97
sıyrıntısı və çatlamasında alma püresi ilə kərəyağından hazır-
lanan məlhəm sürtülür. Şəkər xəstəliyinin zəif formalarında
almanın köklərindən istifadə olunur. Çünki almanın köklərində
olan qlükozid florisin qanda və sidikdə şəkərin miqdarını aşağı
salır.
Xalq təbabətində soyuqdəyməyə və səs tutulmasına qarşı
1:10 nisbətində quru alma yarpaqlarından hazırlanmış tink-
turadan hər 2 saatdan bir 0,5 stəkan ilıq halda içmək məsləhət
görülür.
Armud – Груша домашняя – Pyrus domestica Medic.
Armud Gülçiçəklilər (Rosaceae) fəsiləsindəndir, 30-dan çox
növü vardır. Bu armudun ən çox yayılmış növlərindən Rus,
Qafqaz, Ussuriya, Çin, söyüdyarpaqlı və kirkan armudunu gös-
tərmək olar. Azərbaycanda ən çox Qafqaz meşə armudu, bəzi
rayonlarda isə söyüdyarpaqlı armud (Şabran, Şirvan, Cənubi
Qarabağ meşələrində) və Kirkan armudu (məsələn, Talışda)
yetişir. Qafqaz armudu Böyük və Kiçik Qafqaz dağlarının
meşələrində böyük sahələri tutur. Armud eramızdan 1000 il
ə
vvəl Yunanıstanda mədəni halda becərilmişdir. Lakin bəzi təd-
qiqatçılar tərəfindən armudun Qafqazda daha əvvəllər məlum
olduğu qeyd edilir.
Yabanı armud aprelin axırlarında çiçəkləyir. Çiçəkləri
ağdır. Yarpaqları ilə birlikdə əmələ gəlir. Meyvələri payızda
yetişir (6-10 yaşından bar verir). Hər ağacın 10-40 kq və daha
çox meyvəsi olur. Tumları ilə çoxalır. Yabanı armud ağacının
50-80 il, bəzən 150-300 il ömrü olur. Meyvələri armudu, yumru
və konusvarı olur. Rəngləri yaşıl, sarı, bəzən qırmızımtıl ya-
naqlı və yaxud pas ləkəlidir. Saplağı armudun özündən uzun-
dur. Ətliyində çoxlu daşlaşmış toxumalar vardır. Dadı şirin,
turş və ya meyxoşdur. Yabanı armud meyvəsinin formasına,
rənginə, dadına və başqa xassələrinə görə müxtəlif formalar
yaradır. Beş hissədən ibarət meyvə yuvasının hər birində 1-2
ə
dəd boz və ya parlaq qara rəngli toxumu olur. Meyvələr də-
rildikdən sonra yetkinləşir, xüsusi dad və ətir kəsb edir.
98
Armudun tərkibində orta hesabla 81-84% su, 6,2-18,7%
şə
kər, 0,1-0,5% turşu, 0,1-0,3% pektin maddəsi, 0,3-0,6% mi-
neral maddələr, 0,02-0,17% aşı maddəsi, 0,9% sellüloza, ya-
banı sortlarda 12-21 mq% və mədəni sortlarda 3-17 mq% C
vitamini vardır. Şəkərlərdən 6,9-9,7% fruktoza, 1-3,7% qlükoza
və 0,4-2,6% saxaroza vardır. Üzvi turşulardan limon və alma
turşusu rast gəlnir.
Yabanı armudun tərkibində 6-13% şəkər (əsasən, qlü-
koza və fruktoza), 0,12-0,19% (bəzən 1,3%-ə qədər) üzvi turşu
(alma və limon) , azotlu, aşılayıcı və rəngləyici, pektinli və
mineral maddələr, karotin, C və B
1
vitamini vardır. Toxumunda
12-21% yağ olur.
Yabanı armud kompot, meyvə içkiləri üçün cövhər, kvas,
meyvə şərabı, sirkə və s. məhsulların istehsalında istifadə edilir.
Yabanı armudun tərkibində 4%-ə qədər pektinli maddə oldu-
ğ
undan, ondan povidlo, sukat, marmelad, pastila, karamel üçün
içlik və eləcə də mürəbbə hazırlamaq mümkündür. Qovrulmuş
tumları qəhvənin, qurudulmuş meyvəsi isə çayın əvəzedicisi
kimi işlədilir.
Armudun oduncağı ağır, elastiki, qırmızı-qonur rəngli
olub, yaxşı parlaqlaşdırıla bilir. Ondan keyfiyyətli mebel, mu-
siqi alətləri və bir çox məmulat hazırlanır. Armudun oduncağı
yaxşı qatlanır və çatlamır.
Armud, həmçinin, balverən bitki kimi də məşhurdur. Çi-
çəklərinin pis ətri olmasına baxmayaraq, bahar fəslində arılar
üçün yaxşı nektar və çiçək tozcuğu mənbəyi hesab edilir. Ar-
mudun ağac qabığından qəhvəyi, yarpaqlarından isə sarı rəngli
boyaq (parça üçün) alınır.
Armudun müalicəvi xassələri. Xalq təbabətində armud-
dan ishal əleyhinə və sidikqovucu kimi böyrək xəstəliklərində
istifadə olunur. Armudun tərkibində fitonsidlər də tapılmışdır.
Armud qurudulur, ondan mürəbbə, povidlo, sukat, armud
balı – bəkməz, kompot, kvas, meyvə içkiləri üçün cövhər, sidr
99
və şərab hazırlanır. Armudun qurudulmuş toxumları qəhvə
içkilərinin tərkibinə qatılır.
Xalq təbabətində quru armuddan hazırlanmış həlimdən
titrəmədə, öskürəyə və ishala qarşı tətbiq edirlər. Ishala qarşı
armud həliminin istifadə olunması ondakı aşı maddələrinin çox
olmasından irəli gəlir. Armudun bu xassəsi yabanı armud
sortlarında daha kəskin özünü göstərir. Qarını bərkidici vasitə
kimi uşaqlara armud tinkturası, armud kiseli və ya kompotu
verirlər. Bunun üçün quru armudla vələmirdən hazırlanan həlim
də içmək məsləhət görülür.
Armud şirəsi sidikqovucu vasitə kimi də təyin edilir.
Armud həlimi də sidikqovucu xassəyə malikdir. Armud şirəsi
və həlimi yalnız sidik ifrazını artırmır, o, həm də antibakterial
təsirə malik olduğu üçün sidiyin rənginin açılmasına səbəb
olur.
Cavan armud yarpaqlarında hind alimləri yeni fenol mad-
dəsinin olduğunu müəyyən etmişlər ki, bu da orqanizmə tə-
sirinə görə arbutinə yaxındır.
Daryarpaq iydə – Лох узколистый – Elaeganus
angustifolius L. ydə (Elaeagnaceae) fəsiləsinin iydə cinsinə
mənsubdur. 45 növ ağac və meyvə kolundan yabanı halda 2
növü yayılmışdır. ydə yabanı halda Şimali Qafqazın şərq ra-
yonlarında, Azərbaycanın Kür və Araz çaylarının kənarlarında
geniş sahələr tutur. Bu bitkinin yararlı mədəni sortları Azər-
baycanın aran hissələrində olduqca çoxdur.
ydə 3-7 m hündürlükdə olur. Yabanı iydənin hündür və
kol halında bitən formaları vardır. Yabanı ağacları balaca ti-
kanlıdır. Yarpaqları uzunsov-oval, yaşıl-gümüşü rəngdədir.
May-iyunda çiçəkləyir. Çiçəkləri ətirli olub, 1-3 ədəd
yarpaq qoltuğunda açılır. Dördləçəklidir. Ləçəyin xarici hissəsi
parlaq gümüşü, iç hissəsi sarıdır. 4 erkəkciyi və bir dişiciyi
vardır.
ydənin meyvələri sentyabr-oktyabrda yetişir. Çəyirdə-
yinin üzərini meyvənin unlu ətliyi bürüyür. Çəyirdəyi uzunsov-
100
oval şəklindədir, ətliyi şirin və azacıq turşməzədir. Yabanı iy-
dələrin meyvələri dadsız və gər (büzüşdürücü) olur. Mey-
vəsinin qabığı boz sarı, tünd darçını, qırmızı rəngdə, unlu ətliyə
yapışmır, yeyiləndə kənar edilir. Sortlarından Xurmayı, nnabı
və Didivar qədimdən becərilir.
ydənin meyvəsi çox qidalı və uzun müddət saxlanılmağa
davamlıdır. Ətliyi meyvəsinin 52%-ni təşkil edir. Tərkibində
40% şəkər, o cümlədən 20% fruktoza, 10% azotlu maddə, üzvi
turşu, rəngləyici maddələr, kalium və fosfor duzları vardır.
Yarpaqlarında 350 mq% C vitamini, oduncaq qabığında və çə-
yirdəyində isə alkaloid vardır. Meyvəsi təzə halda yeyilir, on-
dan hazırlanmış unu çörəyə, şorbaya və başqa yeməklərə qa-
tırlar. Təzə meyvələrindən spirt alırlar. 100 kq iydədən 13 litr
spirt almaq olar.
ydənin tərkibində su az olduğundan uzun müddət sax-
lanıla bilər. Təzə halda yeyilir və ev şəraitində müxtəlif unlu
məmulatların və qidaların hazırlanmasında istifadə olunur.
ydənin müalicəvi xassələri. ydənin tərkibindəki aşı və
kalloid maddələrin konsentratından tibbidə büzüşdürücü vasitə
kimi istifadə olunur. Bu preparatdan iltihaba qarşı istifadə
olunduqda bağırsaqdakı qidanın hərəkətini fəallaşdırır və yerli
qıcıqlandırıcı təsir göstərir. O nazik və yoğun bağırsaqların
xəstəliklərində, eləcə də ağız boşluğunun iltihabi xəstəliklə-
rində qarqara etmək üçün işlədilir. Xalq təbabətində bişirilmiş
meyvələrdən ishala qarşı istifadə olunur. Bu məqsədlə yemək-
dən sonra 2 xörək qaşığı iydə həlimi (30 q iydə 1 stəkan suda)
içmək məsləhət görülür.
ydədən hazırlanmış həlim bəlğəmgətirici kimi nəfəs
yolları xəstəliyində içilir. Ondan sidikqovucu və qurd əleyhinə
də istifadə edilir. 1:10 nisbətində su və ya araqda iydə çiçək-
lərindən hazırlanmış tinkturanın tərkibində efir yağları oldu-
ğ
undan, yuxarı nəfəs yollarının iltihabında və ürəyin fəaliy-
yətinin gücləndirilməsində istifadə olunur. ydənin xırdalanmış
yarpaqları köhnə yaraların üstünə səpilir ki, çirkdən daha tez
Dostları ilə paylaş: |