B u l u d x a n X ə l i l o v
222
çılpaq ətəyi ağaclarla dolur. İndi həmin əraziyə ağac əkən
kişinin adı ilə Abbasın bağı deyirlər. Bu cür bağ salmaq
ən böyük xidmətdir. Bir ağacı əkməyənlərə, bir daşı
daşüstə qoymayanlara yaxşı bir nümunədir.
***
Rəsul Rzanın doğum gününü qeyd etmək üçün
“Fəxri xiyaban”a getmişdik. Şair Oqtay Rza tənqidçi Va-
qif Yusifliyə dedi ki, məqalənizi qəzetdə oxudum. O da
qayıdıb dedi ki, yazmaqdan başqa əlimizdən nə gəlir ki.
***
Yoluma nə çıxırsa, qismətimdir. Yoluma qızılgül
də çıxır, qanqal da, tikan da. Bunların hamısı qismətim-
dir. Hələ onu demirəm ki, arxadan və öndən əsən külək-
lər başıma nələr gətirir. Bəzən üst-başımı, sir-sifətimi o
qədər döyəcləyirlər ki, lap məni əldən salırlar. Başımın
üstündə şığıyan günəş şüası ilə bulud topaları bir-birinə
güzəşt etmək istəmirlər. Onlar bir-birini və elə mənim
özümü də əldən salırlar. Hiss edirəm ki, uzaqda, lap
uzaqda bir işıq var. Orada məni əldən-dildən salan heç nə
yoxdur. O işığın xatirinə hər şeyə dözürəm. O işığın xati-
rinə incimiş ruhuma sığal çəkirəm. O işığın xatirinə inci-
miş ruhumun ağrılarına dözürəm. O işığın xatirinə inci-
miş ruhumu özümlə gəzdirirəm. O işığın xatirinə incimiş
ruhumu yaşadıram. O işığın xatirinə incimiş ruhuma
vəkillik edirəm. O işığın xatirinə yaşayıram, içdiyim
Z a m a n ı n s ı n a ğ ı n d a n k e ç ə n l ə r . . .
223
zəhər və çəkdiyim əzablara dözürəm. Ömrümə, günümə
buxov vuranların buxovlarına dözürəm. Havam çatmasa
belə, öz ürəyimə, özümə gücüm çatdığından dözürəm.
Axı qarşıda işıq var...
***
Hərdən siqaret çəkənlərə qibtə edirəm. Onlar bu
dünyanın ağrı-acısını çəkdikləri siqaretin içindəki tütündə
yandırır, tüstüsünü göyə sovururlar. Bununla da ağrı-
acının özünə bir dərs verirlər.
***
Gözünə eynək taxıb gözlərini günəşdən, küləkdən,
soyuqdan, sudan qorumaq istəyənlər də az bilmir. Bəlkə
də başqalarını görə bilməyənlərin gözlərində ikiqat,
üçqat, yüzqat eynək vardır. Ona görə də onlar yalnız
özlərini görürlər. Belələri az bilmirlər.
***
İnsanların xarakteri müxtəlif olduğu kimi, bədbəxt
və xoşbəxt insanların da xarakteri bir-birindən fərqlənir.
Eləsi var ki, özü xoşbəxtdirsə, çalışır ki, hamı xoşbəxt
olsun. Eləsi də var ki, özü bədbəxtdirsə, çalışır ki, hamı
bədbəxt olsun. Eləsi də var ki, özü bədbəxt olsa da, baş-
qalarının bədbəxt olmasını istəmir. Belə ki, arvadı
deyingən olan bir kişidən soruşurlar:
–
Həyat yoldaşın deyingəndir. Onu niyə boşamırsan?
B u l u d x a n X ə l i l o v
224
Kişi cavab verir:
–
Mənim baş-beynimi aparmaqla məni bədbəxt
edibdir. Mən onu boşasam, başqa birisinə ərə gedəcək və
onu da bədbəxt edəcəkdir. Məni bədbəxt etdiyi bəs
deyilmi?
***
Cazibədarlıq nədir? İddiadır, gücdür, bədbəxtlikdir,
xoşbəxtlikdir? Bilmirəm. Onun nə olduğunu itirəndən
sonra bilmək olar.
***
Bəzən ölümün özü ölür.
***
Buludlar ağlamağa yer axtarır.
***
Çayın, gölün, dənizin, okeanın suları buludun hansı
damcılarını gözləyir? Bunu çaydan, göldən, dənizdən,
okeandan soruşa bilərsənmi?
***
Heç ulduzlar da əbədi və möhtəşəm parlamır. Bunu
gecədən yox, gündüzdən soruşsan, sənə açıq danışacaq.
***
Həyalı yaşamaq hər adamın işi deyil.
Z a m a n ı n s ı n a ğ ı n d a n k e ç ə n l ə r . . .
225
***
İnsan beynində çoxlu fikirlər mehmandır.
***
Səmanın üzü qarışanda günəş, ay, ulduz görünmür.
***
Duman, toz, torpaq müharibədir. Yerin, göyün ba-
şını qatmışdır.
***
Vəhşi çiçəklər içərisində zanbaq görünmür.
***
Buludlar yağışa çevrilmədən sulara qarışa bilməz.
***
Ölüm o qədər çoxalıb ki, dəyərdən düşübdür.
***
Yazda yağan yağış təbiətə nəğmə oxuyur.
***
Ölüm o qədər çoxalıb ki, artıq adiləşibdir.
***
Görəsən yer üzünü işıqlandıran Günəşin, göy üzünə
çıxan Ayın və sayrışan ulduzların Allahdan başqa kim-
lərəsə borcu varmı?
B u l u d x a n X ə l i l o v
226
***
Ölümü çoxları heç vecinə almır.
***
Birisinin bağında çoxlu sayda meyvə ağacları var-
mış. Bağ sahibi o qədər səxavətli imiş ki, dost-tanışdan
başqa, hər yoldan keçən də onun bağının meyvəsindən
dadarmış. Günlərin birində yoldan ötən bir kişi bağdakı
meyvələrdən dadmaq istəyəndə həyətdəki it hürməyə
başlayır. İt fasiləsiz olaraq o qədər hürür ki, kişinin baş-
beynini aparır. Vəziyyəti belə görən kişi deyir ki, ay
Allahın heyvanı, niyə hürürsən?! Bağ o qədər böyükdür
və meyvələr o qədər çoxdur ki, sənə də, mənə də,
hamımıza da çatar. Bağ sahibinin səxavətinə isə söz ola
bilməz. Daha niyə hürürsən?!
***
Gərək sözü deməyi də bacarasan. Sözü elə deyəsən
ki, qarşıdakının kimliyindən, nəçiliyindən asılı olmayaraq
səni anlaya bilsin. Nə isə... Bir kişi qonşu kənddəki bir
tanışının oğlunun toyuna gedirmiş. Həyətindəki iti də
ondan əl çəkmir və arxasına düşüb gedir. Kişi nə qədər iti
geri qaytarmaq istəsə də, it geri qayıtmır. Birdən kişi gö-
rür ki, artıq qonşu kəndə yaxınlaşıb, it isə ondan ayrılmır.
Elə bu dəmdə bərk əsəbləşir. İtin üstünə qışqıraraq deyir
ki, ay Allahın iti, onda sən al bu pulu, get toya, iştirak et
toyda, pulu da yazıl. Mən isə geri qayıdım və sənin
Dostları ilə paylaş: |