Microsoft Word Yeyil-n-bitkil-rin-m-alic-vi-xass-l-ri doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə22/116
tarix26.03.2018
ölçüsü4,51 Kb.
#34566
1   ...   18   19   20   21   22   23   24   25   ...   116

 
85
Geysine  hispida  Max.  mədəni  növ  kimi  daha  çox  becərilir. 
Paxlalılar  içərisində  becərilməsinə  və  istifadəsinə  görə  birinci 
yeri  tutur.  Bu  texniki,  ərzaq  və  yem  bitkisi  kimi  müxtəlif 
məqsədlər üçün istifadə olunur.  
Soyanın  tərkibində  24-45%  zülal,  13-37%  yağ,  20-32% 
karbohidratlar,  4-5,8%  mineral  maddələr,  12  mq/kq  B
1
,  23 
mq/kq  PP,  3,5  mq/kq  B
2
  və  5  mq/kq  karotin  (provitamin  A) 
vardır. 
Soya zülalında qida üçün əhəmiyyətli aminturşular (lizin, 
triptofan,  metionin,  sistin  və  s.)  olduğundan  heyvani  zülala 
yaxındır və həzm olunmasına görə süd kazeininə yaxındır. Ona 
görə  də  soyanı  «bitki  əti»  adlandırırlar.  Soya  unundan  süd, 
kəsmik, sadə qatıq, qənnadı məmulatı, müxtəlif qida qatmaları 
hazırlanır. Soya unundan çörəkbişirmədə, qənnadı sənayesində, 
kolbasa  istehsalında  da  məhsulları  yağ  və  zülalla  zənginləş-
dirmək  məqsədilə  istifadə  olunur.  Soya  yağı  dünyada  istehsal 
olunan bitki yağları içərisində əsas yerlərdən birini tutur. Soya 
yağından  marqarin,  sabun  və  digər  texniki  məhsullar  alınır. 
Bəzi  bölgələrdə  soyadan  yaşıl  gübrə  alınmasında  da  istifadə 
edilir. 
Soya  yağı  tərkibinə  görə  kərəyağına  yaxındır.  Onun  tər-
kibində  F  vitamini  fəallığında  doymamış  yağ  turşuları,  toko-
ferol (E vitamini) və fosfatidlər vardır. Ona  görə də soya  yağı 
ilə  hazırlanan  xörəklər  yaşlı  insanlar,  xüsusən  də  piylənmədən 
və aterosklerozdan əziyyət çəkənlər üçün çox xeyirlidir. 
Rafinəedilmiş  soya  yağı  kulinariyada  istifadə  olunmaqla 
ondan  kərəyağı  quruluşlu  marqarin  alınmasında  və  soya 
lesitinindən müxtəlif ərzaq məhsullarının zənginləşdirilməsində 
istifadə  olunur.  Əsəb  sisteminin,  qanazlığının  və  ümumi  zəif-
liyin  müalicəsində  iribuynuzlu  heyvanların  beynindən  alınan 
«leysitin-cerebro»  adlı  lesitin  preparatı  alınır.  Belə  lesitin  tə-
mizlənməmiş soya yağının tərkibində vardır. 
Soya  dənindən  bişirilmiş,  qovrulmuş  və  qurudulmuş 
halda  istifadə  edilir.  Soyadan  qəhvə  içkiləri,  yarma  və  şorba 
 
86
hazırlanır.  Soyadan  yağ  aldıqdan  sonra  yerdə  qalan  cecədən 
dadlı, qidalı şokolad və konfet məmulatı hazırlanır. Soya ununu 
1:7  nisbətində  su  ilə  qarışdırıb  soya  südü  əldə  edirlər.  Həmin 
südü  xüsusi  emaldan  keçirib  dadına,  rənginə  və  qidalılığına 
görə  təbii  süddən  seçilməyən  məhsul  əldə  edirlər.  Soya  sü-
dünün tərkibində zülal, yağ, A, D və E vitaminləri vardır. Soya 
südü kəsmik və pendir istehsalı üçün də  yararlıdır. Çində hələ 
2000 il bundan əvvəl soyadan süd və pendir istehsal olunurdu. 
Çin  mətbəxində  soyadan  müxtəlif  dadlı  və  qidalı  xörəklər  ha-
zırlanır. Soyada karbohidrat az olduğundan, diabet xəstəliyində 
də ondan istifadə edilir. 
 Vələmir,  yulaf  –  Овес    Avena  sativa  L.  Taxıllar 
(Gramineae) fəsiləsinin Avena cinsinə aid tipik taxıl bitkisidir. 
Onun  qədimdən  Koreyadan  Qərbi  Avropaya  qədər  yayıldığı 
qeyd  olunur.  Lakin  ondan  qida  məqsədləri  üçün  istifadə 
olunması sonralar məlum olmuşdur. 
Vələmirin  əkilən  növü  (Avena  sativa  L.)  3  yarımqrupa 
bölünür:  qollu-budaqlı,  pərdəli-dənli,  sıxılmış  sünbüllü  və 
çılpaq  dənli  vələmirlər.  Qollu-budaqlı  və  pərdəli  vələmir  daha 
çox becərilir. 
Vələmirin  tərkibində  36,5-40%  nişasta,  10-18%  zülal, 
6,2% yağ, 1,1% şəkərlər, 10,7% sellüloza, 3,2% minerallı mad-
dələr, vitaminlərdən B
1
 (0,48 mq%), B
2
 (0,12 mq%), PP (1,50 
mq%)  və  karotin  –  provitamin  A  (0,02  mq%)  vardır.  Vələmir 
fosfor (361 mq%) və kaliumla (421 mq%) zəngindir. 
Vələmir dənindən yarma, vələmir lopası, vələmir qəhvə-
si, uşaqlar üçün yeməklər, un əldə edilir. Buğda ununa vələmir 
unu qatılaraq peçenye və qaletlər hazırlanır. 
Vələmirin  müalicəvi  xassələri.  Xalq  təbabətində  və-
ləmirdən qədimdən istifadə edilir. Diockorid vələmir dənindən 
kompresslər  üçün,  ondan  hazırlanan  sıyıqdan  ishala,  selikvarı 
duru məhsuldan öskürəyə qarşı istifadə etmişlər. Müasir dövrdə 
də  vələmirdən  müalicəvi  məqsədlə  geniş  miqyasda  istifadə 
edilir. 


 
87
Vələmirdən alınan həlim balla birlikdə qüvvətli qida kimi 
zəifləmiş  xəstələrə  və  vərəm  əleyhinə  verilir.  Mədə-bağırsaq 
xəstəliklərində  vələmirdən  alınan  kiseldən  çulğalama  xassəsi 
kimi istifadə edilir. O, hətta zəif mədə yumşaldıcısı kimi də tət-
biq olunur. Vələmir otundan hazırlanan sulu tinktura tərgətirici, 
sidikqovucu  və  hərarətsalıcı  kimi  də  istifadə  olunur.  Yaşıl 
vələmirin spirtli tinkturası tonusqaldırıcı, zehni yorğunluq, əsəb 
pozğunluğu  və  yuxusuzluqda  tətbiq  olunur.  O,  həm  də  siqa-
retdən imtina etmək məqsədilə məsləhət görülür. Təzə vələmir 
küləşindən hazırlanan vannanın revmatizm, oynaqların iltihabı, 
belağrısı  (lümbaqo),  dəmrov,  ekzema  və  digər  dəri  xəstə-
liklərində  qəbul  edilir.  Yuyunmaq  üçün  1:10  nisbətində  həlim 
hazırlanır. Ayağın kəskin tərləməsinə qarşı vələmir küləşindən 
palıd  qabığı  ilə  birlikdə  hazırlanmış  həlimlə  vanna  edilir. 
Homeopatiya üsulu ilə müalicədə vələmirin təzə cücərtilərindən 
hazırlanan cövhərdən istifadə olunur. 
 
 
88
MEYVƏ VƏ G LƏMEYVƏLƏ
 
 
Meyvə-giləmeyvələr  insan  qidası  üçün  qiymətli  maddə-
lərin mənbəyidir. Meyvələrin tərkibində şəkərlər, üzvi turşular, 
mineral  maddələr,  pektinli,  aşı  və  boya  maddələri,  ətirli  mad-
dələr,  vitaminlər,  fermentlər,  nisbətən  az  da  olsa  zülal  və  yağ 
vardır.  Meyvə-giləmeyvələr,  əsasən  təzə  halda  yeyilir  və 
yeyinti  sənayesində  müxtəlif  emal  məhsullarının  istehsalında 
xammal  kimi  istifadə  olunur.  Meyvə-giləmeyvələrdən  pəhrizi 
və müalicəvi məqsədlə də istifadə olunur. Meyvə-giləmeyvələr 
və  onların  emalı  məhsullarının  insan  orqanizminə  çox  faydası 
vardır.  Meyvə-giləmeyvələrin  tərkibindəki  bioloji  fəal  maddə-
lər  insanları  infeksion  xəstəliklərə  qarşı  müqavimətini  artırır, 
orqanizmdə  duzların  və  sidik  turşusunun  toplanmasının  qarşı-
sını  alır,  maddələr  mübadiləsində  əmələ  gələn  zəhərli  mad-
dələrin  orqanizmdən  xaric  olunmasını  təmin  edir,  həzm  or-
qanlarının, ürəyin və nəfəs yollarının işini yaxşılaşdırır. 
Meyvə  və  giləmeyvələrin  tərkibindəki  şəkərlər,  əsasən 
monoşəkərlərdən  –  fruktoza  və  qlükozadan  ibarətdir.  Bu  şə-
kərlər saxarozadan fərqli olaraq orqanizmdə asan mənimsənilir 
və  müxtəlif  xəstəliklərin  müalicəsində  və  pəhrizi  qidalanmada 
istifadə  olunur.  Tərkibində  saxaroza  az  olan  meyvə-giləmey-
vələrdən,  əsasən  yaşlıların,  şəkər  xəstəliyinə  və  ateroskleroza 
və  digər  xəstəliklərə  düçar  olanların  istifadə  etmələri  məq-
sədəuyğundur.  Meyvə  və  giləmeyvələrin  tərkibində  olan  üzvi 
turşular  (limon,  alma,  şərab  və  s.)  insan  orqanizmində  gedən 
fizioloji proseslərdə mühüm rol oynayır. 
Meyvə-giləmeyvələr  müxtəlif  vitaminlərlə,  o  cümlədən 
suda  həll  olan  vitaminlərlə  zəngindir.  Meyvə-giləmeyvələrdən 
ə
lavə,  onların  yarpağında,  zoğunda,  qabığında  və  kökündə  də 
vitaminlər vardır. Tərkibində vitamin çoxluq təşkil edən meyvə 
və  giləmeyvələr  hipo-  və  avitaminozun  müalicəsində  və  pro-
filaktikasında geniş miqyasda istifadə olunur. 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə