Microsoft Word Yeyil-n-bitkil-rin-m-alic-vi-xass-l-ri doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə23/116
tarix26.03.2018
ölçüsü4,51 Kb.
#34566
1   ...   19   20   21   22   23   24   25   26   ...   116

 
89
Meyvə-giləmeyvələrdə A vitamini olmur. Burada karotin 
(narıncı-sarı  rəngli  piqment)  vardır  ki,  bu  da  orqanizmdə  A 
vitamininə çevrilir. 
Meyvə-giləmeyvələrdən ilboyu istifadə etmək məqsədilə 
onlar  müxtəlif  üsullarla  konservləşdirilir.  Meyvə-giləmeyvə 
kompotlarının istehsalında əlavə şəkərdən istifadə edildiyindən, 
onların  qidalılıq  və  enerji  dəyəri  təxminən  2  dəfə  artır.  200  q 
ə
rik  və  ya  albalı  100  kaloridən  çox  olmayaraq  enerji  verdiyi 
halda, 200 q kompot 200 kalori enerji verir. Eyni zamanda, bu 
konservlərdə  minerallı  maddələr,  üzvi  turşular  və  digər  bioloji 
fəal  maddələr  daha  yaxşı  qalır.  Düzgün  konservləşdirilmiş 
meyvələrin  tərkibindəki  C  vitamininin  təxminən  yarısı,  digər 
vitaminlərin  isə  üçdə  iki  hissəsi  qorunub  saxlanılır.  Mineral 
duzlar,  pektinli  maddələr,  karbohidratlar,  karotin  qurudulmuş 
meyvə-giləmeyvələrdə  də  yaxşı  qaldığından,  pəhriz  qidasında 
müvəffəqiyyətlə istifadə olunur. 
Bir çox meyvələrdə rast gəlinən boya maddələri, zərərsiz 
rəngləyici  maddə  kimi  yeyinti  sənayesində,  bəzən  isə  dərman 
kimi  tətbiq  olunur.  Meyvə-giləmeyvələrin  tərkibindəki  alka-
loidlər,  qlükozidlər,  saponinlər  və  digər  bioloji  fəal  maddələr 
zəifləyən  orqanizmin  həyat  fəaliyyətinin  yaxşılaşdırılmasında, 
ayrı-ayrı  orqanların  və  fizioloji  sistemlərin  işinin  nizama  sa-
lınmasında səmərəli istifadə olunur. 
Müalicəvi və pəhriz xassələri olan bəzi maddələr meyvə-
giləmeyvələrin  tərkibində  olmaqla  yanaşı,  həmin  bitkilərin  çi-
çəklərində, yarpaqlarında, qabığında, kökündə də rast gəlinir və 
onlar müalicəvi məqsədlə istifadə edilir. 
Kitabda meyvə-giləmeyvələr quruluşlarına, bioloji xüsu-
siyyətlərinə, tərkibinə və coğrafi yetişmə zonalarına görə qrup-
laşdırılmışdır.  Əlifba  sırası  ilə  meyvə-giləmeyvələr  aşağıdakı 
ardıcıllıqla təsvir olunur. 
1.  Meyvələr.  Burada  toxumlu  meyvələr  (alma,  armud, 
heyva,  əzgil,  üvəz  və  yemişan)  və  çəyirdəkli  meyvələr  (gilas, 
 
90
albalı,  ərik,  şaftalı,  gavalı,  göyəm,  cır  gavalı,  alça,  zoğal)  bir 
qrup daxilində verilir. 
2.  Giləmeyvələr.  Burada  həqiqi  giləmeyvələr  (üzüm, 
qarağat, firəng üzümü, quşüzümü, qaragilə, mərsin, cır mərsin, 
çaytikanı, zirinc və s.), mürəkkəb giləmeyvələr (moruq, böyurt-
kən, şimal moruğu, sarı böyürtkən və s.), qeyri-həqiqi giləmey-
vələr  (bağ  və  meşə  çiyələyi)  və  yabanı  halda  yetişən  və  müa-
licəvi məqsədlə istifadə olunan bir çox giləmenyvələr haqqında 
məlumat verilir. 
 
M E Y V Ə L Ə R 
 
Albalı,  gilənar    Вишня    Cerasus  vulgaris  Mill.  Al-
balı cinsinin 240 növü var. Gülçiçəklilər (Rosaceae) fəsiləsin-
dəndir. Növ müxtəlifliklərindən ən çox yayılanı aşağıdakılardır: 
- mərmərik albalı; 
- mahaleb albalısı; 
- çöl albalısı. 
Güman  edirlər  ki,  adi  mədəni  albalı  yabanı  gilas  ilə  çöl 
albalılarının  təbii  hibrididir.  Azərbaycanda  mərmərik  və  çöl 
albalısı bitən sahələr çoxdur. 
Yabanı albalı aprel-mayda çiçəkləyir. Ağ rəngli çiçəkləri 
2-4 ədəd bir yerdə uzun saplaq üzərində əmələ gəlir. Meyvələri 
iyulun  axırı  və  avqustda  yetişir.  Meyvəsi  mədəni  sortlara 
nisbətən xırda olub (8-10 mm diametrli), qırmızı, tünd qırmızı 
və  ya  qara-bənövşəyidir.  Turş  və  ya  turşa-şirindir.  Bəzən  dadı 
acı olur, hər 3-4 ildən bir bol məhsul verir. 
Tərkibində  12%  şəkər  (sadə  şəkərlər),  2%-ə  qədər  üzvi 
turşu  (alma  və  limon),  karotin,  C,  B
1
,  PP  vitaminləri,  fol  tur-
ş
usu (B

vitami), aşılayıcı və pektinli maddələr vardır. 
Meyvələri kompot, kisel, şirə, şərbət, şərab, mürəbbə və 
spirtsiz içkilər istehsalında işlədilir. 


 
91
Albalının  yarpaqları,  tərəvəzləri  duza  və  sirkəyə  qoy-
duqda  istifadə  edilir.  Çəyirdəyi  və  ləpəsi  ətriyyat  sənayesində, 
bəzi sabunların ətirləndirilməsində tətbiq olunur. 
Müalicəvi  məqsədlə  albalının  meyvələrindən  alınmış 
ekstraktdan, yarpaqlarından və meyvə saplağından istifadə edi-
lir.  Yarpaqlarından  alınmış  sulu  tinktura  sarılığa  qarşı,  meyvə 
saplağından alınmış sulu ekstrakt ishala qarşı tətbiq olunur. 
Albalının  ətliyi  və  şirəsi  antiseptik  təsirə  malikdir.  Xalq 
təbabətində  albalının  südlə  birlikdə  oynaqların  iltihabı  zamanı 
qəbul  edirlər.  Həmçinin,  nəfəs  yollarının  iltihabında  bəlğəm-
gətirici kimi tətbiq edilir. 
Albalı  həm  də  balverən  bitkidir.  1  hektar  albalı  sa-
həsindən arılar 15-53 kq bal hasil edə bilir. 
Albalının  müalicəvi  xassələri.  Albalı  təzə,  qurudulmuş 
və  konservləşdirilmiş  halda  yeyilir.  Ondan  kompot,  mürəbbə, 
şə
rbət, ekstrakt, konfet,  nastoyka, nalivka, şərab  və spirtsiz iç-
kilər  hazırlanır.  Albalı  yarpaqlarından  xiyarın  və  bəzi  tərəvəz-
lərin turşudulmasında və sirkəyə qoyulmasında istifadə olunur. 
Albalı  çəyirdəyindən  və  nüvəsindən  alınan  yağ  əl-üz 
sabunlarının və digər ətriyyat məhsullarının ətirləndirilməsində 
tətbiq olunur. 
Albalı iştahanı yaxşılaşdırır və pəhriz məhsulu kimi qiy-
mətlidir.  Tərkibində  dəmir  nisbətən  çox  olduğundan  albalıdan 
və  onun  emalı  məhsullarından  qanazlığında  istifadə  olunması 
məsləhət görülür. Albalı tinkturası (nastoy) susuzluğu daha tez 
yatırdır  və  qızdırmalı  vəziyyətdə  olan  xəstələrə  verilir.  Alba-
lının  ətliyi  və  şirəsi  antiseptik  təsirə  malikdir.  Xroniki  qəbiz-
likdə  albalı  zərif  yumşaldıcı  kimi  tətbiq  olunur.  Xalq  təbabə-
tində  südlə  albalı  artritdə,  orqanların  iltihabında,  albalı  şirə-
sindən  isə  bəlğəmgətirici  vasitə  kimi  nəfəs  yollarının  xəstəlik-
lərində  istifadə  olunur.  Albalı  yarpağının  süddə  hazırlanmış 
həlimindən  sarılıqda,  xırdalanmış  yarpaqlarından  və  ondan 
alınan həlimdə isladılmış tampondan qankəsici kimi burun qan 
axmalarında və dəri zədələrinin sağalmasında istifadə olunur. 
 
92
Elmi cəhətdən isbat olunmuşdur ki, albalı saplaqlarından 
hazırlanmış həlim sidikqovucu kimi və ishala qarşı istifadə olu-
nur. Həlimi bəzən qantəzyiqini aşağı salmaq üçün hipertoniklər 
də  içirlər.  Bu  məqsədlə  10  q  xammaldan  1  stəkan  suda  həlim 
hazırlanır və gün ərzində bir neçə dəfə içilir. Podaqrada və sidik 
kisəsində  daş  xəstəliklərində  albalı  çəyirdəyindən  alınmış 
emulsiya sidikqovucu vasitə kimi tətbiq olunur. Lakin albalı çə-
yirdəyindən  istifadə  olunması  onun  tərkibində  zəhərli  amiq-
dalin qlükozidinin olması ilə təhlükəlidir. Onun dozasının artı-
rılması  və  digər  dərmanların  əvəzinə  istifadə  olunması  or-
qanizmin  zəhərlənməsinə  səbəb  ola  bilər.  Çünki  amiqdalin 
parçalandıqda kəskin zəhər olan sinil turşusu əmələ gətirir. 
Alça – Алыча – Prunus divaricata Ledeb. Gülçiçəklilər 
(Rosaceae)  fəsiləsinin  gavalı  cinsinə  aiddir.  30-dan  çox  növü 
vardır. Yabanı alça Qafqaz, Orta Asiya və Zaqafqaziyada geniş 
yayılmışdır.  Azərbaycanda  ən  çox  Quba  və  Xaçmaz  ra-
yonlarında, Dağlıq Qarabağda bitir. 
Alça  yarpaqlamazdan  bir  az  əvvəl  mart-may  aylarında 
çiçəkləyir.  Çiçəkləri  ağ  və  xırdadır.  Yabanı  alçanın  meyvələri 
iyun  ayından  başlamış  sentyabrın  axırına  qədər  müxtəlif 
vaxtlarda yetişir. 4-7 yaşında bar verir. 100-120 il ömürü olur. 
Meyvələri  əksəriyyətlə  yumrudur.  Yastı-yumru  və  bir  qədər 
oval şəklində olanları da vardır. Bir meyvənin çəkisi 2-6 qr-dır. 
Ə
tliyi çəyirdəyindən ayrılmır. Meyvələri sarı, qırmızı, çəhrayı, 
tünd  bənövşəyi,  yaşıl  və  ağ  rəngdə  olur.  Meyvələri,  həmçinin, 
ölçüsünə,  dadına,  formasına  və  yetişmə  müddətinə  görə  fərq-
lənir. 
Yabanı alçanın tərkibində 3,12-5,96% şəkər, 1,32-3,97% 
üzvi turşu (ən çox limon), 0,46-1,39% pektinli maddə, karotin 
və C vitamini vardır. 
Təzə  halda  yeyilir.  Yabanı  alça  qurudulur,  kompot,  mü-
rəbbə,  povidlo,  pastila  hazırlanmasında  istifadə  edilir.  Şirə-
sindən spirtsiz içkilər üçün cövhər hazırlanır. Ətlik hissəsindən 
hazırlanan  lavaşana  aşpazlıqda  geniş  tətbiq  olunur.  Meyvələri 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə