Microsoft Word Yeyil-n-bitkil-rin-m-alic-vi-xass-l-ri doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə12/116
tarix26.03.2018
ölçüsü4,51 Kb.
#34566
1   ...   8   9   10   11   12   13   14   15   ...   116

 
45
Meyvə-tərəvəzlərdə  C  vitaminin  toplanması  onların  be-
cərildiyi  (yetişdiyi)  torpaq-iqlim  şəraitindən,  meyvələrin  po-
moloji,  tərəvəzlərin  təsərrüfat-botaniki  sortlarından  asılıdır. 
Yüksək dağlıq və şimal rayonlarında yetişən tərəvəzlər və mey-
vələr daha çox C vitamini toplayır, meyvələrin qabıq hissəsində 
C  vitamini  daha  çox  olur.  Meyvə-tərəvəzlərin  saxlanılması  və 
emalı zamanı C vitamini azalır. 
C  vitamininə  gündəlik  tələbat  70-100  mq-dır.  Bu  norma 
ucqar  şimal  rayonlarında,  ağır  əməklə  məşğul  olanlar,  hamilə 
və südverən analar üçün bir qədər çoxdur. 
P  vitamini  –  rutin  və  ya  kapilyar-qan  damarlarının  di-
varlarını möhkəmlədən maddələr (flavonoidlər) kompleksi. 
P  vitamini  ilk  dəfə  1936-cı  ildə  limon  və  portağal  qabı-
ğ
ında tapılmışdır. Müəyyən edilmişdir ki, P vitamini kapillyar-
ların  keçiricilik  qabiliyyətini  artırır.  P  vitamini  askorbin  turşu-
sunun çox yayıldığı bitki mənşəli qida məhsullarında olur. Bitki 
mənşəli qida məhsullarında bioloji fəallığına görə, P vitamininə 
müvafiq gələn bir neçə  birləşmə – rutin, hesperidin, kversetin, 
antosianlar və katexinlər vardır. Bunlara flavonoidlər adı veril-
mişdir. 
P  vitamini  C  vitamini  ilə  birlikdə  toxumalarda  oksid-
ləşmə  proseslərini  fəallaşdırır,  dehidroaskorbin  turşusunu  L-
askorbin  turşusuna  bərpa  edir.  Müəyyən  edilmişdir  ki,  sinqa 
xəstəliyi  ayrıca  C  vitamini  ilə  müalicə  edilmir,  qida  ilə  orqa-
nizmə mütləq P vitamini də qəbul olunmalıdır. P vitamini eyni 
zamanda C vitaminin oksidləşməsinin qarşısını alır. 
Bitki  mənşəli  məhsullarda  P  vitamini  xassəli  maddələr-
dən  –  rutin  qarabaşaq  yarpaqlarından,  hesperidin  (sitrin)  sitrus 
meyvələrinin  qabığından,  katexinlər  (pirokatexin)  çay  yarpa-
ğ
ından alınmışdır. Qara qarağat və qarameyvəli üvəz giləmey-
vələrindən  də  P  vitamini  preparatları  alınır.  Məhsulların  sax-
lanılması və emalı zamanı P vitaminli maddələr yaxşı qalır. 
Bitki  mənşəli  məhsullarda  P  vitamini  fəallığında  olan 
maddələrin  mq%-lə  miqdarı  aşağıdakı  kimidir:  qara  meyvəli 
 
46
üvəz  –  2000;  qara  qarağat  –  1000;  itburnu  –  680;  portağal  və 
limon – 500; quşüzümü – 240-330; çiyələk – 150-172; üzüm – 
290-430;  alma  –  10-70;  çuğundur  –  3775;  kələm  –  10-69; 
yerkökü – 50-100; kartof – 15-35. 
P vitamininə gündəlik tələbat orta hesabla 35-40 mq-dır. 
B
12
  vitamini – siankobalamin və  ya  antianemik vitamin 
(C
63
H
90
N
14
O
14
PC
O
).  B
12
  vitamini  tünd  qırmızı  rəngli,  suda 
asanlıqla həll olan kristallik maddədir. Tərkibində metal atomu 
(C
O
 – 4,5%) olan yeganə vitamindir. Molekulunda həm sian və 
amin qrupu və həm də kobalt atomu olduğundan B
12
 vitamininə 
siankobolamin deyilir. B
12
 vitamini xolin, kreatin, nuklein tur-
ş
uları və s.-nin sintezində iştirak edən fermentlərdən bir qrupu-
nun tərkibinə daxildir. 
B
12
  vitamini  çatışmadıqda  qanazlığı  baş  verir,  qidanın 
həzmi, o cümlədən zülalların, yağların və karbohidratların mü-
badiləsi pozulur. Qanazlığının profilaktikasına qarşı ən fəal pre-
paratdır.  B
12
  vitamini  bitkilərdə  olmur,  bir  qrup  mikroorqa-
nizmlər tərəfindən sintez olunur.  nsanların və heyvanların ba-
ğ
ırsağqındakı  mikroflora  tərəfindən  sintez  olunan  B
12
  vitamini 
ə
sasən qaraciyərdə, böyrəkdə və bağırsaq divarlarında toplanır. 
nsan  orqanizmi,  əsasən  qaraciyər,  böyrək,  ət  və  süd  məhsul-
larında  olan  B
12
  vitamini  ilə  təchiz  edilir.  100  q  ərzaq  məh-
sullarında B
12
 vitamini mkq-la miqdarı aşağıdakı kimidir: mal əti 
– 2-8; malın qaraciyəri – 20-50; böyrək – 50-130; ürək – 25; süd – 
0,2-0,6; pendir – 1,4-3,6; yumurta sarısı – 1,2; siyənək – 11. 
B
12
 vitamininə gündəlik tələbat orta hesabla 2-5 mkq-dır. 
B
9
 vitamini – fol turşusu, folasin (C
19
H
19
O
6
N
7
). Ilk dəfə 
bu  vitamin  1940-cı  ildə  cücələr  üzərində  aparılan  tədqiqatlar 
nəticəsində  müəyyən  edilmişdir.  Ona  görə  də  B
c
  vitamini  ad-
lanırdı.  1945-ci  ildə  B
c
  vitamini  ilə  ispanaqda  tapılan  fol  tur-
ş
usunun  eyni  olduğu  müəyyən  edilir.  Bitkilərin  yarpağında 
daha  çox  olduğu  üçün  (latınca  folium  –  yarpaq  deməkdir)  fol 
turşusu  adlanır.  Fol  turşusu  purin  və  pirimidin  birləşmələrinə, 
habelə  bəzi  aminturşuların  (serin,  metionin)  sintezində  iştirak 


 
47
edən  fermentlərin  tərkibindədir.  B
12
  vitamini  ilə  birlikdə 
qanyaranması prosesində iştirak edir. 
100  q  ərzaq  məhsulunda  fol  turşusunun  mkq-la  miqdarı 
aşağıdakı  kimidir:  qara  malın  qaraciyəri  –  160;  böyrək  –  45; 
mal əti – 10; süd – 4; yumurta – 13; kahı – 40; cəfəri – 117; is-
panaq – 53; pomidor – 11; baş soğan – 5; limon – 3; preslənmiş 
çörəkçilik mayası – 1080; pivə mayası – 1470. Fol turşusu ba-
ğ
ırsaq  mikroflorası  tərəfindən  sintez  olunduğu  üçün  gündəlik 
tələbat  dəqiq  müəyyən  edilməmişdir.  Təxmini  norma  gündə 
0,2-0,4 mq-dır. 
B
3
 vitamini – pantoten turşusu (C
9
H
17
O
5
N), antidermatit 
amili, bitki və heyvan mənşəli məhsullarda geniş yayıldığı üçün 
pantoten turşusu adlandırılmışdır (latınca pantoten – hər yerdə). 
Bu vitamin 1933-cü ildə düyü kəpəyindən alınmışdır. Suda və 
sirkə turşusunda yaxşı, efirdə isə zəif həll olan açıq sarı rəngli 
yağabənzər maddədir. Işığa və oksigenə qarşı davamlıdır. 
Alfatik  turşular,  steoridlər,  asetil  xolin  və  bir  çox  başqa 
birləşmələrin  sintez  olunmasında  iştirak  edən  A  kofermentinin 
tərkibinə  daxildir.  Çatışmadıqda  qaraciyərdə  və  böyrəklərdə 
degenerasiya müşahidə edilir. Bağırsaq mikroflorası tərəfindən 
sintez  olunduğu  üçün  bu  vitaminin  çatışmazlığı  kəskin  hiss 
olunmur. 
Ə
rzaq məhsullarında mq%-lə miqdarı aşağıdakı kimidir: 
ə
t  –  0,7;  qoyunun  qaraciyəri  –  30,0;  yumurta  –  1,5-2,7;  süd  – 
0,3; pendir – 0,5; kartof – 0,6; tərəvəz – 0,3; göy noxud – 0,7; 
çörək – 0,8; yarma – 0,6. 
nsan  orqanizminin  B
3
  vitamininə  gündəlik  tələbatı  10 
mq-dır. Insan bu vitaminə çatışmazlıq hiss etmir. Çünki həmin 
vitamin  bağırsaqlardakı  mikroorqanizmlər  tərəfindən  də  sintez 
olunur və mənimsənilir. 
H vitamini – biotin (antiseboreya). Mayaların inkişafına 
və bir çox mikroorqanizmlərə təsir edir. Çatışmadıqda dəri xəs-
təliyi  (dermatit)  və  tüklərin  tökülməsi  müşahidə  edilir.  Orqa-
nizmdə gedən yağ mübadiləsində iştirak edir. 
 
48
Biotin suda yaxşı, spirtdə zəif həll olan iynəvarı kristallik 
maddədir.  O,  yağ  turşularının  sintezinin  aralıq  mərhələlərində 
iştirak edən fermentlər sisteminin kofermentidir. Oksigen mole-
kulunun təsirinə qarşı davamlıdır, lakin qeyri-üzvi turşuların və 
qələvilərin təsirindən parçalanır. 
Biotin  həm  bitki  və  həm  də  heyvanat  mənşəli  məhsul-
larda  var.  Ərzaq  məhsullarının  100  q-da  mkq-la  biotinin  miq-
darı belədir: malın qaraciyəri – 200; ət – 5; toyuq yumurtası – 
9; süd – 5; çörək – 2-5; düyü – 12; gül kələm – 17; tərəvəzlər – 
2-4; kartof – 0,5-1. 
nsanın bu vitaminə gündəlik tələbi 150-200 mkq-dır. 
 
YAĞDA  HƏLLOLAN  V TAM NLƏ
 
A  vitamini (retinol, akseroftol). Bu qrupa daxil olan iki 
vitamin  məlumdur:  A
1
  və  A
2
.  Bunlar  biri  digərindən  fiziki-
kimyəvi  xassəsinə  və  fəallığına  görə  fərqlənir.  A
1
  vitamini 
(retinol)  biratomlu  doymamış  tsiklik  spirtdir  (C
20
H
29
OH). 
Normal şəraitdə açıq sarı rəngli kristallik maddədir. 63-64
0
C-də 
ə
riyir. A
1
 vitamini molekulunda 
β
 - ionon halqası və iki ədəd 
izopren (metilbutadien) qalığı vardır. Şirin su hövzələrində ya-
ş
ayan  balıqların  yağında  bioloji  təsirinə  görə  retinola  oxşayan 
bir  maddə  tapılmışdır.  Fəallığı  A
1
  vitaminin  40%-i  qədərdir. 
Molekulunda  bir  ədəd  artıq  ikiqat  rabitə  olduğundan  de-
hidroretinol – A
2
 vitamini – C
20
H
27
OH adlanır. 
A vitamini çatışmadıqda böyüməkdə olan orqanizm inki-
ş
afdan  qalır,  dəri  və  selikli  qişalar  quruyur,  dərinin  qabıqlan-
ması və ümumi arıqlama müşahidə edilir. Erkən meydana çıxan 
ə
lamətlərdən biri toyuq və ya gecə korluğudur (hemeraqoniya). 
Bu  vitamin  çatışmadıqda  orqanizmin  infeksion  xəstəliklərə 
qarşı müqaviməti zəifləyir. Normal halda insan qanında 60-165 
mkq%-ə  qədər  karotin  (provitamin  A)  olur.  A  hipovitaminozu 
zamanı karotinin miqdarı kəskin surətdə azalır. 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə