B u l u d x a n X ə l i l o v
240
Bu qədər daş!
Danış görüm, a daş qardaş!
Siz nənəmin bacılığı,
Siz babamın qardaşlığı,
Təbiətin səpdiyi bir zəmi sanım
Bəlkə elə bu daşlığı!
Siz ey qədim əfsanələr,
Şeirimə yağ, səsimə yağ!
Nə zamansa bu daşlarla bir dil tapan tapılacaq
Bu daşların, qayaların keçmişini oyadacaq,
Ordu-ordu qayalıqlar insanlığa qayıdacaq.
Bu basılmaz nərlər-ərlər,
Bu qaya sərkərdələr
Onda məni bir balaca daş əsgəri
Qoyar yəqin qoşulmağa bu cərgəyə,
Qayaların keçmişini qayalara yazdım, deyə.
Onda Vətən sanar məni
Bir balaca Vətən daşı,
Vətən daşı olmayandan
Olmaz ölkə vətəndaşı...
Daşla bağlı atalar sözlərinin yaranması daşın insan
həyatında oynadığı önəmli roldan qaynaqlanır. Məsələn,
“Daş atan bəlli, baş tutan bəlli”, “Daş daşa, dırnaq daşa, siz
savaşa, biz tamaşa”, “Daş daşa söykənərək – divar olar”,
“Daş düşdüyü yerdə ağır olar”, “Daş qayaya rast gəlib”,
“Daşa mıxı çaxanda biri mıxa, üçü özünə dəyər”, “Daşın
böyüyü dostdan (yaxından) gəlir”, “Daşürəkli düşmənin
Z a m a n ı n s ı n a ğ ı n d a n k e ç ə n l ə r . . .
241
bağrın yarar yumşaqlıq” və s. Göründüyü kimi, daşla bağlı
atalar sözlərinin hər birinin arxasında bizə məlum olan və
olmayan tarix durur. Ancaq bu tarix onu söyləməyə əsas
verir ki, daş həmişə insanın karına gəlib, onun həyatında
önəmli rol oynayıbdır. Bunu “Yük əyməsə, daş qəribçiliyə
düşməz” ifadəsinin izahında da bir daha təsdiq etmək olar.
Belə ki, qədim zamanlarda yüklərin daşınmasında karvan-
lardan istifadə edilmişdir. Yüklər dəvələrə, qatırlara yüklən-
mişdir. Əgər yüklənmiş heyvanın sağ və sol tərəfindəki
yüklərin çəkisində azacıq da fərq olsaydı, onda heyvan
yükü aparan zaman yük ağır olan tərəfə doğru əyilməyə
başlayırdı. Ona görə də yük heyvanın üstündən aşmasın
deyə yükün yüngül tərəfini ağır tərəfi ilə bərabərləşdirmək
lazım gəlirdi. Belə olan təqdirdə yerdən lazım olan çəkidə
daşı götürüb yükün yüngül tərəfinə qoyurdular. Bununla da
yükdə tarazlıq yaranırdı və karvan mənzil başına çatdıqdan
sonra həmin daşı bir tərəfə atırdılar. Beləliklə, daş götü-
rüldüyü yerdən uzaq düşürdü. (bax: Məmmədəli Qıpçaq.
Söz aləminə səyahət. Bakı, “Bakı Universiteti” nəşriyyatı,
2002, s.97-98) Bununla onu qeyd etmək istəyirik ki, daş
qədim insanların həyatında, məişətində istifadə etdiyi ən
gərəkli vasitələrdən biri olub. Hətta daşdan hazırlanan
kəsici alətlər yenə də daşın insan üçün faydalı bir vasitə
olduğuna inandırıcı dəlildir. Onu da qeyd edək ki, daş insan
həyatında ilk silah olub.
25.11.2015
B u l u d x a n X ə l i l o v
242
Tarixi yaşadan daşlar – III yazı
Daş qədim türklərin həyat, cəmiyyət, dünya barədə
düşüncəsini qoruyub saxlayan mənbələrdən olmuşdur.
Orxon-Yenisey yazıları, Gəmiqaya və Qobustan abidələri
buna sübutdur. Bu da sübutdur ki, qədim türklər çay, göl,
bulaq ətrafında, bir sözlə, su obyektlərinin yanında yaşa-
maqla yanaşı, həm də dağlıq ərazilərdə, daş və qayalarla
örtülü olan yerlərdə məskunlaşmağa da üstünlük ver-
mişlər. Bəzi bölgələrdə bu izlər indi də qorunur. Məsələn,
Qərbi Azərbaycan ərazisində yaşayış məntəqələrinin ək-
səriyyətinin ətrafında, yaxınlığında daş abidələr mövcud
olmuşdur. Bu ərazilərdə qeyri-adi “Oğuz qəbirləri” aşkar-
lanmışdır. Həmin “Oğuz qəbirləri”nin qeyri-adiliyi onda-
dır ki, onlar qeyri-adi dəfn otaqlarında yerləşdirilmişdir.
“Oğuz qəbirləri” iri sal daşlarla hörülmüşdür. Həmin sal
daşların hündürlüyü 2,5 metr, uzunluğu 3 metr, eni 2
metr olmuşdur. Qərbi Azərbaycanın coğrafiyasını, təbiə-
tini yaxşı bilənlərin hər biri bu qeyri-adi mənzərələrlə
yaxşı tanışdır. Onlardan biri (Niftalı Göyçəli) yazır: “Ən
çox ermənilərin “yunan qəbirləri” adlandırdıqları tuf
qəbir daşlarının üzərində alban yazılı kitabələrə rast
gəlinirdi. Erməni alimlərinin göstərişilə həmin yazılar ya
pozulurdu, ya da hərflərə əl gəzdirilib erməniləşdirilirdi.
Qədim alban xaçlarının ucları aypara şəkillidir, ermənilər
Z a m a n ı n s ı n a ğ ı n d a n k e ç ə n l ə r . . .
243
xaçların uc hissəsindəki əyriləri pozub düz formaya sal-
maqla təqdim edirdilər ki, erməni xaçıdır”. Öz gözləri ilə
ermənilərin bu qərəzli hərəkətlərini görən soydaşlarımız
indi-indi bu məsələlər barədə fikir söyləyir, məqalələr
yazırlar.
Göyçə mahalının Pəmbək kəndindəki qəbristanlıq-
da olan böyük tuf daş üzərindəki rəsmlər barədə Niftalı
Göyçəli yazır: “Göyçə mahalının Pəmbək kəndinin qər-
bində, Şivri dağının ətəyində “yunan qəbri” adlandırılan
bir qəbristanlıqda (uzunluğu bir metr, eni səksən santi-
metr olan) böyük tuf daş üzərində belə bir rəsmlər var
idi: daşın baş tərəfində günəş şüaları ilə, ondan aşağı at
üstündə əyləşmiş dəmir zirehli geyimli, başında şiş dəbil-
qə, çiynində kaman döyüşçü rəsmi və ondan aşağıda
əllərini yuxarı günəşə sarı qaldırıb şükr oxuyan başqa pi-
yada döyüşçü, qarşıda isə maral başının rəsmi çəkilmiş-
dir. Bu yazı qədim piktoqrafik yazı idi: yəni iki döyüşçü
ova getmişlər, ov uğurlu olduğuna (Atəşpərəstlik rəmzi
olan günəşə üz tutub) Ahrumazdaya dua edirlər. Həmin
döyüşçünün dünyasını dəyişdikdən sonra mahir ovçu
olmasını bildirmək üçün belə bir piktoqrafik qəbirüstü
kitabə həkk olunmuşdur. Pəmbək kəndinin sakinlərinin
əksəriyyəti bu görüntünü təsdiq edərlər. Rayonun erməni
millətindən olan tarixi abidələri mühafizə idarəsinin işçi-
ləri həmin tuf daşı hava çəkici ilə uzununa deşmişdilər.
Deyilənlərə görə, daşın içində qızıl olub-olmamasını
yoxlayırmışlar...
B u l u d x a n X ə l i l o v
244
Əfsuslar olsun ki, belə yazılı və rəsmi daşlara az-az
olsa da, Qərbi Azərbaycan ərazilərində rast gəldiyimiz
zamanlar heç olmasa, onların foto şəkillərini çəkib götür-
məmişik...” Deməli, qədim türklərin tarixi sözün həqiqi
mənasında daşlarda yaşayır. Belə daşlar türklərin yaşa-
dıqları ərazilərdə kifayət qədərdir. Onların hər birinin
tədqiq olunması, siyahıya alınması olduqca vacibdir.
Qədim türklərdə qaya, daş güc, qüvvət verən, el-obanın
hakimiyyətini qoruyub saxlayan inam və inanc kimi
qəbul edilmişdir. Məsələn, “Köç” dastanında qeyd olunur
ki, Tanrı dağının yaxınlığında Kutlu dağ adında bir qaya
varmış. Uyğurların hakimiyyəti, onların gücü bu qayadan
asılıymış. Ona görə də çinlilər uyğurların hakimiyyətini
sarsıtmaq üçün qayanı yox etmək istəyirlər. Daha doğru-
su, bu qayanı özləri ilə Çinə aparmaq niyyətində olurlar.
Uyğur hökmdarı öz oğlunu Çin hökmdarının qızı ilə
evləndirmək istəyir. Çin hökmdarı bunun əvəzində Kutlu
dağındakı qayanı istəyir. Uyğur hökmdarı razılaşır.
Ancaq bu böyük qayanı aparmaq mümkün olmur. Ona
görə də çinlilər qayanın ətrafına odun yığır və tonqal
qalayırlar. Qayanı möhkəm qızdırdıqdan sonra onun üzə-
rinə sirkə töküb parçalayırlar. Beləliklə, qayanın parça-
lanmış parçalarını Çinə aparırlar. Qayanın parçalanma-
sına ətrafdakı bütün canlılar – quşlar, heyvanlar ağı
deyirlər. Qayanın parçalanması uyğurlara fəlakət gətirir.
Yeddi gündən sonra uyğur hökmdarı ölür. Uyğur elində
xalq rahatlıq tapmır, ölkəyə başçılıq edən hökmdarlar
Z a m a n ı n s ı n a ğ ı n d a n k e ç ə n l ə r . . .
245
tez-tez ölür. Ona görə də uyğur hökmdarı paytaxtın yerini
dəyişir. Deməli, uyğurların xoşbəxtliyi qayada olduğu
üçün onun parçalanması və Çinə aparılması ölkəyə bəd-
bəxtlik gətirir.
“Köç” dastanının başqa bir variantında da yenə də daşa
olan inamı görməmək mümkün deyildir. Belə ki, Buku
xanın yuxusuna ağ saqqalı, ağ dəyənəkli bir qoca girib
ona fıstıq boyda daş verir. Və ona deyir ki, bu daşı sax-
lamaqla hakimiyyətinizin genişlənəcəyinə nail olacaq-
sınız. Sonralar Buku xanın övladlarından biri daşı itirir.
Bu zaman bütün heyvanlar “köç!..”, “köç!..” deyərək
qışqırırlar. Xalq bundan həyəcanlanır və qaçmağa baş-
layır. Beş Balıq deyilən əraziyə çatanda “köç!..”, “köç!..”
səsləri kəsilir. Xalq burada dayanır və məskən salır.
Göründüyü kimi, xalqın xoşbəxtliyi fıstıq boyda bir daş
ilə bağlı olur. Onu itirmək xalqın xoşbəxtliyini əlindən
alır, xalqın başına bəlalar gətirir. Bir daha qeyd edək ki,
daşa daş kimi baxmaq olmaz. O həm də sehrdir,
möcüzədir, qeyri-adi qüvvədir, tarixdir.
01.12.2015
B u l u d x a n X ə l i l o v
246
Tarixi yaşadan daşlar – IV yazı
Hələ elmi-texniki tərəqqinin mövcud olmadığı
dövrdə insan öz düşməninə daş atmaqla ona öz nifrətini,
qəzəbini bildiribdir. Bu mənada Əli Kərimin “Daş” şeiri
yerinə düşən bir şeirdir. Əli Kərimin “Daş” şeirində qə-
dim insanın daş atması, daşı sonralar qılınc, güllə, mərmi,
atom əvəz etməsi öz fəlsəfi izahını poetik formada tapır.
Şeirdə vaxtilə qədim insanın atdığı daş bu gün elmi-
texniki tərəqqinin yaratdığı atomla, neytronla, elektronla
müqayisə olunur. Deməli, düşmənə olan münasibət də
qədim insanın düşüncəsində daşdan başlamışdır. Bir daha
qeyd edək ki, qədim insanın daşla başladığı düşmənçiliyi
Əli Kərim qədər fəlsəfi və poetik şəkildə ifadə edən baş-
qa birisi yoxdur. Bu şeir insanların insanlara, millətlərin
millətlərə, dövlətlərin dövlətlərə düşmənçiliyinin ifadəsi-
nin daşdan başladığını təsdiq edir. Ona görə də Əli Kəri-
min “Daş” şeirini hər bir insan oxumalı, öyrənməli və
əzbərdən bilməlidir. Bu şeir hər bir kəsi dərketməyə çağı-
rır. Hər bir kəsi düşünməyə məcbur edir. Fürsətdən isti-
fadə edib bu şeiri təqdim etməyi məqsədəuyğun bilirik.
Yarıçılpaq
Qədim insan
Düşməninə bir daş atdı,
Qana batdı.
Z a m a n ı n s ı n a ğ ı n d a n k e ç ə n l ə r . . .
247
Daş düşmədi
Amma yerə.
Uçub getdi
Üfüqlərdən üfüqlərə.
Deməyin ki, daş yox oldu.
Oldu qılınc,
güllə,
mərmi.
Dayanmadı fikir kimi.
Atom kimi
Meridianı qırıq-qırıq,
Arzuları zərrə-zərrə,
Okeanı parça-parça
Edib keçdi...
Həmin o daş
İndi yenə dayanmayır
uçur hara?
O neytron,
elektron -
Dönüb
nələr,
nələr olur.
Alov olur,
ölüm olur,
zəhər olur.
Ey həməsrim,
Həqiqətin qan qardaşı,
B u l u d x a n X ə l i l o v
248
Dayandırmaq olmazmı, de,
Yarıçılpaq,
yarıvəhşi
Qədim insan
atan daşı?!
Daş yer üzərində insanın insanı öldürməsi üçün isti-
fadə olunan ilk silah olubdur. Hamımız Adəmlə Həvvanın
övladları Qabil və Habil arasında nə baş verdiyini yaxşı
bilirik. Yaxşı bilirik ki, Habili öldürmək fikrinə düşən
Qabil yerdən iri bir daş götürüb Habilin başına vurur.
Bununla da yer üzündə ilk insan qanı tökülür. Görəsən daş
olmasaydı, insan qanı tökülərdimi? Daş olmasaydı, Qabil
Habilin başına nə vurardı? Hər halda ilk ölüm və ilk qan
tökülməsi daşın başa vurulmasından başladı. Bundan
sonra dünya və onun suları bulandı. Bundan sonra insanlar
bir-birinə daş atmağa başladılar. Bu pis əməl bir vərdişə
çevrildi. Daş yaddaşdan gələn bu pis vərdişə qarşı nə
qədər mübarizə aparılsa da, heç bir fayda vermədi. Vaxtilə
Səməd Vurğun “Qalib gələcəkmi cahanda kamal” söylədi.
Ancaq heç bir ağıl, kamal, müdriklik bu pis vərdişin
qarşısını ala bilmədi və bu pis vərdiş sahiblərini tərbiyə
edə bilmədi. Bizcə, daş yaddaşımızdan gələn bu pis
vərdişə qarşı poeziya vuruşdu və insan həyatı üçün əbədi
rol oynayan ədəbiyyat bu pis vərdişə qarşı həmişə
vuruşacaqdır. Ancaq bu, fayda verəcəkmi?!
Bizə elə gəlir ki, ilk addım atıldıqdan sonra o, vər-
dişə çevrilir və onun qarşısını almaq heç cür mümkün
Z a m a n ı n s ı n a ğ ı n d a n k e ç ə n l ə r . . .
249
olmur. Təbii ki, bunun qarşısını almağa ədəbiyyatın da
gücü çatmır. Ancaq Azərbaycan ədəbiyyatında Əli
Kərimdən sonra Ramiz Rövşənin “Daş” şeiri də daş
yaddaşımızın pis vərdişlərinə qarşı həm fəlsəfi, həm də
poetik baxımdan yaxşı bir etiraz nümunəsidir.
Bu sulara kim daş atdı?
Bu suları kim oyatdı?
Sular oynadı, daş yatdı,
Ağlama, daşım, ağlama.
Ağaclarım yaşıl-yaşıl,
Yarpaqları aşıb-daşır,
Yarpaqların arasında
Daşla vurdular bir quşu
Ağlama, ağacım, ağlama.
Daş altından bir quş uçdu,
Gözündəki bu nə yaşdı?!
Qəbrimin üstündəki daş
Bir quşa atdığım daşdı,
Ağlama, bacım, ağlama!..
İlk tökülən qan, ilk ölüm atılan daşdan başladı. Bu-
nunla belə, son mənzildə insanın məzarı üzərində də
daşdan sinədaşı, başdaşı qoyuldu. Qəribədir. Elə deyilmi?!
07.12.2015
B u l u d x a n X ə l i l o v
250
MÜNDƏRİCAT
Yaşamaq istəyən adam................................................. 3
Mirzə İbrahimovun jurnalistlə əhvalatı… ................ 10
Mir Cəlalla Mehdi Hüseynin zarafatı ......................... 14
Hər şeydən yazan Mirzə Cəlil... ............................... 17
Molla kitab açır........................................................... 22
Azərbaycanda tələbələrin problemlərini necə həll
etməli –TƏKLİFLƏR ................................................ 25
Təhsilin inkişafı üzrə Dövlət Strategiyası:
Ən vacib hədəflər ....................................................... 35
Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasının əsas
hədəfi .......................................................................... 39
Əziz dost, nə vaxt qayıdıb gələcəksən?! ................... 49
İnsan sığınacaqlara doğru tələsir................................. 59
Tarix insanların gözünü qamaşdırır ............................ 63
Həyat əbədi olmadığı kimi gözəllik də əbədi deyil ... 66
İnsan ömrü nəyə sərf olunur?...................................... 73
Yaxşı və pis, arzu və istək, sevgi və məhəbbət .......... 75
İnsan bunları bilməlidir............................................... 79
“Nuh tufanı və Gəmiqaya-Qobustan əlifbası”
–
I məqalə ...................................................................... 83
“Nuh tufanı və Gəmiqaya-Qobustan əlifbası” –
II məqalə ..................................................................... 94
Mən-biz, sən-siz, o-onlar barədə deyimlərim –
I yazı ......................................................................... 104
Mən - biz, sən - siz, o - onlar barədə deyimlərim –
II yazı ....................................................................... 109
Mən - biz, sən - siz, o – onlar barədə deyimlərim
III yazı....................................................................... 117
Mən - biz, sən- siz, o – onlar barədə deyimlərim
–
IV yazı....................................................................... 127
Z a m a n ı n s ı n a ğ ı n d a n k e ç ə n l ə r . . .
251
Mən - biz, sən- siz, o – onlar barədə deyimlərim
–
V yazı........................................................................ 137
Mən - biz, sən- siz, o – onlar barədə deyimlərim
–
VI yazı....................................................................... 144
Mən-biz, sən-siz, o-onlar barədə deyimlərim
–
VII yazı ..................................................................... 156
Mən- biz, sən- siz, o- onlar barədə deyimlərim
–
VIII yazı.................................................................... 168
Mən - biz, sən- siz, o- onlar barədə deyimlərim
–
IX yazı....................................................................... 182
Mən-biz, sən-siz, o-onlar barədə deyimlərim
–
X yazı........................................................................ 195
Mən - biz, sən - siz, o – onlar barədə deyimlərim
–
XI yazı....................................................................... 209
Mən - biz, sən - siz, o - onlar barədə deyimlərim
–
XII yazı .................................................................... 218
Diri ikən özlərinə qəbir qazdıranlar... .................... 228
Bədxahlıqlarını “şöhrət” hesab edənlərə................... 230
Tarixi yaşadan daşlar
–
I yazı................................... 234
Tarixi yaşadan daşlar
–
II yazı.................................. 238
Tarixi yaşadan daşlar
–
III yazı ................................ 242
Tarixi yaşadan daşlar
–
IV yazı ................................ 246
B u l u d x a n X ə l i l o v
252
BULUDXAN XƏLİLOV
ZAMANIN SINAĞINDAN
KEÇƏNLƏR...
Çapa imzalanmışdır: 15.11.2016
Formatı: 84
108 1/32
Həcmi:15,75 ç.v.
Sifariş:41
Miqdarı: 500
Qiyməti: Müqavilə ilə.
«Adiloğlu Çap Evi»nin mətbəəsində
çap olunmuşdur.
Ünvan. Bakı şəh., Ə.Salamzadə 9c
Dostları ilə paylaş: |