Microsoft Word Zahid ikinci kitab



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə27/100
tarix02.01.2018
ölçüsü2,17 Mb.
#19442
1   ...   23   24   25   26   27   28   29   30   ...   100

Milli Kitabxana  

 

 



 

113 


 

—Deməli hərənizin nağılı öz rənginizdə olur. Onda sən 

öz çəhrayı nağılını danış. 

Çiyələk balaca yarpağı    ilə qulağını qaşıyıb sözünə 

başladı: 

—Biri var idi, biri yox idi, dünyada çiyələk kollarından 

başqa heç nə yox idi. Günlərin birində kollar balaca-balaca 

yaşıl meyvələr gətirdi. Elə ki meyvələr bir az böyüdü, 

başladılar mübahisəyə. Biri dedi: 

—Mən hamıdan yaşılam. Lap alçadan da yaşıl. 

—Mən isə həm yaşılam, həm də alça kimi turş. Yəqin 

biz elə turş olsaq yaxşıdır. 

Çiyələklər necə mübahisə  edirdilərsə qapının döyülmə-

yini xeyli eşitmədilər. Birdən kimsə dedi: 

—Qapını döyürlər, eşitmirsiniz? 

Durub açdılar. Amma qapını döyənin kim olduğunu 

görə bilmədilər. 

—Kimdi qapını döyən? — deyə çiyələklərdən biri 

qışqırdı. 

—Niyə qışqırırsan, bala, səsin özünə xoş gəlir? 

Kimsə onların lap burnunun ucunda danışırdı. Amma 

heç kəs bu çağrılmamış qonağı görə bilmirdi. 

—Axı sən kimsən? Görünür sehrbazın birisən. 

Yox mən sehrbaz deyiləm. Həkiməm. Sizə iynə 

vurmağa gəlmişəm.                                  

Çiyələklər bir ağızdan qışqırdılar: 

—Yox, bizim heç birimiz xəstə-zad deyilik. Həkimə də 

ehtiyacımız yoxdur. Çıx get. 

—Eh bilsəydiniz mən necə həkiməm. Dünyada mənim 

kimi ikinci bir həkim yoxdur. İynəni də elə vururam ki, heç 

kəsin xəbəri olmur. Axı mən yer üzündə yaşayanların hamısına 

iynə vururam. İndi isə salamat qalın. Hələ  mənim yolumu 

gözləyənlər çoxdur. 




 

Milli Kitabxana  

 

 



 

114


—Bəs iynə vurmayacaqsınız? — deyə kiminsə dili dinc 

durmadı. 

—Mən artıq sizin hamınızı iynələmişəm. Bir azdan 

iynəm öz təsirini göstərəcək. 

Həkim necə  gəlmişdisə eləcə  də getdi. Heç onu görən 

də olmadı. Qız çiyələyin nağılını burada yarımçıq kəsib 

soruşdu: 

—Axı bu həkim kim idi? 

—Qulaq as, qəşəng qız. Bu həkim doğrudan da düz 

deyirmiş. O gedəndən sonra biz özümüzü lap xoşbəxt hiss 

etdik. Daha əvvəlki kimi mübahisə etmirdik. Yavaş-yavaş 

rəngimiz qızarmağa başladı. Hamı sevinirdi: 

Bir baxın — deyə kimsə qışqırırdı. — Mənim paltarım 

xalis qızıl rəngindədir. 

—Heç  mənimkini  demirsən,  ərik  çiçəyi  kimi 

qızarmışam. 

Birdən həmin həkim yenə gəlib çıxdı. 

—Salam,  əziz balalar, deyəsən yavaş-yavaş  qızarırsı-

nız? 

Bu dəfə  də o bizdən gizlənmək istəyirdi. Ancaq onu 



hamıdan  əvvəl mən gördüm. Adamın gözlərini qamaşdırırdı. 

Ağ-çəhrayıya çalan paltarı var idi. Birdən gördüm ki, onun 

çoxlu uzun qolları var. Hər  əli ilə bizim birimizin başını 

sığallayırdı. Amma onun başını görə bilmədim. Çünki başı 

hardasa lap uzaqda idi. Bəlkə  də göyün yeddinci qatındaydı. 

Həkim gedəndən sonra biz daha da şirinləşdik. Bax, indi də elə 

yetişmişik ki, lap bal kimiyik. Hansımızı istəsən yeyə bilərsən. 

Qız balaca çiyələyi dərdi.  Əlində balaca qığılcıma 

oxşayan çiyələk, ürəyində  çəhrayı bir nağılın  şirinliyi olan bu 

qəşəng qız təzə nağllar eşitmək üçün bağçaya getdi. 

 



Milli Kitabxana  

 

 



 

115 


 

DÜNYANIN ƏN TƏNBƏL TISBAĞASI 

 

ısbağaların demək olar ki, hamısı  tənbəl olur. 



Amma bu dünyanın ən tənbəl tısbağası idi. Axşa-

macan yeyib yatır, sonra öz qoçaqlığından danı-

şırdı. 

Mənim kimi igid yoxdur, — deyib, döşünə döyürdü. 

O, danışmağa başlayanda lalələrin rəngi bir anda  qıpqırmızı 

olurdu. Axı bu böyüklükdə yalan olmazdı. 

Bir dəfə tısbağa dedi: 

—Mən istəsəm qaçmaqda lap dovşanı da ötərəm. 

Bax, bu daha ağ yalan oldu. Hirsindən çobanyastığının 

ləçəkləri ağardı, bənövşələr utandığından başını kolun dibinə 

soxdu ki, görən olmasın. Amma tısbağa ilan başına oxşayan 

kəlləsini çanağının içindən çıxardıb çəməndəkilərin üzünə 

utanmadan baxırdı. 

—Bir halda ki, belə oldu, onda dovşanla ötüşəcəksən, 

— deyə atlı qarışqa dilləndi.  Əgər onu ötə bilməsən canına 

daraşıb səni öldürəcəyik. 

—Yaxşı fikirdir, — cücələr səsləndilər. 

Amma bu sözlər tısbağanın heç kefıni də pozmadı. 

Lakin birdən işin kəskinləşdiyini görüb dedi: 

—Mən razıyam. Bu gün ayağım ağrıyır, sabah ötüşərik. 

— Sən heç zaman dovşanla ötüşə bilməzsən, — kimsə onu 

sancdı. 

Çəməndəkilər  şərtləşdilər ki, sabah yığışıb bu maraqlı 

yarışa baxsınlar. Onlar tısbağanın yerişini xatırlayanda elə 

qaqqanaq çəkib güldülər ki, çiçəklərin hamısı başlarını tərpətdi. 

Tısbağa isə bir söz deməyib getdi. O, Ceyranın yanına 

gəlib dedi: 

—Sabah ad günümdü. Məni dalına alıb baba dağının 

ətəyinə qədər apararsan? 




 

Milli Kitabxana  

 

 



 

116


Əlbəttə, əgər ad günündürsə apararam! Ancaq mənim 

dalıma necə minəcəksən?  — Ceyran soruşdu. 

—Bir şey fıkirləşərik... 

Tısbağa Ceyranın razılığını alandan sonra düz fılin 

yanına gəlib dedi: 

—Sabah ad günümdür. Ceyran məni dalında gəzdirmək 

istəyir. Özü gəlib xahiş etdi ki, razı olum. Amma bilmirəm 

onun belinə necə  çıxım. Məni Ceyranın belinə mindirə 

bilərsən? 

Tənbəl olsan da ad günündə belə bir yaxşılıq edərəm. 

Tısbağa fılin də razılığını alandan sonra kirpinin yanına gəlib 

dedi: 

—Sabaha qədər mənə  qəşəng bir çələng toxuya 



bilərsən? Ad günümdü. 

Doğrusu eşitmişəm ki, sən çox tənbəl və lovğasan. 

Amma ad günündə bunların hamısından keçmək olar. 

Tısbağa evindən çıxıb Ceyranın, Filin və Kirpinin 

yanına gedəndə cücülər ondan soruşdu. 

—Hara belə? 

O da belə dedi: 

—Yarışa hazırlaşıram. Axı sabah dovşanla ötüşəcəm. 

Bu cavabı  eşidənlər bir gülürdülər ki, gəl görəsən! 

Səhər yenə  əvvəlki kimi acıldı. Günəş parıldadı. Çiçəklər, 

böcəklər yığışıb tısbağanı çağırdılar. O gəlib dovşanla bərabər 

dayandı. 

—Hara kimi qaçacağıq? — dovşan soruşdu.  

—Baba dağının  ətəyindəki Sərin bulağın yanına kimi 

— deyə tısbağa özünü dartıb qabağa baxdı. 

—Sən ora hec bir ilə gedə bilməzsən, — kimsə dilləndi. 

Baba dağı çox uzaq idi. Dovşan gərək azı beş saat qaçaydı ki, 

gedib həmin bulağın üstünə çataydı. 

—Yaxşı, mən razıyam, — dovşan tısbağa ilə yanaşı 

dayanıb işarə gözlədi. Kimsə "bir, iki, üç" dedi. Dovşan 

götürüldü. Tısbağa isə yavaş-yavaş getməyə başladı. Çəmən-




Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə