Microsoft Word Yeyil-n-bitkil-rin-m-alic-vi-xass-l-ri doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə13/116
tarix26.03.2018
ölçüsü4,51 Kb.
#34566
1   ...   9   10   11   12   13   14   15   16   ...   116

 
49
A  vitamini  heyvanat  mənşəli  məhsullarda  rast  gəlinir. 
Lakin bu vitaminə tələbat bitki mənşəli məhsullarda olan sarım-
tıl-narıncı rəngli karotinin (provitamin A) hesabına ödənilir. 
nsanların  və  heyvanların  orqanizmində 

α
 

β
 və 
γ
 
karotindən A vitamini əmələ gəlir. Təbiətdə ən çox  −
β
 karotin 
yayılmışdır.  Yerköküdə  olan  karotinin  90%-i 

β
 karotindir. 
Orqanizmdə karotin qaraciyər və bağırsaqlarda olan karotinaza 
fermentinin təsiri altında iki molekul A vitamininə parçalanır. 
 
C
40
H
56
 + 2H
2
O → 2C
20
H
29
OH 
 
Karotinin müxtəlif növləri biri digərindən tərkibinə daxil 
olan 
β
 -  ionon  halqalarına  görə  fərqlənir.  Belə  ki, 
β
 -  ka-
rotinin  molekulunda  iki 
β
 -  ionon  halqası; 
α
 -  və 
γ
 -  karo-
tinlərdə  isə  bir 
β
 -  ionon  halqası  vardır.  Ona  görə  də 
β
 -  ka-
rotin parçalandıqda iki molekul A vitamini; 
α
 - və 
γ
 - karotin 
parçalandıqda isə bir molekul A vitamini əmələ gəlir. 
Sənayedə  karotini  qırmızı  yerköküdən  və  karotinlə 
zəngin olan qabaq sortlarından alırlar. 
Qarğıdalıdan,  narıngi  və  portağalın  qabığından  və  buğ-
dadan  alınan  karotinoidlər  də  A  vitaminin  provitaminləridir. 
Bunların da tərkibində 
β
 - ionon və izopren qalıqları olur. 
Oksigensiz  şəraitdə  A  vitamini  və  karotin  120-130
0
C-yə 
qədər qızdırıldıqda onların tərkibi və bioloji xassələri dəyişmir. 
Oksigenli şəraitdə isə 4 saat ərzində 100
0
C-də vitamin A tama-
minə parçalanır. Məhsulları açıq havada qurutduqda A vitamini 
və karotin parçalanır. 
Yeyinti  məhsullarında  A  vitamini  və  karotinin  miqdarı 
(mq%-lə)  aşağıdakı  kimidir:  A  vitamini  balıq  yağında  –  19; 
kərəyağında – 0,5; süddə – 0,02; malın qaraciyərində – 0,2; yu-
murtada  –  0,4.  Karotin  –  qırmızı  yerköküdə  –  9,0;  sarı  yer-
köküdə – 1,1; kahıda – 1,8; kələmdə – 0,4; göy soğanda – 6,0; 
ispanaqda  –  4,5;  turşəngdə  –  2,5;  pomidorda  –  1,2;  almada  – 
 
50
0,03  mq%-dir.  Göründüyü  kimi,  yerkökü,  göy  soğan,  ispanaq 
və turşəng provitamin A ilə zəngindir. 
Retinol preparatları treska balıqlarının qaraciyərindən ha-
zırlanır.  1  q  balıq  yağında  350  BV  (beynəlxalq  vahid)  A  vi-
tamini var. 
Orqanizmin  A  vitamininə  gündəlik  tələbatı  1,0-2,5  mq-
dır. A vitamininə olan tələbatın 1/3 hissəsi həmin vitamin olan 
məhsulların  hesabına,  2/3  hissəsi  isə  karotin  hesabına  ödənil-
məlidir. Ölkəmizdə hipovitaminozun profilaktikası üçün yeyinti 
yağlarının  (marqarin  və  mətbəx  yağlarının)  100  q-a  2  mq 
hesabı ilə A vitamini preparatı qatılır. Isti sexlərdə çalışan fəh-
lələrin gündəlik qida rasionuna 2 mq A vitamini əlavə edilir. 
D  vitamini  –  kalsiferol,  antiraxit  vitamini.  Bu  vitamin 
qidada kalsiumun assimilyasiyasını artırır, böyrəklərdə fosforun 
reabsorbsiyasını  gücləndirir,  sümüklərin  əmələ  gəlməsi  və 
möhkəmlənməsi  üçün  lazımdır.  D  vitamini  çatışmadıqda  kal-
sium və fosfor mübadiləsi pozulur, raxit xəstəliyi baş verir. Nə-
ticədə sümük toxumasında kalsium hidrofosfatın toplanması çə-
tinləşir, sümükdə minerallı maddələrin miqdarı azalır, sümüklər 
yumşalır  və  asanlıqla  əyilir.  D  vitaminin  müxtəlifliklərinin  – 
D
2
, D
3
, D
4
, D
5
, D
6
, D
7
 quruluşu bir-birinə yaxın, bioloji fəallığı 
isə müxtəlifdir. Ən geniş yayılmış sterolların törəməsi olan D
2
 
və D
3
 vitaminləridir (C
28
H
44
O və C
27
H
44
O). 
Sterolların  əsas  nümayəndəsi  olan  erqosterola  ultrabə-
növşəyi şüalarla təsir etdikdə D
2
 vitamininə (erqokalsiferol), 7-
dehidroxolesterinə  təsir  etdikdə  isə  D
3
  vitamininə  (xolekal-
siferol) çevrilir. Ona görə də sterollara provitamin D deyilir. D
3
 
vitamini  D
2
  vitamininə  nisbətən  insan  orqanizminə  fəal  təsir 
göstərir.  Ərzaq  məhsullarından  D  vitamini  ilə  zəngin  olanları, 
ə
sasən  heyvanat  mənşəli  məhsullardır.  100  q  məhsulda  mkq 
hesabı  ilə  D  vitaminin  miqdarı  aşağıdakı  kimidir:  treska  ba-
lığının  qaraciyəri  –  125-750;  malın  qaraciyəri  –  0,2-1,2; 
yumurta sarısı: qışda – 3,5; yayda – 12,5; kərəyağı: qışda – 0,3-


 
51
0,5;  yayda  –  1,2;  ultrabənövşəyi  şüalarla  emal  edilmiş  bitki 
yağı – 25-50; quru pivə mayası – 2500-12500. 
Təcrübələr göstərir ki, yay fəslində südün və kərəyağının 
tərkibində  D  vitamininin  miqdarı  çox  olur.  Gün  işığında  olan 
ultrabənövşəyi  şüalar  heyvan  orqanizmində  sterinlərin  D 
vitamininə çevrilməsini sürətləndirir. 
D vitamininin miqdarını ifadə etmək üçün beynəlxalq va-
hid olaraq erqokalsiferolun 0,025 mikroqramı qəbul edilmişdir. 
Gündəlik  tələbat  400  beynəlxalq  vahidə  və  yaxud  10  mkq-a 
bərabərdir.  Uşaqların  D  vitamininə  gündəlik  tələbatı  yaşlılara 
nisbətən 2-2,5 dəfə çoxdur. Yaşlı adamlar gün işığı altında çox 
qaldıqlarına  görə,  onların  D  vitamininə  qarşı  tələbatı,  başlıca 
olaraq daxili ehtiyatlar hesabına ödənilir. 
E  vitamini  –  tokoferol  (C
29
H
50
O
2
).  Bu  vitamin  hücey-
rənin  lipoid  maddələrini  oksidləşmədən  qoruyur.  E  vitamini 
heyvanlarda  uzun  müddət  çatışmadıqda  əzələ  distrofiyasına, 
qısırlığa səbəb ola bilir. Bu maddəni ilk dəfə 1936-cı ildə Evans 
buğdanın  rüşeymindəki  yağın  tərkibində  tapmışdır.  Tokoferol 
yunanca tokos – doğuş, phero – törətmək mənasını daşıyır. Ona 
görə də E vitamini nəsil vitamini də adlanır. 
1938-ci ildə isə Emerson quruluşca bir-birinə oxşayan və 
bioloji  təsirinə  görə  fərqlənən  3  maddə  - 

α


β
 və  −
γ
 to-
koferollar  əldə  etdi. 

α
 tokoferolun  vitamin  aktivliyi 

β
 
tokoferoldan 2,5 dəfə çoxdur. 
Tokoferollar yağlı maye olub bitki yağında, etil spirtində 
yaxşı  həll  olur.  E  vitamini  istiliyə  davamlıdır.  Oksigensiz 
şə
raitdə  170-200
0
C  kimi  qızdırdıqda  parçalanır,  lakin  ultra-
bənövşəyi  şüaların  təsirindən  parçalanmır.  Antioksidant  kimi 
yağların  oksidləşməsinin  qarşısını  almaq  üçün  tətbiq  edilir.  E 
vitamini  ən  çox  dənli  bitkilərin  rüşeymindəki  yağda  və  bitki 
yağlarında  vardır.  E  vitamininin  mq%-lə  miqdarı  aşağıdakı 
kimidir: buğda rüşeymi – 25; qarğıdalı rüşeymi – 15-25; vələ-
mir – 18-20; çovdar – 10; təzə tərəvəz – 1,5-2,0; süd – 0,1-0,5; 
kərəyağı  –  1,5-2,5;  yumurta  -  1-3;  günəbaxan  yağı  –  60;  soya 
 
52
yağı  –  120;  qarğıdalı  yağı  –  100.  Gündəlik  tələbat  12-15  mq-
dır. 
K  vitamini  –  filloxinon.  Qaraciyərdə  protrombinin  sin-
tezini  sürətləndirir,  qanın  laxtalanma  qabiliyyətini  artırır.  Belə 
güman  edilir  ki,  K  vitamini  protrombinin  sintezində  iştirak 
edən  fermentin  aktiv  qrupudur.  Insanların  qidasında  K  vita-
minin  olmaması  avitaminozun  əmələ  gəlməsi  ilə  nəticələnmir. 
Çünki  K  vitamini  normal  bağırsaq  florasını  təşkil  edən  mik-
roorqanizmlər  (E.Coli)  tərəfindən  sintez  olunur.  Əgər  həddin-
dən  artıq  antibiotiklər  qəbul  edilirsə,  bağırsaqlarda  yaşayan 
bakteriyalar  tələf  olurlar.  Belə  hallarda  K  vitaminin  sintezi 
pozulur. K vitamini K
1
, K
2
 və K
3
 müxtəlifliyində olur. Bunlar 
metilnaftoxinonun  törəmələridir.  Bitkilərdə  K
1
  vitamini  hey-
vanat  mənşəli  məhsullarda  K
2
  vitamini  olur.  K
1
  vitamini  – 
filloxinon – C
31
H
46
O ilk dəfə yoncadan alınmışdır. K
2
 vitamini 
C
41
H
56
O
2
  –  farnoxinon  iylənmiş  balıq  unundan  alınmışdır.  K
1
 
və K
2
 vitaminlərinin kimyəvi təbiətini 1939-cu ildə  sveç alimi 
Karrer  müəyyənləşdirib.  K
1
  vitamini  K
2
  vitamininə  nisbətən  2 
dəfə  aktivdir.  K
1
  vitamini  rəngsiz  yağlı  mayedir,  K
2
  vitamini 
isə  açıq  sarı  rəngli  kristallik  maddədir.  Hər  ikisi  suda  həll 
olmur, üzvi həlledicilərdə həll olur. 
1942-ci  ildə  A.V.Palladin  yüksək  aktivliyə  malik  suda 
həll  olan  K
3
  vitamini  –  C
11
H
8
O
2
  almışdır.  K
3
  vitamini  məh-
luluna  natrium-bisulfat  əlavə  etməklə  A.V.Palladin  suda  həll 
olan birləşmə –  vikasol  əldə etdi.  Vikasolun təsiri K
1
 vitamini 
kimidir,  ancaq  ondan  ikiqat  fəaldır.  Müasir  tibbdə  K
3
  vitami-
nindən qanaxmalara qarşı, mədə və onikibarmaq bağırsaq yara-
sının  müalicəsində,  xəstələri  cərrahiyyə  əməliyyatına  hazır-
ladıqda geniş istifadə olunur. 
Müxtəlif  məhsullarda  K  vitaminin  miqdarı  mq%-lə  aşa-
ğ
ıdakı  kimidir:  göy  noxud  –  0,1-0,3;  çiyələk  –  0,12;  kartof  – 
0,08;  pomidor  –  0,4;  ispanaq  –  4,5;  ət  –  0,15;  donuzun  qa-
raciyəri  –  0,6.  Orqanizmin  bu  vitaminə  olan  tələbatı  dəqiq 
müəyyən  edilməmişdir,  çünki  K  vitamini  bağırsaqlarda  da 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə