Z a m a n ı n s ı n a ğ ı n d a n k e ç ə n l ə r . . .
207
sahibi isə, yəni tələbənin atası Kürdəmirli Aşıq Ağalar
olur. Məşhur Mirzə Bilalın (aşığın) oğlu Aşıq Ağalar.
Tələbə isə onun övladı, oğlu Rauf olur.
* * *
Molla qəbristanlıqda ölünü dəfn edərkən ərəb
dilində quran oxuyurmuş. Ölünü qəbrin içinə qoyarkən
onun yaxın qohumlarından birinin qəbrin içinə düşməsini
deyir. Yaxın qohumlardan biri qəbrin içinə düşür. Molla
həmin adama deyir ki, quranı oxuduqca o da ölünü tez-
tez əli ilə dümsükləsin. Guya belə olduqda ölü quranı
eşidir, anlayır. Ölünün yaxın qohumu əsəbiləşir. Mollaya
deyir ki, a kişi, 60 ildən çoxdur mən buna Azərbaycan
dilində nə dedimsə, məni eşitmədi, anlamadı. İndi bu
ölüb, ərəb dilində sənin oxuduqlarını necə anlaya bilər?!
* * *
Dünya öz tarazlığını itirir. Bunun çoxlu göstərici-
ləri var. Biri də odur ki, dünyanın əksər yerlərində insana
insan kimi qiymət yoxdur. Sanki insanlığın sonuna
yaxınlaşmaq, yaxud da ona doğru hərəkət etmək faciədir.
Dünyanın düzəlməsi üçün hər bir insana insan kimi
yanaşmaq lazımdır. Hər bir insanın özünə, qabiliyyətinə,
fəaliyyətinə, insani keyfiyyətlərinə görə qiymət vermək
lazımdır. Ancaq belə deyil. İnsanlara özlərinə görə yox,
arxalarına, himayədarlarına, kimin adamı olmalarına görə
qiymət verirlər. İnsanlara olan münasibəti də bu cür
B u l u d x a n X ə l i l o v
208
qururlar. Bu isə dünyanı fəlakətə aparır. Bu cür
münasibət üzrə yaranan fəlakəti heç cür qəbul etmək
istəmirəm. Bunlara son qoymaq üçün insan, eləcə də
insanlar kamilləşməlidir. Səməd Vurğun demişkən:
Qalib gələcəkmi cahanda kamal?!
* * *
Bəzən deyirlər ki, filankəsin gözündə var. Yəni
filankəsin gözü dəyə bilər. Bu, mif deyil, həqiqətdir.
Günlərin birində birisi vəzifəyə keçmiş, təzəcə
vəzifə tutmuş bir adamın yanına gedir. Sən demə bu
adamın gözündə varmış. Elə oradaca vəzifəli adamın
oturduğu stolun ayağının biri sınır. Gözdə olana bax...
* * *
Təbiətlə bağlı verilişlərin birində cənnət quşunu
göstərirdilər. Nə qədər gözəl görkəmi olan bir quş idi.
Quş bəzən elə bir vəziyyət alırdı ki, xanım geyimində
olurdu. Sanki xanım kofta geyinmiş vəziyyətdə ayaq üstə
durur. Cənnət quşunun görkəmi ilahi bir gözəlliyi xatır-
ladırdı.
03.07.2015
Z a m a n ı n s ı n a ğ ı n d a n k e ç ə n l ə r . . .
209
Mən - biz, sən - siz, o - onlar
barədə deyimlərim –
XI yazı
Dan yeri qızaranda günəşin yaratdığı poetikliyi heç
nə ilə müqayisə etmək olmaz.
* * *
Günəş qürub edəndə diqqəti çox cəlb edir.
* * *
Qarışqalar həyatın qaynadığı məqamı təsdiq edir.
* * *
Bütün canlılar yaratdığını qoruyur.
* * *
Tısbağalar çox yumurtalayır və uzun ömürlü olur.
* * *
Təbiətin rəngarəngliyi və qeyri-adiliyi Allahın mö-
cüzəsidir.
* * *
Su quzğunu suyu seyr edir. Suda balıq görən kimi
suya cumur və balıqları ovlayır.
B u l u d x a n X ə l i l o v
210
* * *
İnsanın daxilindəki sevgi onun özündən də güc-
lüdür.
* * *
XIX əsr heç bir əsrə bənzəmir. XIX əsrdə elmlərin
sahələri müstəqilləşdi. XIX əsrdə millət formalaşdı. XIX
əsrdə maarifçilik genişləndi. Odur ki, XIX əsr xüsusi
olaraq araşdırılmalıdır. XIX əsrin ədəbi simaları xüsusi
olaraq tədqiq olunmalıdır.
* * *
İnsanlarda yaşamaq istəyi güclənir. Həyata bağlılıq
artır. XXI əsrdə insanlarda həyat eşqi güclənir. Yaşamaq
həvəsi böyüyür. Görünür ki, elmi - texniki tərəqqinin
imkanları insanlarda yaşamaq və həyat eşqini zövqə
çevirir. Elə bir zövq ki onun əsasında həyatı dərk etmək,
həyatı anlamaq, dünyanın mahiyyət və məzmununa
varmaq dayanır.
* * *
İnsanın ağlına, yoxsa ürəyinə güc düşür? Bu suala
hərə bir cür cavab verə bilər. Mənim cavabım belədir ki,
ürəyə daha çox güc düşür. Ağıl ürəkdən yuxarıda olduğu
üçün o da ürəyi yükləyir.
* * *
Xeyirxah adamlar xeyirxahlıq edəndə gül kimi
açılırlar.
Z a m a n ı n s ı n a ğ ı n d a n k e ç ə n l ə r . . .
211
* * *
Bədxah adamlar bədxahlıq edəndə gül kimi
açılırlar.
* * *
Yaltaq adamlar, ikiüzlü adamlar bədxahlıq edəndə
adamın üzünə gülürlər.
* * *
Adamlığı olmayan “adamlar” lazım olana qədər
istifadə edirlər. Lazım olanı əldə etdikdən sonra səni
tanımırlar, heç tanımaq da istəmirlər.
* * *
Görəsən həyatın nəbzini tutanların nəbzi dəqiqədə
neçə dəfə vurur?!
* * *
Özünü haqlı hesab edənlərin haqqını kim yoxlayır?
* * *
Gözüm görənə qədər səni görürəm. Ağlım kəsənə
qədər səni dərk edirəm. Ancaq gözüm görməyən yerdə,
ağlım kəsməyən yerdə nə etdiyini bilmirəm.
* * *
Çox bilmiş adamlar bəzən istedadlı, enerjili adam-
ları əllərində tutub saxlayırlar. Məhz əllərində tutub sax-
layırlar. İmkan vermirlər ki, həmin istedadlı adam qabağa
Dostları ilə paylaş: |