Microsoft Word Yeyil-n-bitkil-rin-m-alic-vi-xass-l-ri doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə20/116
tarix26.03.2018
ölçüsü4,51 Kb.
#34566
1   ...   16   17   18   19   20   21   22   23   ...   116

 
77
Qarabaşaqdan  adi  və  tezbişən  yarma,  xırda  yarma  (pro-
del) və qarabaşaq unu hazırlanır. 
Tarixdən məlumdur ki, monqollar və hunlar ət yeməkləri 
ilə  yanaşı  qarabaşaq  sıyığı  ilə  də  qidalanmışlar.  Qarabaşaq 
sıyığı  indi  də  pəhriz  qidası  kimi  məşhurdur.  Çünki  onun  tər-
kibində orqanizmdə yaxşı mənimsənilən dəmir, fosfor, kalsium, 
alma və limon turşuları, suda həll olan vitaminlər vardır. Qara-
başaq  yarması  digər  yarmalara  nisbətən  daha  çox  kökəlməyə 
meyilli insanlara məsləhət görülür. 
Qarabaşağın  müalicəvi  xassələri.  Qarabaşağın  çiçək-
ləndiyi vaxt onun otundan sənaye üsulu ilə rutin qlükozidi alı-
nır ki, bu da orqanizmə təsirinə görə P vitamininə oxşayır. Bu 
maddə  kapillyarların  keçiricilik  qabiliyyətini  və  kövrəkliyini 
azaldır.  Bir  qayda  olaraq,  rutini  C  vitamini  ilə  birlikdə  qəbul 
edirlər.  Çünki  belə  halda  qan  damarlarının  divarları  möhkəm-
lənir və bir çox xəstəliklərdə, o cümlədən infeksion, revmatizm, 
hipertoniya  və  şüa  xəstəliklərində  qansızmaların  qarşısı  alınır. 
Qanın yüksək laxtalanmasında rutindən istifadə etmək olmaz. 
Xalq  təbabətində  qarabaşaq  güllərindən  hazırlanan 
tinktura  və  həlimlər  (1:10)  öskürəyi  yumşaldan  və  bəlğəmgə-
tirici  dərman  kimi  istifadə  olunur.  Onu  normasız  çay  kimi 
içmək  olar.  Qarabaşaq  çiçəyindən  və  yarpağından  hazırlanan 
çaydan  bəzi  bölgələrdə  müalicəvi  və  profilaktiki  tədbir  kimi 
aterosklerozda,  xüsusən  də  yüksək  qan  təzyiqi  ilə  müşahidə 
olunduqda içilir.  
Xırdalanmış və ya bütöv qarabaşaq yarpaqları çibanın və 
irinlənmiş  yaraların  üzərinə  qoyulur.  Bunun  müalicəvi  təsiri 
yarpaqlarda  olan  fitonsidlərin  irintörədən  bakteriyaları  məhv 
etməsinə  əsaslanır.  Qarabaşaq  unundan  uşaqlar  üçün  tozvarı 
dərmanlar, eləcə də yumşaldıcı təpitmələr hazırlanır. 
Hər  şeydən  öncə,  qarabaşaq  yarması  qidalı,  fizioloji  cə-
hətdən insan orqanizminə xeyirli məhsul kimi pəhriz qidasında 
geniş miqyasda istifadə olunur. 
 
78
Qarğıdalı  –  Кукуруза,  маис  –  Zea  mays  L.  Taxıllar 
(Gramineae)  fəsiləsinin  Zea  cinsinə  aid  birillik,  birləpəli  və 
saçaqlı  kök  sistemi  olan  Zea  Mays  bitkisidir.  Dənindən  qida 
məhsulları almaq üçün, gövdəsindən və yarpaqlarından silos və 
senaj  kimi  qiymətli  yem  alınmasında  istifadə  olunur.  Vətəni 
Cənubi Amerikadır. Azərbaycana XVII əsrin sonunda gətirilib. 
Dənlərinin  pərdəliliyinə,  xarici  quruluşuna  (formasına, 
səthinə),  endospermdə  olan  nişastanın  və  zülali  maddənin 
miqdarına görə Zea Mays növü 9 yarımnövə bölünür. 
1.
  Bərkdənli qarğıdalı – Z.M.imdurata. 
2.
  Dişşəkilli qarğıdalı – Z.M.indentata. 
3.
  Yarımdişşəkilli qarğıdalı – Z.M.semidentata. 
4.
  Nişastalı qarğıdalı – Z.M.amylacea. 
5.
  Partlayan qarğıdalı – Z.M.everta. 
6.
  Şəkərli qarğıdalı – Z.M.saccharata. 
7.
  Pərdəli qarğıdalı – Z.M.tunicata. 
8.
  Mumvarı qarğıdalı – Z.M.ceratina. 
9.
  Şəkərli-nişastalı  qarğıdalı  –  Z.M.amylacea-
saccharata. 
Qarğıdalı  dəninin  5,2-9%-ni  toxum  qılafı,  6-8%-ni  aley-
ron  qatı,  8-15%-ni  nüvə  (rüşeym),  70-80%-ni  isə  endosperm 
təşkil edir. Qarğıdalının kimyəvi tərkibi onun botaniki qrupun-
dan, becərildiyi şəraitdən və yetişmə dərəcəsindən asılıdır. Qar-
ğ
ıdalının  tərkibində  orta  hesabla  70%  nişasta,  12%  zülali 
maddə, 5,4-6,2% yağ, 1,3-1,5% minerallı maddə, 1,7-1,8% sel-
lüloza,  4,3%-ə  qədər  pentozanlar,  3,5-4,5%  həll  olan  kar-
bohidratlar vardır. 
Qarğıdalının  tərkibində  karotin  (provitamin  A),  B
1
,  B
2

B
6
,  D,  C  vitaminləri,  nikotin  (PP)  və  pantoten  (B
3
)  turşuları 
vardır. 
Qarğıdalı  unundan  bir  çox  ölkələrdə  buğda  unu  ilə 
qarışıq  çörək  bişirilir.  Qənnadı  sənayesində  istifadə  olunur, 
ondan qarğıdalı nişastası və patka hazırlanıb yeyinti məhsulları 
istehsalında  yarımfabrikat  kimi  istifadə  olunur.  Qarğıdalıdan 


 
79
yarma,  qarğıdalı  lopaları,  qızardılmış  qarğıdalı  çöpləri,  part-
lamış  havalı  qarğıdalı  və  digər  məhsullar  hazırlanır.  Qeyd  et-
mək lazımdır ki, qarğıdalı yarmasında digər yarmalardan fərqli 
olaraq D, E vitaminləri və karotin var, lakin qarğıdalı zülalı tam 
dəyərli olmadığından insan orqanizmində pis mənimsənilir. 
Qarğıdalıdan  sənayedə  nişasta,  qlükoza,  spirt,  sirkə  tur-
ş
usu,  zülal  (protein)  və  digər  məhsullar  alınır.  Qarğıdalı  göv-
dəsindən  süni  ipək,  kağız,  ağac  spirti,  süni  kauçuk,  rəng,  lak, 
karton,  plastik  kütlə,  sellüloza,  izolyasiya  materialları  alınır. 
Qarğıdalının tullantılarından qiymətli məhsul olan qlütamin tur-
ş
usu alınır ki, bu da əsəb, ruhi və digər xəstəliklərin müalicəsin-
də  istifadə  olunur.  Qlütamin  turşusu  maddələr  mübadiləsində, 
xüsusən  beynin  və  ürəyin  fəaliyyətində  mühüm  rol  oynayır. 
Eyni  zamanda,  qlütamin  turşusu  qan  əmələgətirən  fol  tur-
ş
usunun (B
c
 vitamini) tərkibinə daxildir. 
Qarğıdalının  müalicəvi  xassələri.  Qarğıdalı  rüşeymin-
dən  əldə  edilən  yağ  yüksəkkeyfiyyətli  bitki  yağı  olub, 
qidalanmada  geniş  istifadə  edilir.  Bu  yağın  müalicəvi  xassəsi 
qanda  xolesterinin  miqdarını  azaldır.  Ona  görə  də  qarğıdalı 
yağından  müalicəvi  və  profilaktiki  vasitə  kimi  aterosklerozda 
istifadə olunur. Bu məqsədlə gündə 75 q-a qədər qarğıdalı yağı 
qəbul etmək məsləhət görülür. 
Qarğıdalı  saçaqları  da  yaxşı  dərman  vasitəsidir.  Bu  sa-
çaqlar  qarğıdalı  qıçaları  yetişdikdə  yığılır  və  qurudulur.  Qar-
ğ
ıdalı saçaqlarında sitostearin, stiqmastearin, efir və piy yağları, 
acı qlükozidlər, saponinlər, C və K vitamini, kamedlər və qat-
ranvarı maddələr vardır. 
Qarğıdalı  saçaqları  XIX  əsrin  yarısından  sidikqovucu 
vasitə və arıqlamaq məqsədilə istifadə olunmağa başlanmışdır. 
Lakin  uzun  müddət  saxlanılmış  saçaqların  sidikqovucu 
xassələri kəskin azalır.  
Müasir  dövrdə  qarğıdalı  saçaqlarının  istifadə  dairəsi  ge-
nişlənmişdir. Ondan qaraciyərin və öd kisəsinin iltihabında, öd 
yollarının, sidik kisəsinin və böyrəklərdəki daşın müalicəsində 
 
80
müvəffəqiyyətlə istifadə olunur. Qarğıdalı ləçəkləri qanın laxta-
lanmasını sürətləndirdiyi üçün, ondan qanaxmalarda da istifadə 
oluna  bilər.  Qarğıdalı  saçaqları  tinktura  və  həlim  formasında 
qəbul edilir. Bu məqsədlə 10 q qarğıdalı saçaqları 300 ml soyuq 
suda  isladılır,  30  dəq  emallı  və  ya  şüşə  qabda  ağzı  örtülü 
olmaqla qaynadılır, soyudulur və hazır həlim 3-4 saatdan bir 1-
3 xörək qaşığı içilir. 
Qovrulub  üyüdülmüş  qarğıdalı  balla  ishala  qarşı  istifadə 
olunur. 
Lərgə, güllücə – Чина  Lathyrus sativus L. Paxlalılar 
(Leguminosales) fəsiləsinə aid olan birillik ot bitkisidir. 50-dən 
artıq  növündən  ən  çox  4  növü  daha  çox  becərilir.  Əmtəəlik 
paxla dəni, əsasən əkilən lərgədən – Lathyrus sativus L. alınır. 
Tərkibində  15-24,4%  zülal,  38-41%  nişasta,  2,2%  yağ,  3,1% 
şə
kərlər, 4,9% sellüloza, 3,0% minerallı maddələr vardır. Kənd 
təsərrüfatında lərgə, əsasən mal-qaranı yemləmək üçün istifadə 
edilir.  Lakin  lərgə  dənindən  digər  paxlalılar  kimi  kulinariyada 
istifadə  olunur.  Azərbaycanda,  əsasən  Lənkəran-Astara  bölgə-
sində becərilir. Hədik, lərgə plov və digər xörəklərin hazırlan-
masında istifadə olunur. Müalicəvi məqsədlə istifadə olunmasa 
da,  tərkibində  zülali  maddələr  çox  olduğundan  qidalı  yeyinti 
məhsulu  kimi  dəyərlidir.  Lakin  podaqra  xəstəliyindən,  bəzi 
böyrək xəstəliyi və sidik yollarının iltihabından əziyyət çəkən-
lərin lərgədən istifadə etmələri məsləhət görülmür. 
Lobya  –  Фасол  –  Phaseolus  vulgaris  L.  Paxlalılar 
(Leguminosales) fəsiləsinə aid olan birillik və çoxillik bitkidir. 
Vətəni  Cənubi  Amerikadır.  150-dən  çox  növündən  20  növü 
becərilir. Bunlardan adi lobya (Phaseolus vulgaris L.) daha çox 
becərilir. Standarta görə lobyanı 3 tipə ayırırlar:  
I tip – ağ lobya,  
II tip – birrəngli lobya,  
III tip – alabəzək lobya.  
Lobyanın  tərkibində  21-28%  zülal,  42,4-50%  nişasta, 
2,0% yağ, 3,8% şəkərlər, 3,8% sellüloza, 3,5% minerallı maddə 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə