Microsoft Word Yuxuma yagish yagir doc



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə14/40
tarix01.07.2018
ölçüsü0,81 Mb.
#52707
1   ...   10   11   12   13   14   15   16   17   ...   40

 
Adiləә 
 
 
80 
SƏӘN, MƏӘN, BİZ 
 
Səәn gəәldin, təәk idik cüt olduq
getdin, ikiyəә bölündük. 
Məәn həәləә dəә gözləәyirəәm,  
səәn verməәsəәn dəә vəәdəә. 
Oturub qalmısan  
             divardakı çəәrçivəәdəә. 
Xəәbəәrini gəәtirməәdi qaranquşlar, 
Ancaq...  
             ötməәdi dəә bayquşlar. 
İlləәr keçdi... 
Solunda məәn, sağında boşluğun... 
İndi eyni olmasaq da,  
             yaşayırıq, sakit, səәssiz. 
Artıq üçəә bölünmüşük – 
             Səәn, məәn vəә biz. 
 
 
 
* * * 
 
  Dünya məәnim üçün təәkadamlıq kameradır.


 
Yuxuma yağış yağır 
 
 
81 
GƏӘL BİR OYUN OYNAYAQ 
 
Gəәl bir oyun oynayaq
ikimiz arasında. 
Səәn gözləәrini yuman,  
məәnsəә gizləәnəәn olum. 
Uzat əәlləәrini, gəәz,  
çata biləәcəәksəәnmi? 
Görüm itirsəәn məәni  
tapa biləәcəәksəәnmi? 
Gəәl bir oyun oynayaq, 
adını sevgi qoyaq,  
kim uduza, kim uda. 
Məәn Leyli timsalında,  
səәnsəә Məәcnunu oyna, 
görüm yanğıya dözüb,  
gəәzəәcəәksəәn səәhrada? 
Gəәl bir oyun oynayaq, 
yumarsan gözləәrini 
daim yumduğun kimi. 
Səәn axtarsan Leylini  
günahlar arasında, 
tapacaqsan özünü  
günahkar sırasında. 
Gəәl bir oyun oynayaq, 
hazırlaşaq o günəә. 
Ya beş gün o yanadır, 
ya da beş gün bu yana. 
Bilirəәm, qəәlbimizi 
sonda qanadacağıq, 
əәvvəәl-axır bu oyunu 
ikimiz oynayacağıq. 
Gəәl bir oyun oynayaq. 
YANDIRIB YAXACAQ SƏӘNİ 


 
Adiləә 
 
 
82 
 
Dolanacaq, dəәyişəәcəәk yenəә dövran, 
Gün doğacaq buludların arasından, 
Nur saçacaq taleyinəә həәyat bir an, 
Yandırıb yaxacaq səәni. 
 
Hörümçəәk yenəә dəә tor toxuyacaq, 
Arı pəәtəәkləәri gül qoxuyacaq, 
Kimsəә eşqin nəәğməәsini oxuyacaq, 
Yandırıb yaxacaq səәni. 
 
Könlünün qapısın özü döyəәcəәk
Bir kəәlməә “sevirəәm” sözü deyəәcəәk. 
Qorun, bəәdxahların gözü dəәyəәcəәk, 
Yandırıb yaxacaq səәni. 
 
 
                                       * * * 
Sabaha uzanan yolun düyün yeri oldun səәn, 
səәndəә bitdi həәyatın kəәdəәri dəә, sevinci dəә. 
Qalan sabahlarımı səәnəә verdim –  
                                                havayı... 
Kirpikləәrimdəәn yuxularımı yoldun həәr gecəә, 
səәndəә çiçəәk açdı bütün daşlar.  
Təәkcəә 
başım üstəә əәkdiyin qara daşdan savayı. 
             


 
Yuxuma yağış yağır 
 
 
83 
MƏӘHƏӘBBƏӘT HƏӘSRƏӘTDİR 
 
Yenəә xəәyallarım yola düzülür, 
Yoxsa ağrıyırmı səәnin ürəәyin? 
Məәnim yanağıma yaşlar süzülür, 
Dolub-boşalanda səәnin gözləәrin. 
 
Məәnim ürəәyiməә atəәşi düşəәr, 
Səәnin gözləәrindəә ildırım çaxsa. 
Qar yağar şeiriməә, şeirim üşüyəәr, 
Qəәlbinin alovu, atəәşi yoxsa. 
 
ƏӘsəәr dodaqlarım, qəәləәmim əәsəәr, 
Yazaram sonumu ayrılıq olsa. 
Misralar arası küləәkləәr əәsəәr, 
Səәnin baxışında soyuqluq olsa. 
 
Niyəә yollarımı buz dağı kəәsir, 
Səәnsiz varlığımda bu canım əәsir. 
Gəәləә bilməәyirəәm görməәyəә səәni, 
Həәr yandan yolumu  kim isəә kəәsir. 
 
Məәnim taleyiməә yazılmısan səәn, 
Yanında olmasam, yasımı tutma. 
Məәhəәbbəәt təәk vüsal deyildir axı, 
Bir adı həәsrəәtdir, bunu unutma.  
 
 
 
 
 
 
UZAQDAN SEV MƏӘNİ 


 
Adiləә 
 
 
84 
 
Uzaqdan sev məәni... 
Uzaqdan çiçəәkləәr düzürsəәn  
          sinəәm üstünəә. 
Yaxında yandırırsan,  
          isinirsəәn istiməә. 
Uzaqdan səәnəә həәr baxdığımda  
          xoşbəәxt olursan
Yanımda qəәlbin qəәm iləә dolur, 
yer, göy, hava, dəәniz bir olur. 
Məәn dəә boğuluram... 
Bilmirəәm havasızlıqdan,  
         ya göz yaşlarından?  
Aləәm qaralır... 
         qorxuram qaranlıqdan. 
Ağla qaranın arasında                   
gizləәnirəәm gözləәrinin qarasında.  
Uzaqdan sev məәni... 
Yaxınımda  
        sinəәm üstəә çiçəәkləәr solur, 
Ağlayırsan,  
        ağlamağın ölümüm olur. 
Uzaqdan sev məәni. 
 


 
Yuxuma yağış yağır 
 
 
85 
SEVMƏӘYİRƏӘM NAĞILLARI 
 
Ümidim qırıldı ittihamlarla,  
töküldü üstüməә  
dünyanın günahları. 
Qaldım təәnhalığımla,  
Allahımla başbaşa. 
Kim-kimdir qarışdırdım,  
az qalır ağlım çaşa. 
Hamıya təәqdim olunan 
xanımmı, səәnəәmmiyəәm?! 
Yoxsa, bu gün təәrifi veriləәn – 
                O, məәnmiyəәm?! 
Məәn onunla eyni yolun  
                  yolçusuydum,  
onun üçün məәn ki, namus 
                  ölçüsüydüm. 
Məәn sevmişdim 
onu sevəәn qəәlbimləә. 
Məәntiqimi heç hesaba  
                   qatmamışdım. 
Bu günəәdəәk məәn ki,  
                    onu atmamışdım. 
Unutmuram hey veriləәn 
                   öyüdləәri, ağılları. 
Sevməәyirəәm ancaq məәnəә 
uydurulan nağılları. 
Sevməәyirəәm nağılları... 
 
      


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə