Microsoft Word Yeyil-n-bitkil-rin-m-alic-vi-xass-l-ri doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə21/116
tarix26.03.2018
ölçüsü4,51 Kb.
#34566
1   ...   17   18   19   20   21   22   23   24   ...   116

 
81
vardır.  Tərkibində  C  və  B  qrupu  vitaminləri  və  mineral 
maddələr  var.  Ağ  lobya  kalium  (535  mq%)  və  fosfor  (530 
mq%) duzları ilə zəngindir. Yaşıl lobya qınlarında C, B qrupu 
vitaminləri və karotin (provitamin A) vardır. Lobya zülalı əvəz-
olunmaz  aminturşularla  zəngin  olduğundan  bəzi  ölkələrdə  ət 
çatışmazlığının  yerini  tutur.  Təzə  yaşıl  lobyadan  bişirilmiş  və 
yağda qovrulmuş halda istifadə olunur, dondurulur və sterilizə 
edilməklə  konservləşdirilir.  Konserv  sənayesində  və  kulinari-
yada  lobya  dənlərindən  müxtəlif  xörəklərin  hazırlanmasında 
istifadə  olunur.  Lobya  mədə  şirəsinin  ifrazını  artırır.  Ona  görə 
də lobya püresi mədə şirəsinin ifrazını artırmaq üçün və qastrit 
xəstəliyində  xəstələrə  verilir.  Bəzi  ölkələrdə  yaşıl  lobya  qın-
larından  alınan  həlimdən  böyrək  və  sidik  kisəsinin  xəstəlik-
lərində,  hipertoniyada,  ürək  zəifliyində,  xroniki  revmatizmdə, 
podaqrada  istifadə  olunur.  Böyrək  daşları  xəstəliyinin  pro-
filaktikasında  qurudulmuş  lobya  çiçəklərindən  hazırlanan 
həlimdən də istifadə olunur. 
Lobyanın  müalicəvi  xassələri.  Lobya paxlasının toxum 
qılafından  (qabığından)  alınan  həlim  xalq  təbabətində  şəkər 
xəstəliyində  istifadə  olunur.  O,  qanda  şəkərin  miqdarını  30-
40%  aşağı  salır.  Lobya  qabığından  hazırlanmış  duru  ekstrakt 
orqanizmdə  6-8  saat  təsir  göstərir.  Lobyanın  belə  müalicəvi 
xassəsi  onun  tərkibində  olan  flavonların  təsirindən  irəli  gəlir. 
Flavonlar orqanizmdə karbohidrat mübadiləsini normallaşdırır. 
Bir  çox  tədqiqatçılar  lobyadakı  arginin  aminturşunun 
təsirini  də  inkar  etmirlər.  Şəkər  xəstəliyinin  yüngül  formala-
rında  20  q  lobya  tayı  (stvorok)  1  litr  suda  qaydadılır.  Alınmış 
həlim  (təxminən  0,5 litr)  gün  ərzində  5-6  dəfəyə  bərabər  miq-
darda  bölünüb  içilir.  Eyni  zamanda,  belə  həlimin  mikroblara 
qarşı təsiri də müəyyən edilmişdir. 
Lobyanın  bu  xassəsi  lobya  unundan  hazırlanan,  tozvarı 
məlhəmin  xalq  təbabətində  yaraların  və  ekzemanın  müalicə-
sində istifadə olunması ilə əlaqədardır. Bəzən lobya unundan və 
baldan  hazırlanmış  təpitmədən  yaraların  və  şişlərin  daha  tez 
 
82
yetişib  sağalmasında  istifadə  olunur.  Qafqaz  xalqlarında  quru 
lobyadan hazırlanmış həlim ishala qarşı uşaqlara içirdilir. 
Maş  (atlı  lobya)  –  Маш  –  Phaseolus  aureus  (Roxb.) 
Pip.  Lobyanın  bir  növüdür.  Orta  Asiya  respublikalarında 
qədimdən becərilən birillik ot bitkisidir. 3 yarımtipi məlumdur: 
Hind,  Çin  və  Iran  yarımtipləri.  Tərkibində  24-28%  zülal,  46-
50%  nişasta,  2-4%  yağ,  B  qrupu  vitaminləri  vardır.  Zülalının 
tərkibində  4-8%  lizin,  6-8%  arginin  aminturşular  vardır.  Maş 
paxlası  yaxşı  bişdiyindən  bir  çox  xörəklərin  hazırlanmasında 
istifadə olunur. Çörəyi və makaron məmulatını lizin aminturşu 
ilə zənginləşdirmək üçün onlara 5-10% maş unu əlavə edirlər. 
Ondan  yeyinti  konsentratları  hazırlanır.  Müalicəvi  və  pəhriz 
xassələri dəqiq öyrənilməmişdir. 
Mərci    Чечевица    Ervum  Lens  Culinaris  Medic. 
Paxlalılar  (Leguminosales)  fəsiləsinə  aid  birillik  ot  bitkisidir. 
Vətəni Cənubi-Qərbi Asiyadır. Mərci cinsinin 5 növündən 4-ü 
yabanıdır.  2000  il  əvvəl  yeyinti  məhsulu  kimi  yunanlar  və 
romalılar  tərəfindən  istifadə  olunmuşdur.  “Qurani-Kərim”də 
adı  çəkilən  yeganə  paxlalı  bitkidir.  ritoxumlu  boşqababənzər 
mərci  qiymətli  qida  məhsuludur.  Tərkibində  21,3-35,8%  zü-
lallar,  40-56%  nişasta,  2,6-3,1%  şəkərlər,  3%  dekstrin,  2,4-
7,5% yağ, 3,5-5,2% sellüloza, 2,6-3,6% mineral maddə vardır. 
Qılafının rənginə görə tünd yaşıl, açıq yaşıl, boz, qəhvəyi, tünd 
narıncı  və  s.  olur.  Şimal  və  cənub  mərcisi  olmaqla  iki  tipə 
ayrılır. 
Mərcidən  kulinariyada  geniş  miqyasda  istifadə  olunur. 
Ondan  mərci  şorbası,  mərci-plov  və  digər  xörəklər  hazırlanır. 
Tərkibində  zülal  çox  olduğundan  ətin  əvəzedicisi  kimi  qida 
rasionuna daxil edilir. 
Mərcinin müalicəvi xassələri. Mərci unundan xalq təba-
bətində də istifadə olunur. Mərci unu ilə kərəyağı qarışığından 
yanıqların, yumurta ilə hazırlanmış təpitmədən yaraların müali-
cəsində istifadə olunur. Mərci həlimi böyrək daşları xəstəliyinin 
profilaktikasında məsləhət görülür. 


 
83
Noxud  –  Горох    Pisum  sativum  L.  Paxlalılar 
(Leguminosales)  fəsiləsinə  aid  birillik  bitkidir.  6  növündən  2 
mədəni  növü  becərilir.  Bunlardan  Pisum  sativum  L.  daha  çox 
ə
kilib-becərilir.  Eramızdan  əvvəl  IV  əsrdən  məlumdur.  Vətəni 
Kiçik Asiyadır. Təyinatına görə ərzaq və yem noxudu qrupuna 
bölünür.  Ləpələrinin  rənginə  görə  açıq  qəhvəyi  və  sarı  olur. 
Tərkibində 20,5-24% zülal, 44,0-50% nişasta, 2,0% yağ, 4,6% 
şə
kərlər,  5,7%  sellüloza,  2,8%  minerallı  maddə,  B  qrupu  vita-
minləri  vardır.  Noxud  dənlərindən  müxtəlif  yeməklər  hazır-
lanır.  Noxud  unu  buğda  və  çovdar  ununa  qatıldıqda  çörəyin 
dadı və keyfiyyəti yüksəlir. Noxud yarma hazırlanmasında əsas 
xammaldır.  Noxud  yaxşı  bişir  və  qidalılıq  dəyəri  yüksəkdir. 
Noxud  zülalı  bütün  digər  paxlalılardan  aminturşusuna  görə 
daha  zəngindir.  Onun  tərkibində  lizin,  triptofan,  metionin, 
arginin, sistin və digər aminturşuları vardır. Noxudda C, B
1
, B
2

PP və provitamin A, mineral maddələrdən kalium (285 mq%), 
fosfor  (122  mq%),  maqnezium  və  dəmir  vardır.  Noxuddan 
müxtəlif  kulinar  məmulatı  və  konservlər  hazırlanır.  Noxud 
unundan buğda ununa qarışdırmaqla qidalı çörək bişirilir. Yaşıl 
noxudun  da  qidalılıq  dəyəri  yüksəkdir.  Kaloriliyinə  görə  yaşıl 
noxud  digər  tərəvəzlərdən  1,5-2  dəfə  üstündür.  Yaşıl  noxudda 
10%-ə  qədər  zülal,  sellüloza,  25  mq%  C  vitamini,  B  qrupu 
vitaminləri və karotin vardır. 
Noxudun  müalicəvi  xassələri.  Xalq  təbabətində  no-
xudun otundan və ləpəsindən hazırlanan həlimdən sidikqovucu 
vasitə  kimi  böyrək  daşları  xəstəliyində  istifadə  olunur.  Noxud 
unundan hazırlanmış təpitmədən yaraların sağalması və şişlərin 
yumşaldılmasında istifadə edilir. Son illər noxud yağının bioloji 
tədqiqatı  nəticəsində  onun  tərkibində  hormonabənzər  maddə 
tapılmışdır. 
Nut  (Türk  noxudu)  –  Нут  (горох  Tурецкий)  –  Cicer 
arietinum  L  –  Paxlalılar  (Leguminosales)  fəsiləsinə  aid 
birillik və çoxillik bitkidir. Vətəni Asiyadır. 27 növü vardır ki, 
bunlardan 1 növü mədəni olaraq becərilir və 4 yarımtipə ayrılır. 
 
84
Meyvəsi  ikiləpəli  paxladır.  Azərbaycanda  becərilən  dənli-pax-
lalı  bitkilərdən  ən  çox  yayılanı  və  Azərbaycan  kulinariyasında 
istifadə olunan noxuddur. El arasında nut elə sadəcə noxud adı 
ilə  məşhurdur.  Həm  bişmiş  və  həm  də  qovrulmuş  (ləbləbi) 
halda  yeyilir.  Piti,  bozbaş,  noxuddöşəməplov,  noxudlu  dovğa 
azərbaycanlıların  sevdiyi  xörəklərdir.  Noxud  unu  çörəyə  qatıl-
dıqda  çörəyin  boyatlaşması  ləngiyir.  Ondan  konserv,  qəhvə 
içkiləri  hazırlanır,  qənnadı  və  makaron  məmulatı  istehsalında 
istifadə  olunur.  Tərkibində  20,1%  zülal,  2,4-7%  yağ,  43,2% 
nişasta,  3,2%  şəkərlər,  3,7%  sellüloza,  3,0%  minerallı  maddə 
vardır.  Minerallı  maddələrlə,  xüsusən  fosfor  (444  mq%)  və 
kaliumla  (968  mq%)  zəngindir.  Böyrək  və  öd  yolları  xəstə-
liyindən  əziyyət  çəkənlərin  nutdan  istifadə  etmələri  məhdud-
laşdırılmalıdır. 
Sorqo  –  Сорго  –  Sorghum.  Taxıllar  (Gramineae) 
fəsiləsinə  aid  birillik  ot  bitkisidir.  Vətəni  ekvatorial  Afrikadır. 
Lakin  50-yə  qədər  mədəni  və  yabanı  növündən  5  növü  daha 
çox  yayılmışdır.  2  növü  şəkərli  sorqo  növünə  aiddir.  Çin  və 
Hindistanda  eramızdan  3000  il  əvvəl  becərilib.  Azərbaycanda 
sorqonun  iki  növü  becərilir.  Adi  sorqo  (Sorghum  Vulqare 
Pers) və Cuqara sorqo (Sorghum Sernuum Host.). Sorqo dəni 
yarma, nişasta, patka, sellüloza, kağız, sorqo şərbəti, pivə hazır-
lanmasında  əsas  xammaldır.  Şəkər  sorqosunun  sıxılmasından 
alınan  şirənin  qatılaşdırılmasından  «Nardek»  və  ya  sorqo  balı 
alınır.  Bundan  qənnadı  məhsulları  istehsalında  istifadə  olunur. 
Sorqonun xüsusi sortlarından süpürgə də hazırlanır. 
Yeyinti  məqsədləri  üçün  istifadə  olunan  sorqonun  tər-
kibində  58,0%  nişasta,  10,6%  zülal,  4,1%  yağ,  1,6%  şəkərlər, 
2,1%  sellüloza,  1,2%  minerallı  maddə  vardır.  Sorqoda  zülalın 
miqdarı 15-16%-ə qədərdir. 
Müalicəvi  xüsusiyyətləri  tərkibindəki  nişasta  və 
şə
kərlərin olması ilə müəyyən olunur. 
Soya – Соя – Geysine. Paxlalılar (Leguminosales) fəsi-
ləsinə  aid  birillik  bitkidir.  10  növü  vardır  ki,  bunlardan  biri  – 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə