Z a m a n ı n s ı n a ğ ı n d a n k e ç ə n l ə r . . .
217
yaşayırlar. Onları bəzən səhv olaraq avar adlandırıblar.
Hər kəsi öz adı ilə niyə çağırmırlar?
* * *
Oyuncaqlar da, robotlar da insanların yaratdığı
əllamələrdir. Bu əllamələr çoxaldıqca insanlıq azalır.
İnsan öz insanlıq məsuliyyətini itirir.
* * *
Dünyanın başını qatanlar bir vaxt ayılıb görəcəklər
ki, özlərinin də axırı çatıbdır.
* * *
İnsanlar dünyadan həmişə narazı qalır. Ancaq
dünyaya həmişə insan gəlir.
09.07.2015
B u l u d x a n X ə l i l o v
218
Mən - biz, sən - siz, o - onlar
barədə deyimlərim –
XII yazı
İnsan iki ömrü yaşayır. İnsanın birinci ömrünü bü-
tün insanlar kimi, bütün canlılar da yaşayır. İnsan ikinci
ömrünü öləndən sonra yaşayır. Daha doğrusu, öləndən
sonra insanın ikinci ömrü başlayır. İkinci ömrünü yaşa-
yan insanlar az olur. Onlar minlərin, milyonların içərisin-
dən seçilənlər olur. Onlar minlərin, milyonların içərisin-
dən seçilən ləyaqətlilər, qeyrətlilər, ədalətlilər, mərhə-
mətlilər, xeyirxahlar olur. Onların sayı çox olmur.
***
Adamlardan istifadə edənlər yalançı adamlar qədər
qorxuludur. Onlar yalançı adamlar qədər etibarsızdır.
Onlar yalançı adamlar qədər sədaqətsizdir. Belələri tez-
gec inamını itirir. Tez-gec onlara inanan olmur. Belə
olduqda onlar dəyərdən düşürlər.
***
Mən bir məsələyə həmişə təəccüblə baxıram: bəzi
insanlar bu ağılla bu qədər işləri necə görürlər?!
***
Təbii seçmə yolu ilə insanlar seçilir. Onlar təbii
seçmə yolu ilə bir-birinin həyatından, tərcümeyi-halından
Z a m a n ı n s ı n a ğ ı n d a n k e ç ə n l ə r . . .
219
çıxıb gedir. Qalanlar az olur. İnsanların həyatında, tərcü-
meyi-halında qalanlardan söhbət gedir. Həmin qalanlar
içərisində dostları, yaxınları, sədaqətliləri axtarmaq olar.
Həm də həmin qalanlar içərisində düşmənləri və namərd-
ləri də axtarmaq olar. Əslində həyat (insanın həyatı) dost-
lar, yaxınlar, sədaqətlilərlə yanaşı, düşmənlərin, namərd-
lərin mövcud olduğu illərin, günlərin, anların içərisin-
dədir.
***
Bəzi adamlar səhv olduqlarını başa düşmürlər. Ona
görə də belələri öz səhv işlərini, adam içinə çıxmağa üzü
olmayan işlərini utanmadan, çəkinmədən təqdim edirlər,
göstərirlər. Onlar elə işlər törədirlər ki, elə işlərin arxa-
sında dayanırlar ki, bunu yalnız və yalnız dayaz adamlar
edə bilər. Təəssüflər olsun ki, onlar dayaz olduqlarını
bilmirlər.
***
Elmi-texniki tərəqqi insanların mənəviyyatına təsir
edir. İnsanları qeyri-səmimi edir. İnsanları yalan danış-
mağa vadar edir. İnkişaf elmi-texniki tərəqqiyə söykən-
mədikdə hər şey təbii olur. Elmi-texniki tərəqqi təbiiliyi
insanların əlindən alır. Təbii düşünənlər, təbii danışanlar,
təbii olanlar çox azdır. Ancaq onların təbiiliyini qısqa-
nanlar gün-gündən çoxalır. İnsanlar öz təbiiliklərini itir-
məkdən usanmayıb təbiətin təbiiliyini itirməyə çalışırlar.
Təbiətin başına elə olmazın oyunlar açırlar ki, təbiət nə
edəcəyini bilmir. Təbiətə hakim olan insanlar təbiətin
B u l u d x a n X ə l i l o v
220
təbiiliyini əlindən alıblar. Təbiət qədər insanın şıltaqlıqla-
rına dözən heç nə yoxdur.
***
Şadlıq evlərinin qapısından içəri girən kimi insanı
ilk qarşılayanlardan biri də pul qutusu olur. Birinin
üstünə “Oğlan evi”, digərinin üstünə “Qız evi” yazılmış
bu pul qutuları təzəcə qurulacaq ailənin təməlini belə əks
etdirir. Buradan da aydınca görünür ki, mənəvi marağı
maddi maraq üstələyir. Bəy və gəlinin xoşbəxt olmasına
gedən yol pul qutularının nəzarətindən keçir. Yenə də hər
şey gəlib çıxır pulun üstünə. Ancaq bu pulun bəy və
gəlinə nə xeyri?!
***
Bir övlad atasından pul istəyir və ona deyir ki,
özümə geyim alacağam. Atası övladına deyir ki, nə
alacaqsan? Övlad atasına deyir:
–
Şalvar-malvar, ayaqqabı-mayaqqabı, köynək-
möynək, kostyum-mostyom...
Atası deyir:
–
Nə qədər pul lazımdır?
Övlad cavab verir:
–
İki yüz manat.
Ata övladına yüz manat pul verir. Övlad narazılıqla:
–
Ata, axı iki yüz manat dedim.
Ata səbrlə, təmkinlə deyir:
Z a m a n ı n s ı n a ğ ı n d a n k e ç ə n l ə r . . .
221
–
Bala, alacağın geyimlərin içərisindən malvarı,
mayaqqabını, möynəki, mostyomu... çıxsan bu pul sənə
bəs edəcəkdir.
***
Bir yaşlı qadın dedi ki, onun həyat yoldaşı çox
vətənpərvər olubdur. O, dünyasını dəyişən zaman həyat
yoldaşı fikirləşib ki, son sözü onu övladlarına tapşırmaq
olacaqdır. Ancaq ömrünün son anında kişi yatağında dir-
səklənərək yumruğunu sıxır və deyir: Yaşasın vətən! Bu-
nunla da canını tapşırır. Bu hadisə vətənindən qaçqın
olan bir kişi ilə bağlı olan hadisədir.
***
Birisi bir yerdə torpaq zəbt edir və ora gətirib tikiliş
aparmaq üçün daş tökdürür. Ancaq iş elə gətirir ki, həmin
zəbt etdiyi torpağı ala bilmir, rəsmiləşdirə bilmir. Başqa
birisi bu torpağı rəsmi şəkildə alır və rəsmiləşdirir. Və
daş tökən adama deyir ki, sənin gətirib tökdüyün daşı
mən divara qoya bilmərəm. Odur ki, bu daşlarını yığışdır
və apar. Belə də olur. Daş tökən adam daşlarını yığışdırıb
aparır. Torpağı qanuni yolla alan adam bunu halallıq
naminə edir.
***
Gəncə tərəfdə bir kişi dağın çılpaq ətəyinə ağaclar
əkirmiş. O, meşədən saysız-hesabsız ağacları kökündən
çıxarıb dağın çılpaq ətəyinə basdırırmış. Sonralar dağın
Dostları ilə paylaş: |