Microsoft Word Yeyil-n-bitkil-rin-m-alic-vi-xass-l-ri doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə17/116
tarix26.03.2018
ölçüsü4,51 Kb.
#34566
1   ...   13   14   15   16   17   18   19   20   ...   116

 
65
 K   N C    H   S S Ə 
 
YEY LƏN B TK LƏRDƏN MÜAL CƏV  
MƏQSƏDLƏ  ST FADƏ OLUNMASI
 
 
 
DƏNL  VƏ PAXLALI B TK LƏ
 
Dənli və paxlalı bitkilər insanların qidasında əsas yer tu-
tur. Dənli bitkilərdən un və yarma istehsal edilir. Undan çörək-
kökə  məmulatı,  makaron  və  bir  çox  kulinar  məmulatları  ha-
zırlanır. Yarmalardan müxtəlif yarımfabrikatlar istehsal olunur, 
yarma  xörəkləri  bişirilir.  Dən,  yarma  və  paxlalı  bitkilər  insan 
qidasını zülal, nişasta, minerallı maddə və vitaminlərlə zəngin-
ləşdirir.  Bu  məhsullar  gündəlik  qida  rasionunda  mühüm  əhə-
miyyət kəsb edir. 
Dənin  kobud,  sadə  üyüdülməsi  nəticəsində  tərkibində 
nisbətən çox kəpək olan undan hazırlanan çörək-kökə məmulatı 
sağlamlıq üçün daha yaxşıdır. Çünki belə çörəkdə mədə-bağır-
sağın  fəaliyyətini  nizamlayan  bitki  lifləri  (sellüloza,  hemi-
sellüloza)  nisbətən  çoxdur.  Yüksək  sort  undan  hazırlanan  çö-
rək-kökə  məmulatında  isə  sellüloza,  minerallı  maddə  və  vi-
taminlər  nisbətən  azdır.  Lakin  bu  çörəklər  pəhriz  qidası  kimi 
bəzi mədə-bağırsaq xəstəliklərində əhəmiyyətlidir. 
Yarmaların istehsalında dənlər qismən çətin həzm olunan 
hissədən azad edildiyindən yaxşı mənimsənilir və bu baxımdan, 
uşaq və pəhriz qidasında istifadə olunur. 
Yarma kimi paxlalı-dənli bitkilərdən istifadə olunmasının 
da  böyük  əhəmiyyəti  vardır.  Paxlalı-dənli  bitkilər  zülali  mad-
dələrlə zəngindir və aminturşu tərkibinə görə heyvanat mənşəli 
məhsullara  çox  yaxındır.  Elmi  və  xalq  təbabətində  bəzi  çö-
rəkçilik  və  yarmalıq  dənlərdən  müalicəvi  və  dərman  almaq 
məqsədilə  istifadə  olunur.  Dənli  bitkilərin  meyvə  və  toxum 
 
66
qılafı,  rüşeymi  bioloji  fəal  maddələrlə  zəngindir  və  nadir 
hallarda tibbdə istifadə olunur. 
Dənli  bitkilər  botaniki  xüsusiyyətlərinə,  kimyəvi  tərki-
binə,  təyinatına  və  digər  əlamətlərinə  görə  əsasən  3  qrupa  ay-
rılır: 
1.
  Taxıl  cinsinə  mənsub  olan  dənli  bitkilər  2  yarım-
qrupa ayrılır: 
1.1.
  Əsas  taxıl  tipli  bitkilərə  buğda,  çovdar,  arpa  və 
vələmir aiddir. 
1.2.
  Darıyabənzər  tipli  taxıl  bitkilərinə  darı,  çəltik  və 
qarğıdalı aiddir. 
2.
  Qarabaşaq bitkisi. 
3.
  Paxlalı-dənli  bitkilər  –  noxud,  nut,  lobya,  mərci, 
lərgə, paxla və soya. 
Taxıl  cinsinə  aid  olan  dənlər  quruluş  etibarilə  çılpaq  və 
qabıqlı  olur.  Çılpaq  dənli  bitkilərə  buğda,  çovdar  və  qarğıdalı 
aiddir. Qabıqlı dənli bitkilərə vələmir, arpa, düyü və darı aiddir. 
Dənli  və  paxlalı  bitkilərin  səciyyəsi  əlifba  sırası  ilə 
verilir. 
Arpa  –  Ячмень  –  Hordium  Vulgare  L.  Taxıllar 
(Gramineae) fəsiləsinin Hordium cinsinə aid olub, 50-dən çox 
növ müxtəlifliyi vardır. Arpa dənli bitkilər içərisində qədimdən 
becərilən bitkidir. Arpa eramızdan 3000 il əvvəl Zaqafqaziya və 
Orta  Asiya  xalqlarına  məlum  olmuşdur.  Mədəni  arpa  növünə 
26  botaniki  növ  müxtəliflikləri  daxildir.  Ən  çox  rast  gəlinən 
ə
kilən  arpadır  (H.Sativum  Jessen)  ki,  bu  da  3  sərbəst  növə 
bölünür. 
Mədəni  arpa  –  Hordium  Vulgare  L.  dünyada  ən  çox 
yayılmışdır. Digər iki növ – Efiopiya arpası və alçaqboylu arpa 
az  yayılmışdır.  Ikicərgəli  və  çoxcərgəli  arpa  tipləri  məlumdur. 
Ikicərgəli  arpadan  əsasən,  pivə  istehsalında  istifadə  olunur. 
Tərkibində  61-69%  nişasta  və  12%  zülal  olan  arpa  pivə  is-
tehsalı üçün ən yaxşı hesab olunur. 


 
67
Arpadan  pəhriz  və  uşaq  qidası  üçün  un,  perlova  və 
xırdalanmış arpa yarmaları istehsal edilir. 
Arpa  dənində  15,8%  zülal,  76%-ə  qədər  karbohidrat, 
3,5% yağ, 9,6% sellüloza, mineral maddələr, fermentlər, A, B, 
D,  E  vitaminləri  vardır.  Arpadan  istehsal  olunan  yarmalar  sel-
lüloza  ilə  zəngindir.  Məhz,  buna  görə  arpa  yarmasından  ha-
zırlanan xörəklər pis mənimsənilir və mədə-bağırsağın daha tez 
boşalmasına səbəb olur.  Bu proses kökəlməyə meyilli insanlar 
üçün əhəmiyyətlidir. Arpa dənindən qəhvə içkiləri üçün surro-
qat qəhvə hazırlanır. 
Arpanın  müalicəvi  xassələri.  Arpa  dənində  bakteriya-
lara öldürücü təsir edən maddələr, əsasən qram-müsbət mikro-
orqanizmlər  tapılmışdır.  Arpa  şəkəri  yuxarı  nəfəs  yollarının 
iltihabi xəstəliklərində, öskürək və xırıltıda tətbiq olunur. 
Arpa dənindən hazırlanan həlim yumşaldıcı, qarqaraedici 
xassəyə  malikdir,  mədə-bağırsaq  xəstəliklərində  və  kəskin 
öskürək zamanı istifadə olunur. 
Selikvarı həlim aşağıdakı kimi hazırlanır: 20 q arpa dəni 
1  stəkan  suda  4-5  saat  saxlanılır,  sonra  10  dəqiqə  bişirilir  və 
süzülür. Gündə 4-6 dəfə 1 xörək qaşığı qəbul edilir. 
Dərinin iltihabında və döşgəlmə xəstəliyində arpa səmə-
nisindən  təpitmə  hazırlanır.  Arpa  səmənisi  hazırlamaq  üçün 
arpa  dəni  cücərmək  üçün  müvafiq  şəraitdə  nəm  şəkildə  sax-
lanılır. Cücərmiş dənlər qurudulur və xırdalanır. Bəzən dərinin 
çox hissəsi xəstələndikdə arpa səmənisindən hazırlanmış vanna 
qəbul edilir. Uşaqlar üçün 0,5 kq, yaşlılar üçün 1-1,5 kq səməni 
götürülür.  Arpa  səmənisi  30  dəq.  2-3  litr  qaynamış  suda  sax-
lanılır, süzülür və vannaya əlavə edilir. 
Arpa səmənisinin sulu məhlulunu (2-3 xörək qaşığı arpa 
səmənisi  unu  1  litr  suda  saxlanılır)  şərbət  və  ya  şəkərlə  şirin-
ləşdirib  gündə  5-6  dəfə  yarım  stəkan  içilir.  Bu,  orqanizmdəki 
iltihaba  qarşı,  öskürəyi  yumşaldıcı  amil  kimi,  eləcə  də  mədə-
bağırsaq xəstəliklərində, böyrək və sidik yolları xəstəliklərində 
istifadə  olunur.  Arpa  səmənisi  ekstraktından  diabetə  qarşı 
 
68
istifadə olunur və bu qanda şəkərin miqdarını bir qədər azaldır. 
Ekstraktı  qurudulmuş  arpa  səmənisindən  hazırlayırlar.  Belə 
ekstraktdan uşaqların qidasında da istifadə etmək olar. Arpa sə-
mənisi ekstraktı südə qatılıb uşaqlara verilir. Südəmər uşaqlara 
vermək  üçün  arpa  yarmasından  həlim  hazırlanır.  1  çay  qaşığı 
yarma 1 stəkan suda 20-30 dəq. qaynadılır, süzülür və uşaqlara 
içirdilir. 
Arpadan antibiotik kimi istifadə olunan qordesin maddə-
sinin alınması üsulu da işlənmişdir. 
Bostan  paxlası  –  Овощные  бобы  –  Vicia  Faba  L. 
Paxlalılar  (Leguminosales)  fəsiləsinə  aid  olan  birillik  bitkidir. 
Qədimdən, Dəmir və Bürünc dövründən əkilib-becərilir. Bostan 
paxlası  qidalılıq  dəyərinə  görə  bütün  tərəvəzlərdən  üstündür. 
Tərkibində  quru  maddəyə  görə  35%-ə  qədər  zülal,  55% 
karbohidrat  vardır.  Paxlanın  zülalı  əvəzolunmaz  aminturşuları 
ilə zəngindir.  Tərkibində C, B
1
,  B
2
, PP və karotin (provitamin 
A)  vardır.  Əsasən  sous,  şorba  və  konservləşdirmək  üçün  isti-
fadə  olunur.  Azərbaycanın  bir  çox  bölgələrində  paxla  –  şüyüd 
plov  hazırlanır.  Paxlanın  toxumlarından  alınan  un  çörəyə  qa-
tılır.  Lakin  podaqra  xəstəliyindən  əziyyət  çəkənlərə  paxladan 
hazırlanmış  xörəklərdən  və  konservlərdən  istifadə  etmək  məs-
ləhət görülmür, çünki tərkibində purin əsaslı maddələr nisbətən 
çoxdur.  Paxlanı  çiy  və  yarımbişmiş  halda  istifadə  etmək  məs-
ləhət  görülmür.  Tərkibində  isti  emal  zamanı  parçalana  bilən 
toksiki  maddələr  vardır.  Ədəbiyyatlarda  paxla  ilə  zəhərlən-
mələrə  rast  gəlinir.  Bunun  əlamətləri  başağrısı,  tez-tez  qusma, 
rəngin  saralması  və  sidiyin  bozarmasıdır.  Sidiyin  bozarmasına 
səbəb  qırmızı  qan  kürəciklərinin  parçalanmasıdır.  Paxla  ilə 
zəhərlənmə müşahidə edildikdə tezliklə həkimə müraciət etmək 
lazımdır. 
Bostan  paxlasının  müalicəvi  xassələri.  Xalq  təbabə-
tində  bişirilmiş  paxladan  və  ya  onun  həlimindən  qarın  po-
zuntusu zamanı aşılayıcı və iltihaba qarşı istifadə olunur. Süddə 
bişirilib,  əzilmiş  kütləni  irinli  yaraların  sağalmasını  sürətlən-


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə