Microsoft Word Zakir Bayramli 2017 new editted22222. docx



Yüklə 25,81 Mb.
Pdf görüntüsü
səhifə12/124
tarix01.07.2018
ölçüsü25,81 Mb.
#52561
1   ...   8   9   10   11   12   13   14   15   ...   124

~ 53 ~

 

 

 

 

 

 

 

II BÖLMƏ 

 

TARİXİ YADDAŞLARDA DAŞLAŞMIŞ  



ULU ŞABRAN 

 

(Qədim Şabran şəhəri və onun ətrafındakı 

şəhərlər və kəndlər barədə) 

 

 



       Beşinci əsrdən sayılır yaşın, 

       Şirvanla Şamaxı, Şəki qardaşın. 

       Şəmkirlə Şatarsa olub sirdaşın, 

       Ey vətən mülkünün gözü Şabranım, 

       Qəhrəman ərlərin sözü Şabranım. 

 

 

 

 



           

 

 


~ 54 ~

ŞƏHƏRGAH ŞABRANDA QƏDİM TARİXİ MƏSKƏNDİR  

VƏ YA  

YARALI TARİXİMİZİN UNUDULMAZ SƏHİFƏSİ 

 

Şəhərgah şəhərinin salınması. Qədim Albaniya dövləti-

nin ən mühüm müdafiə istehkamlarından biri olan Şəhərgahın 

(Bəzi mənbələrdə müəlliflər onun adını Şəhərgə və Şərgə kimi 

də qeyd etmişlər) yeri təsadüfən seçilməmişdi. Tarixi qaynaq-

larda bu barədə iki ehtimal göstərilib.  Birinci ehtimala görə 

Sasani dövləti  şimal sərhədlərini möhkəmləndirmək üçün 

Dərbənd  şəhərində özünə iqamətgah tikdirmişdi. Bu iqamət-

gahla  Şamaxı  şəhərindəki iqamətkah arasında olan məsafəni 

qısaltmaq və daha yaxın əlaqə yaratmaq məqsədi ilə şahın atlı 

dəstələri gediş-gəliş üçün bu dağlıq  ərazidən istifadə edərək, 

buradan keçib gedirdilər. 

Bir dəfə dağlıq ərazidən keçən atlı dəstəsi burada böyük 

bir düzənliyə rast gəlib. Atlılar düzənliyin  ərazisini gəzib 

bəyənir, sonra isə bu barədə şahın adamlarına xəbər veriblər. 



İkinci ehtimala görə 260-cı ildə Sasani şahı I Şapur 

(241-272)  şiddətli döyüşlərin birində Roma ordusunu ciddi 

məğlubiyyətə uğradaraq Roma imperatoru Valerianı əsir götü-

rüb. Bu qələbədən sonra Sasani ordusunun sağ-salamat qalmış 

böyük bir hissəsi geri qayıdarkən Dərbənd və  Şamaxı əyalət-

ləri arasındakı  həmin bu dağlıq  ərazidə gecələməli olublar. 

Səhəri gün tezdən qoşun yoluna davam etmək istəyərkən 

geçələdikləri yerə yaxın  ərazidə böyük bir düzənlik görüblər. 

Qoşunun sərkərdəsi bu yerdən gələcəkdə  hərbi məqsəd üçün 

istifadə etməyi məsləhət bilərək bu barədə Sasani şahı I Şapura 

təcili məlumat çatdırıb. 

Sasanı şahı məlumatı alan kimi Dərbənd və Şamaxı iqa-

mətgahları arasında məsafənin uzaq, yolun çətin və yorucu 

olmasını  nəzərə alaraq həmin  ərazidə yeni iqamətgah tikdir-

məyi qərara alıb. Beləliklə Sasanı şahı I Şapurun sərəncamı ilə 



~ 55 ~

261-ci ildə burada iqamətgah tikilməyə başlayıb.  Şahın 

övladları yeni inşa olunan iqamətgah haqqında eşidib  şahdan 

xahiş edirlər ki, onlar üçün də orada həmin formada iqamətgah 

tikdirsin. Bundan sonra Şəhərgahda qala şəhərinin  əsası 

qoyuldu. 



Qala  şəhərinin (Şəhərgahın) müdafiə istehkamı kimi 

böyük rolu. İqamətgahın tikinti işlərinə Sasani şahı özü də 

ciddi nəzarət edirdi. Bu tikili təkcə istirahət üçün deyil, həm də 

müdafiə məqsədilə inşa edilirdi. Şəhərgahın yerləşdiyi ərazinin 

bir hissəsində  sıra dağlar özü təbii müdafiə istehkamı rolunu 

oynayırdı.  İqamətgah tikilərkən sıra dağların arasında qalan 

boş yerlərdə süni sədlər tikilmişdi. Bu sədlər böyük düzənliyin 

şərqində və qərbində inşa olunmuşdu. Şəhərgaha torpaq yol da 

çəkilmişdi. Bu yol indiki Quba rayonunun Ördüc kəndinin 

ərazisindən keçirdi. 

Şəhərgah daxili quruluşuna görə digər abidələrə  bənzə-

mirdi. Təbiətin hökmü ilə yaradılan bu möcüzəli məkan onu 

görən hər kəsi heyran qoyurdu. Qala inşa olunan zamanlarda 

onun cənub, qərb və şərq hissələrində üç hava təmizləyici sahə 

yaradılmışdı. Dağların törədə biləcəyi təhlükənin qarşısını 

almaqdan ötrü qayalar sənətkar əli ilə yonularaq hamarlanmış, 

daş uçqunlarının qarşısı həmişəlik alınmışdı.  

Qala  şəhərinin  ən mühüm qurğusu su qurğusu idi. Bu 

qurğu quruluşuna görə üç hissədən ibarət idi. Su qurğusu 

qalanın həyatında həmişə müsbət rol oynayırdı. O dövrlərdə 

burada yaradılmış su qurğuları heç vaxt öz əhəmiyyətini 

itirməyərək bu günümüzə qədər gəlib çatmışdır. 

Şəhərgahın  ən böyük strateji əhəmiyyətli yeri onun 

düzənlik hissədə yerləşməsi idi. Ehtimal olunduğuna görə bu 

düzənliyin ümumi sahəsi 400 hektara yaxın olub. Düzənliyin 

uzununun 2860 m eninin cənub hissədə 360 m ortada isə  

1430 metrə bərabər olduğu bildirilir . 




~ 56 ~

 

        



 

Şəhərgahda qədim bulaq 

 

Sasani dövlətinin getdikcə möhkəmlənməsi və qüdrətlən-

məsi nəticəsində  şahənşah II Şapur (309-379) 310-311-ci 

illərdə Şəhərgahın möhkəmləndirilməsi barədə sərəncam imza-

lamışdı. Bu sərəncama uyğun olaraq burada daha səkkiz iqa-

mətgah tikilməyə başladı. Bu iqamətgahlar əvvəllərdə tikilmiş 

iqamətgahların şərqində inşa olunmağa başlamışdı. 

Yeni tikilən iqamətgahlar müdafiə xarakteri daşımaqla 

silindirə bənzər memarlıq üslubu ilə tikilirdi. Vaxt ötüb dövran 

dəyişdikcə burada tikilən müdafiə  və yaşayış xarakterli bina-

ların sayı da birə-on artmağa başladı. Şəhərgahın şan -şöhrəti 

Şamaxını, Şabranı, Dərbəndi və ətraf qalaları dolaşmaqda idi. 

Demək olar ki, Şəhərgah genişlənərək böyük şəhər olmuşdu. 

Lakin Sasani dövlətinin qoşunları tərəfindən zəbt edilmiş 

bir sıra ərazilərdə onlara qarşı narazı olan yerli əhali arasında 

ixtişaşlar və üsyanlar baş qaldırmışdı. Bu hadisələrdən 

qorxuya düşən Sasani şahı  Şəhərgah qalasının müdafiəsini 

daha da möhkəmləndirmək qərarına gəldi. Qalada zəif hesab 




Yüklə 25,81 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə