ətin, qaraciyərin, böyrəyin, beynin və bəzi balıqların 
ə
tində vardır. 
nozitin  insanlar  üçün  vitamin  vəzifəsi  daşıması  hələlik 
mübahisəlidir. 
U  vitamini  (S  -  metilmetionin).  1949-cu  ildə  Çiney  ilk 
dəfə  olaraq  kələm  şirəsinin  mədə  və  onikibarmaq  bağırsağın 
peptid  xoralarına  müalicəvi  təsir  göstərdiyi  müəyyən  etmişdir. 
Bu  vitaminin  adı  latın  dilində  olan  ulcus  –  xora  sözünün  baş 
hərfidir.  Həzm  vəzifələrinin  normal  fəaliyyətinə,  yaraların 
sağalması  və  epitel  toxumaların  əmələ  gəlməsinə  müsbət  təsir 
göstərir. 
Mak Rori U vitaminin kristallik bromlu duzları şəklində 
ə
ldə etmiş, onun S – metilmetionin-sulfat olduğunu sübuta ye-
tirmişdir. 1972-ci ildən bu maddə dərman preparatı kimi isteh-
sal edilir. U vitamini xolinin endogen sintezini sürətləndirməklə 
orqanizmə  lipotron  təsir  göstərir.  Ağbaş  kələmdə  –  85;  yer-
köküdə  –  36;  pomidorda  –  48;  qulançarda
 
–  100-160  mq%  U 
vitamini vardır. Kərəviz və ispanaqda da təsadüf olunur. 
Ubixinon (koenzim Q). Canlı orqanizmdə çox geniş ya-
yılmış  kofermentdir.  Toxuma  və  hüceyrələrdə  təsadüf  edilir. 


 
55
Suda həll olmayan, 49
0
C-də əriyən neytral lipiddir. Ubixinonun 
avitaminozu müşahidə edilməyib. Çünki bu bioloji fəal maddə 
insan  orqanizmində  mevalon  turşusundan,  fenilalanin  və 
triozinin mübadilə məhsullarından sintez olunur. Bəzi xassələ-
rinə görə vitaminlərə oxşardır. Ubixinon E vitaminin çatışmaz-
lığı  hallarında  bəzən  onu  əvəz  edir.  Əzələ  distrofiyası  və  ürək 
fəaliyyətinin çatışmazlığı hallarında da şəfaverici təsir göstərir. 
Ürək əzələsinin hər q-da 53 mq, qaraciyərdə 410 mq Ubixinon 
olur. 
Lipoy  turşusu  və  ya  tioktat  turşusu  –  C
8
H
14
O
2
S
2
  (N 
vitamini) – orqanizmdə enerji yaranması proseslərində mühüm 
rol  oynayır,  karbohidrat  və  lipid  mübadiləsinin  tənzimlən-
məsində  iştirak  edir,  qaraciyərin  fəaliyyətini  yaxşılaşdırır,  ağır 
metal duzları ilə zəhərlənmədə müsbət təsir göstərir. Ağır metal 
duzları  ilə  lipoy  turşusunun  qarşılıqlı  əlaqəsindən  kompleks 
birləşmələr əmələ gəlir ki, onlar da sidik vasitəsilə ifraz olunur. 
Lipoy  turşusu  koferment  kimi  piroüzüm  turşusunun  və 
α

ketoturşuların dekarboksilləşməsində iştirak edir. 
Lipoy turşusu təbiətdə geniş yayılmışdır. Qaraciyər, böy-
rək və ürəkdə daha çoxdur. 100 q mal ətində – 72,5 mq; süddə 
–  500-1300;  ağbaş  kələmdə  –  115;  düyüdə  –  220  mkq-dır. 
Lipoy  turşusu  sintetik  yolla  da  alınır.  Yaşlı  insanın  lipoy  tur-
ş
usuna gündəlik tələbatı 0,5 mq-dır. 
Orot  turşusu  və  ya  B
13
  vitamini  (C
5
H
4
O
4
N
2
)  orqa-
nizmdə  zülal  mübadiləsinə  stimullaşdırıcı  təsir  göstərir.  Nuk-
lein turşularının tərkibinə daxil olan pirimidin əsaslı nukleotid-
lərin  sintezini  və  metionin  aminturşunun  əmələ  gəlməsini 
sürətləndirir. 
lk dəfə orot turşusu 1905-ci ildə inək südü zərdabından, 
sonralar  isə  sintetik  yolla  alınmışdır.  Kristallik  orot  turşusu, 
ə
sasən  də  onun  kalium  duzu  suda  yaxşı  həll  olur,  üzvi  həll-
edicilərdə həll olmur. 
 
56
Orot  turşusu  ən  çox  qaraciyərdə,  süddə  və  süd  məhsul-
larında  vardır.  Yaşlı  insanın  orot  turşusuna  gündəlik  tələbatı 
0,5-1 q, bəzən 3 q-dır. 
F vitamini və ya doymamış yağ turşuları kompleksi. Bu 
kompleksə  linol,  linolen  və  araxidon  yağ  turşuları  aid  edilir. 
Bioloji cəhətdən araxidon və linol turşuları daha fəaldır, linolen 
turşusu isə linol turşusunun təsirini gücləndirir. 1928-ci ildə bu 
yağ  turşularını  vitamin  adlandırmaq  məsləhət  görülür.  Lakin 
bunlar  vitaminlərə  xas  olan  xassələrə  malik  olmadığı  üçün 
vitaminəbənzər  maddə  adlanır.  Bu  yağ  turşularının  qidada  ça-
tışmaması dərinin qurumasına və kəpəkləşməsinə, tükün tökül-
məsinə,  boyun  artmamasına  və  bədənin  çəkisinin  azalmasına 
səbəb  olur.  Lipidlərin  mübadiləsinin  nizam-lanmasında  iştirak 
edir.  Kətan  və  çətənə  (kənaf)  yağında  63-75%,  günəbaxan  ya-
ğ
ında  52%,  qarğıdalı  yağında  60%,  yumurta  yağında  10-19%, 
kərəyağında 5% və başqa bitki yağlarında vardır. Araxidon tur-
ş
usu həm də heyvanat mənşəli yağlarda olur. Qaraciyərdə, böy-
rək  ətrafında  və  damarda  toplanır.  Insanın  bu  yağ  turşularına 
gündəlik tələbatı 2-6 q-dır. 
Vitaminəbənzər  maddələrdən  karnitin  (B
t
  vitamini)  və 
xolin orqanizmdə müəyyən funksiyalar daşıyır. 
Xolin  və  ya  xolin-xlorid  (C
5
H
15
O
2
N).  Leysitinin  tər-
kibinə  daxildir.  Sonralar  sərbəst  halda  qanda  və  heyvanların 
toxumalarında tapılmışdır. Xolin  yağların mübadiləsini nizam-
layır  və  piylənmənin  qarşısını  alır.  Fosfolipidlərin  sintezində 
iştirak  edir.  Bəzi  birləşmələrin  sintezində  metil  qrupları  alınan 
mənbə  hesab  edilir.  Dənli  və  paxlalı  bitkilərin  toxumalarında, 
çuğundurda,  maya  və  qaraciyərdə,  toyuq  yumurtasında,
 
böy-
rəkdə,  balıq  və  kələmdə  olur.  Xolin  çatışmadıqda  böyrəklərdə 
degenerasiya,  boyun  artmaması,  əsəb  sisteminin  pozulması  ki-
mi hallar baş verir. 
 
 
 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə