Microsoft Word Yeyil-n-bitkil-rin-m-alic-vi-xass-l-ri doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə16/116
tarix26.03.2018
ölçüsü4,51 Kb.
#34566
1   ...   12   13   14   15   16   17   18   19   ...   116

 
61
Ə L   M L Ə R 
 
 Xırdalanmış  bitki  xammalının  üzərinə  qaynanmış  su 
tökülür,  qaynayan  su  hamamına  və  ya  zəif  qızdırıcıda  20-30 
dəqiqə  vam  qaynadılır.  Alınmış  kütləni  10-15  dəqiqə  ərzində 
otaq temperaturuna kimi soyudub süzür və lazımi həcmə çatdır-
maq  məqsədilə  üzərinə  qaynanmış  su  əlavə  edilir.  Tərkibində 
aşı  maddələri  olan  bitkilərdən  hazırlanmış  həlimləri  otaq 
temperaturuna qədər soyutmadan süzmək lazımdır. 
Cövhərlər  və  həlimlər  yay  vaxtı  və  isti  otaqlarda  tez 
xarab  olur.  Odur  ki,  onları  hər  gün  təzə  hazırlamaq  daha  yax-
ş
ıdır. Əgər hər  gün cövhərləri və həlimləri hazırlamaq çətinlik 
yaradarsa,  onda  bunları  qaranlıq  və  sərin  otaqlarda,  lakin  3 
gündən çox olmayaraq saxlamaq olar. 
 
T   N K T U R A 
 
Tinktura (nastoyka) spirtə yatırdılmış heyvan və ya bitki 
xammalından alınan ekstrakt yaxud məhluldur. Tinkturanı 40
0
-
li  və  ya  70
0
-li  spirtdə  hazırlayırlar.  Son  məqamda  tinkturanı 
araq
-da  da  hazırlamaq  olar.  Spirtli  tinkturanı  hazırlamaq  üçün 
xırdalanmış  bitki  xammalını  şüşə  qaba  (banka,  butulka  və  s.) 
qoyub  üzərinə  müvafiq  tündlükdə  spirt  məhlulu  əlavə  edilir, 
ağzı möhkəm bağlanır və otaq temperaturunda 7 gün saxlanılır. 
Ə
ksər  hallarda  1  hissə  xırdalanmış  bitki  xammalına  5  həcm 
hissə  hazır  tinktura  alınması  üçün  spirtli  məhlul  götürülür. 
Məsələn, 20 q bitkiyə 100 ml məhlul götürülməlidir. 
Bir həftədən sonra tinktura cecədən ayrılır, cecə sıxılır və 
cunaya  bükülmüş  pambıqdan  süzülür.  Süzülmüş  tinktura  rən-
gindən  asılı  olmayaraq  şəffaf  olmalıdır.  Spirtli  tinktura  uzun 
müddət  saxlanılmağa  davamlıdır.  Onlar  çox  az  miqdarda, 
adətən damcı hesabı ilə istifadə olunur. 
 
Haşiyə.
Mənim nənəm demək olar ki, xalq həkimi idi. Heç bir 
təhsil  almadığına  baxmayaraq  müəyyən  xəstəlikləri  müalicə  edirdi. 
 
62
Aprel  ayından  başlayaraq  payıza  qədər  müxtəlif  çiçək,  ot  və 
yarpaqlardan  gülab,  nastoy  və  cövhər  çəkərdi.  Qızılgüldən  və 
bədmüşkdən  gülab;  nanə,  söyüd,  şatərə,  kəklikotu,  boymadərən, 
reyhan və digəətirli-ədviyyəli bitkilərdən su buxarı vasitəsilə qovma 
üsulu  ilə  (xüsusi  mey  deyilən  mis  qazanda)  araq  (cövhər)  çəkərdi. 
Ə
gər  evdə  uşaqlardan  birinin  qızdırması,  mədə  pozuntusu,  ürə
ağrısı,  böyrək  ağrısı  və  digər  xəstəliyi  olardısa,  dərhal  hazırladığı 
məmulatdan – «təbii dərmanlar»-dan yarım stəkan uşağa içirərdi və 
səhəri  gün  həmin  xəstə  sağalardı.  Hazırladığı  dərmanların  -  gülab, 
nastoy  və  araqların  butulkalarına  hansı  bitkidən  alındığını  yazdırıb 
yapışdırardı.  Işdi  birdən  həmin  yazı  olmasaydı  butulkanın  ağzını 
burnuna  yaxınlaşdırıb  iylədikdən  sonra  həmin  dərmanın  hansı 
bitkidən alındığını və hansı xəstəliyin dərmanı olduğunu deyərdi.  
 
T O Z V A R I   M Ə H S U L 
 
Xalq  təbabətində  bəzən  bitkilərin  qurudulmuş  təzə 
yarpağından, qabığından və kökündən istifadə olunur. Ona görə 
də,  qurudulmuş  bitki  hissələri  həvəngdəstədə  və  ya  qəhvə-
üyüdəndə  toz  halına  salınır,  ələnir  və  bu  şəkildə  daxilə  qəbul 
edilir  və  yaxud  da  yaraların  üzərinə  səpilmək  üçün  istifadə 
olunur. 
 
Ə L H Ə M 
 
 Müalicəvi bitkilərin tozundan ev şəraitində xalq təbabəti 
reseptləri  əsasında  xaricə  sürtmək  üçün  məlhəm  (maz) 
hazırlanır. Həmin tozvarı məhsulu vazelin, donuz piyi, kərəyağı 
və ya bitki yağı ilə qarışdırırlar. 
Belə  məlhəmi  günəbaxan,  pambıq,  qarğıdalı  və  yaxud 
digər bitki yağlarında hazırlamaq daha məqsədəuyğundur. Çün-
ki heyvan yağında hazırlanan məlhəmlər tez xarab olur. 
 
 
 


 
63
Ç
 
A Y   V Ə   Ç A Y Y I Ğ I M L A R I 
 
Çay  və  çay  yığımları  Belə  çaylar  və  çay  yığımları  tər-
kibcə  bir  və  ya  bir  neçə  doğranmış  və  xırdalanmış  bitki  xam-
mallarından ibarətdir. Bəzi çay yığımları zavod şəraitində və ya 
apteklərdə  bitki  mənşəli  dərman  xammallarının  emalı  nəticə-
sində  hazırlanır.  Belə  çay  yığımlarını,  eləcə  də  apteklərdə  ol-
mayanları müvafiq qurudulmuş bitkilərdən özünüz də hazırlaya 
bilərsiniz.  Bu  məqsədlə  çay  yığımının  tərkibinə  qatılan  xam-
mallar  ayrı-ayrılıqda  xırdalanır.  Yarpaqlar,  otlar  və  bitkilərin 
qabığı xırda doğranılır, bitkinin kökü və kökmeyvəsi xırdalanır, 
toxum  və  meyvələr  elektrik  dəyirmanında  xırdalanır  və  ya 
bütöv  götürülür.  Sonra  çay  yığımının  reseptinə  əsasən  çəki  ilə 
ayrı-ayrı  bitki  xammalı  götürülüb  qarışdırılır,  banka  və  ya  po-
lietilen paketlərə qablaşdırılır. Belə hazırlanmış çay yığımından 
cövhər, həlim və buxara verilmiş digər məhsullar hazırlanır. 
 
Ş
   R Ə 
 
Çox  vaxt  müalicə  və  pəhriz  məqsədilə  bitkilərin,  o 
cümlədən meyvələrin, giləmeyvələrin və tərəvəzlərin şirəsindən 
istifadə olunur. Şirə hazırlamaq üçün tam yetişmiş, xarab olma-
mış  meyvə-giləmeyvələr  götürülür,  yuyulur,  xüsusi  şirəçəkən 
maşınlarda çəkilir. Şirə çəkildikdən sonra meyvə-giləmeyvənin 
tərkibində  olan  qidalı  və  bioloji  fəal  maddələrin  yarıdan  çoxu 
cecənin  tərkibində  qaldığından,  onun  üzərinə  bir  qədər  qayna-
dılıb-soyudulmuş  su  əlavə  edilib  yenidən  süzülür.  Bəzi  gilə-
meyvələrdən (qara qarağat, moruq və s.) şirə çəkmək bir qədər 
çətinlik yaradır. Odur ki, əzilmiş kütlənin 1 kq-na 1 stəkan he-
sabı ilə su əlavə edilir, emallı qazanda 60
0
C-yə qədər qızdırılır 
və sıx parçadan sıxılıb şirəsi ayrılır. 
Almadan şirə çəkdikdən sonra yerdə qalan cecəyə su əla-
və  edilib  (1  kq  almadan  alınan  cecəyə  1  litr  su  hesabı  ilə) 
qaynayana qədər qızdırılır, otaq temperaturuna qədər soyudulur 
 
64
(bəzən 12-14 saat saxlanılıb, sonra süzülür), ikiqat cunadan sü-
zülür  və  dada  görə  şəkər  əlavə  olunub  kompot  kimi  süfrəyə 
verilir. 
Yerköküdən  şirə  çəkildikdən  sonra  yerdə  qalan  cecədə 
yerkökünün  tərkibindəki  karotinin  55-60%-i,  C  və  B  qrupu 
vitaminlərinin  40-45%-i,  karbohidratların  30-35%-i  qalır. 
Həmin  cecədən  yerkökü  piroqu  və  ya  yerkökü  ilə  kəsmik 
kotletləri hazırlamaq olar. 
Yerkökü  piroqu  hazırlamaq  üçün:  un  –  1,5  stakan;  toz-
şə
kər – 1 stakan, yumurta – 3 ədəd, marqarin və ya kərəyağı – 
200 q, yerkökü cecəsi – 1 stakan, qabartma tozu – 1 paçka (və 
ya soda – 0,5 çay qaşığı). 
Yumurta  toz-şəkərlə  çalınır,  üzərinə  soda,  yerkökü  ce-
cəsi, yumşaldılmış yağ əlavə edilib qarışdırılır, un tökülüb qatı 
xama  şəklində  xəmir  hazırlanır.  Xəmir  yağlanıb  un  səpilmiş 
formda  vam  istilikdə  30-35  dəq  ərzində  bişirilir.  Piroq  soyu-
duqdan  sonra  formadan  çıxarılır,  səthinə  şəkər  kirşanı  səpilir. 
Istəsəniz, piroqu üfüqi şəkildə kəsib aralarına və üstünə xamalı 
krem  (200  q  xamaya  0,5  stakan  şəkər)  çəkə  bilərsiniz.  Səthini 
qoz və ya şokolad ovuntusu ilə bəzəmək olar. 
Yerkökü ilə kəsmik kotleti hazırlamaq üçün: 1 kq yerkö-
küdən şirə çəkdikdən sonra qalan cecəyə 200 q kəsmik, 2 ədəd 
yumurta,  2  çay  qaşığı  un,  dada  görə  duz  və  istiot  əlavə  edib 
ciddi qarışdırılır. Alınmış kütlədən xırda dairəvi kotletlər hazır-
lanıb, unda urvalanır və bitki yağında vam istilikdə hər iki üzü 
qızardılır.  Süfrəyə  verdikdə  üstünə  1-2  çay  qaşığı  xama  əlavə 
etmək olar. 
 
 
 
 
 
 
 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə