93
(həmçinin, kal meyvələri) bəzi xörəklərin hazırlanmasında
istifadə edilir ki, nəticədə hazır xörək turşməzə dadlı olur. Çə-
yirdəyində yağ vardır, lakin ondan təcrübi olaraq hələlik isti-
fadə edilmir.
Xalq təbabətində alça lavaşanası sinqaya qarşı tətbiq
olunur. Boğaz ağrısında alça ekstraktından istifadə edilir. Al-
çanın qabıq hissəsindən alınan qatran öskürəyi zəiflətmək
məqsədilə işlədilir.
Alçadan kompot, dadlı şərbətlər, mürəbbə, cem, alça şi-
rəsindən spirtsiz içkilər, şərab və nalivka (meyvə şirəsindən ha-
zırlanan spirtli içki) hazırlanır. Tərkibində pektinli maddə nis-
bətən çox olduğundan alçadan ətirli və davamlı jele alınır.
Alçadan tamlı qatmalar – alça məti, alça pastası (Şəkidə bu
məhsul «coo» adlanır), lavaşana, alçaşərab (Gürcüstanda
tkemali sousu) hazırlanır.
Azərbaycanın bəzi bölgələrində yabanı alçanın püre-
sindən alınan qatı alça turşusunu «palçıq turşu» adlandırırlar.
Xörəyə «palçıq turşusu» əlavə edilir – dedikdə adama pis təsir
edir. Axı, palçıq bataqlıqdakı sulu torpağa da deyilir. Yaxşı olar
ki, alça pastası, turş alça püresi və sadəcə coo adlandırılsın.
Lavaşana hazırlamaq üçün alçadan alınan püre bir qədər
qatılaşana qədər qaynadılır, sonra yastı qaba (mis məcməyi,
sini, emallı dövrəyə) tökülüb gün altında qurudulur.
Alçanın müalicəvi xassələri. Xalq təbabətində lava-
ş
anadan sinqa xəstəliyinə qarşı istifadə edirlər. Alça şirəsinin
kamfora ilə qarışığından gec sağalan yaralara islatma qoyulur.
Alça həlimindən və tinkturasından öskürəyə və boğaz ağrılarına
qarşı istifadə olunur. Azərbaycanın bəzi bölgələrində alça
ağacının qabığında toplanan kamedlər çeynənilərək öskürək
tutmalarının yumşaldılmasında istifadə olunur.
Alma – Яблоня домашняя – Malus domestica Borkh.
Alma Gülçiçəklilər (Rosaceae) fəsiləsindən olub, 30-dan çox
növü vardır. Yabanı formalardan meşə, Şərq, Sibir, Çin və ya
94
gavalıyarpaq alma növləri daha çox yayılmışdır. Azərbaycanda,
ə
sasən Şərq alması bitir. Vətəni Kiçik Asiyadır.
Böyük və Kiçik Qafqaz sıra dağlarının, həmçinin, Talış
dağlarının meşələrində alma ağacları çoxdur. Bunlar meşə
ağacları içərisində ya qarışıq və ya da xalis almalıqlar şəklində
bitir. El arasında «almalıq» adı ilə tanınmış bir neçə meşə
sahələri vardır.
Yabanı alma aprelin axırı, mayın əvvəllərində çiçəkləyir.
Eyni zamanda, yarpaqlar da əmələ gəlir. Meyvəsi sentyabrın
sonu, oktyabrın əvvəllərində yetişir. Ağacı 5-10 yaşından mey-
və verir. Alma çarpaz tozlandığından yabanı almaların müxtəlif
formaları vardır. Əsasən yumru, yastı-yumru, yumurtavarı və
başqa formalarda olur. Yabanı almanın diametrə görə ölçüsü
orta hesabla 2 sm-dir (1-dən 2,5 sm-ə qədər). Iri ağaclar orta
hesabla 30-50, bəzən isə 100 kq-a qədər məhsul verir. Mey-
vələri yaşıl, ağ-sarımtıl, qırmızı və ya qarışıq, əsasən də yaşıl-
sarı rəngdə olur. Əsas rəngdən başqa, üzərlərində qırmızı yanaq
və ya xətlər olur. Qabığının altında müxtəlif rəngli xallar,
nöqtələr ola bilər. Dad və ətrinə görə müxtəlif formalar bir-
birindən fərqlənir. Dadı turşa-şirin, ətirlidir. Ətliyi bərk, tam
yetişdikdə isə yumşaq və pürevarı olur. Meyvə yuvacığında bir
neçə arakəsmələr var. Onların hərəsində bozumtul-qəhvəyi
rəngli bir toxum yerləşir.
Almanın tərkibində orta hesabla 6,5-11,8% fruktoza, 2,5-
5,5% qlükoza, 1,5-5,3% saxaroza, 0,2-0,7% azotlu maddə,
1,05-1,49% pektin maddəsi, 0,02-0,2% aşı maddəsi, 0,9%
sellüloza, 0,5-1,0% pentozan, 0,2-0,4% mineral maddə və 0,2-
0,6% üzvi turşu, eyni zamanda 20-40 mq% C vitamini və az
miqdarda B
1
, B
2
və PP vitaminləri də olur.
Yabanı almanın tərkibində 7-14% şəkər (fruktoza, qlü-
koza, saxaroza), 2,4% üzvi turşu (alma, şərab, limon və s.), 3%-
dən çox pektinli maddə, 30-80 mq% C, B
1
, B
2
vitaminləri, ka-
rotin (provitamin A), aşılayıcı maddələr, dəmir, fosfor və kal-
sium duzları, toxumunda isə 23-33% yağ vardır. Üzvi turşuların
95
çox olması yabanı almadan təzə halda istifadəni məhdud-
laşdırır. Lakin uzun müddət saxladıqda biokimyəvi proseslər
nəticəsində dadı yaxşılaşır.
Yabanı almadan şirə, kvas, şərbət, ekstrakt, mürəbbə, po-
vidlo və həmçinin, meyvə-giləmeyvə şərabları (məsələn, sidr)
hazırlanır. Tərkibində pektinli maddə çox olduğu üçün onu
marmelad, pastila və jele istehsalında qiymətli xammal kimi
istifadə edirlər. Yabanı alma qurusu çay və qəhvə içkilərində də
işlədilir.
Almanın oduncağının rəngi və forması gözəl olduğundan
böyük təsərrüfat əhəmiyyəti vardır. Alma, həmçinin, bahar
fəslində bol nektar verən bal bitkisi də hesab edilir.
Almanın müalicəvi xassələri. Alma təzə və emaledilmiş
şə
kildə yeyilir. Isladılmış və sirkəyə qoyulmuş alma çox dadlı-
tamlı məhsuldur. Almadan kompot, püre, mürəbbə, povidlo,
pastila, marmelad, sirkə, kvas, sidr və şərab hazırlanır.
Yabanı alma xalq təbabətində geniş tətbiq olunur. Ondan
mədə-bağırsaq xəstəliklərinə, qanazlığına və başqa xəstəliklərə
qarşı istifadə edilir. Bişirilmiş alma və ya onun çayı soyuqdəy-
məyə və öskürəyə qarşı effektli dərmandır.
Tərkibində pektinli maddə çox olduğundan təzə alma
püresi ishala qarşı ən yaxşı vasitədir. Təzə alma püresi ilə
uşaqlarda xroniki kolit və digər bağırsaq xəstəlikləri, Qafqazın
xalq təbabətində isə alma şirəsi və sidr içkisi ilə mədə-bağırsaq
xəstəlikləri müalicə olunur. Almanın müalicəvi xassəsi onun
antimikrob və antiseptik xassələri ilə izah edilir.
Almanın tərkibindəki fitonsid xassəli maddə ondan ba-
ğ
ırsaq xəstəliklərinin müalicəsində istifadə etməyə imkan verir.
Lakin, bu zaman almanın şirin sortlarından istifadə etmək daha
yaxşıdır, çünki turş almalar bağırsağın arzuolunmaz peristal-
tikasını artırır.
Alma ürək-damar xəstəliklərində faydalıdır. Almanın az
kaloriliyi ondan kökəlməyə qarşı pəhrizlərdə qiymətli və
keyfiyyətli məhsul kimi istifadə olunur. Bu məqsədlə həkimlər
96
həftədə bir dəfə yüngülləşdirici alma günü (gündə 1,5-2 kq
almanı bərabər hissələrə bölüb, 5-6 dəfəyə yemək) təyin edirlər.
Almanı əqli əməklə məşğul olan və digər az hərəkətdə olan
insanlar üçün də hər gün qəbul etmək məsləhət görülür.
Almada az da olsa, C vitamini vardır. Lakin Anton, Ağ
naliv, Titovka və digər orta zonada yetişən alma sortları vi-
taminlik cəhətdən daha üstündür. Lakin uzun müddət sax-
ladıqda almada C vitamini azalır. Məsələn, Anton almasını 100
gün saxladıqda C vitamininin miqdarı ilk miqdardan 28%-ə
qədər azalır. Konservləşdirilmiş almada və alma kompotunda C
vitamini uzun müddət yaxşı qalır. Iki il saxlanılmış alma
kompotunda C vitamini 70% qorunub saxlanmışdır.
C və P vitaminləri ateroskleroz və hipertoniya xəstə-
liklərində orqanizmə yaxşı təsir göstərir. Lakin bu vitaminlər
Kulon-Çin, Naliv, Renet, Qızıl-Əhməd və Qəndil-Sinap al-
malarında lazımi qədərdir. Bəzi sort almalarla alma pəhrizi apa-
rıldıqda başağrıları azalır, qantəzyiqi aşağı düşür, başgi-
cəllənmə və başda səs-küy azalır. Xalq təbabətində almanın
yabanı sortlarından da istifadə olunur.
Alma qanazlığında da faydalıdır. 100 ml alma şirəsinə 2
mq dəmir həbi əlavə etdikdə dəmir-turş alma ekstraktı alınır ki,
bundan da qanazlığının müalicəsində istifadə olunur.
Çiy, bütöv bişirilmiş almadan sidikqovucu kimi və şişlərə
qarşı istifadə olunur. Alma həlimi və ya çayı öskürəyi yum-
ş
aldır. Almada olan kalium duzları və tanin orqanizmdə sidik
turşusunun əmələ gəlməsini ləngidir. Ona görə də, almadan
hazırlanmış həlim və çaylar podaqra və böyrəkdaşı xəstəlik-
lərindən əziyyət çəkənlər üçün çox faydalıdır. Alma qabığından
hazırlanmış çay sakitləşdirici vasitə kimi, eyni zamanda kö-
kəlməyə qarşı da istifadə edilir.
Almadan xalq təbabətində xaricdə olan yaralara qarşı
istifadə edirlər. Bu məqsədlə təzə alma dilimləri və təzə alma
püresi yanıqlarda, donmuş əl və ayaqlarda və uzun müddət sa-
ğ
almayan yaralara yaxırlar. Dodağın çatlaması, döş uclarının
Dostları ilə paylaş: |