Microsoft Word Yeyil-n-bitkil-rin-m-alic-vi-xass-l-ri doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə3/116
tarix26.03.2018
ölçüsü4,51 Kb.
#34566
1   2   3   4   5   6   7   8   9   ...   116

 
9
hər  kq-da  10  mq,  uşaqlarda  isə  50  mq-dır.  Qidalanma  üçün 
kalsiumun  yüksək  keyfiyyətli  mənbəyi  süddür.  500  ml  süd  və 
ya  100  q  pendir  yaşlı  insanın  kalsiuma  olan  sutkalıq  tələbini 
ödəyir. 
Kalsium  birləşmələri,  CaCl
2
  istisna  olmaqla,  suda  çətin 
həll  olduğundan  orqanizmdə  pis  mənimsənilir.  Kalsiumun 
orqanizmdə  mənimsənilməsi  qidanın  tərkibində  fosfor,  yağ, 
maqnezium birləşmələri və D vitamini olmasından asılıdır. 
Ə
rzaq məhsullarında kalsiumun miqdarı mq%-lə belədir: 
arıq mal əti – 7; yumurta – 54; süd – 118; pendir – 930; kəsmik 
– 140; vələmir yarması – 65; buğda unu – 15; düyü – 9; alma – 
7; portağal – 45; qoz ləpəsi – 89; çuğundur – 29; gül kələm – 
89;  ağbaş  kələm  –  45;  yerkökü  –  56;  kartof  –  14.  Süd  və  süd 
məhsullarında,  eləcə  də  meyvə-tərəvəzlərdə  olan  kalsium 
orqanizmdə asan mənimsənilir. 
Maqnezium  (Mg)  orqanizmdə  gedən  fermentativ  pro-
seslərdə iştirak edir. Sinir və əzələ sisteminin normal fəaliyyəti 
üçün  vacib  hesab  edilir.  Maqneziumun  miqdarı  orqanizmdə 
kalsiumdan  30-35  dəfə  azdır.  Ərzaq  məhsullarında  maqneziu-
mun  miqdarı  mq%-lə  belədir:  lobya  –  139;  vələmir  yarması  – 
133; noxud – 107; darı yarması – 87; buğda çörəyi – 30; kartof 
– 28; yerkökü – 21; ağbaş kələm – 12; alma – 8; limon – 7; mal 
ə
ti – 15; yumurta – 11; süd – 12. 
Fosfor  (P)  –  kalsium  kimi  sümüyün  tərkibində  rast 
gəlinir.  O,  həmçinin  sinir  toxumalarında  da  olur.  Karbohidrat, 
zülal və yağların həzmində iştirak edir. Fosforun əsas mənbəyi 
heyvanat mənşəli ərzaq  məhsulları hesab edilir.  Lakin taxıl və 
paxlalı bitkilərin tərkibində də fosfor vardır. Heyvanat mənşəli 
məhsullardakı fosfor orqanizmdə 95%, bitki mənşəli məhsullar-
dakı  isə  55-60%  mənimsənilir.  Fosforun  mənimsənilməsi  kal-
siumun mənimsənilməsindən, qidanın tərkibindəki zülalın miq-
darından və digər amillərdən asılıdır. Fosforun miqdarı mq%-lə 
belədir: Hollandiya pendiri – 544; lobya – 541; ərgin pendiri – 
470; vələmir yarması – 360; malın qaraciyəri – 342 və s. 
 
10
Natrium  (Na)  –  bütün  ərzaq  məhsullarında  var.  Əsas 
mənbəyi  xörək  duzudur.  Natrium  maddələr  mübadiləsində 
iştirak  edir  və  toxumalarda  osmotik  təzyiqi  müəyyən  normada 
saxlayır.  Orqanizmin  fizioloji  funksiyalarının  normallığını 
təmin etmək üçün insan hər gün bütün yeməklərlə birlikdə 10-
15  q  xörək  duzu  qəbul  etməlidir.  Xörək  duzunun  tərkibindəki 
xlor mədə şirəsinin tərkibinə daxil olan duz turşusunun alınma-
sında iştirak edir və tripsin fermentinin təsiri ilə qidanın tərki-
bindəki  zülalın  parçalanmasına  səbəb  olur.  Ərzaq  məhsulla-
rında natriumun miqdarı mq%-lə belədir: çovdar çörəyi – 701; 
düyü – 25; kartof – 21; pendir – 606; alma – 11; mal əti – 84; 
yumurta – 143; inək südü – 51. 
Kalium  (K)  –  toxumalardakı  suyun  miqdarını  nizama 
salır  və  ürəyin  işini  yaxşılaşdırır.  Toxumalarda  kaliumun 
mübadiləsi son dərəcə sürətlə  gedir.  Bitki mənşəli məhsulların 
külündə  kaliumun  miqdarı  bəzən  50%-dən  çox  olur.  Ərzaq 
məhsullarında kaliumun miqdarı mq%-lə belədir: çovdar çörəyi 
– 227; buğda çörəyi – 208; lobya – 1144; kartof – 429; yerkökü 
– 284; kələm – 247; ərik qurusu – 1780; mal əti – 338; yumurta 
– 140; balıq – 162; inək südü – 143; pendir – 89; alma – 248. 
Dəmir (Fe) – qan hemoqlobininin tərkibində və əzələlər-
də rast gəlinir. Ən çox heyvanat mənşəli məhsulların və meyvə-
tərəvəzlərin  tərkibində  olur.  Insan  orqanizmində  olan  dəmirin 
yarıdan  çoxu  qan  hemoqlobininin  tərkibindədir.  Insan  qida-
sında  dəmir  çatışmadıqda  alimentar  anemiya  (qida  anemiyası) 
baş verir. 
Ə
rzaq  məhsullarında  dəmirin  miqdarı  mq%-lə  belədir: 
çovdar çörəyi – 3,0; buğda çörəyi – 1,6; lobya – 7,9; soya unu – 
7,7; kartof – 0,9; yerkökü – 0,6; kələm – 1,3; alma – 2,0; üzüm 
– 0,9; qaraciyər – 8,4; mal əti – 3,0; yumurta – 3,0. 
Kükürd  (S) – zülalların tərkibində olur. Proteinoidlərin 
tərkibində  kükürdün  miqdarı  başqa  zülallara  nisbətən  daha 
çoxdur.  Taxıl,  paxlalılar,  süd  məhsulları,  balıq  və  yumurtada 
kükürd  vardır.  Metionin  və  sistein  aminturşuların  tərkibində 


 
11
olduğu üçün onların tərkibindəki çevrilmələrdə iştirak edir. B
1
 
vitamininin, insulinin və digər birləşmələrin əmələ gəlməsində 
iştirak  edir.  Orqanizmdə  oksidləşdikdə  sulfat  turşusunun  duz-
ları şəklində orqanizmdən sidiklə ifraz olunur. Gündəlik tələbat 
1 qramdır. 
Yod (J) – 70 kq ağırlığında sağlam insanın orqanizmində 
təxminən  25  mq-dır.  Bir  gün  ərzində  qalxanabənzər  vəzidən 
qana 100-300 mkq-a qədər hormonal yod keçir.  nsan qidasında 
yodun  çatışmazlığı  endemik  ur  (zob)  xəstəliyinin  əmələ  gəl-
məsinə  səbəb  olur.  Yod  balıqda  (5-8  mkq%),  dəniz  suyunda, 
feyxoada  (390  mkq%),  dəniz  kələmində,  balıq  yağında  vardır. 
Hazırda  suyunda  yod  çatışmayan  rayonların  əhalisi  üçün 
yodlaşdırılmış duz hazırlanır. 1 ton duza 60 q kalium-yodit əla-
və  edilir  ki,  həmin  duz  vasitəsilə  insan  sutkada  200  mkq  yod 
qəbul edir. Sutkalıq tələbat insanın əməyindən və həyat tərzin-
dən asılı olaraq 100-260 mkq-dır. 
Mikroelementlər  yeyinti  məhsullarında  cüzi  miqdarda 
vardır və bunların miqdarı mikroqram və ya qamma ilə göstəri-
lir. Mikroelementlərin də orqanizm üçün çox böyük əhəmiyyəti 
vardır.  Belə  ki,  Cu  və  Co  qanın  əmələ  gəlməsində,  F  və  Mn 
dişlərin formalaşmasında iştirak edir. 
Tərəfimizdən  aparılan  tədqiqat  işlərinin  nəticəsində  ko-
balt, ftor, vannadium, manqan, litium, xrom, silisium, selen və 
sink  elementlərinin  qida  məhsullarındakı  miqdarı,  onların 
orqanizm üçün əhəmiyyəti və zərəri öyrənilmişdir. 
Kobalt (Co) elementi B
12
 vitamininin tərkibinə daxildir. 
Dalaqda  3,5  mq%,  qaraciyərdə  2,5  mq%,  əzələ  toxumasında 
2,5  mq%,  qanın  tərkibində  60  mq%  kobalt  vardır.  Diabet,  qa-
nazlığı,  qan  xərçəngi  və  immunitetin  azalmasında  (SPID-də) 
tərkibində (B
12
 vitamini) kobalt və manqan olan məhsullar ye-
mək məsləhətdir. Kobalt və manqan saçın çox erkən tökülmə-
sinin  qarşısını  alır  və  onun  vəziyyətini  yaxşılaşdırır.  Kobalt 
qanın əmələ gəlməsi prosesini stimullaşdırır, nuklein turşuları-
nın  sintezini  artırır.  Ona  görə  də  hər  gün  kobaltla  zəngin  olan 
 
12
məhsullar yemək lazımdır. Həftədə ən azı bir dəfə qaraciyər və 
böyrək,  hər  gün  turşudulmuş  süd  məhsulları  (süd,  kefir,  asi-
dofilin,  yoqurt), 17-20 qram kərəyağı, soya  yağı,  yumurta  (sa-
rısı  çiy,  ağı  bişmiş),  cücərmiş  buğda  və  buğda  kəpəyi,  qara-
başaq  və  qarğıdalı  yarması  yeyilməlidir.  Bu  məhsullar  əsasən 
bişirildikdən  sonra  yeyilir.  Çalışmaq  lazımdır  ki,  qida  rasio-
nunda  təzə  «canlı»  meyvə-tərəvəz  3  dəfə  bişmişlərdən  çox 
olsun. Kobaltla zəngin olan məhsulları tərkibində B
12
 vitamini 
və  manqan  olan  məhsullarla  birlikdə  qəbul  etmək  daha  yax-
ş
ıdır.  Söhbət  bir  dəfədən  deyil,  gündəlik  və  həftəlik  rasiondan 
gedir.  Bu  zaman  səhər  yeməyində  meyvə-giləmeyvələri  südlə 
və ya ayrıca yemək olar. Məsələn, gavalı, qara qarağat, banan, 
qurudulmuş  qara  gavalı,  əncir,  tünd  bal  sortları,  moruq,  limon 
və  s.  Nahar  yeməyində  isə  kobaltla  zəngin  olan  məhsulları 
müxtəlif tərəvəzlərlə birlikdə yemək məsləhət görülür. 
Ftor (F). Sümük toxumasında ftor tapıldıqdan sonra dün-
ya  ölkələrində  suyun  ftorla  zənginləşdirilməsi  başlandı.  Sonra 
məlum  oldu  ki,  ftorun  artıq  miqdarı  dişlərin  xəstələnməsinə 
gətirib çıxarır. Onda suyu ftordan təmizləməyə başladılar. Yenə 
pis nəticə verdi. Dişlərdə karies əmələ gəldi. Müəyyən edildi ki, 
sağlam orqanizm üçün 1 litr suda 0,5 mq ftor çox azdır, lakin 1-
1,5 mq/l ftorun olması bəsdir. Bundan çox olduqda isə yenə or-
qanizmə mənfi təsir göstərir. Göründüyü kimi, 1 litr suda olan 
ftorun  miqdarı  arasındakı  fərq  çox  azdır.  Deməli,  ftor  az  ol-
duqda orqanizm üçün xeyirli, çox olduqda ziyandır. Ftorun çox 
olması osteoxondrozun əmələ gəlməsinə, dişin rənginin və for-
masının  dəyişməsinə,  oynaqların  kobudlaşmasına,  onların 
hərəkətsizliyinə və sümük çıxıntılarına səbəb olur. 
Balıq  ətində  5-15  mq/kq,  süddə  0,1-0,2  mq/l,  hər  hansı 
şə
rabda  5  mq/l  ftor  vardır.  Ftor  həm  də  çayın  tərkibində  olur. 
Onun  miqdarı  çayın  tündlüyündən,  dəmlənməsi  müddətindən 
və dəmləndikdən sonra saxlanılmasından asılıdır. Çayı 5-6 dəq-
dən  çox  dəmləmək  olmaz.  1  stəkan  dəmlənmiş  qara  məxməri 
çayda 0,2 mq ftor vardır. Seylon, assam və darjelinq çaylarının 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə