Microsoft Word Yeyil-n-bitkil-rin-m-alic-vi-xass-l-ri doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə10/116
tarix26.03.2018
ölçüsü4,51 Kb.
#34566
1   ...   6   7   8   9   10   11   12   13   ...   116

 
37
yağlarının  bir  hissəsi  uçur,  lakin  saxlanılma  dövrünün  əvvə-
lində yetişmə getdiyindən efir yağlarının miqdarı artır. 
Ə
tirli-ədviyyə  bitkilərinin  tərkibində  efir  yağları,  qlüko-
zidlər,  alkaloidlər,  boya  maddələri,  fitonsidlər  və  s.  maddələr 
vardır. Bəzi ətirli-ədviyyə bitkiləri vitaminlə zəngindir. Qırmızı 
istiotun  tərkibində  9-12  mq%  provitamin  A  (karotin)  və  380 
mq%-ə qədər C vitamini vardır. Qıtıqotunun tərkibində isə 100-
250 mq% C vitamini vardır. Bir çox ədviyyələr fitonsid xassəyə 
malik  olmaqla  antiseptik  maddə  adlanır,  çünki  onların  qidada 
olması  mikroorqanizmlərin  həyat  fəaliyyətini  dayandırır  və  ya 
tamamilə  məhv  edir.  Zirə,  cirə  və  şüyüd  qidanın  həzmində 
zərərli qıcqırmaların qarşısını alır.  
Liqnin  və  kutin  təbiətinə  görə  ətirli  maddələrə  daha 
yaxındır. Meyvə-tərəvəzdə liqnin toplanması, onların keyfiyyə-
tinə mənfi təsir göstərir. Liqnin, əsasən armud və heyvada olur. 
Adi  şəraitdə  liqnin  daşlaşmış  xırda  toxumalardan  ibarətdir. 
Armud  yetişdikcə  tərkibindəki  liqnin  azalır.  Kutin  isə  muma-
bənzər maddədir. Meyvə qabığında rast gəlinir və onları xarici 
təsirlərdən qoruyur. 
 
SAPON NLƏ
 
Saponinlər sabun kimi su ilə çalxalandıqda davamlı köpük 
ə
mələ  gətirən  qlikozidlərdir.  Bu  xassə  onların  adlarını  təyin 
etmişdir («sapo»  latınca  sabun deməkdir). Saponinlərin  aqlikonu 
sapogenin
 adlanır. Sapogeninlər iki müxtəliflikdə olur: steroid və 
triterpenoid  sapogeninlər.  Bu  qrup  saponinlərin  kimyəvi  qurulu-
ş
undan  asılı olaraq  tibbdə müxtəlif  tətbiq sahələri  vardır.  Əsasən 
saponinlərdən bəlğəmgətirici, nadir hallarda isə sidikqovucu vasitə 
kimi istifadə olunur. 
Son zamanlar bəzi saponinlərin skleroza qarşı təsiri müəy-
yən edilmişdir. Bitkilərdə olan saponinlər müalicəvi dozada daxilə 
qəbul  edildikdə  zəhərli  deyil.  Lakin  qan  damarlarına  yeritmək 
üçün  saponinlər  yaramır,  çünki  onlar  hemolizə  səbəb  olur. 
 
38
Saponinlər eritrositlərin və hemoqlobinin qılafını qırır (dağıdır) və 
onlar qanın zərdabına keçir. 
Saponinlərin su ilə köpükəmələgətirmə xassəsindən bəzi 
spirtsiz içkilərin hazırlanmasında istifadə olunur. 
 
LAKTONLAR 
 
Laktonlar  oksiturşulardan  əmələ  gələn  maddələrdir.  Son 
zamanlar  laktonların  dərman  kimi  əhəmiyyəti  itmişdir.  Oksi-
qəhvə  turşusunun  laktonu  kumarin  adlanır.  Bunun  törəməsi 
fotosensibilizə  (günəş  şüalarına  qarşı  orqanizmin  hissiyyatını 
artırmaq)  xassəsinə  malikdir.  Eyni  zamanda  kumarinlər  qanın 
tərkibinə  təsir  edir,  orqanizmdəki  şişlərə  qarşı  fəallıq  yaradır. 
Kumarinlər bitkilərdə qlikozid formasında olur.  
 
V TAM NLƏ
 
Meyvə-tərəvəz  orqanizm  üçün  vitaminlərlə  zəngin  olan 
məhsul  sayılır.  Orqanizmin  vitaminlərə  olan  tələbatını  meyvə-
tərəvəz  ödəyir.  Onlar  müxtəlif  vitaminlərin  mənbəyidir. 
Meyvə-tərəvəzdə B qrupu vitaminləri, C, PP, K kimi vitaminlər 
çoxluq təşkil edir. 
lk  dəfə  vitamin  polyak  alimi  K.Funk  tərəfindən  kəşf 
edilmişdir.  O,  düyü  kəpəyindən  beri-beri  xəstəliyinə  müalicəvi 
təsir göstərən bir maddə aldı. O zamanlar düyü kəpəyindən alınan 
və beri-beri xəstəliyinin müalicəsində işlədilən kristallik maddənin 
kimyəvi  analizi  onun  tərkibində  amin  (-NH
2-
)  qrupları  olduğunu 
təsdiq etdi. Bu maddənin həyat üçün müstəsna dərəcədə əhəmiy-
yətini və onun tərkibində amin qruplarının olmasını əsas götürərək 
K.Funk  1912-ci  ildə  həmin  maddəyə  «vitamin»  adı  verilməsini 
təklif etmişdi. Lüğəti mənası həyat vitamini (latınca vita – həyat, 
vitamin  -  həyatvitamini)  deməkdir.  K.Funk  öz  müşahidələrinə 
ə
saslanaraq  belə  nəticəyə  gəlir  ki,  skorbut,  beri-beri  və  pellaqra 


 
39
kimi  xəstəliklər  də  ərzaq  məhsullarında  həyat  üçün  zəruri  olan 
birləşmələrin çatışmazlığı üzündən baş verir. 
Hazırda 40-dan çox vitamin və vitaminəbənzər maddələr 
məlumdur. Onların kimyəvi tərkibinin və quruluşunun öyrənil-
məsi sayəsində müəyyən edilmişdir ki, heç də bütün vitaminlə-
rin  tərkibində  azot  (amin  qrupu)  yoxdur.  Lakin  «vitamin»  ter-
mini elmə möhkəm daxil olmuş və onu başqa cür adlandırmaq 
olmaz. 
Vitaminlər  insanların  qidalanmasında  əsas  qida  maddə-
lərinə (karbohidrat, yağ, zülal və mineral maddələr) nisbətən cüzi 
miqdarda  tələb  olunan,  müxtəlif  kimyəvi  tərkibə  və  quruluşa 
malik üzvi birləşmələr qrupudur. Vitaminlər, əsasən bitkilər, mik-
roblar  və  qismən  heyvanlar  tərəfindən  sintez  olunan  bioloji  fəal 
maddələrdir. Orqanizmin həyat fəaliyyəti və maddələr mübadilə-
sinin normal getməsi üçün vitaminlərin olduqca böyük əhəmiyyəti 
var. 
Orqanizmin  infeksion  xəstəliklərə  qarşı  müqavimətinin 
artırılmasında  vitaminlərin  əhəmiyyəti  böyükdür.  Ona  görə  də 
vitaminlərin  qəbul  edilməməsi  nəticəsində  orqanizmin  normal 
boyatması, inkişafı pozulur, müxtəlif xəstəliklərin və infeksiya-
ların  təsirinə  qarşı  davamsız  olur,  sinir,  əzələ  və  digər  toxu-
maları zəifləyir. Vitaminlər orqanizmdə zülal, yağ, karbohidrat, 
su  və  mineral  maddələr  mübadiləsini,  oksidləşmə-reduksiya 
proseslərini  nizamlayır  və  maddələr  mübadiləsinə  ümumi təsir 
göstərir. Hər bir vitaminin orqanizmdəki rolu spesifikdir. 
Vitaminlər  latın  əlifbasının  böyük  hərfi  ilə  işarə  edilir, 
kimyəvi tərkibinin və fizioloji təsirinin xarakterinə görə adlan-
dırılır.  1956-cı  ildə  vitaminlər  üçün  vahid  təsnifat  qəbul  edil-
mişdir. 
Vitaminlər  suda  və  yağda  həll  olmasına  görə  2  qrupa 
bölünür: 
1.
  Suda  həllolan  vitaminlərə  B
1
,  B
2
,  B
3
,  B
6
,  B
9
,  B
12

B
15
, H, PP, C, P, və digərləri aiddir. 
 
40
2.
  Yağda həllolanlara isə A, D, E, K vitaminləri aid-
dir. 
Vitaminlərin  belə  qruplaşdırılması  şərti  xarakter  daşıyır, 
çünki  yağda həll olan K vitamininin analoqu olan K
3
 vitamini 
(vikasol)  suda  həll  olur,  suda  həll  olan  paraaminobenzoy 
turşusu (PAB) isə yağda da həll olur. 
Ə
sas vitaminlərlə yanaşı yeyinti məhsullarında vitaminə-
bənzər  maddələrdən  inozit,  paraaminobenzoy,  orot  və  lipoy 
turşuları,  xolin,  karnitin (B
t
  vitamini),  U  vitamini,  ubixinon,  F 
vitamini - polidoymamış yağ turşuları (linol, linolen, araxidon) 
da  vardır.  Bu  maddələr  vitaminlərə  xas  olan  bütün  xassələrə 
malik  olmasa  da  gündəlik  qidanın  tərkibinə  mütləq  daxil  edil-
məlidir. 
 
SUDA  HƏLLOLAN  V TAM NLƏ
 
B
1
  vitamini  tiamin  xlorid  və  ya  antinevrit 
(
O
H
SCl
ON
H
C
2
2
4
18
12

).  Tərkibində  kükürd  və  amin  qrupu 
vardır. Bu vitamin birinci kəşf edilmişdir. Qidada çatışmadıqda 
ə
zələ zəifliyi, ürək fəaliyyətinin, su-duz mübadiləsinin və həzm 
sisteminin  pozulması,  iştah  pozğuntusu,  yuxusuzluq,  bədən 
çəkisinin azalması, mərkəzi və periferik sinir sistemində pozun-
tu  müşahidə  edilir.  B
1
  vitamini  piruvatdekarboksilaza  fermen-
tinin (piroüzüm turşusunu parçalayan) tərkibinə daxildir. B
1
 vi-
tamini işığın və havanın təsirindən parçalanmır, turşulara qarşı 
davamlıdır,  qələvi  mühitdə  qızdırıldıqda  parçalanır.  B
1
  vita-
minin  sintetik  preparatları  tiamin-xlorid  və  ya  tiamin-bromid 
şə
klində olur. 
B
1
 vitaminin çatışmazlığı həddindən artıq rafinadlaşdırıl-
mış yeyinti məhsulları ilə qidalandıqda hiss olunur. B
1
 vitamini 
ə
n çox düyü kəpəyində  və dənli bitkilərin aleyron təbəqəsində 
olur. 
Çörək  bişirmək  üçün  istifadə  olunan  əla  və  birinci  sort 
buğda  unlarını  bəzən  B
1
  vitamini  ilə  vitaminləşdirirlər.  B
1
 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə